Məhkəmə qərarları › İş №e-2(012)-3493/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-3493/2020

03.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-3493/2020 03.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, İddiaçı Cavabdeh1 Bahadur qızına qarşı qərarın hissə-hissə icrası barədə iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh1 Bahadur qızına qarşı qərarın hissə-hissə icrası barədə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin ərizə və sənədlər aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Belə ki, İddiaçı qərarın hissə-hissə icrası barədə iddia ərizəsini məhkəməyə təqdim edərək, 1(101)-661/2015 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin hissə-hissə icrası barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsindən görünür ki, iddia ərizəsinin xahiş etdi hissəsində iddia tələbi və onun kimə yönəldilməsi aydın deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3. maddəsinə uyğun qaydada iddiaçının aydın və konkret tələbi göstərilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3. və 150.0.5. maddələrinin mahiyyətinə əsasən iddia ərizəsində iddiaçının öz tələbini əsaslandırdığı hallar göstərilməli və həmin hallara dair sənədlər iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1. maddəsindən görünür ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1. maddəsinin tələbinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Odur ki, hesab edirəm ki, iddia ərizəsi qeyd olunan hissədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədən məhkəməyə verildiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh1 Bahadur qızına qarşı qərarın hissə-hissə icrası barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar