Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-4271/2021 08.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı İddiaçı QİZİNİN Cavabdeh qarşı birgə mülkiyyətdə olan əmlakın hərracda satılması və d.mülkiyyət hüququ ilə əlaqədar mübahisələr tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı İddiaçı QİZİNİN Cavabdeh oğluna qarşı birgə mülkiyyətdə olan əmlakın hərracda satılması və d.mülkiyyət hüququ ilə əlaqədar mübahisələr tələbinə dair iddia ərizəsi ilə müraciət edərək tərəflərin ümumi paylı mülkiyyətində olan Abşeron rayonu Masazır kəndi, Xəqani küçəsi döngə 3, ev 7 ünvanında yerləşən tərəflərin paylı mülkiyyətində olan evin və evin yerləşdiyi torpaq sahəsinin açıq hərracda satılması və əldə edilən pul vəsaitinin tərəflər arasında paylarına uyğun bölüşdürülməsi və kirayə haqqı ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən verilmiş ərizəsində görünür ki, qeyd edilən əmlakın naturada bölünməsinin mümkün olmaması barədə məhkəmə qətnaməsi vardır.İddiaçının kompensasiya tələbinə isə cavabdeh cavab verməmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. İddia ərizəsindən göründüyü kimi iddiaçının ümumi əmlakdakı payına kompensasiya ödənilməsi barədə təklifinə cavabdeh cavab verməmişdir.Hazırkı halda, iddiaçı kompensasiya hüququnu da məhkəmədə mübahisələndirmək hüququna malik olduğu halda bunu etməmiş, bir başa hərracla bağlı məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd etdiyi tələblər ardıcıllıq üzrə icra edilməli olduğundan, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birgə geri qaytarılmalı, qeyd edilən nöqsan aradan qaldırılmaqla həm kompensasiya, həm də ki hərrac qeyd edilməklə iddia ərizəsindəki nöqsanlar aradan qaldırılmalıdır. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı İddiaçı QİZİNİN Cavabdeh qarşı birgə mülkiyyətdə olan əmlakın hərracda satılması və d.mülkiyyət hüququ ilə əlaqədar mübahisələr tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-4271/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-4271/2021
08.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver