Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3378/2020 03.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı2 və onun vəkili-nümayəndəsi Vəkil oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi iddia tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, iddiaçıların birgə mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27, ev.21, m.27-ə cavabdehin istifadə hüququnun itirilməsi və itirilmənin həmin mənzilə olan yaşayış yeri üzrə pasport qeydiyyatının ləğvi üçün əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların birgə mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27, ev.21, m.27-ə cavabdeh 15 il əvvəl formal qaydada pasport qeydiyyatına alınıb, lakin 1 gün belə həmin mənzildə yaşamayıb. Cavabdeh iddiaçıların ailə üzvü deyil və hazırda Türkiyədə yaşayır. Onun həmin mənzilə olan istifadə hüququnun itirilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı2 və onun vəkili-nümayəndəsi Vəkil oğlu iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdilər. Cavabdeh və digər iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iclasda iştirak etmədi və səbəbləri barədə heç bir məlumat vermədi. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə iclasında iddiaçılarla qonşuluq münasibətində olan X1 və X3 ifadə verdilər ki, cavabdeh həmin mənzildə yaşamır və onu orada görməyiblər. Məhkəmə iddiaçı və onun vəkili-nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməməlidir. Mülki işin materiallarındaolanAR DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında DƏDR-dən ******* №-li, xx.xx.2008-ci il qeydiyyat tarixli çıxarışın surətindən müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə istifadədə olan 0.084 ha torpaq sahəsində yerləşən 21 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində yerləşən 44.3 kv.m ümumi, 31.4 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 27 nömrəli mənzil ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı2 və İddiaçı1 adlarına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan DİN-nin X5 128-833291C №-li, xx.xx.2019-cu il tarixli məktubundan görünür ki,İddiaçı2 cavabdehin ona məxsus evdən qeydiyyatdan çıxarılması barədə ərizə ilə Abşeron rayonu Polis İdarəsinə müraciət etmiş, lakin cavab məktubu ilə ona bildirilmişdir ki, vətəndaşın qeydiyyatdan çıxarılması üçün AR DİN-in 550 saylı əmrinin 5-ci maddəsinin “a” bəndinə əsasən yaşayış yerini dəyişdikdə yeni yaşayış üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin 10 nömrəli arayışına və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında çıxarıla bilər. Əlavə olaraq ona aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Mülki işin materiallarında olan AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27, ev.21, m.27 ünvanında qeydiyyatdadır. Mülki işin materiallarında olan AR DİN tərəfindən verilən yaşayış yeri üzrə qeydiyyat haqqında 17/66 nömrəli, xx.xx.2020-ci il tarixli arayışından müəyyən edilir ki, Cavabdeh xx.xx.2008-ci il tarixdən Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27, ev.21, m.27 ünvanında qeydiyyatdadır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilmişdir ki, Cavabdeh iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27, ev.21, m.27 ünvanında qeydiyyatdadır, lakin iddiaçılarla cavabdeh arasında hazırkı mübahisəli evdən istifadə hüququna dair müqavilə bağlanmamış və bu müvafiq qaydada qeydə alınmamışdır. Cavabdeh mübahisəli evdə formal olaraq qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə və 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx xxxx 2001-ci il tarixli Qərarında qanunun zamana görə qüvvəsini nəzərə alaraq göstərmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinəəsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailəüzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Beləliklə, iş materiallarından göründüyü kimi Cavabdeh mübahisəli evdən qanunla müəyyən edilmiş qaydada istifadə hüquqları yaranmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, olmayan istifadə hüququna isə məhkəmə qaydasında xitam verilməsi mümkün olmadığından iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin qeydiyyatdan çıxarılmasını xahiş edir. Cavabdehin mübahisəli mənzildən qeydiyyatdan çıxarılması məhkəmənin birbaşa səlahiyyətinə aid olmasa da, istifadə hüququnun itirilməsi təmin edilmədiyindən, qeydiyyat formal olduğundan bu qətnamə qeydiyyatdan çıxma üçün dəəsas hesab edilə bilər bu tələbə də qətnamədə münasibət bildirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360/ 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27, ev.21, m.27-dən istifadə hüququna xitam verilməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamə Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27, ev.21, m.27-dən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-3378/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3378/2020
03.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver