Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-3460/2025 08.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «qərardadın icrası üçün icra vərəqəsinin verilməsi» tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «qərardadın icrası üçün icra vərəqəsinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsində qeyd edilmişdir ki, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilmiş faktları təsdiq edən sübutların siyahısını elə sənədlər təşkil etməlidir ki, onlar iddianın predmetini, yəni iddiaçının cavabdehə qarşı konkret maddi hüquqi tələbini və yaxud əsasını müəyyənləşdirməyə imkan versin. İş materiallarından da göründüyü kimi iddiaçı Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürən tərəfindən verilmiş əmrin ləğvi tələbinə dair ilkin, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əmək münasibətlərindən yaranan pul tələbinə dair qarşılıqlı iddia ərizələrinə dair 2(012)-1464/2024 nömrəli mülki iş Abşeron Rayon Məhkəməsinin icraatında olmuş, daha sonra tərəflər arasında 27 may 2024-cü il tarixdə barışıq sazişi bağlanmış və Abşeron Rayon Məhkəməsinin 2(012)-1464/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən sözügedən barışıq sazişi təsdiq edilərək Abşeron Rayon Məhkəməsinin 2(012)-1464/2024 nömrəli mülki iş üzrə icraatına xitam verilməsi qərara alınmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsində Cavabdeh ilə bağlı Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadın icrası üçün icra vərəqəsinin verilməsini xahiş etsə də mülki prosessual qanunvericilikdə icra vərəqəsinin verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «qərardadın icrası üçün icra vərəqəsinin verilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakimi: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-3460/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-3460/2025
08.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver