Məhkəmə qərarları › İş №e-2(012)-3323/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-3323/2022

18.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-3323/2022 18.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, İddiaçı cavabdeh Gənciyev İlkin oğluna qarşı icarə müqaviləsinin ləğv edilməsi, ödənilməmiş icarə pulunun, kommunal haqlarının, əsassız götürülmüş məişət əşyalarının dəyərinin məcburi alınması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Abşeron Rayon Məhkəməsinə İddiaçı cavabdeh Gənciyev İlkin oğluna qarşı icarə müqaviləsinin ləğv edilməsi, ödənilməmiş icarə pulunun, kommunal haqlarının, əsassız götürülmüş məişət əşyalarının dəyərinin məcburi alınması tələbi barədə iddia ərizəsi daxil olmuşdur. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4. və 150.0.7. maddələrinin mahiyyətinə əsasən iddia ərizəsində müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına yəni müqavilənin ləğvi barədə qarşı tərəfə bildiriş göndərməsi,imtina aldığı va ya cavab vermədiyi halda məhkəməyə müraciət etməsinə riayət edilməsinə dair məlumat göstərilməli və bunu təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. İddiaçı iddia ərizəsinə mübahisənin məhkəmədən qabaq həll edilməsi (pretenziya) ilə bağlı hər hansı bir sənəd əlavə etməmişdir. Ona görə də, göstərilənlərə əsasən iddia ərizəsi pretenziya qaydaların əməl edilmədiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6. maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 151.1. maddəsinin tələbinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ona görə də hesab edirəm ki, iddiaçıya göstərilən nöqsan aradan qaldırılması üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Gənciyev İlkin oğluna qarşı icarə müqaviləsinin ləğv edilməsi, ödənilməmiş icarə pulunun, kommunal haqlarının, əsassız götürülmüş məişət əşyalarının dəyərinin məcburi alınması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək olar. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar