Məhkəmə qərarları › İş №e-2(012)-3500/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3500/2025

22.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3500/2025 22.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, X2 kаtibliyi, Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Abşeron rayon 2 saylı Notariat Kontoruna (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4) qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Abşeron rayon 2 saylı Notariat Kontoruna (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4) qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon 2 saylı notariat ofisinin Xüsusi notariusu X4 tərəfindən verilmiş 23 aprel 2021-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayon 2 saylı notariat ofisinin Xüsusi notariusu X4 tərəfindən verilmiş icra qeydinə əsasən Cavabdeh1 ASC-in xeyrinə ondan DCLT00270743-02 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 26225,25 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində pulun ödənilməsi tələb olunur. Bildirir ki, icra qeydi təmamilə əsassız və qanunsuzdur. Belə ki, ona ödənişlə bağlı heç bir xəbərdarlıq və ya bildiriş gəlməmişdir. Belə olan halda, hesab edir ki, icra qeydi əsassız səbəbdən tərtib edilmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə2 izahatında və etirazında bildirmişdir ki, icra qeydində borcunun göstərildiyi kimi deyil, xeyli aşağı olduğunu bildirmiş, hesablanmış borcun cavabdehdən tələb edilməsi ilə bağlı bildirişin ona göndərilmədiyi və bu səbəbdən icra qeydinin əsassız olması, bununla da mənafeyinin pozulmasını qeyd etmişdir. Hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İlk növbədə qeyd olunmalıdır ki, icra qeydinin aparılması üçün əsas olan materiallardan, eləcə də icra qeydinin aparılması barədə bildirişdə İddiaçı öhdəliyin mahiyyəti, həcmi və tarixi barədə müvafiq məlumatlar Notariat ofisinə təqdim edilmiş və həmin məlumatlar əsasında müvafiq icra qeydi aparıldığından iddia tələbinin bu hissədə tamamilə əsassızdır. Həmçinin İddiaçı borcu barədə bildiriş xx.xx.2024-cü il tarixdə göndərilmiş və iddiaçı məktubu xx.xx.2024-cü il tarixdə saat 11:05-də əldə etmişdir. Odur ki, borcu barədə məlumatı olmuş, xəbərdar edilmiş və Borc 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. Lakin iddiaçı bu müddət ərzində banka yaxınlaşmamış və problemini həll etməyə cəhd etməmişdir. İndi isə sadəcə borcunu məhkəmədə mübahisələndirmək qərarına gəlmişdir ki, iş uzansın. İddia tələbinin borcun həcminin əsassız hesablanması mülahizəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, İddiaçı ilə Cavabdeh1 ASC arasında xx.xx.2023-cü il tarixdə OnGTC/SE/00270743 saylı Razılaşma imzalanmışdır. Həmin Razılaşmanı imzalamaqla iddiaçı Bank xidmətlərinin göstərilməsinə dair X3 xx.xx.2023-cü il tarixli 1.0.6 nömrəli versiyasının şərtlərini (müvafiq redaksiyada) qəbul etməklə (Bankın rəsmi internet səhifəsində www.pashabank.az saytında yerləşdirilmiş) öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına məsuliyyət daşıdığını qəbul etmişdir. Həmin Razılaşma çərçivəsində xx.xx.2023-cü il tarixdə DCLT00270743-02 saylı (kart hesab:41040AZNSK**********) maliyyələşdirmə üçün Ərizə imzalamaqla Bank tərəfindən İddiaçıya xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 24, illik cərimə faizi 33,5% olmaqla, 26000.00 (iyirmi altı min) manat məbləğində nağdsız qaydada Səryaiı MMC, Sədəf MMC və Vektor MMC-dən tütün məhsullarının alışı və bununla bağlı ƏDV-nin ödənilməsi məqsədi ilə kredit xətti açılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixinə Cavabdeh1 ASC qarşısında öhdəliyinin DCLT00270743-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 25646,26 manat əsas borc, 578,99 manat faiz borcu olmaqla 26225,25 manat borc təşkil etmişdir. Yuxarıda qeyd edilən öhdəlik həmin tarixdə 29 gün icra edilmədiyindən Bank tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixində borcun icra qeydi qaydasında tutulacağı barədə bildiriş göndərilmiş və həmin bildiriş xx.xx.2024-cü il tarixində İddiaçı çatdırılmışdır. Bildiriş qəbul edildikdən sonra 2 gün müddətində borc ödənilmədiyi üçün tərəflərindən borcun icra qeydi qaydasında tutulması üçün elektron qaydada notariat sistemi vasitəsi ilə müraciət edilmiş və qanunverciliklə müəyyən edilmiş sənədlər ərizəyə əlavə edilmişdir. Bundan sonra, Bərdə regional “Asan” Xidmət mərkəzində notariat ofisi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq qaydada icra qeydi verilmişdir. Bildiriş və onun borcluya çatdırıldığını təsdiq edən sənəd “Notariat haqqında” AR Qanunun 76-cı maddəsinin 6-cı hissəsinin tələblərinə əsasən icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmuşdur. İş üzrə təsdiq edilmiş sübutlardan görünür ki, İddiaçı 26 000.00 (iyirmi altı min) manat məbləğində kredit xətti açılmış, lakin sonuncu kredit məbləğini aldıqdan sonra Razılaşma ilə müəyyən edilmiş qaydada ödənişləri etməmişdir. “Notariat haqqında” AR Qanunun 76-cı maddəsinin ikinci hissəsində qeyd olunmuşdur ki, İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimaf’ın 161-ci bəndinə əsasən Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısf’nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən, icra qeydi qanunvericiliyin tələblərinə uyğun olaraq aparıldığına görə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, cavabdeh Abşeron rayon 2 saylı Notariat Kontoru, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməmə səbəbi barədə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə cavabdeh bankın nümayəndəsi işin baxılmasının davam etdirilməsini, iddiaçının iştirakı olmadan işə baxıb qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehi dinləyib, mülki iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixdə OnGTC/SE/00270743 saylı Razılaşmadan görünür ki, Cavabdeh1 ASC Bank xidmətlərinin göstərilməsinə dair X3 xx.xx.2023-cü il tarixli 1.0.6 nömrəli versiyasının şərtlərini (müvafiq redaksiyada) qəbul etməklə öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına məsuliyyət daşıdığını qəbul etmiş, həmin Razılaşma çərçivəsində xx.xx.2023-cü il tarixdə DCLT00270743-02 saylı (kart hesab:41040AZNSK**********) maliyyələşdirmə üçün Ərizə imzalamaqla Bank tərəfindən İddiaçıya xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 24, illik cərimə faizi 33,5% olmaqla, 26000 manat məbləğində nağdsız qaydada Səryaiı MMC, Sədəf MMC və Vektor MMC-dən tütün məhsullarının alışı və bununla bağlı ƏDV-nin ödənilməsi məqsədi ilə kredit xətti açılmışdır. -Cavabdeh1 ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixinə Cavabdeh1 ASC qarşısında öhdəliyinin DCLT00270743-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 25646,26 manat əsas borc, 578,99 manat faiz borcu olmaqla 26225,25 manat borc təşkil etmişdir. -Abşeron rayon 2 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli 8İ-9212 reyestr nömrəli icra qeydindən görünür ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən, Cavabdeh1 ASC-nin (VÖEN:**********) xeyrinə İddiaçı DCLT00270743-02 nömrəli müqaviləyə əsasən, müddət üçün vaxtında ödənilməmiş 26225 manat pulun tutulması qeyd edilmişdir. Həmin icra qeydi xx.xx.2024-cü il tarixdə aparılmışdır. -Tələbkar Cavabdeh1 ASC tərəfindən borclu İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, PB-OUT-06630-2024/7 saylı bildirişdən görünür ki, bank borcludan əsas borc, hesablanmış faizləri və cərimə məbləğini 20 gün müddətində ödəməyi tələb etmiş, əks təqdirdə “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydinin aparılacağı bildirilmişdir. -Cavabdeh1 ASC tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı Paşa Bank” ASC-nin ona ünvanladığı xx.xx.2024-cü il tarixli, PB-OUT-06630- 2024/7 saylı bildirişi xx.xx.2024-cü il tarixində imza atmaqla şəxsən qəbul etmişdir. -Cavabdeh1 ASC iddia müddətinin tətbiqinə dair ərizə ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsində qeyd edilmişdir ki, icra qeydində borcunun göstərildiyi kimi deyil, xeyli aşağı olduğunu bildirmiş, hesablanmış borcun cavabdehdən tələb edilməsi ilə bağlı bildirişin ona göndərilmədiyi və bu səbəbdən icra qeydinin əsassız olmasım, bununla da mənafeyinin pozulmasını qeyd etmişdir. Hesab edir ki, iddia tələbi iddia müddəti ötürülməklə verildiyindən rədd edilməlidir. Belə ki, İddiaçı borcu barədə bildiriş xx.xx.2024-cü il tarixdə göndərilmiş və iddiaçı məktubu xx.xx.2024-cü il tarixdə saat 11:05-də əldə etmişdir. Odur ki, borcu barədə məlumatı olmuş, xəbərdar edilmiş və Borc 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin İcrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. Lakin iddiaçı bu müddət ərzində banka yaxınlaşmamış və problemini həll etməyə cəhd etməmişdir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2025 tarixli Qərarına əsasən, qanunverici orqan tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərə tutulmuş 10 günlük müddət tətbiq edilməsi müəyyənləşdirilmişdir.İşin hallarından göründüyü kimi, icra qeydinin məhkəmə qaydasında mübahisələndirilməsi üçün son gün xx.xx.2024-cü il tarixi olmasına baxmayaraq, iddiaçı məhkəməyə iddia ərizəsi İlə xx.xx.2025-cİ il tarixdə müraciət etmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən, iddia müddətinin ötürülməsinə dair ərizə tətbiq edilməklə, iddia tələbinin rədd edilməsinə dair Qərar qəbul olunmasını Sizdən xahiş edirik. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixdə OnGTC/SE/00270743 saylı Razılaşmaya əsasən, Cavabdeh1 ASC Bank xidmətlərinin göstərilməsinə dair X3 xx.xx.2023-cü il tarixli 1.0.6 nömrəli versiyasının şərtlərini (müvafiq redaksiyada) qəbul etməklə öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına məsuliyyət daşıdığını qəbul etmiş, həmin Razılaşma çərçivəsində xx.xx.2023-cü il tarixdə DCLT00270743-02 saylı (kart hesab:41040AZNSK**********) maliyyələşdirmə üçün Ərizə imzalamaqla Bank tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 24, illik cərimə faizi 33,5% olmaqla, 26000 manat məbləğində nağdsız qaydada Səryaiı MMC, Sədəf MMC və Vektor MMC-dən tütün məhsullarının alışı və bununla bağlı ƏDV-nin ödənilməsi məqsədi ilə kredit xətti açılmışdır. Cavabdeh1 ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixinə Cavabdeh1 ASC qarşısında öhdəliyinin DCLT00270743-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 25646,26 manat əsas borc, 578,99 manat faiz borcu olmaqla 26225,25 manat borc təşkil etmişdir. Abşeron rayon 2 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli 8İ-9212 reyestr nömrəli icra qeydindən görünür ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən, Cavabdeh1 ASC-nin (VÖEN:**********) xeyrinə İddiaçı DCLT00270743-02 nömrəli müqaviləyə əsasən, müddət üçün vaxtında ödənilməmiş 26225 manat pulun tutulması qeyd edilmişdir. Həmin icra qeydi xx.xx.2024-cü il tarixdə aparılmışdır. Hazırda, İddiaçı həmin icra qeydinin ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 224-cü maddəsinə əsasən, notariusun icra qeydi əsasında ödənilmə daxil olmaqla, ödənilməsi mübahisəsiz (akseptsiz) qaydada həyata keçirilən icra və ya digər sənədlərin icra edilməməli hesab olunmasına dair mübahisələri həll edərkən qətnamənin nəticə hissəsində icra edilməli olmayan sənədin adı, sıra sayı və tarixi, habelə silinməli olmayan məbləğ göstərilməlidir. Mülki iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə borclunun öhdəliyini yerinə yetirməməsi nəticəsində tələbkarın ərizəsi əsasında Abşeron rayon 2 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli, 8İ-9212 reyestr nömrəli icra qeydi verilmiş və həmin icra qeydi icra edilməsi üçün aidiyyəti üzrə İcra şöbəsinə göndərilmişdir. “Notariat haqqında Azərbaycan Respublikası Qanunu”nun: 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 78-ci maddəsinə əsasən, icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. 79-cu maddəsinə əsasən, tələbkar və ya borclu fiziki şəxsdirsə, Azərbaycan Respublikasının qanunvericiliyində başqa müddətlər müəyyən olunmamışsa, icra qeydi aparıldığı gündən üç il ərzində, bütün qalan tələblər üzrə isə bir il ərzində məcburi surətdə icra olunmaq üçün təqdim edilə bilər. İcra qeydinin təqdim olunması üçün buraxılmış müddətin bərpası Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın:

161. bəndinə əsasən, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq) 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.

162. bəndinə əsasən, icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Mülki Məcəllənin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. İcra qeydinin aparılacağı müddətlər tələbkarda borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. İşin araşdırılan hallarından, tərəflər arasında bağlanmış kredit razılamasından, maliyyə arayışından göründüyü kimi kredit götürən müqavilə ilə üzərinə öhdəliklər götürməsinə baxmayaraq həmin öhdəlikləri yerinə yetirməmiş, nəticədə onun DCLT00270743-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 25646,26 manat əsas borc, 578,99 manat faiz borcu olmaqla 26225,25 manat borcu yaranmışdır. Müqavilə öhdəlikləri yerinə yetirilmədiyindən Cavabdeh1 ASC tərəfindən haqlı olaraq borcun ödənilməsi barədə icra qeydi dair bildiriş göndərilmişdir. Abşeron rayon 2 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli 8İ-9212 reyestr nömrəli icra qeydindən müəyyən olunur ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən, Cavabdeh1 ASC-nin (VÖEN:**********) xeyrinə İddiaçı DCLT00270743-02 nömrəli müqaviləyə əsasən, müddət üçün vaxtında ödənilməmiş 26225 manat pulun tutulması qeyd edilmişdir. Həmin icra qeydi xx.xx.2024-cü il tarixdə aparılmışdır. Müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi tələbkarda onun ərizəsi əsasında müqaviləyə dair icra qeydinin verilməsi üçün əsas yaratmışdır. Belə ki, iş materiallarında olan tələbkar Cavabdeh1 ASC tərəfindən borclu İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, PB-OUT-06630-2024/7 saylı bildirişə əsasən, bank borcludan əsas borc, hesablanmış faizləri və cərimə məbləğini 20 gün müddətində ödəməyi tələb etmiş, əks təqdirdə “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notaries tərəfindən icra qeydinin aparılacağı bildirilmişdir. Cavabdeh1 ASC tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli qəbzdən göründüyü kimi İddiaçı Paşa Bank” ASC-nin ona ünvanladığı xx.xx.2024-cü il tarixli, PB- OUT-06630-2024/7 saylı bildirişi xx.xx.2024-cü il tarixində imza atmaqla şəxsən qəbul etmişdir. Odur ki, iş materiallarında xx.xx.2024-cü il tarixinə olan maliyyə arayışından göründüyü kimi İddiaçı Cavabdeh1 ASC-yə olan borcunu ödəməmiş və bu səbəbdən haqlı olaraq tələbkar tərəfindən borcluya ödəniş etməsi barədə bildiriş göndərilmiş, daha sonra isə icra qeydi verilmişdir. Bu səbəbdən də icra qeydi “Notariat haqqında” Qanunun 76-cı maddəsinə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat” ın bəndlərinə uyğun və qanuni şəkildə aparılmışdır. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 334.1-ci maddəsinə əsasən, əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində istinad etdiyi hallar icra qeydinin ləğv edilməsi üçün əsas ola bilməz və icra qeydi notarius tərəfindən verilərkən qanunvericiliyin tələbləri pozulmamış, qanunla nəzərdə tutulmuş qaydada verilmişdir. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” xx.xx.2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 №li Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası “İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Bundan əlavə məhkəmə cavabdeh bank tərəfindən iddia müddətinin tətbiqinə dair ərizəsinə dair qeyd edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirilməsi zərurəti aradan qalxmışdır.

Eyni zamanda həmin Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 119, 216-220, 222.2, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Abşeron rayon 2 saylı Notariat Kontoruna (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4) qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar