Məhkəmə qərarları › İş №e-2(012)-3320/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-3320/2023

01.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-3320/2023 01.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı cavabdehlər X3 və Abşeron rayon İcra və Probasiya Şöbəsinə qarşı uşaqla görüş, cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, nənəlik hüququndan məhrumetmə və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı cavabdehlər X3 və Abşeron rayon İcra və Probasiya Şöbəsinə qarşı uşaqla görüş, cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, nənəlik hüququndan məhrumetmə və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X1 ilə həftənin 1-ci, 3-cü, 5-ci günlərində saat 14:00-dan 18:00-dək, şənbə və bazar günləri evinə aparmaq şərti ilə ünsiyyət saxlamaq, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun və X2 hərəkətlərinin qanunsuz hesab olunması, X2 nənəlik hüquqlarından məhrum edilməsi, qanuni qüvvədə olan məhkəmə qətnaməsini icra etmədiyinə görə vurulmuş mənəvi ziyanın əvəzi kimi 5000 manat pulun cavabdehlərdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsində iddiaçı tərəfindən bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir. Belə ki, uşaqla ünsiyyət hüququnun müəyyən edilməsi, icra sənədi üzrə tərəflərin hərəkətlərinin qanunsuz hesab edilməsi, qohumluq hüququndan məhrum edilmə və dəymiş mənəvi zərərin əvəzinin tutulması barədə tələblər bir-biri ilə bağlı olmayan tələblərdir. Mülki Prosessual Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı cavabdehlər X3 və Abşeron rayon İcra və Probasiya Şöbəsinə qarşı uşaqla görüş, cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, nənəlik hüququndan məhrumetmə və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar