Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-3696/2022 26.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, Cavabdeh X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər X4, X2 və X7 (üçüncü şəxs: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi) qarşı alqı-satqı müqaviləsinin və çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC cavabdeh X4 (üçüncü şəxs: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi) qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Taleh X1 ilə, X9 ilə və X11 ilə bağladığı alqı satqı müqavilələrinin və cavabdehin adına verilmiş 0.1126 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarış, 0.0606 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış, 0.048 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, 100 (yüz) manat məbləğində ödənilmiş rüsumun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh X3 X5 və X9 ilə bağladığı alqı-satqı müqavilələrinin və cavabdehin adına verilmiş 0.1126 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarış, 0.0606 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış, 0.048 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixli, **********4 qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, 100 (yüz) manat məbləğində ödənmiş rüsumun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbinə dair mülki iş üzrə 26 sentyabr 2022-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasına cavabdeh X8 gəlmiş, iddiaçı və digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, İddiaçı MMC-nin cavabdehlər X4, X2 və X7 qarşı alqı-satqı müqaviləsinin və çıxarışların etibarsız hesab edilməsi tələbinə dair mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən İddiaçı MMC iddia ərizəsinin qaytarılması barədə ərizəsi təmin edilməli, həmin ərizə əsasında iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin iddia ərizəsinin baxılmamış saxlanılması və sənədlərin geri qaytarılması barədə ərizəsi təmin edilsin. İddiaçı MMC-nin cavabdehlər X4, X2 və X7 (üçüncü şəxs: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi) qarşı alqı-satqı müqaviləsinin və çıxarışların etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardaddan 10 gün müddətində Abşeron rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-3696/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-3696/2022
26.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver