Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-4087/2025 17.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Mirhəsənli Mirnəsir Mirfazil oğlu, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmiş İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və torpaq sahəsi üzərində yerləşən evdən çıxarılması” tələbinə dair mülki iş materiallarını nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və torpaq sahəsi üzərində yerləşən evdən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun icarəsində və istifadəsində olan, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,03 hektar torpaq sahəsindən və torpaq sahəsi üzərində yerləşən evdən çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008)- 3110/2025 saylı qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, işə Abşeron Rayon Məhkəməsində baxılmalı deyildir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialar müstəsna aidiyyət qaydalarını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir. İşə əlavə olan Abşeron Rayon icra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 5-29/2- 1585/2025 saylı məktubundan görünür ki, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışla fiziki şəxs Cavabdeh icarəsində olan Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0.03 ha torpaq sahəsi inzibati cəhətdən Bakı şəhəri, Sabunçu rayonun inzibati ərazisində yerləşir. İddiaçı iddia ərizəsini mübahisəli torpaq sahəsinin yerləşdiyi yer üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə versə də, Sabunçu Rayon Məhkəməsi mübahisəli əmlakın Abşeron rayonunda yerləşməsi əsası ilə MPM-nin 39.1-ci maddəsinə istinad etməklə iş materiallarını Abşeron Rayon Məhkəməsinə göndərmişdir. İş materiallarından isə görünür ki, hazırki tələb Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən çıxarışla üzərində iddiaçının icarə hüquqları qeydiyyat alınmış, Bakı şəhəri Sabunçu rayonu inzibati ərazisində yerləşən (Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisi ünvanında) 0.03 hektar torpaq sahəsində və torpaq sahəsi üzərində yerləşən evdən cavabdehin çıxarılması barədədir. Bu səbəbdən məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, hazırki mübahisəyə mübahisəli torpaq sahəsinin yerləşdiyi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə, məhkəmə hesab edir ki, qeyd olunan xüsusatlar məhkəmələr arasında fikir ayrılığının yaranmasına səbəb olduğundan və yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya məhkəməsinin səlahiyyətlərinə aid edildiyindən iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh оlunаnlаrа əsаsən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci mаddələrini rəhbər tutаrаq, Q Ə R A R A A L D İ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmiş İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və torpaq sahəsi üzərində yerləşən evdən çıxarılması” tələbinə dair e-2(012)-4087/2025 saylı mülki işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-4087/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-4087/2025
17.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver