Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-3691/2023 25.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlu tərəfindən, İddiaçı cavabdeh Abşeron rayon İcra və Probasiya şöbəsinə qarşı hərəkətlərin qanunsuz hesab edilməsi və öhdəliyin icrası tələbinə dair iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Abşeron rayon İcra və Probasiya şöbəsinə qarşı hərəkətlərin qanunsuz hesab edilməsi və öhdəliyin icrası tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon İcra şöbəsinin icra məmuru X1 hərəkətinin qanunsuz hesab edilməsi və Abşeron rayon Məhkəməsinin 2(012)-740/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraatın dayandırılmasına dair Abşeron rayon Məhkəməsinə təqdimat verilməsi vəzifəsinin Abşeron rayon İcra şöbəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 151-ci maddəsinin tələblərinə cavab vermədiyindən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 151.1 maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli, 3-N nömrəli “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimatın təkmilləşdirilməsi barədə” Kollegiya Qərarının 168-ci bəndinə əsasən, MPM-in 231-ci maddəsinin və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və ya icraata xitam verilməsi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakının üzərinə həbs qoyulması və digər məsələlər barədə işdə iştirak edən şəxslərin ərizələri, şikayətləri və ya icra məmurlarının təqdimatları, habelə qanunauyğunluğu məhkəmə nəzarəti ilə yoxlanıldıqda icraata xitam verilməsi barədə icra məmurlarının qərarları kargüzarlıq xidməti tərəfindən məhkəmə qətnamələrinin (qərardadlarının) icrası qaydasında icraat materialı kimi 8 nömrəli indekslə qeydiyyat vərəqəsində qeydə alınır, qəbul edilmiş qərardadın təsdiq edilmiş surəti məlumat üçün qətnamə çıxarılmış əvvəlki mülki işə tikilir (aidiyyəti məhkəməyə göndərilir). MPM-in 230-cu maddəsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14cü maddəsinin tələblərinə uyğun olaraq qətnamənin və ya qərardadın (icra sənədinin) izah edilməsi, habelə MPM-in 236-1-ci maddəsinin tələblərinə uyğun olaraq icrada dönüş barədə ərizələr aid olduğu işin nömrəsi ilə qeydə alınır və baxıldıqdan sonra həmin işə əlavə edilir. İddia ərizəsinin məzmunundan müəyyən olunduğu kimi, iddiaçı icra sənədinin icrasını təmin edən icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi ilə yanaşı, icraatın dayandırılması barədə təqdimatın verilməsi öhdəliyinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, “Qaydalar”ın tələblərinə əsasən, sözügedən tələb mülki qaydada “2” indeksi ilə deyil, şikayət ərizəsi formasında “8” indeksi ilə verilməli olduğu halda, tələbkar iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da, şikayətin verilməsinin forma və məzmununa riayət etmişdir. Beləliklə, qanunvericiliyin tələblərinə uyğun olaraq, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi ilə bağlı müstəqil şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin: 152.1.1 maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 152.1, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdeh Abşeron rayon İcra və Probasiya şöbəsinə qarşı hərəkətlərin qanunsuz hesab edilməsi və öhdəliyin icrası tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-3691/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-3691/2023
25.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver