Məhkəmə qərarları › İş №e-2(012)-3337/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3337/2020

30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3337/2020 30.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı «xxxxxxxxxxxx» ASC-nin Cavabdeh qarşı ödənilmiş “subroqasiya hüququ üzrə vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı «xxxxxxxxxxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9770,80 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 manat dövlət rüsumu, ümumilikdə 9800,80 manat tutularaq iddiaçı “xxxxxxxxxxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxxxxxxxxxx» ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, xx xxxxx 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Mercedes Benz” markalı ** MZ *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, sovxoz 2 ərazisi ilə hərəkət edən zaman yol ayrıcını keçmə qaydalarını pozmuş, nəticədə “xxxxxxxxxxxx” ASC-də “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığortlanmış “Kia Optima” markalı ** PG *** dövlət nömrə nişanlı avtomobilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. Belə ki, qeyd olunan hadisə ilə bağlı Sabunçu DYPŞ-də tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirkar şəxs Cavabdeh müəyyən edilmişdir. Beləliklə, hadisə nəticəsində “Kia Optima” markalı ** PG *** dövlət nömrə nişanlı avtomobilə 9863 manat maddi ziyan dəymişdir. MİB ******* saylı sığorta şəhadətnaməsinə və AKS 200111 saylı xx xxx 2020-ci il tarixli sığorta ödənişi aktına əsasən, “xxxxxxxxxxxx” ASC tərəfindən 12890,80 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehin mülki məsuliyyəti “xxxxxxxxxxx” ASC-də sığortalandığından 3120 manat sığorta ödənişi “xxxxxxxxxxxx” ASC-dən alınmışdır. Qeyd olunanlara əsasən, nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, qəza baş verərkən fikirli olmuşdur. Tələb olunan məbləğlə razılaşsa da, ödəməyə imkanı yoxdur və hal-hazırda işləmir. İş materiallarında olan Abşeron rayon X4 Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx xxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu,Pirşağı qəsəbəsində Cavabdeh «Mercedes Benz» yük markalı, ** MZ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. İş materiallarında olan MİB 19002111 saylı sığorta şəhadətnaməsindən və AKS 200111 saylı, xx xxx 2020-ci il tarixli sığorta ödənişi aktından görünür ki, «Kia Optima» markalı, ** PG *** dövlət nömrə nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə «xxxxxxxxxxxx» ASC tərəfindən 12890,80 manat məbləğində hesablanmış sığorta ödənişi köçürülmüşdür. Cavabdehn mülki məsuliyyəti “xxxxxxxxxxx” ASC-də sığortalandığından 3120 manat sığorta ödənişi “xxxxxxxxxxxx” ASC-dən alınmışdır. İş materiallarında olan 27 aprel tarixli ZA-0204/ME saylı və 27 aprel tarixli, BA-0204/ME saylı müstəqil ekspert Əhməd Talıblının verdiyi ilkin rəylərdən görünür ki, uyğun metodların tətbiqi, eyni zamanda etibarlı mənbələrdən alınmış məlumatların təhlili nəticəsində apardığı hesablamalara görə Kia Optima markalı, 90 PG DQN olan, “PSG Finans” BOKT MMC-yə məxsus nqəliyyat vasitəsinin xx xxxxx 2020-ci il tarixinə bazar qiyməti 27000 manat, qəza nəticəsində dəymiş zərərin həcmi isə 29863, qalıq dəyəri isə 5000 manat təşkil edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, «Kia Optima» markalı, ** PG *** dövlət nömrə nişanlı avtomobil «xxxxxxxxxxxx» ASC tərəfindən avtonəqliyyat vasitəsi sığortalanmışdır. xx xxxxx 2020-ci il tarixdə Cavabdeh idarə etdiyi «Mercedes Benz» yük markalı, ** MZ *** dövlət nömrə nişanlı avtomobil ilə «Kia Optima» markalı, ** PG *** dövlət nömrə nişanlı avtomobillər toqquşmuş, nəticədə Cavabdeh idarə etdiyi «Mercedes Benz» yük markalı, ** MZ *** dövlət nömrə nişanlı avtomobil tərəfindən «Kia Optima» markalı, ** PG *** dövlət nömrə nişanlı avtomobilə zərər vurmuşdur. Bununla əlaqədar AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı aydın olur ki, «Kia Optima» markalı, ** PG *** dövlət nömrə nişanlı avtomobilin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 29863 manat məbləğində, müəyyən edilmiş, «xxxxxxxxxxxx» ASC-nin MİB 19002111 saylı sığorta şəhadətnaməsindən və AKS 200111 saylı, xx xxx 2020-ci il tarixli sığorta ödənişi aktına əsasən «xxxxxxxxxxxx» ASC tərəfindən 12890,80 manat dəymiş ziyana görə sığorta ödənişi ödənilmişdir. Cavabdehin mülki məsuliyyəti “xxxxxxxxxxx” ASC-də sığortalandığından 3120 manat sığorta ödənişi “xxxxxxxxxxxx” ASC-dən alınmışdır. Ona görə də məhkəmə yuxarıda qeyd olunan faktiki hallara istinad edərək hesab edir ki, iddiaçı təşkilatın sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 9770,80 manat sığorta ödənişini məbləğini cavadeh Cavabdeh tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.http://www.e-qanun.gov.az/alpidata/code/data/0/c_c_8.htm Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.3-cü maddəsinə əsasən faydalanan şəxs sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat və bir manat bank xərci də cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində deyilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 9770,80 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 manat dövlət rüsumu, ümumilikdə 9800,80 manat tutularaq iddiaçı “xxxxxxxxxxxx” ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar