Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4007/2020 11.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı «xxxxxxxxxxxx» ASC-nin Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxxx» ASC Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 350,00 (üç yüz əlli) manat məbləğində sığorta ödənişinin əvəzi, 20,40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsümunun iddiaçı “xxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ** JM *** dövlət qeydiyyat nişanlı X4 111 markalı avtonəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixində “xxxxxxxxxxxx” ASC tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. xx.xx.2019-cu il tarixində Cavabdeh idarə etdiyi ** JM *** dövlət qeydiyyat nişanlı «X4 111» markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmişdir, Yol-nəqliyyat hadisəsi nəticəsində ** XL *** dövlət qeydiyyat nişanlı «Hyundai Santafe» markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. Bununla bağlı DYP əməkdaşı tərəfindən TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. “xxxxxxxxxxxx” ASC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən ** XL *** dövlət qeydiyyat nişanlı «Hyundai Santafe» markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 350,00 (üç yüz əlli) manat məbləğində müəyyən edilmişdir. “xxxxxxxxxxxx” ASCnin xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən, ** XL *** dövlət qeydiyyat nişanlı Hyundai Santafe markalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün 350,00 (üç yüz əlli) manat sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Mülki hüquq pozuntusu (delikt-yol-nəqliyyat hadisəsi) Cavabdeh tərəfindən törədildiyindən iddiaçı hesab edir ki, sonuncunun təqsirli və hüquqa zidd əməli nəticəsində digər avtomobilin sahibinə maddi zərər yetirildiyindən,“xxxxxxxxxxxx” ASC tərəfindən ödənilmiş 350,00 (üç yüz əlli) manat məbləğində sığorta ödənişinin əvəzi subroqasiya qaydasında Cavabdeh tutulmalıdır. Odur ki, iddiaçı «xxxxxxxxxxxx» ASC göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə iddiaçı «xxxxxxxxxxxx» ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclaslarını iştirakları olmadan keçirib iddia ərizəsinə əlavə olunmuş sənədlər əsasında iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1. maddəsinin mahiyyətindən görünür ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM); 936.2. maddəsinin tələbinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş arayışdan görünür ki, Əliyev X2 rayonu, Novxanı kəndi ünvanında qeydiyyatdadır. -xx.xx.2019-cu il tarixli sığorta aktından təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində «xxxxxxxxxxxx» ASC tərəfindən sığortalı X1 dəymiş ziyana görə, 350,00 (üç yüz əlli) manat ödənilmişdir. -«xxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən ** XL *** dövlət qeydiyyat nişanlı «Hyundai Santafe» markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 350,00 (üç yüz əlli) manat məbləğində müəyyən edilmişdir. -İnzibati xəta haqqında xx.xx.2019-cu il tarixli TYP ******* №-li protokoldan və həmin tarixli qərardan görünür ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh ** JM *** dövlət qeydiyyat nişanlı «X4 111» markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmiş, yolnəqliyyat hadisəsi nəticəsində ** XL *** dövlət qeydiyyat nişanlı «Hyundai Santafe» markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur və baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 32.1. maddələri ilə təqsirli bilinib 100 manat miqdarında cərimə edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə müəyyən edildi ki, ** JM *** dövlət qeydiyyat nişanlı X4 111 markalı avtonəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixində “xxxxxxxxxxxx” ASC tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. xx.xx.2019-cu il tarixində Cavabdeh idarə etdiyi ** JM *** dövlət qeydiyyat nişanlı «X4 111» markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmişdir, Yol-nəqliyyat hadisəsi nəticəsində ** XL *** dövlət qeydiyyat nişanlı «Hyundai Santafe» markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Cavabdeh yolnəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. Bununla bağlı DYP əməkdaşı tərəfindən TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. “xxxxxxxxxxxx” ASC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən ** XL *** dövlət qeydiyyat nişanlı «Hyundai Santafe» markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 350,00 (üç yüz əlli) manat məbləğində müəyyən edilmişdir. “xxxxxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən, ** XL *** dövlət qeydiyyat nişanlı Hyundai Santafe markalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün 350,00 (üç yüz əlli) manat sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Bununla da, «xxxxxxxxxxxx» ASC onun tərəfindən sığortalanmış avtomobilə görə edilmiş sığorta ödənişinin zərərvuran şəxs, yəni Cavabdeh tələb edilməsinə dair subroqasiya hüququnu əldə etmişdir. Hazırda iddiaçı həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MM-nin; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqişəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzizərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşin məhkəmə iclasında müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1. maddəsində nəzərdə tutulmuş yüksək təhlükə mənbəyi tərəfindən sığortalıya vurulmuş zərərin əvəzinin həmin Məcəllənin 1114-cü maddəsinə müvafiq olaraq reqres qaydasında iddiaçı tərəfindən tələb edilməsi təşkil edir. Belə ki, Mülki Məcəllənin qeyd edilən 1108.1. maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1. maddəsinə əsasən isə başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsaslarını müəyyən edən icbari sığorta haqqında Azərbaycan Respublikasının Qanunun 63.1. maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Ona görə də qanuna əsasən iddiaçının subroqasiya qaydasında cavabdehə qarşı tələb hüququ əsaslıdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutlara əsasən belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olunduğundan təmin edilməli, cavabdehdən subroqasiya qaydasında iddiaçı «xxxxxxxxxxxx» ASC-nin xeyrinə, 350,00 (üç yüz əlli) manat məbləğində sığorta ödənişinin əvəzi, 20,40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsümunun əvəzi tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 manat dövlət rüsumu cavabdehə aid edilməli, belə ki, iddia tələbi tam təmin edildiyindən 20 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, ** XL *** dövlət qeydiyyat nişanlı «Hyundai Santafe» markalı avtonəqliyyat vasitəsinin yol-nəqliyyat hadisəsi zamanı əzilməsi nəticəsində iddiaçı tərəfindən sığortalıya ödənilmiş məbləğ, yəni 350,00 (üç yüz əlli) manat, ödənilmiş dövlət rüsumuna görə 20,40 (iyirmi manat qırx qəpik) manat məbləğində pul vəsaiti, cəmi 370,40 (üç yüz yetmiş manat qırx qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı «xxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 350,00 (üç yüz əlli) manat, ödənilmiş dövlət rüsumuna görə 20,40 (iyirmi manat qırx qəpik) manat məbləğində pul vəsaiti, cəmi 370,40 (üç yüz yetmiş manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-4007/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4007/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver