Məhkəmə qərarları › İş №e-2(012)-353/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-353/2022

16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-353/2022 16.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Paşa Sığorta ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçı Paşa Sığorta ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Paşa Sığorta ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 1465.86 manat sığorta ödənişi və ödənilmiş 30.40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Paşa Sığorta ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, 17.08.2020-ci il tarixdə Cavabdeh2 məxsus olan və Cavabdeh1 tərəfindən idarə olunan ** EB *** dövlət qeydiyyat nişanlı Mercedes Benz E220 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** AL *** dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı DYP əməkdaşları tərəfindən sürücü Cavabdeh1 barəsində TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü cərimə edilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** AL *** dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın dəyəri ümumilikdə, 1565.86 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin 03.11.2020-ci il tarixli sığorta aktına əsasən dəymiş ziyana görə 100 manat azadolma məbləği çıxılmaqla 1465.86 manat sığorta ödənişinin zərərçəkənin avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Köçürülmə həyata keçirildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətinin icbari sığortasının olmadığı müəyyənləşdirilmişdir. Sığortaçı tərəfindən sığortalıya ödənilmiş azadolma məbləği çıxılmaqla 1465.86 manat vəsaitin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehlərə müvafiq bildiriş göndərilmiş, lakin dəymiş zərər məbləği ödənilməkdən yayınılmışdır. Eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə daxil olmuş 31.03.2022-ci il tarixli 9/624 saylı rəyi ilə o, razı deyildir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Mercedes Benz E220 markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi hadisə baş verən zaman onun mülkiyyətində olmuş, hadisə baş verən andan sonra isə mülkiyyətindən çıxmışdır. Abşeron rayonu Mehdiabad qəsəbəsində baş vermiş yol nəqliyyat hadisəsində təqsirli bilinən şəxs barəsində qərar qəbul olunmuşdur. Lakin buna baxmayaraq, o, həmin şəxsi tanımır. O, avtomobili etibarnamə ilə 5 ay müddətinə satmışdır. Bu səbəbdən də, hazırda, onun mülkiyyətində olmayan avtomobilə görə dəymiş zərəri o, ödəməli deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə daxil olmuş 31.03.2022-ci il tarixli 9/624 saylı rəyi ilə o, razı deyildir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AD № 055238 saylı 02.01.2017-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 1999-cu il buraxılışlı Mercedes Benz E220 markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətindədir. -31.01.2020-ci il tarixli ƏN-Vİİ № 163290 saylı etibarnamənin surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Mercedes Benz E220 markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini 15.01.2021-ci il tarixədək idarə etməyi Cavabdeh1 etibar etmişdir. -AC № 353309 saylı 11.03.2015-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2014-cü il buraxılışlı Toyota Corolla markalı ** AL *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Azərcell Telekom MMC-nin mülkiyyətindədir. -Azərcell Telekom MMC-nin 11.06.2020-ci il tarixli 9906/20 saylı etibarnaməsinin surətindən görünür ki, Azərcell Telekom MMC-yə məxsus olan Toyota Corolla markalı ** AL *** dövlət qeydiyyat nişanlı və Toyota Corolla markalı ** AL *** dövlət qeydiyyat nişanlı avtomobillər idarə olunmaq üçün sürücü X1 etibar edilmişdir. -Avtonəqliyyat vasitələrinin sığorta hadisəsinə və zərərinə dair ilkin aktdan görünür ki, 17.08.2020-ci il tarixdə saat 11:00-da Abşeron rayonu Mehdiabad qəsəbəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Azərcell Telekom MMC-yə məxsus olan və hadisə baş verən anda sürücü X4 tərəfindən idarə olunmuş Toyota Corolla markalı ** AL *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə Cavabdeh1 tərəfindən idarə olunmuş Mercedes Benz E220 markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi toqquşmuşdur. -Avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsindən görünür ki, Azərcell Telekom MMC-nin mülkiyyətində olan Toyota Corolla markalı, ** AL *** qeydiyyat nişanlı avtomobili şərtsiz azadolma məbləği 100 manat, sığorta predmetinin dəyəri 21000 manat, sığorta məbləği 21000 manat, sığorta haqqı 304.5 manat olmaqla sığortalanmışdır. -03.11.2020-ci il tarixli sığorta aktından görünür ki, Paşa Sığorta ASC-də C-MİC- 2664/20 saylı sığorta şəhadətnaməsinə əsasən 02.06.2020-ci il tarixdən 01.06.2021-ci il tarixədək 21000 manat dəyərində sığortalanmış, 17.08.2020-ci il tarixdə Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Azərcell Telekom MMC-nin mülkiyyətində olan Toyota Corolla markalı, ** AL *** qeydiyyat nişanlı avtomobilə 1565.86 manat ziyan dəymiş və sığorta ödənişi məbləği olaraq 100 manat azadolma məbləği çıxılmaqla 1465.86 manat pul vəsaiti avtomobilin təmiri üçün İdeal- Motors MMC-nin hesabına köçürülmüşdür. -Paşa Bank ASC-nin ödəniş tapşırığından görünür ki, Paşa Bank ASC tərəfindən İdeal Motors MMC-nin hesabına 1565.86 manat pul vəsaiti köçürülmüşdür. -Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Abşeron DYP bildirir ki, 17.08.2020-ci il tarixdə saat 11:00-da Abşeron rayonu Mehdiabad qəsəbəsində toqquşma növündə yol-nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh2 mülkiyyətində olan, hadisə baş verən anda ayıq vəziyyətində olmuş Cavabdeh1 tərəfindən idarə olunmuş Mercedes Benz E220 minik markalı ** EB *** qeydiyyat nişanlı avtomobil Azərcell Telekom MMC-nin mülkiyyətində olan və hadisə baş verən anda X4 tərəfindən idarə olunmuş Toyota Corolla markalı ** AL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və sonuncu avtomobilin sol hissəsinə ziyan vurmuşdur. -18.08.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 17.08.2020-ci il tarixdə saat 11:00 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsində Cavabdeh2 mülkiyyətində olan və Cavabdeh1 tərəfindən idarə olunmuş Mercedes Benz E220 minik markalı ** EB *** qeydiyyat nişanlı avtomobili idarə edərkən Toyota Corolla markalı, ** AL *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol hərəkət qaydalarını pozmuş, nəticədə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə olunmuşdur. -Cavabdeh1 Abşeron Rayon Polis İdarəsində verdiyi 18.08.2020-ci il tarixli izahatdan görünür ki, 17.08.2020-ci il tarixdə saat 11:00 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsində Mercedes Benz E220 minik markalı ** EB *** qeydiyyat nişanlı avtomobili idarə edən zaman torpaq yoldan asfalt yola çıxmış və nəticədə, Toyota Corolla markalı, ** AL *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. -Paşa Sığorta ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanlandığı 28.01.2021-ci il tarixli 0353/L saylı məktubdan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində subroqasiya hüququna əsasən, dəymiş zərər olaraq 1465.86 manat pul vəsaitinin 15 təqvim günü ərzində ödənilməsi xahiş olunmuşdur. -İdeal-Motors MMC tərəfindən verilmiş 28.08.2020-ci il tarixli qüsur aktından görünür ki, Toyota Corolla markalı, ** AL *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 1565.87 manat hesablanmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Həşimov X3 rayonu Mehdiabad qəsəbə ərazi dairəsi Mehdiabad qəsəbəsi H.Cavid küçəsi 1 saylı evdə, Cavabdeh2 isə Hacıqabul rayonu Abdulabad kəndində qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7 maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31.03.2021-ci il tarixli 9/624 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin 28.08.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Toyota Corolla” markalı, ** AL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avto ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1376 manat müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin 28.08.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Toyota Corolla” markalı, ** AL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1565 manat müəyyən edilmişdir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 1129 manat; təmir-bərpa işlərinin qiyməti - 436 manat. Mərkəz tərəfindən işlənib hazırlanmış metodikaya əsasən illik 3% (2-6%) aşınma nəzərə alınmaqla, 6 il (2014-2020) istismarda olmuş dəyişilməli hissələrin qalıq dəyəri təxminən 940 manat müəyyən edilmişdir: /1129-3%/-5 dəfə. Qeyd: avtoservis müəssisələrinin səviyyəsindən, mövcud olan tələb və təklifdən asılı olaraq, yuxarıda müəyyən edilmiş təmir işlərinin dəyərində qismən dəyişiklik olması istisna edilmir. Aparılmış ekspert tədqiqatı zamanı Mərkəz tərəfindən işlənib hazırlanmış “Nəqliyyat vasitələrinin tədqiqi və qiymətləndirilməsi”nə dair metodik vəsaitdən istifadə edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu”nun (bundan sonra Yol hərəkəti haqqında Qanun adlanacaq): 34-cü maddəsinə əsasən sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, 17.08.2020-ci il tarixdə Abşeron rayonu Mehdiabad qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh2 mülkiyyətində olan, hadisə baş verən anda etibarnamə əsasında, Cavabdeh1 tərəfindən idarə edilmiş Mercedes Benz E220 minik markalı ** EB *** qeydiyyat nişanlı avtomobil ilə Paşa Sığorta ASC-də avtonəqliyyat vasitələrinin tam sığorta şəhadətnaməsi növü üzrə sığortalanmış, Azərcell Telekom MMC-nin mülkiyyətində olan və MMC tərəfindən verilmiş etibarnamə əsasında sürücü X4 tərəfindən idarə olunmuş “Toyota Corolla” markalı, ** AL *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə, sonuncu avtomobilə 1565.86 manat zərər dəymişdir ki, qeyd olunan zərər məbləği iddiaçı tərəfindən təqdim olunmuş qüsur aktında da öz əksini tapmışdır. Avtomobilə dəymiş zərərin məbləği 100 manat azadolma məbləği çıxılmaqla 1465.86 manat müəyyən edilmişdir ki, iddiaçı Paşa Sığorta ASC qeyd olunan sığorta ödənişinin subroqasiya qaydasında tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə 40 (qırx) manat məbləğində cərimə edilir. Mülki iş materiallarına əlavə olunmuş 18.08.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh1 yol hərəkət qaydalarını pozması nəticəsində Azərcell Telekom MMC-nin mülkiyyətində olan, etibarnamə əsasında X4 tərəfindən idarə olunmuş Toyota Corolla markalı ** AL *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyanın dəyməsi müəyyən edilmiş, nəticədə, cavabdeh Həşimov X2 Xətalar Məcəlləsinin 327.1 maddəsinin tələblərinə əsasən, təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. İcbari sığortalar haqqında Qanunun: 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 63.1. maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, nəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Ona görə də iddiaçının subroqasiya hüququ əsasında sığorta ödənişini cavabdehdən tələb etməsi əsaslıdır və haqlıdır. Məhkəmə ekspert rəyini iddia tələbi və mülki iş materiallarına əlavə edilmiş digər sənədlərlə yanaşı qiymətləndirərək belə qənaətə gəlir ki, baş vermiş yol nəqliyyat hadisəsində Toyota Corolla markalı ** AL *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə iddiaçı tərəfindən dəymiş zərər olaraq 1465.86 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini iddia tələbi və digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən qiymətləndirib, əsas sübut növü kimi qəbul edir. Belə ki, iddiaçı 1465.86 manat dəymiş zərər məbləği tələb etdiyi halda, ekspert rəyinə əsasən avtomobilə dəymiş zərər məbləği 1376 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyinə uyğun olaraq hesablanmış 1376 manat məbləğini 18 faiz Ədv vergisi də əlavə olunmaqla (1376 x 18/100=247.68, 1376+247.68=1623.68, 1623.68-100 manat azadolma məbləği =1523.68) ümumilikdə, cəmi 1523.68 manat pul vəsaitini hesablamışdır. Məhkəmə iddia tələbində qeyd olunan 1465.86 manat pul vəsaiti ilə ekspert rəyi əsasında hesablanmış cəmi 1523.68 manat pul vəsaitini paralel qiymətləndirib, iddia tələbi əsasında tələb olunan 1465.86 manat pul vəsaitinin tutulmasını daha ədalətli, qanunauyğun hesab edərək cavabdehdən subroqasiya qaydasında sığorta ödənişini tələb etmək hüququna malik olan iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Belə ki, Mülki Prosessual Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, eyni zamanda, iddiaçı Paşa Sığorta ASC-yə subroqasiya qaydasında pul ödəməli olan cavabdehlərlə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Azercell Telekom MMC-nin mülkiyyətində olan və MMC tərəfindən verilmiş etibarnamə əsasında hadisə baş verən anda sürücü X4 tərəfindən idarə olunmuş Toyota Corolla markalı ** AL *** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh1 idarə etdiyi Mercedes Benz E220 minik markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomobillə maddi ziyan vurması və təqsirinin sübuta yetirilməsi müəyyən olunmuşdur. Eyni zamanda, Cavabdeh1 avtomobili idarə etmək hüququ digər cavabdeh-mülkiyyətçi Cavabdeh2 tərəfindən 31.01.2020-ci il tarixli ƏN-Vİİ № 163290 saylı etibarnamə əsasında 15.01.2021ci il tarixədək etibar edilmişdir. Beləliklə də, 17.08.2020-ci il tarixdə Abşeron rayonu Mehdiabad qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdehə verilmiş etibarnamə qüvvədə olmuş, lakin həmin avtomobilin sığorta olunmadığı müəyyən edilmişdir. Bu səbəbdən də, subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş iddiaçı hər iki cavabdehi, yəni, Cavabdeh1 və Cavabdeh2 cavabdeh qismində qoymaqla dəymiş zərəri cavabdehlərdən müştərək qaydada tələb etməkdə haqlı olmuşdur. Bu səbəbdən də, iddia ərizəsi təmin edilməli və dəymiş zərər məbləği cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İcbari sığortalar haqqında Qanunun 53.1. maddəsinə əsasən, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Beləliklə, məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia ərizəsi təmin edilməli, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərər olaraq 1465.86 manat sığorta ödənişi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada subroqasiya qaydasında tutularaq iddiaçı Paşa Sığorta ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manat pul vəsaiti isə Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1465.86 (min dörd yüz altmış beş manat səksən altı qəpik) manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumuna görə 30.4 (otuz manat qırx qəpik) manat olmaqla cəmi 1496.26 (min dörd yüz doxsan altı manat iyirmi altı qəpik) manat pul vəsaiti subroqasiya qaydasında tutularaq iddiaçı Paşa Sığorta ASC-yə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 (yüz) manat pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar