Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-3525/2021 07.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və onun nümayəndəsi və vəkili X16 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qeydiyyat vəsiqəsinin ləğvi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qeydiyyat vəsiqəsinin ləğvi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin adına olan Abşeron rayonu Digah qəsəbəsi M.F.Axundov küçəsi 55 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alındığı 17.03.2006-cı il tarixli 25842 saylı reyestr kitabının 708 saylı inventar qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun 0.25 ha həyətyanı torpaq sahəsi onun mərhum əri X12 məxsus olmuşdur. Evlə bağlı mübahisə olmadan öncə o, həmin evə sahiblik edərək evdən maneəsiz istifadə etmişdir. Yalnız qaynanası X48 31.03.2009-cu il tarixdə vəfat etdikdən sonra ona məlum olmuşdur ki, qaynanası və cavabdeh olan qaynı saxta sənədlərlə torpaq sahəsini qaynanasının adına keçirtmiş, sonra isə bağışlanma yolu ilə Cavabdeh mülkiyyətinə vermişdir. O, bu işdən xəbər tutan kimi Cavabdeh qarşı qərarın, bağışlama müqaviləsinin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-40/2012 saylı, 17 iyul 2012-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Abşeron rayon Aqrar İslahat Komissiyasının 04 avqust 1997-ci il tarixli 249 saylı qərarına əsasən 0.25 ha torpaq sahəsinin X32 mülkiyyətinə verilməsi barədə Torpağın mülkiyyətə verilməsinə dair JN-246F seriyalı 30800066 kodlu şəhadətnamə, Abşeron rayon 2 saylı Dövlət Notariat Kontorunda 4/Ə-02-234 reyestr sayla qeydə alınmış 14 fevral 2008-ci il tarixli torpaq sahəsinin bağışlanmasına dair müqavilə, daşınmaz əmlakın dövlət reyestrində 10 iyul 2010-cu il tarixdə **********23-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmaqla Cavabdeh adına verilmiş MA seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-71/2013 saylı, 23.01.2013cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Daha sonra cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti ilə müraciət etmiş, Ali Məhkəmənin 2(102)-2323 saylı, 09 iyul 2013-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti də təmin edilməmişdir. Bundan sonra o, Abşeron Rayon Məhkəməsinə müraciət edərək miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1458/2014 saylı, 30.06.2014-cü il tarixli qətnaməsi ilə onun mərhum əri X5 miras qalmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi ilə birlikdə onun tərəfindən miras əmlakın qəbul edilməsi faktı müəyyən edilmişdir. Daha sonra yəni, 2018-ci ildə o, yenidən Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər X15, X14, X26, X46 və X23 qarşı maneənin aradan qaldırılması, qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-396/2018 saylı, 19 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınmasına cavabdehlər tərəfindən maneənin aradan qaldırılması, torpaq sahəsindən və fərdi yaşayış evindən cavabdehlərin çıxarılması, həmin ünvanda yerləşən 0.252 ha torpaq sahəsindən cavabdehlər X46 və X34 tərəfindən inşa edilmiş tikililərin onların hesabına sökülərək torpaq sahəsinin boşaldılması, fərdi yaşayış evi və torpaq sahəsinin onun qanuni sahibliyinə qaytarılması qət edilmişdir. Bağışlama müqaviləsinə əsasən X48 0.25 ha torpaq sahəsini oğlu Cavabdeh bağışlamışdır. Cavabdeh ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini bağışlama müqaviləsi ilə əldə etdiyi 0.25 ha həyətyanı torpaq sahəsinə dair vahid əmlak kimi mülkiyyət hüququnu qeydə aldırmış və 10.07.2010-cu il tarixdə **********23-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Sonradan məhkəmənin qərarı ilə bu bağışlama müqaviləsi və çıxarış etibarsız hesab edilmişdir. Abşeron Rayon Məhkəməsində 2(012)-40/2012 saylı mülki iş davam edərkən cavabdeh 06.06.2012-ci il tarixdə mübahisəli torpaq sahəsinin 0.02 ha hissəsini X35, 0.02 ha hissəsini isə X1. Yəni cavabdeh sonradan məhkəmə qətnaməsi ilə üzərində mülkiyyət hüququnun etibarsız sayıldığı torpaq sahəsini bu şəxslərə məhkəmə mübahisəsi barədə məlumat vermədən satmışdır. Məhkəmə tərəfindən torpaq sahəsinə dair 10.07.2010-cu il tarixli **********23- 10301 saylı reyestrdən çıxarış ləğv edilsə də bu çıxarış əsasında torpaq sahəsinin 0.04 ha hissəsinin satılması barədə onun məlumatı olmamışdır. O, cavabdehlər Cavabdeh, X35, X23 qarşı daşınmaz əmlakın dövlət reyestrindən qeydin çıxarılması, çıxarışın ləğv edilməsi və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)- 103/2015 saylı, 31 iyul 2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, X8 adına ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.252 ha torpaq sahəsinə aid Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 44 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində alınmış 20.07.2012-ci il tarixli, **********96-10301 nömrəli xüsusi mülkiyyət hüququ haqqında qeydin ləğv edilməsi, Cavabdehli oğlu ilə X46 arasında Abşeron rayonu Digah qəsəbəsində yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsindən 0.02 ha hissəsinə, X34 arasında 0.02 ha hissəsinə dair bağlanmış 06.06.2012-ci il tarixli, 4Ə-03-1062 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Belə olan vəziyyətdə cavabdeh qətnamənin qanuni qüvvəsini almamasından istifadə edərək yerdə qalan 0.21 ha torpaq sahəsinə bələdiyyədən aldığı 0.042 ha torpaq sahəsini birləşdirərək 0.252 ha torpaq sahəsinə və üstündə yerləşən fərdi yaşayış evinə dair 20.07.2012-ci il tarixdə **********96- 10301 reyestr nömrəli çıxarış almışdır. Onun nümayəndəsi və cavabdeh apellyasiya məhkəməsinə apellyasiya şikayəti ilə müraciət etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 08 iyul 2016-cı il tarixli, 2(105)-271/2016 saylı qətnaməsinə əsasən onun nümayəndəsinin apellyasiya şikayəti təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 31 iyul 2015-ci il tarixli, 2(012)-103/2015 saylı qətnaməsi iddianın təmin edilməyən-“Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş 20.07.2012-ci il tarixli RX seriyalı, ******* nömrəli, X27 adına 05.07.2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli və X21 adına 05.07.2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışların ləğv edilməsi” hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş 20.07.2012-ci il tarixli RX seriyalı, ******* nömrəli, X27 adına 05.07.2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli və X21 adına 05.07.2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışların ləğv edilməsi, qətnamə Cavabdeh adına ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.252 ha torpaq sahəsinə aid Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 44 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydə alınmış 20.07.2012-ci il tarixli, **********96-10301 nömrəli xüsusi mülkiyyət hüququ haqqında qeydin ləğv edilməsi, Cavabdeh ilə X46 arasında Abşeron rayonu, Digah qəsəbəsində yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsindən 0.02 ha hissəsinə, X34 arasında 0.02 ha hissəsinə dair bağlanmış 06.06.2012-ci il tarixli, 4Ə-03- 1062 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. O, bütün bu qətnamələrin əsasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə adına çıxarış verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, sənədləşdirmə işləri aparılan zaman məlum olmuşdur ki, Cavabdeh mülkiyyət hüququ reyestr kitabında qeydə alınmış və ona 17.03.2006-cı il tarixdə 25842 reyestr nömrəli qeydiyyat vəsiqəsinin ləğvi ilə bağlı məhkəmə instansiyaları münasibət bildirməmişdir. Baxmayaraq ki, həmin qeydiyyat vəsiqəsi əsasında əldə edilmiş **********96-10301 nömrəli çıxarış ləğv edilmişdir, sözügedən qeydiyyat vəsiqəsi hazırkı gündə də ləğv olunmamış qalmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsinin 03.06.2020-ci il tarixli bildirişindən də görünür ki, 17.03.2006-cı il tarixdə 25842 reyestr nömrəli qeydiyyat vəsiqəsinin ləğvinə dair məhkəmə aktı qəbul edilmədiyi halda onun digər məhkəmə aktları ilə tanınmış hüquqlarını realizə etmək, ona çıxarış vermək mümkün deyil. Həmin qeydiyyat vəsiqəsi daşınmaz əmlakın dövlət reyestrində aşkar edildiyi üçün o, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair öz adına sənəd yəni, çıxarış ala bilmir. Ona görə onun məhkəmə aktları ilə təsbit olunmuş mülkiyyət hüququnun realizəsi üçün 20.07.2012-ci il tarixli **********96-10301 reyestr nömrəli çıxarış və 17.03.2006-cı il tarixli 25842 reyestr nömrəli qeydiyyat vəsiqəsi ləğv edilməlidir. Yuxarıda qeyd edilmiş məhkəmə qətnamələri ilə Cavabdeh və anası X32 həmin torpağa mülkiyyət hüququna aid olan bütün sənədləri ləğv edilmişdir. Cavabdeh həmin torpaq sahəsi və evə dair maraqlarının müdafiəsi məsələsinə bir dəfə məhkəmə tərəfindən baxılmış və hüquqi qiymət verilmiş, nəticə olaraq onun hüququ saxta yolla yarandığı üçün ləğv edilmişdir. Bununla da Cavabdeh həmin torpaq sahəsinə və üzərindəki evə hər hansı hüququ qalmamışdır. Mövcud olmayan hüquq əsasında əldə edilmiş sənədlər və bağlanmış əqdlər etibarlı hesab edilə bilməz. Faktiki olaraq ləğv olunmuş və ya etibarsız hesab olunmuş sənədlər əsasında əldə edilmiş yekun çıxarış, qeydiyyat vəsiqəsi və ya istənilən hüquqmüəyyənedici sənəd də qüvvəsini itirir. Belə olan halda onun məhkəmə aktları ilə təsbit olunmuş mülkiyyət hüququnun realizəsinə maneə törədən sənədlər ləğv olunmalı, onun müvafiq hüquqların qeydiyyatı barədə çıxarışı əldə edilməli və qanuni qüvvəsini almış məhkəmə aktlarının və onun hüquqlarının realizəsi üçün 17.03.2006-cı il tarixdə 25842 reyestr nömrəli qeydiyyat vəsiqəsi ləğv edilməlidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə İddiaçı izahatı ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı Abşeron rayon Məhkəməsində ona qarşı qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbinə dair iddia qaldıraraq məhkəmədən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ reyestr kitabında qeydə alınmış 17.03.2006-cı il tarixli 25842 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini qəbul etmir və hesab edir ki, iddia ərizəsi işin həqiqi halları və aşağıda göstərilmiş əsaslara görə qanunsuz və əsassız hesab edilməklə təmin edilməməlidir. İddiaçı iddia tələblərini onunla əsaslandırır ki, iddia ərizəsində qeyd edilmiş məhkəmə qətnamələri ilə mübahisə edilən ünvanda yerləşən torpağa mülkiyyət hüququna aid olan bütün sənədlərin ləğv edildiyini, onun həmin torpaq sahəsinə və üzərindəki evə heç bir hüququnun qalmadığını, mövcud olmayan hüquq əsasında əldə edilmiş sənədlərin və bağlanmış əqdlərin etibarlı hesab edilmədiyini, faktiki olaraq ləğv olunmuş və etibarsız hesab olunmuş sənədlər əsasında əldə edilmiş yekun çıxarış, qeydiyyat vəsiqəsi və ya istənilən hüquqmüəyyənedici sənədin də qüvvəsi olmadığını, bu əsasla da iddiaçının məhkəmə aktları ilə təsbit olunmuş mülkiyyət hüququnun reyestrdə qeydə alınması üçün maneə törədən, onun adına verilmiş 17.03.2006-cı il tarixli 25842 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməli olduğunu əsas olaraq göstərmişdir. İddiaçının qeyd edilmiş dəlilləri aşağıda istinad edilmiş işin həqiqi halları və sübutlarla təkzib olunur. İlk növbədə məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iddiaçı ona qarşı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmayan şəxsdir. Belə ki, iddiaçının 1990-cı ildə vəfat etmiş həyat yoldaşı 1958-ci il təvəllüdlü Səxavət Məmmədov onun doğma qardaşıdır. Mübahisəli ünvanda 1965-ci ildə atası X66 tərəfindən taxtadan inşa edilmiş birmərtəbəli tikili olmuş və o, valideynləri ilə birlikdə həmin evdə yaşamışdır. 1980-ci ildə Digah kəndində yerləşən özbaşına inşa edilmiş tikililərə dair reyestr xidməti orqanı tərəfindən texniki pasportlar tərtib edilmiş, atasının 1969-cu ildə vəfat etməsi ilə bağlı yaşadıqları evə dair texniki pasport tərtib edilərkən, anasının təklifi ilə texniki pasport böyük qardaşı Səxavət Məmmədovun adına tərtib olunmuşdur. 1986-cı ildə qardaşı iddiaçı ilə evlənmiş, evləndiyi gündən də qardaşı iddiaçı ilə hamısının qeydiyyatda olduğu Bakı şəhəri Ələkbərov küçəsi, 20 saylı evdə yaşamış, o isə anası ilə Digah qəsəbəsi M.F.Axundzadə küçəsi 55 ünvanında yerləşən taxtadan inşa edilmiş fərdi yaşayış evində yaşamağa davam etmişlər. İddiaçı onun qardaşı ilə evləndiyi gündən bu günədək bir gün də olsun mübahisə edilən ünvanda yaşamamış və istifadə etməmişdir. 20.01.1990-cı ildə qardaşı Səxavət Məmmədov şəhid olmuş, o gündən başlayaraq iddiaçı həyat yoldaşının şəhidlik statusundan istifadə edərək yaşadığı Bakı şəhəri Ələkbərov küçəsi, 20 saylı evdən başqa 11.01.1991-ci il tarixli, 010303 saylı order əsasında Bakı şəhəri, Mətbuat prospekti, 50 saylı evin 45 saylı 2 otaqlı mənzilini, Xocahəsən Bələdiyyəsindən 06.09.2004-cü il tarixli 15 saylı qərarına əsasən fərdi evin tikilməsi üçün 600 kv.m torpaq sahəsini, qarajı, Ağstafa rayonunda yerləşən torpaq sahəsini almış, 2014-cü ildə artıq qardaşının şəhidlik statusundan istifadə edərək dövlətdən alacağı bir şey qalmadıqdan və kənd yerlərində torpağın dəyərinin qalxdığını görüb mübahisəli evi və həmin evin yerləşdiyi torpaq sahəsini əldə etmək qərarına gəlmişdir. Bu əsasla da 2014-cü ildə iddiaçı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət etmiş, Abşeron rayon Məhkəməsinin 2(012)-1458/2014 saylı 30.06.2014-cü il tarixli qətnaməsi ilə ərizəçi İddiaçı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi xüsusi icraat qaydasında baxılaraq təmin edilmiş, mərhum X5 miras qalmış ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi ilə birlikdə İddiaçı tərəfindən miras olaraq qəbul edilməsi faktı müəyyən edilmiş olsa da, onun həmin qətnamədən verdiyi apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 17.02.2015-ci il tarixli, 2(105)- 382/2015 saylı qərardadı ilə təmin edilmiş, iş üzrə çıxarılmış Abşeron rayon Məhkəməsinin 2(012)-1458/2014 saylı 30.06.2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, ərizəçi İddiaçı tərəfindən miras olaraq qəbul edilməsi faktı müəyyən edilməsinə dair ərizəsi təmin edilməmişdir. Qanuni qüvvəsini almış həmin qərardaddan göründüyü kimi həmin qərardadı qəbul edərkən ərizəçinin miras əmlak olaraq iddia etdiyi evin və torpaq sahəsinin mərhumun mülkiyyətində olmadığını, evə dair tərtib edilmiş texniki pasportun isə hüquqmüəyyənedici sənəd olmadığını əsas olaraq göstərmişdir. Odur ki, iddiaçı hazırda ona qarşı qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbinə dair iddia qaldıraraq məhkəmədən həmin evə mülkiyyət hüququ reyestr kitabında qeydə alınmış 17.03.2006-cı il tarixli 25842 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsinə dair tələb irəli sürməyə subyektiv hüququ olmayan şəxs hesab edilməlidir. İddiaçının iddia ərizəsində həmin evə və torpaq sahəsinə dair verilmiş reyestrdən çıxarışın qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə ləğv edilməsinə əsasən isə hesab edir ki, bu hal iddiaçının həmin evə və torpaq sahəsinə hər hansı bir hüququnun yaranması kimi qəbul edilməməlidir. Belə ki, həqiqətən də iş materiallarına əlavə edilmiş məhkəmə qərarları ilə mübahisə edilən evə və həyətyanı torpaq sahəsinə dair onun adına reyestr xidməti idarəsi tərəfindən verilmiş 10.07.2010-cu il tarixli, **********23-10301 saylı və 20.07.2012-ci il tarixli, **********96-10301 saylı reyestrdən çıxarışlar etibarsız hesab edilmiş, lakin həmin məhkəmə qərarları ilə məhkəmə mübahisə edilən torpaq sahəsinin fərdi yaşayış evinin inşa edilməsi üçün adına verilmiş Abşeron rayon İcra Hakimiyyəti Başçısının 01.11.1994-cü il tarixli, 562 saylı və Abşeron rayon İcra Hakimiyyəti Başçısının Digah qəsəbəsi nümayəndəliyinin 15.11.1994cü il tarixli sərəncamları və qeyd edilmiş sərəncamlar əsasında inşa edilmiş evə dair adına verilmiş Abşeron rayon Tİ və MHQ-tı idarəsi tərəfindən verilmiş 17.03.2006-cı il tarixli, 25842 saylı qeydiyyat vəsiqəsi etibarsız hesab edilməmişdir. Qeyd edilmiş qətnamələrdən göründüyü kimi buna səbəb isə reyestr xidməti idarəsi tərəfindən həmin evə və evin yerləşdiyi torpaq sahəsinə dair onun adına verilmiş 10.07.2010-cu il tarixli, **********23- 10301 saylı və 20.07.2012-ci il tarixli, **********96-10301 saylı reyestrdən çıxarışların etibarsız hesab edilməsinə əsas olaraq həmin ünvanda yerləşən 0,25 ha torpaq sahəsində Abşeron rayon İcra Hakimiyyəti Başçısının 01.11.1994-cü il tarixli, 562 saylı və Abşeron rayon İcra Hakimiyyəti Başçısının Digah qəsəbəsi nümayəndəliyinin 15.11.1994cü il tarixli sərəncamları ilə fərdi yaşayış evinin tikilməsi onun adına verilmiş sərəncam mövcud olduğu halda heç bir əsas olmadan Abşeron rayon Aqrar İslahat Komissiyasının 04.08.1997-ci il tarixli, 249 saylı qərarı ilə onunla birlikdə həmin evdə yaşayan anası X32 adına qəsəbə sakinlərinə bağışlanan pay torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair JN-246F seriyalı 30800066 kodlu şəhadətnamə verilməsi olmuşdur. Məhkəmə araşdırmaları zamanı Abşeron rayon İcra Hakimiyyəti Başçısının 01.11.1994-cü il tarixli, 562 saylı və Abşeron rayon İcra Hakimiyyəti Başçısının Digah qəsəbəsi nümayəndəliyinin 15.11.1994-cü il tarixli sərəncamları əsasında inşa etməklə adına Abşeron rayon Tİ və MHQ-tı idarəsi tərəfindən 17.03.2006-cı il tarixli, 25842 saylı qeydiyyat vəsiqəsi verilmiş evin yerləşdiyi torpaq sahəsini adına verilmiş sərəncam əsasında deyil, anası X32 adına qanunsuz verilmiş JN-246F seriyalı 30800066 kodlu şəhadətnamə əsasında rəsmiləşdirilməsini əsas götürməklə adına verilmiş 10.07.2010-cu il tarixli, **********23- 10301 saylı və 20.07.2012-ci il tarixli, **********96-10301 saylı reyestrdən çıxarışları etibarsız hesab etmişdir. Lakin onun yaşadığı ev həmin sərəncamlar əsasında 1994-2005ci illərdə inşa edildiyindən həmin evin nə mərhum qardaşı Səxavət Məmmədova, nə də ki iddiaçıya heç bir aidiyyatı müəyyən edilə bilməz. Bu halı müəyyən etmək üçün hesab edir ki, iddiaçının sübut növü kimi istinad etdiyi 1980-ci ildə mərhum Səxavət Məmmədovun adına tərtib edilmiş texniki pasportda əks edilmiş birmərtəbəli tikili ilə onun sərəncamlar əsasında 1994-2005-ci illərdə inşa edilmiş ikimərtəbəli 4 otaqlı 110,8 kv.m sahəli yaşayış və 118,0 kv.m köməkçi sahəli evin eyni ev olmaması təkzib olunmayan faktdır və iddiaçı həmin evin mərhum həyat yoldaşına məxsus olmasını təsdiq edən hər hansı bir fakt və sübut təqdim etmədən tam qanuni əsaslarla inşa etdiyi evə dair reyestr xidməti orqanı tərəfindən adına verilmiş 17.03.2006-cı il tarixli, 25842 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsinə dair tələbi haqlı sayıla bilməz. Ən azından iddia o halda əsaslı sayıla bilərdi ki, həmin evə dair 1980-ci ildə tərtib edilmiş texniki pasportda əks etdirilmiş tikililər və göstəricilər hazırda həmin ünvanda yerləşən tikililər və göstəricilərlə üst-üstə düşmüş və eynilik təşkil etmiş olsun. Bununla əlaqədar məhkəmədən 1980-ci ildə mərhum Səxavət Məmmədovun adına tərtib edilmiş texniki pasportda əks edilmiş 1965-ci ilin tikilisi olan birmərtəbəli tikili ilə Abşeron rayon İcra Hakimiyyəti Başçısının 01.11.1994-cü il tarixli, 562 saylı və Abşeron rayon İcra Hakimiyyəti Başçısının Digah qəsəbəsi nümayəndəliyinin 15.11.1994-cü il tarixli sərəncamları əsasında inşa edildiyi ikimərtəbəli 4 otaqlı 110,8 kv.m sahəli yaşayış və 118,0 kv.m köməkçi sahəli evin tikililərin və göstəricilərin üst-üstə düşməməsi və eynilik təşkil edib-etməməsini müəyyən etmək üçün iş üzrə məhkəmə-tikinti texniki ekspertizasının təyin edilməsi barədə qərardad qəbul etməyi xahiş edir. Həqiqət isə ondan ibarətdir ki, 1994-cü ildə birmərtəbəli həmin ev istifadəyə yararsız vəziyyətə düşdüyündən onun müraciəti ilə verilmiş sərəncam əsasında həmin ünvanda 2 mərtəbəli, 4 otaqlı 110,8 kv.m sahəli yaşayış və 118,0 kv.m köməkçi sahəli evi inşa edib bu günədək həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. Bu hal etiraz ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azəriqaz İB-nin X60 Sahəsinin, Digah Bələdiyyəsinin, X4 rəsmi arayışları və digər sübutlarla sübuta yetirilir. Həmin rəsmi sənədlərdən məlum olur ki, sərəncamında və istifadəsində olan həmin evə dair kommunal xidmət xərclərinin ödəyicisi kimi o, qeydiyyatdadır və ödənişlər, o cümlədən torpaq vergisi onun tərəfindən ödənilmişdir. Belə olduğu halda hesab edir ki, ona məxsus, ailə üzvlər ilə qeydiyyatda olduğu 2 mərtəbəli evin yerində əvvəllər mövcud olmuş birmərtəbəli evə dair 1980-ci ildə mərhum X9 adına tərtib edilmiş texniki pasportun mövcud olması iddiaçıya ona məxsus olan evə hər hansı bir sahiblik və istifadə hüququ vermir. Digər tərəfdən məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, hazırda Azərbaycan Respublikası Mülki Məcəlləsinə müəyyən dəyişikliklər və əlavələr edilmiş, Mülki Məcəlləyə əlavə edilmiş 139- 1.1.8-ci maddəyə görə daşınmaz əmlak üzərində hüquqların əməl gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırmanın və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsbit edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərin olması göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli, 439 saylı Fərmanı ilə Mülki Məcəllənin 139-1.1.8-ci maddəsinə uyğun olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikasının qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı təsdiq edilmiş, həmin siyahının 1.11-ci bəndinə görə Azərbaycan SSR Kommunal Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar həmin hüquqların əldə edilməsi üçün əsas olması göstərilmiş olsa da, hesab edir ki, 1980-ci ildə mərhum Səxavət Məmmədovun adına ünvan 4 ünvanda 1965-ci ilin tikilisi olmuş evin əvvəllər mövcud olmuş olsa da, daha sonra isə yaşayışa yararsız hala düşərək sökülmüş və artıq mövcud olmayan birmərtəbəli tikilinin əvəzinə iddiaçının tam qanuni əsaslarla 1094-2005-ci illərdə onun inşa etdiyi ikimərtəbəli evə dair verilmiş 17.03.2006-cı il tarixli, 25842 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsinə dair tələbi əsaslı sayıla bilməz. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X28 Cavabdeh izahatı ilə eyni məzmunlu izahat vermişdir. 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı qeydiyyat vəsiqəsinin ləğvi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmədə baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, mülki iş materiallarında olan: -Abşeron Rayon İcra Hakimiyyəti üzrə 01.11.1994-cü il tarixli 562 saylı Abşeron Rayon İcra Hakimiyyəti başçısının Digah qəsəbəsi üzrə fərdi mənzil tikintisi üçün həyətyanı torpaq fondunun ayrılması haqqında sərəncamın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, torpaqların verilmə mexanizmi hazırlanana kimi torpaq sahələrinin ayrılması Abşeron Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətinə verilməsi haqqında Abşeron rayon X38 11.04.1992-ci il tarixli 13-cü çağırış 4-cü sessiyasının qərarı nəzərə alınmış, fərdi mənzil tikintisi üçün hər ailəyə 0.10 ha hesabı ilə 30 ailəyə 3.0 hektar həyətyanı və 0.6 ha küçə və yollar altına cəmi 3.6 ha Abşeron üzümçülük sovxozunun dəmiyə dincə qalan torpaq sahəsindən alınıb Abşeron Rayon İcra Hakimiyyəti başçısının Digah qəsəbəsi üzrə nümayəndəliyinə verilməsi haqqında toplanmış sənədlərin təsdiq edilməsi qərara alınmışdır. -Abşeron rayon Digah qəsəbəsində Abşeron Rayon İcra Hakimiyyətinin 14.10.1994cü il tarixli 2689 saylı məktubunun icrası nəticəsi haqqında aktın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunun baş mühəndisinin müavini E.Qasımovun, həmin şöbənin müdiri Ş.Hüseynovun, Abşeron rayon Torpaq şöbəsinin müdiri N.Lətifovun, Abşeron üzümçülük Sovxozunun direktoru X.Quliyevin, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Digah qəsəbəsi üzrə nümayəndəsi B.Ələkbərovun imzaları ilə təsdiq edilmiş akta əsasən Abşeron Rayon İcra Hakimiyyətinin Azdövyerqurlayihə İnstitutuna müraciət edilərək bildirilmişdir ki, Digah qəsəbəsinə 5 ildən çoxdur ki, fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahəsi ayrılmamış, hökümət hesabına da yaşayış evi tikilməmişdir. Əhalinin darısqal həyətyanı sahələrində yerləşdiyinə görə və onların yaranmış gərgin sosial vəziyyətlərinin qismən yaxşılaşdırmaq məqsədi ilə 30 ailəyə hər ailəyə 0.10 ha hesabı ilə 3.0 ha həyətyanı, küçə və yollar altına 0.6 ha olmaqla cəmi 3.6 ha torpaq sahəsinin ayrılması tələbi irəli sürülmüşdür. Həmin sahə Digah qəsəbəsinin qərb hissəsində yerləşməklə Abşeron üzümçülük sovxozuna təhkim edilmiş 1993-cü ilə qədər olan üzüm bağı kimi qeydə alınmış, uzun illər qrunt suların üzə çıxması nəticəsində torpaq şorlaşmış, üzüm bağı isə məhv olmuşdur. Yeraltı suvarma şəbəkəsi çıxarılıb aparılmış və yaxud dağılmışdır. Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutu 1993-cü ildə sovxozda dövlət torpaq uçotunu apararkən orada bağ olmadığına görə yerquruluşu planında 0.80 ha planını dinc yeri, 0.20 ha meşə zolağı, 0.60 ha kənd təsərrüfatına yararsız və yolaltı torpaq 2.0 ha əkin yeri kimi göstərmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsinin 03.06.2020-ci il tarixli **********80 saylı bildirişindən görünür ki, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən mərhum X12 məxsus fərdi yaşayış evi və fərdi yaşayış evinin üzərində yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 06.05.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətə baxılmışdır. İdarəyə daxil olmuş sənədlər icra üçün araşdırılarkən məlum olmuşdur ki, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh mülkiyyət hüququ reyestr kitabında qeydə alınmış və ona 17.03.2006-cı il tarixdə 25042 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmiş, 14.02.2008-ci il tarixdə 2 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən X13 rayonu, Digah qəsəbəsində yerləşən, DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş JN-246F nömrəli 30800066 kodlu torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən özünə məxsus 0.25 ha torpaq sahəsini oğlu Cavabdeh bağışlamış və sonuncuya ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evi və altındakı 0.25 ha torpaq sahəsi üzərində vahid əmlak kimi mülkiyyət hüququna dair 10.07.2010-cu il tarixdə **********23-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Daha sonra Cavabdeh Abşeron rayonu, Digah bələdiyyəsinin 09.07.2010-cu il tarixli 5/5 nömrəli qərarı ilə ona ayrılmış 0.042 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair 22.07.2011-ci il tarixdə **********22 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 06.06.2012-ci il tarixdə 2 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 10.07.2010-cu il tarixdə verilmiş **********23-10301 reyestr nömrəli çıxarışa əsasən ona məxsus fərdi yaşayış evinin yerləşdiyi 0.25 ha torpaq sahəsindən 0.02 ha torpaq sahəsini X35, 0.02 ha torpaq sahəsini isə X1. Bundan sonra Cavabdeh yerdə qalan 0.21 ha torpaq sahəsi üzərində hüquqların qeydə alınması ilə eyni zamanda 0.042 ha torpaq sahəsini birləşdirərək 0.252 ha torpaq sahəsinə və üstündə yerləşən fərdi yaşayış evinə dair 20.07.2012-ci il tarixdə **********96-10301 reyestr nömrəli çıxarış almışdır. Abşeron rayon Məhkəməsinin 17.07.2012-ci il tarixli 2(012)-40/2012 saylı qətnaməsi ilə Abşeron rayon Aqrar İslahat Komissiyasının 04.06.1997-ci il tarixli 249 saylı qərarına əsasən 0.25 ha torpaq sahəsinin X32 mülkiyyətinə verilməsi barədə torpağın mülkiyyətə verilməsinə dair JN-246F seriyalı 30600066 kodlu şəhadətnamə, Abşeron rayon 2 saylı Dövlət Notariat Kontorunda 4/6-02-234 reyestr sayla qeydə alınmış 14.02.2008-ci il tarixli torpaq sahəsinin bağışlanmasına dair müqavilə, daşınmaz əmlakın dövlət reyestrində 10.07.2010-cu il tarixdə **********23-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmaqla Cavabdeh adına verilmiş MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilmişdir. Abşeron Rayon Məhkəməsinin 17.07.2012-ci il tarixli 2(012)-40/2012 saylı icra vərəqəsi icra üçün Abşeron rayon İcra Şöbəsinin 23.09.2013-cü il tarixli, 17/75- 4568/13-1 saylı məktubu ilə 25.09.2013-cü il tarixdə 4 saylı Abşeron Ərazi idarəsinə daxil olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 16.05.2016-cı il tarixli, 2(106)-271/2016 saylı icra vərəqəsinə əsasən Abşeron rayon Məhkəməsinin 31.07.2015-ci il tarixli, 2(012)-103/2015 saylı qətnaməsi iddianın təmin edilməyən - “ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş 20.07.2012-ci il tarixli RX seriyalı ******* nömrəli X27 adına 06.07.2012-ci il tarixli, RX seriyalı ******* nömrəli və X21 adına 05.07.2012-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışların ləğv edilməsi” hissəsində ləğv edilmiş və həmin hissədə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş 20.07.2012-ci il tarixli RX seriyalı ******* nömrəli, X27 adına verilmiş 05.07.2012-ci il tarixli RX seriyalı ******* nömrəli və X21 adına verilmiş 05.07.2012-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışlar ləğv edilmiş, qətnamə Cavabdeh adına ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.252 ha torpaq sahəsinə aid Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 44 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində alınmış 20.07.2012-ci il tarixli, **********90-10301 nömrəli xüsusi mülkiyyət hüququ haqqında qeydin ləğv edilməsi, Cavabdeh ilə X46 arasında Abşeron rayonu, Digah qəsəbəsində yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsindən 0.02 ha hissəsinə, X34 arasında 0.02 ha hissəsinə dair bağlanmış 06.06.2012-ci il tarixli, 4Ə-03- İ062 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 16.05.2016-cı il tarixli 2(105)-271/2016 saylı icra vərəqəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeyd aparılmışdır. Azərbaycan Respublikası Dövlət Tikinti Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma Mülkiyyət Hüquqlarının Qeydiyyatı və şəhərsalma Kadastrı idarəsi tərəfindən verilmiş 17.03.2006-cı il tarixli, 25842 nömrəli reyestr kitabının 708 nömrəli inventar qeydiyyat vəsiqəsinin ləğvi barədə məhkəmədən hər hansı bir sənəd daxil olmamış, Abşeron rayon Məhkəməsinin 17.07.2012-ci il tarixli 2(012)-40/2012 saylı və Sumqayıt Apellyasiya Məhkəməsinin 16.05.2016-cı il tarixli, 2(105)-271/2016 saylı qətnamələrində sözügedən 25842 nömrəli qeydiyyat vəsiqəsinin ləğvinə münasibət bildirilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsindən imtina edilmişdir. -Abşeron rayon Dövlət Arxivinin 11.12.2014-cü il tarixli F-2103 saylı Abşeron rayon İcra Hakimiyyəti üzrə 01.11.1994-cü il tarixli 562 saylı sərəncamı üzrə arxiv arayışından görünür ki, torpaqların verilmə mexanizmi hazırlanana kimi torpaq sahələrinin ayrılması Abşeron Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətinə verilməsi haqqında Abşeron rayon X38 11.04.1992-ci il tarixli 13-cü çağırış 4-cü sessiyasının qərarı nəzərə alınmış, fərdi mənzil tikintisi üçün hər ailəyə 0.10 ha hesabı ilə 30 ailəyə 3.0 hektar həyətyanı və 0.6 ha küçə və yollar altına cəmi 3.6 ha Abşeron üzümçülük sovxozunun dəmiyə dincə qalan torpaq sahəsindən alınıb Abşeron Rayon İcra Hakimiyyəti başçısının Digah qəsəbəsi üzrə nümayəndəliyinə verilməsi haqqında toplanmış sənədlərin təsdiq edilməsi, qəsəbə nümayəndəliyi seçilmiş torpaq sahəsinə əsasən baş plan tərtib etdirib əlaqədar təşkilatlar tərəfindən təsdiqinə nail olması, vətəndaşlara fərdi mənzil tikintisi üçün torpaq sahəsinin baş plana əsasən ayrılması, torpaq paylanmamışdan əvvəl qəsəbə nümayəndəliyinin həmin sahənin yeraltı və yerüstü kommunikasiyalarını öyrənməsi, əlaqədar təşkilatlardan müsbət rəylər alınmasının təmin edilməsi, torpaq sahələrinin Digah qəsəbəsində yaşayan adına ev və torpaq sahəsi olmayan mənzil sahəsinə ciddi ehtiyacı olan növbəlik əsasında müvafiq qaydada sənədləşdirməklə Abşeron RİH başçısının Digah qəsəbəsi nümayəndəliyinin sərəncamı ilə paylaması, Azərbaycan Respublikası Torpaq Məcəlləsinə uyğun olaraq torpaq sahələrinin paylanmamışdan əvvəl toplanmış sənədlərin rəy alınması üçün Respublika Dövlət Torpaq Komitəsinə göndərilməsi qərara alınmışdır. -Abşeron rayon İcra Hakimiyyətinin Digah qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15.11.1994-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh Digah qəsəbəsi daxilində 0.25 ha torpaq sahəsinin ayrılıb verilməsi, ayrılmış torpaq sahəsində ona fərdi evi tikməyə icazə verilməsi qərara alınmışdır. -Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, Cavabdeh Abşeron rayonu Digah qəsəbəsi ərazisində yerləşən 708 inventar nömrəli, 25842 qeydiyyat nömrəli sənəd əsasında M.F.Axundov küçəsi 55 saylı ev ünvanında sənəd üzərində 2500 kv.m, 2238.9 kv.m olan torpaq sahəsi ayrılmışdır. -Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin M-1161 saylı texniki baxış rəyindən görünür ki, Abşeron rayon İcra Hakimiyyətinin aparatının mühəndisi X3 X44 05.12.2005-ci il tarixli M-1161 saylı ərizəsinə müvafiq olaraq ünvan 8 ünvanında iki mərtəbəli yaşayış evini tikib qurtarmaqla abadlaşdırılmış, istismara qəbul edilməsini xahiş etmiş, Abşeron rayon İcra Hakimiyyəti başçısının 330 saylı 14.10.2005-ci il tarixli sərəncamına uyğun olaraq Abşeron rayon İcra Hakimiyyətinin Digah qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15.11.1994-cü il tarixli sərəncamına və onun 21.11.2005-ci il tarixli təhkim aktına əsaslanaraq ünvan 8 ünvanında iki mərtəbəli yaşayış evini tikib qurtarıb istismara qəbulu üçün həmin ünvana baxış keçirilmiş və torpaq sahəsinin 2500 kv.m, faktiki olaraq isə 2228 kv.m olduğu müəyyən edilmişdir. -Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 17.03.2006-cı il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 8 ünvanında 110.8 kv.m olan yaşayış sahəsi, 118.0 kv.m olan köməkçi sahəsi 4 otaqlı fərdi yaşayış evi Cavabdeh adına Abşeron rayon İcra Hakimiyyəti Başçısının Digah qəsəbəsi üzrə nümayəndəliyinin 15.11.1994-cü il tarixli 34 saylı sərəncamına əsasən qeydə alınmış, bu barədə 25842 nömrəli reyestr kitabında 708 nömrəli inventar nömrəsi ilə qeydə alınmışdır. -Abşeron Rayon Məhkəməsinin 30.06.2014-cü il tarixli 2(012)-1458/2014 saylı qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, mərhum X7 miras qalmış ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi ilə birlikdə İddiaçı tərəfindən miras olaraq qəbul edilməsi faktı müəyyən edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin 17.02.2015-ci il tarixli 2(105)-382/2015 saylı qərardadından görünür ki, maraqlarına toxunan şəxs Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin 30 iyun 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmış, ərizəçi İddiaçı ümumi əsaslarla iddia vermək hüququnun izah edilməsi qərara alınmışdır. -Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 13.06.2013-cü il tarixli 286/g saylı arayışından görünür ki, Mətbuat prospekti ev 48, mənzil 22-də qeydiyyatda olan İddiaçı 11 yanvar 1991-ci il 01.03.2003-cü il tarixli order əsasında Mətbuat prospekti 50 saylı evin 45-ci (2 otaqlı 29,0 kv.m) mənzili verilmişdir. Həmin mənzil 19.10.2007-ci ildə X2. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11.10.2013-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində elektron bazaya toplanmış məlumatlara və arxiv materiallarına, habelə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr və tam olmayan anket məlumatlarına əsasən İddiaçı adına: 27 avqust 2008-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən 48 saylı evin 22 saylı mənzili qeydiyyatdan keçmişdir, lakin 20 iyul 2010-cu il tarixdə 19 saylı DNK-nun 4Ə/308 reyestr nömrəli 03 iyul 2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. 08 iyun 2011-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 2448 saylı bağ sahəsi qeydiyyatdan keçmişdir, lakin 28 aprel 2012-ci il tarixdə 7 saylı DNK-nun 4Ə-1-06 reyestr nömrəli 12 yanvar 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. 16 fevral 2005-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən 50 saylı evin 46 saylı mənzili qeydiyyatdan keçmişdir, lakin 19 oktyabr 2007-ci il tarixdə 12 saylı DNK-nun 4Ə-04-763 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Həmçinin İddiaçı ailə üzvü kimi adına Ağstafa rayonu Aşağı Kəsəmən kəndində yerləşən, **********0 reyestr nömrəsi ilə 02 sentyabr 2009-cu il tarixində 0,3033 ha sənaye təyinatlı torpaq sahəsinə məhdudlaşdırmaya (yüklülüyə) dair arayış verilmişdir. Bundan başqa Ağstafa rayonu Aşağı Kəsəmən kəndində 0,11 ha həyətyanı və Ağstafa rayonu Dağ Kəsəmən kəndində 0,06 ha həyətyanı torpaq sahəsi qeyd olunmuşdur, lakin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron məlumatlarda vətəndaşın təvəllüdü göstərilməmişdir. -Xocəsən Bələdiyyəsinin məktubundan görünür ki, Xocəsən Bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı 115 saylı 06.09.2004-cü il tarixli qərarla 600 kv.m torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı Şəhər İcra Hakimiyyətində 09.03.2011-ci il tarixində keçirdiyi müşavirədə verdiyi tapşırığa uyğun olaraq, bələdiyyənin ərazisində mövcud olan qanunsuz tikililərin və müvafiq özəlləşmə sənədləri olmayan evlərin (bağ evləri də daxil olmaqla tikililərin) inventarizasiyasının aparılmasını təmin edilmək məqsədi ilə Xocəsən bələdiyyəsində yaradılmış komissiya tərəfindən siyahıya alınma zamanı vətəndaş İddiaçı adına 600 kv.m torpaq sahəsi, 171 kv.m 4 otaqlı fərdi yaşayış evi qeydiyyata alınmışdır. Onun övladları Heydər və Günelin adına hər hansı təyinatı üzrə torpaq sahəsi və fərdi yaşayış evi qeydiyyata alınmayıb. Xocəsən bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyata alınmamışdırlar. -Abşeron rayon İcra Hakimiyyəti Başçısının Digah qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13.11.2017-ci il tarixli 49 saylı məktubundan görünür ki, 1990-cı il 20 Yanvarda şəhid olan X17 şəhid olduğu tarixədək Digah qəsəbəsi H.Aslanov küçəsi ev 55 (əvvəl 2 saylı) ünvanında yaşamamışdır. -X31 X64 Sahəsinin 11.12.2014-cü il tarixli məktubundan görünür ki, Cavabdeh mənzilinin Abşeron QİS-də əvvəllər 2004-cü ilə qədər kitab sistemində qeydiyyatı olmuş və istifadə edilən təbii qazın dəyəri normativ əsaslarla ödənilmişdir. Arxiv materialları olmadığından dəqiq tarix qeyd etmək mümkün olmamışdır. 2004-cü ilin mart ayında kompüter bazasına daxil edilmiş və **********03570 nömrəli abonent kodu verilmişdir. 13.06.2006-cı il tarixində mənzildə G-4 markalı, ******* nömrəli mexaniki qaz sayğacı quraşdırılmış və istehlak edilən təbii qazın dəyəri sayğac göstəricilərinə əsasən abonent tərəfindən ödənilmişdir. 21.02.2011-ci il tarixindən mənzildə smartkart tipli qaz sayğacı quraşdırıldığından istehlak edilən təbii qazın dəyəri Cavabdeh tərəfindən ödəmə kartına ödənilir. -Bağlar EŞ-nin məktubundan görünür ki, Abşeron rayonu, Digah qəsəbə sakini Cavabdeh Heydər oğluna məxsus fərdi yaşayış evi 01.10.2002-ci ildən qeydiyyatdadır və indiyədək hər ay, elektrik enerjisinin haqqı onun tərəfindən ödənilir. Qeyd: 1994-cü ildən 2002-ci il tarixədək olan ödənişlər, həmin müddət ərzində kompüter bazası olmadığı üçün görünmür. -Abşeron rayon Digah Bələdiyyəsi tərəfindən verilmiş 09.12.2014-cü il tarixli 140 saylı məktubdan görünür ki, 17 mart 2006-cı ildə Dövlət Reyestrində qeydiyyata alınmış, Cavabdeh Heydərəli oğlunun adına olan torpaq sahəsinin vergisi 2008-ci ildən 2014-cü ilə qədər Cavabdeh Heydərəli oğlu tərəfindən ödənilib. Sözügedən ünvanda yerləşən həyətyanı sahədə tikilən evin əmlak vergisi 2014-cü ilin 06 dekabr tarixində 19 manat 80 qəpik Cavabdeh Heydərəli oğlu tərəfindən ödənilmişdir. Bu da illik əmlak vergisinin 50% ni təşkil edir. -Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş 22.04.2013-cü il tarixli 17-39 saylı məktubdan görünür ki, 20.01.1990-cı ildə vəfat etmiş X10 adına Abşeron rayon İcra Hakimiyyəti tərəfindən 1965-ci ildən 1980-ci ilədək olan müddətdə Digah qəsəbəsi ərazisində fərdi evin tikintisi üçün torpaq sahəsinin ayrılması və 1980-cı ilin dekabr ayında Digah qəsəbəsi Aslanov küçəsi 2 A saylı evə dair tərtib edilmiş texniki pasportunun hər hansı bir sərəncam və ya başqa bir hüquqverici qərar verilməsi haqqında Abşeron rayon Dövlət arxivində heç bir məlumat yoxdur. Abşeron rayon Digah qəsəbə XDS İcraiyyə Komitəsi yarandığı gündən indiyədək olan dövrünün sənədlərini rayon Dövlət Arxivinə təhvil verməmişdir. -Abşeron Rayon Məhkəməsinin 17.07.2012-ci il tarixli 2(012)-40/2012 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Abşeron rayon Aqrar İslahat Komissiyasının 04 avqust 1997-ci il tarixli 249 saylı qərarına əsasən 0,25 ha torpaq sahəsinin X32 mülkiyyətinə verilməsi barədə Torpağın mülkiyyətə verilməsinə dair JN- 246F seriyalı 30800066 kodlu şəhadətnamə, Abşeron rayon 2 saylı Dövlət Notariat Kontorunda 4/Ə-02-234 reyestr sayla qeydə alınmış 14 fevral 2008-ci il tarixli torpaq sahəsinin bağışlanmasına dair müqavilə, daşınmaz əmlakın dövlət reyestrində 10 iyul 2010-cu il tarixdə **********23-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmaqla X11 adına verilmiş MA seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, iddianın qalan hissədə rədd edilməsi, iddia qismən edildiyindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun 15 manat məbləğində hissəsinin Cavabdeh Heydərəli oğlundan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin 23.01.2013-cü il tarixli 2(105)-71/2013 saylı qətnaməsindən görünür ki, Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 17.07.2012-ci il tarixli 2(012)-40/2012 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin 09.07.2013-cü il tarixli 2(102)-2323 saylı qərarından görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 23.01.2013-cü il tarixli 2(105)-71/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Abşeron Rayon Məhkəməsinin 31.07.2015-ci il tarixli 2(012)-103/2015 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, X8 adına ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.252 ha torpaq sahəsinə aid Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 44 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində alınmış 20.07.2012-ci il tarixli, **********96-10301 nömrəli xüsusi mülkiyyət hüququ haqda qeydin ləğv edilməsi, X15 ilə X46 arasında Abşeron rayonu, Digah qəsəbəsində yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsindən 0,02 ha hissəsinə, X34 arasında 0.02 ha hissəsinə dair bağlanmış 06.06.2012-ci il tarixli, 40-03-1062 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlər X6, X24, X18 10 manat dövlət rüsumunun müştərək qaydada tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi, X35 və X23 mübahisəli torpaq sahəsinin alqı-satqısı zamanı ödədikləri məbləğlərin geri qaytarılması tələbi ilə bağlı ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun izah olunması qət edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin 08.07.2016-cı il tarixli 2(105)-271/2016 saylı qətnaməsindən görünür ki, iddiaçının nümayəndəsi T.Ş.Qocayevin verdiyi apelyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 31 iyul 2015-ci il tarixli 2(012)- 103/2015 saylı qətnaməsi iddianın təmin edilməyən - “Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi idarəsi tərəfindən X8 adına verilmiş 20.07.2012-ci il tarixli RX seriyalı ******* nömrəli X25 adına 05.07.2012-ci il tarixli, RX seriyalı ******* nömrəli və X21 adına 05.07.2012-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışların ləğv edilməsi" hissəsində ləğv edilmiş və həmin hissədə iddia təmin edilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən X8 adına verilmiş 20.07.2012-ci il tarixli RX seriyalı ******* nömrəli X27 adına 05.07.2012-ci il tarixli RX seriyalı ******* nömrəli və X21 adına 05.07.2012-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışların ləğv edilməsi, qətnamə - “X8 adına ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.252 ha torpaq sahəsinə aid Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 44 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində alınmış 20.07.2012-ci il tarixli, **********96-10301 nömrəli xüsusi mülkiyyət hüququ haqda qeyd ləğv edilsin. X15 ilə X46 arasında Abşeron rayonu Digah qəsəbəsində yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsindən 0,02 ha hissəsinə, X34 arasında 0.02 ha hissəsinə dair bağlanmış 06.06.2012-ci il tarixli 40-03-1062 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsi etibarsız hesab edilsin, cavabdehlər X6, X24, X18 10 (on) manat dövlət rüsumu müştərək qaydada tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün, X35 və X23 mübahisəli torpaq sahəsinin alqı-satqısı zamanı ödədikləri məbləğlərin geri qaytarılması tələbi ilə bağlı ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun" hissəsində dəyişdirilmədən saxlanılmış, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdeh İ.El.Məmmədovdan alınıb AZ.MEM, VÖEN **********, X20, KOD 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ******************** SYVİFT BİK CTREAZ 22 hesabına keçirilməsi qət edilmiş, Cavabdeh apelyasiya şikayəti təmin edilməmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.12.2016-cı il tarixli 2(102)-6161/16 saylı qərarından görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 08.07.2016-cı il tarixli 2(105)-271/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Abşeron Rayon Məhkəməsinin 04.10.2017-ci il tarixli 2(012)-6933/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportun etibarsız hesab edilməsinə dair iddiası rədd edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin 10.04.2018-ci il tarixli 2(105)-944/2018 saylı qətnaməsindən görünür ki, apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 04.10.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Abşeron Rayon Məhkəməsinin 05.12.2013-cü il tarixli 2(012)-2258/2013 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Cavabdeh İddiaçı qarşı irəli sürdüyü Digah qəsəbəsi (əvvəllər H.Aslanov küçəsi 2a) hazırda M.F.Axundov küçəsi 55 saylı ünvanda yerləşən evə dair mərhum X10 adına tərtib edilmiş texniki pasportun mərhumun ailə üzvlərinə münasibətdə hüquqi nəticələr yaratmayan, hüquqverici və ya hüquqmüəyyənedici sənəd olmaması müəyyən edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin 30.04.2014-cü il tarixli 2(105)-548/2014 saylı qətnaməsindən görünür ki, İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 05.12.2013-cü il tarixli qətnaməsi ləğv edilmiş, Cavabdeh İddiaçı qarşı fərdi evə dair tərtib edilmiş texniki pasportun hüquqi nəticələr yaratmayan, hüquqverici və hüquqmüəyyənedici olmaması tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı ünvan 12 ünvanında qeydiyyatdadır. -Abşeron RPŞ tərəfindən verilmiş 14.10.2011-ci il tarixli AZE № 09240681 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 14 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki iş materiallarından göründüyü kimi, tərəflər arasında uzun müddət ünvan 15 ünvanındakı ikimərtəbəli fərdi yaşayış evinə dair məhkəmə mübahisələri olmuş, həmin torpaq sahəsi və torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə dair instansiya məhkəmələri tərəfindən məhkəmə aktları qəbul edilmişdir. Hazırda, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin adına olan Abşeron rayonu Digah qəsəbəsi M.F.Axundov küçəsi 55 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alındığı 17.03.2006-cı il tarixli 25842 saylı reyestr kitabının 708 saylı inventar qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarınin; 5.1. bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 5.2. bəndinə əsasən dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. 6.1. bəndinə əsasən torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
17. bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Mülki iş materiallarından göründüyü kimi, Abşeron rayon İcra Hakimiyyətinin Digah qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15.11.1994-cü il tarixli çıxarışa əsasən Cavabdeh Digah qəsəbəsi daxilində 0.25 ha torpaq sahəsinin ayrılıb verilməsi, ayrılmış torpaq sahəsində ona fərdi evi tikməyə icazə verilməsi qərara alınmışdır. Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 17.03.2006-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən isə ünvan 8 ünvanında 110.8 kv.m olan yaşayış sahəsi, 118.0 kv.m olan köməkçi sahəsi 4 otaqlı fərdi yaşayış evi Cavabdeh adına Abşeron rayon İcra Hakimiyyəti Başçısının Digah qəsəbəsi üzrə nümayəndəliyinin 15.11.1994-cü il tarixli 34 saylı sərəncamına əsasən qeydə alınmış, bu barədə 25842 nömrəli reyestr kitabında 708 nömrəli inventar nömrəsi ilə qeydə alınmışdır. Göründüyü kimi, cavabdehin mülkiyyətinə verilmiş torpaq sahəsinə dair mülkiyyət hüququ İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncam əsasında qeydə alınmış və həmin torpaq sahəsinə dair mülkiyyət hüququ Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 17.03.2006-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən qeydə alınmışdır ki, iddiaçı həmin qeydiyyat vəsiqəsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Qanunun tələblərinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. 2.0.1. maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqandır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəmə Plenum Qərarındakı hüquqi mövqeyə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun qeyd edilən normasına əsaslanaraq, hazırkı iddia ərizəsi ilə iddiaçı tərəfindən cavabdehin adına qeydə alınmış Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 17.03.2006-cı il tarixli, 25842 nömrəli reyestr kitabında 708 nömrəli inventar nömrəsi ilə qeydə alınmış qeydiyyat vəsiqəsi mübahisələndirildiyindən və həmin qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş sənəd inzibati akt olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının Digah qəsəbəsi üzrə nümayəndəliyinin 15.11.1994-cü il tarixli 34 saylı sərəncamına əsasən verildiyindən, məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə mülki məhkəmə icraatı qaydasında Abşeron rayon Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1. maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 153.2.1. maddəsində «ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə» ifadəsi işə yalnız məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə ixtisaslaşdırılmış məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinin təsir dairəsinə düşür. Eyni zamanda, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15.4-cü bəndinin məzmununa görə eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-nin 153.2, 153.2.1 maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Mülki Prosessual Məcəllənin: 170.1. maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Ona görə də, məhkəmə hazırda iddia ərizəsinin mülki məhkəmə icraatı qaydasında baxılmasının mümkün olmadığını nəzərə alaraq Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinin məzmunu izah edilməklə mülki iş üzrə icraata xitam verilməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Cavabdeh qarşı qeydiyyat vəsiqəsinin ləğvi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Habil Əhmədov