Məhkəmə qərarları › İş №e-2(012)-3852/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-3852/2022

22.06.2022 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzil münasibətləri üzrə sair mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-3852/2022 22.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi X1 Səfiyeva İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılaraq təhvil verilməsi tələbi barədə iddia ərizəsinə 22 iyun 2022-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılaraq təhvil verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəni və ona əlavə edilən sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə görə geri qaytarılmalıdır. Həmin maddələrin məzmununa görə məhkəməyədək nizama salmaya riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilən sənədlər arasında iddiaçının pretenziya qaydasına riayət etməsini, yəni müqavilənin ləğvi barədə iddiaçının ilkin olaraq cavabdehə müraciət etməsini göstərən hər hansı bir sübut yoxdur. Ona görə də, göstərilənlərə əsasən iddia ərizəsi pretenziya qaydalarına əməl edilmədiyindən geri qaytarılmalıdır. İddiaçıya ilkin olaraq Cavabdeh tərəflər arasında bağlanan müqavilənin ləğvi barədə müraciət etməsi izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılaraq təhvil verilməsi barədə iddia ərizəsi ona əlavə edilən sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya ilkin olaraq Cavabdeh tərəflər arasında bağlanan müqavilənin ləğvi barədə müraciət etməsi izah edisin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar