Məhkəmə qərarları › İş №e-2(012)-3677/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-3677/2020

17.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-3677/2020 17.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Cəmilə İbrahim qızı Səfiyeva İddiaçılar Ərizəçi2 və Ərizəçi1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və həmin Nazirliyin BDYPİ-ə qarşı mülki hüquq pozuntusundan əmələ gələn öhdəlik tələbinə dair iddia ərizəsinə xx xxxxxxxx 2020-ci il tarixdə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçılar Ərizəçi2 və Ərizəçi1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və həmin Nazirliyin BDYPİ-ə qarşı mülki hüquq pozuntusundan əmələ gələn öhdəlik tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək barələrində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tərtib olunan protokolların qanunsuz hesab olunub ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia ərizəsini və işin materiallarını nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi MPM-nin 152.2.1 maddəsinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçılar barələrində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tərtib olunan protokolların qanunsuz hesab olunub ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə qeyd edir ki, iddiaçılar tələblərini iddia ərizəsi adlandırsalar da, bu tələbə mülki mühakimə qaydasında baxılması yol verilməzdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 126.1. maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıların bu barədə iddia ərizələri məhkəmənin 15 sentyabr tarixli qərardadı ilə artıq bir dəfə eyni əsasda geri qaytarılsa da, iddiaçılar göstərilən nöqsanı aradan qaldırmaq əvəzinə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Qeyd edildiyi kimi iddiaçılar mübahisələndirdikləri məsələ ilə bağlı məhkəməyə iddia ərizəsi yox, şikayət verə bilərlər. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçılar Ərizəçi2 və Ərizəçi1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və həmin Nazirliyin BDYPİ-ə qarşı mülki hüquq pozuntusundan əmələ gələn öhdəlik tələbinə dair iddia dair iddia ərizəsi ona əlavə edilən sənədlərlə birlikdə geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar