Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-3905/2023 17.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon Məhkəməsinin hakimi Elman Tofiq oğlu Məmmədov İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı «icra məmurunun hərəkətlərinə qadağa qoyulması, icra vərəqələrinin icrasının dayandırılması və icra məmurunun qərarının ləğv edilməsi» barədə iddia ərizəsini nəzərdən kecirərək, MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Abşeron İcra və Probasiya şöbəsinin icra məmurunun hərəkətlərinə qadağa qoyub, Abşeron Rayon Məhkəməsinin 19 fevral 2016-ci il tarixli 2(012)- 19/2016 və 21 fevral 2020-ci il tarixli 2(012)-771/2020 saylı icra vərəqələrinin icrasının dayandırılması, həmçinin onun barəsində Abşeron İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən xx.xx.2020-ci il tarixdə çıxarılmış axtarışın elan edilməsi haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı «icra məmurunun hərəkətlərinə qadağa qoyulması, icra vərəqələrinin icrasının dayandırılması və icra məmurunun qərarının ləğv edilməsi» tələbinə dair iddia ərizəsinə məhkəmə tərəfindən iddia icraatı qaydasında baxıla bilməz. Çünki, icra məmurunun hərəkətlərinə qadağa qoyulması, icra vərəqələrinin icrasının dayandırılması və icra məmurunun qərarının ləğv edilməsi - iddia ərizəsi ilə deyil, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müvafiq qaydada tərtib edilmiş şikayətlə edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq,məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı «icra məmurunun hərəkətlərinə qadağa qoyulması, icra vərəqələrinin icrasının dayandırılması və icra məmurunun qərarının ləğv edilməsi» tələbinə dair iddia ərizəsi iddianın yol verilməzliyinə görə qəbul edilməkdən imtina edilsin. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardad iddia ərizəsinə əlavə olunmuş bütün sənədlərlə birlikdə İddiaçı rəsmi qaydada verilsin. İddiaçı Abşeron İcra və Probasiya şöbəsinin icra məmurunun hərəkətlərinə qadağa qoyulması, Abşeron Rayon Məhkəməsinin 19 fevral 2016-ci il tarixli 2(012)-19/2016 və 21 fevral 2020-ci il tarixli 2(012)-771/2020 saylı icra vərəqələrinin icrasının dayandırılması, həmçinin onun barəsində Abşeron İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən xx.xx.2020-ci il tarixdə çıxarılmış axtarışın elan edilməsi haqqında qərarın ləğv edilməsi barədə şikayət etmək hüququnun olması izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №e-2(012)-3905/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-3905/2023
17.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver