Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-3736/2025 22.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X3 Əhmədov, İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, real maddi zərərə görə 15000 manat, əldən çıxmış faydaya görə 4000 manat və mənəvi zərərə görə 10000 manat, ümumilikdə 29000 manat məbləğində pulun müştərək qaydada cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixində etiraz ünvanlanaraq bildirilmişdir ki, məhkəmənin icraatına daxil olmuş iddiaçı X1 cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi üzrə mübahisə predmeti barədə MMC-nin məlumat yoxdur. Pretenziya qaydasında əməl edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4, 150.1.6, 152.1.6-cı maddələrini rəhbər tutaraq, pretenziya qaydasına riayət olunmadığına görə iddia ərizəsinin geri qaytarılması xahiş edilmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4. və 150.0.7. maddələrinin mahiyyətinə əsasən iddia ərizəsində müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməli və bunu təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 31 avqust 2024-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti 167 ünvanında yerləşən "AAAF-Park" yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) 5 sayı binanın 10-cu mərtəbəsindən sahəsi 68 kv.m olan 2 otaqlı 76 nömrəli mənzili 1 (bir) kv.m-lik sahəsinin qiyməti 950.00 manat olmaqla, 64600 manata satın almışdır. Təmirə 6-aya yaxın müddət ərzində təxminən manat xərc çəkildikdən sonra özünü mənzilin sahibi kimi təqdim edən Səid adlı şəxs mənzilə yaxınlaşaraq həmin mənzilin ona aid olduğunu bildirərək onlardan təmir işlərini dayandırıb təcili mənzilini tərk etmələrini tələb etmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı faktiki olaraq ona məxsus olan, bina 5, mərtəbə 10-da yerləşən 76 nömrəli mənzilin əvəzinə, şirkətin yanlış yönləndirməsi və bir neçə mənzilin qapısını aça bilən açarın verilməsi nəticəsində eyni binanın 9-cu mərtəbəsində yerləşən başqa bir mənzildə (67 nömrəli) təmir işləri aparmışdır. Göründüyü kimi, tərəflər arasında yaranmış mübahisələrin qarşılıqlı razılıqla həlli edilməsi nəzərdə tutulsa da, iddiaçı tərəf mübahisənin məhkəmədən qabaq həll edilməsi (pretenziya) ilə bağlı iddia ərizəsinə hər hansı bir sənəd əlavə etməmişdir. Ona görə də, göstərilənlərə əsasən iddia ərizəsi pretenziya qaydaların əməl edilmədiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1. maddəsindən görünür ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəlləsinin 152.1.6. maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 151.1. maddəsinin tələbinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya göstərilən nöqsan aradan qaldırıldıqdan sonra, yenidən ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-3736/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-3736/2025
22.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver