Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3384/2024 18.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı cehiz əmlakın evdən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cehiz əmlakın evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus olan cehiz əşyaların onun mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən 137 (Yeni qaydalarla: ünvan 3 saylı evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən 137 (Yeni qaydalarla: ünvan 3 saylı ev xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli (**********29-10301 reyestrli) RX ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. 2015-ci ildə iddiaçının övladı X4 ilə cavabdeh arasında nikah bağlanmışdır. Cavabdeh cehiz əşyalarıyla birgə qeyd edilən evə gəlin köçmüşdür və müvəqqəti yaşayış yeri üzrə qeydiyyata düşmüşdür. X4 2018-ci ildə ünvan 1 ünvanında yerləşən 25 saylı mənzili almışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-2323/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X4 ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə 1 saylı Bakı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 2017 nömrəli akt qeydli nikah pozulmuşdur. Abşeron rayon qeydiyyat şöbəsində X2 nikahın pozulmasına haqqında xx.xx.2024-cü il tarixli AZ-İ 469172 nömrəli şəhadətnamə verilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3042/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 137 (Yeni qaydalarla: ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Abşeron rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur. Cavabdeh qeyd edilən ünvandan qeydiyyatdan çıxarılmışdır və anasının mülkiyyətində olan ünvan 5 ünvanına qeydiyyata düşmüşdür. Abşeron Rayon Məhkəməsinin 2(012)- 5231/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışına əsasən X1 adına xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 10, 25 saylı mənzil üzərində X1 ½ hissədə və Cavabdeh ½ hissədə payları müəyyən edilmişdir. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti vermişdir, Abşeron Rayon Məhkəməsinin 15 fevral 2024cü il tarixli, 2(012)-5231/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh qeyd edilən qərardaddan da şikayət vermişdir, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-860/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)- 5231/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh hal-hazırda Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 10, 25 saylı mənzildə uşaqlarıyla birgə faktiki olaraq yaşayır. Göründüyü kimi, cavabdehin özünə məxsus mənzili mövcuddur və əşyaları götürüb həmin mənzilə daşıma imkanı var. O bu gün də, gəlib özünə məxsus əşyaları həmin mənzildən apara bilər. Lakin o, bunu ona görə etmir ki, iddiaçıya əziyyət və narahatçılıq yaratsın. İddiaçı dəfələrlə cavabdehdən xahiş etmişdir ki, o, özünə məxsus cehiz əşyaları iddiaçıya məxsus evdən götürsün, lakin cavabdeh bundan imtina etmişdir. Həmin əşyalar bunlardır: Qonaq otağı: Divan – 1 ədəd, masa – 1 ədəd, oturacaq – 6 ədəd, TV stend – 1 ədəd, servant – 1 ədəd, güzgülü tirmo – 1 ədəd, pərdə – 2 ədəd, tül – 2 ədəd, çilçıraq – 1 ədəd, palaz – 1 ədəd; - Yataq otağı : iki nəfərlik taxt çarpayı – 1 ədəd, tumba – 2 ədəd, tirmo güzgülü – 1 ədəd, iki siyirtmə qapılı şifoner – 1 ədəd, çilçıraq – 1 ədəd, divar lampası – 1 ədəd, pərdə – 1 ədəd, tül – 1 ədəd; - Digər: qabqacaq (cehizlik dəst) – 1 ədəd, qoşa döşək – 1 ədəd, yorğan – 1 ədəd, yastıq – 4 ədəd, pokrıval – 2 ədəd, tozsoran – 1 ədəd. İddiaçının razılığı olmadan mülkiyyətində olan evdə cavabdehin əşyalarının qalması mülkiyyətçi kimi onun hüquqlarını pozur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, ona məxsus əşyaların mübahisəli mənzildən çıxarmamasına səbəb birgə nikahda olarkən əldə etdiyi bəzi digər əmlakların ona verilməməsi olmuşdur. Bu əmlaklar ona verilsə, cehiz əmlaklarını mübahisəli evdən çıxara bilər. Sonda o, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən 137 (Yeni qaydalarla: ünvan 3 saylı ev xx.xx.2018-ci il tarixdən İddiaçı adına qeydə alınmışdır. Onun adına xx.xx.2018-ci il tarixli əmlaka dair texniki pasport tərtib edilmişdir. İşdə olan Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3042/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərarından görünür ki, Cavabdeh iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 137 (Yeni qaydalarla: ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Abşeron rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur. İşdə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2323/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, X4 ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə 1 saylı Bakı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 2017 nömrəli akt qeydli nikah pozulmuşdur. İşin hallarından müəyyən olunur ki, iddiaçının oğlu Gəray Gərayzadə ilə Cavabdeh xx.xx.2015-ci ildə rəsmi nikaha girmiş, həmin nikahdan onların Milay və Natiq adlı uşaqları anadan olmuşdur. Nikahdan sonra cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 137 (Yeni qaydalarla: ünvan 3 ünvanına köçmüş, cehiz əmlaklarını burada yerləşdirmişdir. Onların nikahları isə Abşeron Rayon Məhkəməsinin 2(012)-2323/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Cavabdeh boşanmadan sonra başqa ünvanda yaşamağa başlamış, lakin ona məxsus əşyalar mübahisəli mənzildə qalmışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli mənzil xx.xx.2018-ci il tarixli reyestrdən çıxarışa əsasən iddiaçının adına qeydə alınmışdır. Tərəflər arasında mübahisəli əmlakla bağlı münasibətlər 2015-ci ildə yarandığından (cavabdehin iddiaçının oğlu ilə nikaha girdiyi il) məhkəmə hesab edir ki, bu mübahisəyə hazırki Mənzil Məcəllənin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İşdən görünür ki, Cavabdeh artıq xx.xx.2023-cü ildən mübahisəli mənzilin mülkiyyətçisi olan İddiaçı ailə üzvü deyildir, yəni onun yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə məhkəmə qərarına əsasən 2023-cü ilin dekabr ayından xitam verilmişdir. İşdən, həmçinin görünür ki, Cavabdeh iddiaçının oğlundan boşanandan sonra başqa ünvanda yaşamağa başlamış, lakin onun əmlakları mübahisəli mənzildə qalmışdır. Belə olan halda cavabdehin iddiaçının oğlu G.Gərayzadə ilə əvvəllər nikahda olmasına istinad edərək əmlaklarını mübahisəli evdə saxlaması mülkiyyətçi kimi İddiaçı hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Halbuki, mülkiyyət hüququ qanunla qorunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X3 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd edildiyi kimi, iş materiallarından görünür ki, mübahisəli mənzil hazırda İddiaçı mülkiyyətindədir. Hazırda isə oğlunun keçmiş arvadı Cavabdeh cehiz əşyalarının iddiaçıya məxsus olan mənzildə qalması bu yaşayış sahəsindən sərbəst istifadə və sahiblik hüququnu məhdudlaşdırır. Ona görə də qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının qanunla nəzərdə tutulan hüquqlarından sərbəst istifadə etməsi üçün cavabdehə məxsus əmlaklar iddiaçının mülkiyyətindəki mənzildən çıxarılmalıdır. Beləliklə, işin hallarına əsasən Cavabdeh öz cehiz əşyalarını İddiaçı mülkiyyətindəki mənzildən çıxarmaması nəticəsində sonuncunun davamlı şəkildə yaşayış sahəsindən istifadə və sahiblik hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etmişdir ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək və qanunvericiliyin qeyd olunan tələblərini əsas tutaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, Cavabdeh məxsus iddia ərizəsində qeyd edilmiş cehiz əşyalar İddiaçı mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən 137 (Yeni qaydalarla: ünvan 3 saylı evdən çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus əmlaklar – divan – 1 ədəd, masa – 1 ədəd, oturacaq – 6 ədəd, TV stend – 1 ədəd, servant – 1 ədəd, güzgülü tirmo – 1 ədəd, pərdə – 2 ədəd, tül – 2 ədəd, çilçıraq – 1 ədəd, palaz – 1 ədəd; - iki nəfərlik taxt çarpayı – 1 ədəd, tumba – 2 ədəd, tirmo güzgülü – 1 ədəd, iki siyirtmə qapılı şifoner – 1 ədəd, çilçıraq – 1 ədəd, divar lampası – 1 ədəd, pərdə – 1 ədəd, tül – 1 ədəd; - qab-qacaq (cehizlik dəst) – 1 ədəd, qoşa döşək – 1 ədəd, yorğan – 1 ədəd, yastıq – 4 ədəd, pokrıval – 2 ədəd, tozsoran – 1 ədəd Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən 137 (Yeni qaydalarla: ünvan 3 saylı evdən çıxarılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-3384/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3384/2024
18.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver