Məhkəmə qərarları › İş №e-2(012)-4293/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4293/2024

01.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4293/2024 01.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əmlakın evdən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cehiz əmlakın evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev pr-ti, 12 ( yeni qaydalarla H.Əliyev pr.- ti,ev 29) unvanında yerləşən evdə Cavabdeh valideynləri tərəfindən verilmiş cehizlik mebel, yataq dəsti, mətbəxdə istifadə olunan bir qisim qablar və məişət avadanlığının, bir neçə elektrik avadanlığının, geyim əşlarının ondan təhvil alınması və tərəfindən ödənilmiş 100 manat məbləğində məhkəmə rüsumunun, təhvil-təslim ilə əlaqədar yaranacaq bütün xərclərin, o cümlədın icra, əşyaların depolanması, daşınması, nəqliyyat, depo xərclərinin cavabdeh tərəfindən ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, X2 ilə Cavabdeh xx.xx.2014-cü il tarixindən nikahda olmuşlar. Oğlu və ailəsi ailə qurduğu tarixdən ona məxsus olan Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev pr-ti, 12 (yeni qaydalarla H.Əliyev pr.-ti,ev 29) unvanında olan evdə yaşamışlar. Onların birgə ailə təsərrüfatı 2022-ci ilin 25 sentyabr tarixinədək davam etmişdir. Elay və Duyğu adlı iki övladları var. Oğlunun həyat yoldaşı Cavabdeh qohumları tərəfindən oğlunun ailəsinə yersiz müdaxilələri, oğlu Qarayev Elgünün bu müdaxilələrə əks reaksiya verməsi və keçmiş gəlini Aytacın onun qohumları tərəfindən olmuş bu yersiz müdaxilələrə haqq qazandırması oğlunun ailəsində narazılıqlara səbəb olmuşur. Bu narazılıqlar səbəbindən 2022-ci ilin 25 sentyabr tarixində axşam saat 22:50 radələrində gəlini Cavabdeh valideynləri və qohumları bizə xəbər vermədən Aytacı və nəvələrini İmişli rayonuna aparmışlar. Sonradan oğlu Qarayev Elgünün verdiyi məlumata görə Aytacın valideynləri Aytacı və nəvələrini İmişli rayonuna apararkən Aytaca, nəvələrinə aid geyim əşlarını, Aytaca məxsus bütün qızıl-zinət əşyalarını, özünə, nəvələrinə aid sənədləri, hətta qarışıq salaraq, oğlunun bəzi sənədlərini, o cümlədən qarışıq salıb təhsil haqqında diplomunu belə toparlayaraq, özləri ilə aparmışlar. Bu hadisədən sonra dəfələrlə Aytacın hazırda yaşadığı İmişli şəhər H.Cavid küçəsi ev 21 ünvanında olsalar da, Aytac və valideynləri görüşməkdən ya boyun qaçırmış, ya da hər dəfə hansısa əsəb gərginliyi ilə qarşılaşmışdır. Qısa müddətdən sonra Aytac, təbii ki qohumlarının təsiri altında əvvəlcə nikahın pozulması, aliment və əmlak tələbi ilə mediasiya təşkilatına müraciət etmişlər. Bunun məqsədyönlü olduğunu bilərək, əmlak əldə etmək məqsədilə bu addımın onlar tərəfindən səhv olduğunu bildirilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən oğlu X6 adında heç bir əmlakın olmaması barəsində Arayışı təqdim etmişdir. Lakin Aytac və qohumları nikahın pozulması fikirlərində israrlı olduğunu bildirərək, nikahın pozulması, aliment tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişlər. X2 ilə Cavabdeh arasında xx.xx.2014-cü ildə bağlanmış 449 saylı nikahın pozulması və alimentin tutulması ilə bağlı Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2339/2023 saylı Qətnaməsi qəbul edilmişdir. X11 həmin Qətnamədən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi isə Abşeron rayon Məhkəməsinin Qətnaməsini qüvvədə saxlanması ilə əlaqədar xx.xx.2024- cü il tarixli 2(105)-760/2024 saylı Qətnamə qəbul etmişdir. İstər X11 tərəfindən, istərsə də Cavabdeh tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(105)-760/2024 saylı Qətnaməsindən kassasiya şikayəti verilməmişdir. Aytacın və nəvələrinin Aytacın valideynləri və qohumları tərəfindən İmişli rayonuna aparıldığı tarixdən hazırki tarixədək, Aytaca valideynləri tərəfindən verilmiş cehizlik mebel, yataq dəsti , mətbəxdə istifadə olunan bir qisim qab və məişət avadanlığına, bir neçə elektrik avadanlığına, geyim əşlarına cavabdehlik onun üzərində olmuşdur. Məhkəmənin yekun qətnaməsini, oğlu Qarayev Elgünün ailə qurduğu tarixdən nikahın pozulduğu tarixədək öz ailəsi ilə birlikdə yaşadığı Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev pr-ti, 12 (yeni qaydalarla H.Əliyev pr.-ti,ev 29) ünvanındakı evə mülkiyyət sahibliyini, səhhətində olan problemləri, səhhəti ilə məşğul olacağını nəzərə alaraq, artıq Aytaca məxsus yuxarıda sadalanan əşlarına cavabdehlik daşıya bilmir. Aytaca valideynləri tərəfindən verilmiş bu sadalanan əşların onlar tərəfindən onun ünvanından götürülməsi məqsədilə dəfələrlə Aytacın valideynləri, qohumları ilə əlaqə saxlamaq istəsə də telefon zənglərinə cavab vermir. Məcbur olub 03 iyul 2024-cü il tarixdə poçt vasitəsilə Aytacın valideyni X1 rəsmi müraciət göndərmişdir. Göndərdiyi müraciət ünvanına çatıb təhvil alınsa da, hələ də sadalanan əşlar H.Əliyev pr-ti, 12(yeni qaydalarla H.Əliyev pr.-ti,ev 29) ünvanından götürülməmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona məxsus olan Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev pr-ti, 12 ( yeni qaydalarla H.Əliyev pr.- ti,ev 29) unvanında yerləşən evdə Cavabdeh valideynləri tərəfindən verilmiş mətbəx mebeli ( krem rəng ) – 1əd, aspirator lanova (60sm-lik metallik) – 1əd, stolüstü qaz peçi lanova (metallik) – 1əd, su moykasi (90sm-lik metallik) – 1əd, ağ soyuducu bosch (nofrost 60x1.85) – 1əd, ağ paltaryuyan maşin bosch (6kq) – 1əd, mətbəx stolu (krem rəng) – 1əd, duxovka iltifat (51x33) – 1əd, toster eksen – 1əd, termuz seven 7star (adi metallik) – 1əd, padnos böyük – 1əd, padnos balaca – 1əd, qaşiq-vilka dəsti hofmayer- 1dəst-38əd, duxovkanin iç qabi – 2əd, balaca tava – 1əd, plastmas suşulka qabi – 1əd, plastmas zibil qabi (balaca) – 1əd, çaynik kobalt (qızılı) – 2 əd, stəkan kobalt (qızılı) – 12 əd, nəlbəki kobalt (qızılı) – 12 əd, dəm çayniki (balaca) – 1əd, dəm çayniki (orta) – 1əd, stəkan shafer – 6əd, nəlbəki shafer -6əd, stəkan coffee – 1əd, stəkan məkkə – 1əd, nəlbəki məkkə – 2əd, stəkan+nəlbəki (uşaq üçün) – 2əd, əlavə stəkan – 3əd, narşərab qabi – 1əd, mikser kenwood – 1əd, tərəvəz çəkən (sogo japan) – 1əd, tərəvəz çəkən (geepas) – 1əd, meyvə sixan (nicer dicer) – 1əd, nəlbəki kobalt – 12əd, mürəbbə qabi (şüşə) – 12əd, duz qabi (şüşə) – 6əd, qənd qabi (xrustal) – 2əd, limon qabi ( xrustal) – 6əd, çaynik – 1əd termuz (göy plastmas) – 1əd, çörək qabi (balaca) – 1əd, duz-istiot qabi – 2əd, diş çöpü qabi – 1əd, biçaq dəsti (kichen prince) 1komplekt – 11bıçaq+1bıçaq itiləyən, taxta qaşiq – 8əd, kartof döyən (plastmas) – 1əd, çaynik alti – 2əd, dəmir qaşiq+vilka+pinçet – 6əd, kartof süzgəci (əl üçün) – 1əd, mətbəx taxtasi – 1əd, ət maşini geepas – 1əd, qənd qabi (plastmas) – 1əd, kofe qabi (plastmas) – 1əd, çay qabi (plastmas) – 1əd, plastmas qab (kapron) – 3əd, qirmizi çay qabi (iran) – 1əd, qonaq stəkani (şüşə) – 5əd, sok stəkani – 5əd, mürəbbə qabi (şüşə) – 5əd, su stəkani (böyükbalaca) – 6əd, qazan dəsti (böyük-balaca) – 8əd, plastmas qab (ev üçün) – 3əd, pendir qabi (4dənəli) – 1əd, salfetka qabi – 1əd, tok termuzu geepas – 1əd, dəm çayniki ( böyük) – 1əd, uşaq termuzu – 1əd, oxlov+taxta – 1əd, xəmir əzən taxta – 1əd, xəmir açan taxta – 1əd, çörək qabi (plastmas) – 1əd, padnos düzducaqli twen bird stel ( balaca) – 1əd, padnos düzducaqli twen bird stel ( orta) – 1əd, padnos düzducaqli twen bird stel ( böyük) – 1əd, uşaq üçün xəmir yayan taxta – 1əd, dəmir çaynik – 1əd, çaynik+dəm çayniki – 1dəst/2əd, mikser loven – 1əd, blender sokany – 1əd, süfrə dəsmali – 5əd, önlük (böyük) – 2əd, qazantutan – 1əd, önlük (uşaq üçün) – 3əd, köhnə süfrə – 4əd, ütüalti (parça) – 4əd, çay süzgəci (böyük) – 1əd, 88. findiqqiran – 2əd 89. qapaqaçan – 3əd 90. tərəvəz soyan – 2əd 91. əl mikseri – 1əd, tor biçaği (dəmir) – 1əd, tort götürən dəmir – 1əd, çəhrayi süzgəc – 1əd, biçaq zepter – 5əd, qara biçaq – 1əd, böyük xörək qaşiği – 5əd, çay qaşiği – 20əd, xörək qaşiği – 16əd, vilka – 10əd, limon vilkasi – 2əd, yağ biçaği – 12əd, ev üçün kist (plastmas) – 1əd, enli güllü qaşiq (plastmas) – 2əd, yemək qazani (böyükbalaca) – 5əd, tava – 5əd, yumurta tavasi – 2əd, böyük qazan – 1əd, balaca qazan – 3əd, plastmas qab – 3əd, un ələyən (balaca) – 1əd, tor plastmas qab (sarı) – 1əd, dayaz taslar – 6əd, dəmir tas (süzgəc) – 1əd, limon sixan – 1əd, əl blenderi – 1əd, qapaqli yemək qabi (plastmas) – 4əd, böyük kasa – 6əd, balaca kasa – 2əd, qatiq qabi – 11əd, dayaz boşqab (balaca) – 5əd, dayaz boşqab (orta) – 7əd, dayaz boşqab (böyük) – 6əd, qatiq qaşiği – 4əd, salat qabi – 12əd, ağ aş buludu (böyük) – 6əd, dərin boşqab (böyük) – 14əd, dayaz boşqab (böyük) – 13əd, mərci qabi (yaşıl) – 1əd,. mərci qabi (çəhrayı) – 1əd, qirmizi qif (balaca) – 1əd, güzgülü şfaner siyirtmə (2.35x212,5) – 1əd, servis qorka (60x187.5) – 1əd, servis qorka (105.5x187.5) – 1əd, stol (88.5x1.69) – 1əd, stul – 6əd, güzgülü termo (siyirməli) (160.5x168) – 1əd, divan – 1əd, kreslo – 2əd, jurnalni – 1əd, tv stend – 1əd, lg televizor (qara) – 1əd, video pastavka – 1əd, xalça (eni 80-lıq) – 2əd, xalça (eni 100-lük) – 1əd, xalça (eni 149-luq) – 1əd, xalça (eni 198-lik) – 2əd, suvenir at – 1əd, suvenir allah yazisi – 1əd, suvenir üzərlik – 1əd, portret divar asilqani (yazılı şəkilli) – 2əd, meyvə qabi (şüşə naxışlı) – 2əd, mürəbbə qabi (şüşə naxışlı) – 2əd, qənd qabi (şüşə naxışlı) – 1əd, ləbləbi qabi (taxta) – 1əd, mürəbbə qabi (göy rəng qapaqlı) – 2əd, şüşə bakal (şüşə) – 6əd, xrustal kampot bakali (böyük) – 6əd, xrustal kampot bakali (balaca) – 6əd, xrustal naxişli kampot dəsti+konfet qabi – 2əd, lotka konfet qabi (naxışlı) – 1əd, naxişli kül qabi – 2əd, naxişli güldan qabi – 1əd, naxişli yumru konfet qabi – 1əd, naxişli bakal (böyük) – 2əd, naxişli bakal (balaca) – 2əd, naxişli şüşə kampot qabi (qızılı bəzəkli) – 1dəst/7əd, bəxt lampasi – 1əd, bəxt güzgüsü – 1əd, bəxt şami – 2əd, şüşə ağ fincan dəsti, ağ subniça dəsti, ağ şüşə kofe dəsti, şüşə duz qabi – 12əd, şüşə qənd qabi – 2əd, şüşə konfet qabi – 4əd, şüşə mürəbbə qabi – 7əd, şüşə ləbləbi qabi – 1əd, şüşə nəlbəki – 6əd, şüşə meyvə qabi – 1əd, yemək qaşiq dəsti – 6əd, armudu stəkan – 12əd, qalin stəkan – 5əd, göy nəlbəki – 6əd, şüşə ləbləbi qabi – 2əd, ağ desert güllü qab paşabahçe – 1dəst/7əd, qara desert güllü qab paşabahçe – 1dəst/7əd, fincan dəsti shafer – 12fincan+12nəlbəki, peçenye qabi – 1əd, biçaq dəsti hoff mayer – 6əd, divan paduşkasi – 2əd, aytacin namaz dəsti – möhür, təsbeh, əl çantalari – 14əd, corablar elayin köynəyi – 1əd, qadin kəmərləri – 4əd, elayin paltarlari, boş paltar qutusu – 2əd aytacin paltarlari, çətir – 3əd, suvenir oğlan+qiz – 1əd, süni gül ləçəkləri, bayraqlar – 2əd elayin qoruyucu qulaqciği – 1əd, aytacin dini kitablari, suvenir dini – 1əd, suvenir dini taxta – 1əd, suvenir dini balaca sari kitab – 1əd, təzə pakrivallar və odeyallar, tozsoran geepas – 1əd, ütü stolu – 1əd, ağ pakrival dəsti (çarpayı üçün) – 1əd, qalin pakrival salafan çamadanda (çarpayı üçün) – 1əd, uşaq üçün ağ pakrival – 1əd, pakrival dəsti (ağ şəffaf sumka) – 4sumka, ağ baliş – 1əd, ütü eurolux – 1əd, qirmizi paduşka – 1əd, yorğan – 4əd, döşək – 3əd, taxt – 1əd, matras – 1əd, matras bazasi – 1əd, güzgülü termo – 1əd, butik oturacaq – 1əd, tumbuçka – 2əd, divar saati – 1əd, pərdə+tül – 2əd, uşaq yataği – 1əd, uşağa aid əşyalar (pampers, şampun, soska və sair), saç qurudan – 1əd, saç buran – 1əd, saç düzləşdirən – 1əd, alt patarlari (aytaca aid), aksesuarlar (saat, kəmər, eynək, şərflər, bijuteriyalar, elayın bijuteriyaları, iynə-sap və ətirlər), uşaq bələkləri – 4əd, uşaq oyuncaqlari – qarışıq, plastmas uşaq oturacaği və qarşok – 2əd, balaca yolka (oyuncaqları ilə) – 1əd, uşaq üçün işlənmiş paltarlar – qarışıq, ayaqqabilar uşaqlarin – qarışıq, ayaqqabilar aytacin – qarışıq, yük kravati – 1əd, süpürgə+xəkəndaz (ağqırmızılı) – 1əd, şvabra - 1əd, yer silən rezin şotka – 1əd, zibil vedrəsi – 1əd, qirmizi vanna – 1əd, göy vanna – 1əd ondan təhvil alınması və tərəfindən ödənilmiş 100 manat məbləğində məhkəmə rüsumunun, təhviltəslim ilə əlaqədar yaranacaq bütün xərclərin, o cümlədın icra, əşyaların depolanması, daşınması, nəqliyyat, depo xərclərinin cavabdeh tərəfindən ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ərizədə qeyd edilmiş cehiz əmlaklarının ona məxsus Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev pr-ti, 12 ünvanında yerləşən mənzildən cavabdeh tərəfindən çıxarılması ilə əlaqədar yarana biləcək bütün xərclərin cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsinə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçın dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş **********48 reyestr nömrəli çıxarışa əsasən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 12 (yeni qaydalarla: Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 29) ünvanında ümumi sahəsi 510,7 kv.metr olan, 0.0718 ha torpaq sahəsinin üzərində fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2339/2023 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə X9 arasında xx.xx.2014-cü il tarixdə Abşeron Rayon Qeydiyyat şöbəsində bağlanmış 449 nömrəli akt qeydli nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2021-ci il təvəllüdlü X8 anası Cavabdeh yanında qalmas, X4 Cavabdeh xeyrinə xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat, xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment və xx.xx.2021-ci il təvəllüdlü X5 3 yaşına çatanadək hər ay 30 manat sabit pul məbləğində aliment tutulması, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-760/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli, 2(012)-2339/2023 nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin hallarına əsasən iddiaçının oğlu X9 ilə Cavabdeh xx.xx.2014-cü ildə rəsmi nikaha girməklə ailə qurmuş, həmin nikahdan onların xx.xx.2015-ci il təvəllüdlü Elay və xx.xx.2021-ci il təvəllüdlü Duyğu adlı uşaqları anadan olmuşdur. Hazırda onların nikahları məhkəmə qaydasında ləğv edilmişdir. Tərəflər arasında münasibətlər pisləşdikdən sonra cavabdeh valideynlərinin evinə getmişdir, hazırda da həmin ünvanda yaşayır. Lakin ona məxsus əşyalar iddiaçıya məxsus evdə qalmışdır. İşdə olan sənədlərlə cavabdehin cehiz əşyalarının hal-hazırda da həmin evdə qalması öz təsdiqini tapır. İş materiallarından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 12 (yeni qaydalarla H.Əliyev pr.- ti,ev 29) ünvanında yerləşən yaşayış evi İddiaçı qızının mülkiyyətindədir. Hazırda isə gəlini Cavabdeh cehiz əşyalarının onun mülkiyyətində olan evdə qalması bu evdən sərbəst istifadə, sahiblik və ona dair sərəncam vermək hüququnu məhdudlaşdırır. Ona görə də qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının qanunla nəzərdə tutulan hüquqlarından sərbəst istifadə etməsi üçün cavabdehə məxsus əşyalar iddiaçının mülkiyyətindəki evdən çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Eyni zamanda, İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Beləliklə, işin hallarına əsasən Cavabdeh öz cehiz əşyalarını İddiaçı mülkiyyətində olan evdən çıxarmaması nəticəsində sonuncunun davamlı şəkildə yaşayış sahəsi üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etmişdir ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək və qanunvericiliyin qeyd olunan tələblərini əsas tutaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, Cavabdeh məxsus əşyalar İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr-ti, 12 ( yeni qaydalarla H.Əliyev pr.- ti,ev 29) unvanında ümumi sahəsi 510.7 kv.metr olan evdən çıxarılmalı, cavabdeh tərəfindən çıxarılması ilə əlaqədar yarana biləcək bütün xərclər cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin 100 manat rüsumun cavabdehdən tutulub iddiaçıya ödənilməsi hissəsi təmin edilməli, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus əmlaklar – mətbəx mebeli ( krem rəng ) – 1 ədəd, aspirator lanova (60sm-lik metallik) – 1 ədəd, stolüstü qaz peçi lanova (metallik) – 1 ədəd, su moykasi (90sm-lik metallik) – 1 ədəd, ağ soyuducu bosch (nofrost 60x1.85) – 1ədəd, ağ paltaryuyan maşin bosch (6kq) – 1 ədəd, mətbəx stolu (krem rəng) – 1 ədəd, duxovka iltifat (51x33) – 1 ədəd, toster eksen – 1 ədəd, termuz seven 7star (adi metallik) – 1 ədəd, padnos böyük – 1 ədəd, padnos balaca – 1 ədəd, qaşiq-vilka dəsti hofmayer-1dəst-38əd, duxovkanin iç qabi – 2 ədəd, balaca tava – 1 ədəd, plastmas suşulka qabi – 1 ədəd, plastmas zibil qabi (balaca) – 1 ədəd, çaynik kobalt (qızılı) – 2 ədəd, stəkan kobalt (qızılı) – 12 ədəd, nəlbəki kobalt (qızılı) – 12 ədəd, dəm çayniki (balaca) – 1 ədəd, dəm çayniki (orta) – 1 ədəd, stəkan shafer – 6 ədəd, nəlbəki shafer -6 ədəd, stəkan coffee – 1 ədəd, stəkan məkkə – 1 ədəd, nəlbəki məkkə – 2 ədəd, stəkan+nəlbəki (uşaq üçün) – 2 ədəd, əlavə stəkan – 3 ədəd, narşərab qabi – 1 ədəd, mikser kenwood – 1 ədəd, tərəvəz çəkən (sogo japan) – 1 ədəd, tərəvəz çəkən (geepas) – 1 ədəd, meyvə sixan (nicer dicer) – 1 ədəd, nəlbəki kobalt – 12 ədəd, mürəbbə qabi (şüşə) – 12 ədəd, duz qabi (şüşə) – 6 ədəd, qənd qabi (xrustal) – 2 ədəd, limon qabi ( xrustal) – 6 ədəd, çaynik – 1 ədəd, termuz (göy plastmas) – 1 ədəd, çörək qabi (balaca) – 1 ədəd, duz-istiot qabi – 2 ədəd, diş çöpü qabi – 1 ədəd, biçaq dəsti (kichen prince) 1 komplekt – 11 bıçaq+1 bıçaq itiləyən, taxta qaşiq – 8 ədəd, kartof döyən (plastmas) – 1 ədəd, çaynik alti – 2 ədəd, dəmir qaşiq+vilka+pinçet – 6 ədəd, kartof süzgəci (əl üçün) – 1 ədəd, mətbəx taxtasi – 1 ədəd, ət maşini geepas – 1 ədəd, qənd qabi (plastmas) – 1 ədəd, kofe qabi (plastmas) – 1 ədəd, çay qabi (plastmas) – 1 ədəd, plastmas qab (kapron) – 3 ədəd, qirmizi çay qabi (iran) – 1 ədəd, qonaq stəkani (şüşə) – 5 ədəd, sok stəkani – 5 ədəd, mürəbbə qabi (şüşə) – 5 ədəd, su stəkani (böyükbalaca) – 6 ədəd, qazan dəsti (böyük-balaca) – 8 ədəd, plastmas qab (ev üçün) – 3 ədəd, pendir qabi (4dənəli) – 1 ədəd, salfetka qabi – 1 ədəd, tok termuzu geepas – 1 ədəd, dəm çayniki ( böyük) – 1 ədəd, uşaq termuzu – 1 ədəd, oxlov+taxta – 1 ədəd, xəmir əzən taxta – 1 ədəd, xəmir açan taxta – 1 ədəd, çörək qabi (plastmas) – 1 ədəd, padnos düzducaqli twen bird stel ( balaca) – 1 ədəd, padnos düzducaqli twen bird stel ( orta) – 1 ədəd, padnos düzducaqli twen bird stel ( böyük) – 1 ədəd, uşaq üçün xəmir yayan taxta – 1 ədəd, dəmir çaynik – 1 ədəd, çaynik+dəm çayniki – 1dəst/2 ədəd, mikser loven – 1 ədəd, blender sokany – 1 ədəd, süfrə dəsmali – 5 ədəd, önlük (böyük) – 2 ədəd, qazantutan – 1 ədəd, önlük (uşaq üçün) – 3 ədəd, köhnə süfrə – 4 ədəd, ütüalti (parça) – 4 ədəd, çay süzgəci (böyük) – 1 ədəd, findiqqiran – 2 ədəd, qapaqaçan – 3 ədəd, tərəvəz soyan – 2 ədəd, əl mikseri – 1 ədəd, tor biçaği (dəmir) – 1 ədəd, tort götürən dəmir – 1 ədəd, çəhrayi süzgəc – 1 ədəd, biçaq zepter – 5 ədəd, qara biçaq – 1 ədəd, böyük xörək qaşiği – 5 ədəd, çay qaşiği – 20 ədəd, xörək qaşiği – 16 ədəd, vilka – 10 ədəd, limon vilkasi – 2 ədəd, yağ biçaği – 12 ədəd, ev üçün kist (plastmas) – 1 ədəd, enli güllü qaşiq (plastmas) – 2 ədəd, yemək qazani (böyük-balaca) – 5 ədəd, tava – 5 ədəd, yumurta tavasi – 2 ədəd, böyük qazan – 1 ədəd, balaca qazan – 3 ədəd, plastmas qab – 3 ədəd, un ələyən (balaca) – 1 ədəd, tor plastmas qab (sarı) – 1 ədəd, dayaz taslar – 6 ədəd, dəmir tas (süzgəc) – 1 ədəd, limon sixan – 1 ədəd, əl blenderi – 1 ədəd, qapaqli yemək qabi (plastmas) – 4 ədəd, böyük kasa – 6əd, balaca kasa – 2 ədəd, qatiq qabi – 11 ədəd, dayaz boşqab (balaca) – 5 ədəd, dayaz boşqab (orta) – 7 ədəd, dayaz boşqab (böyük) – 6 ədəd, qatiq qaşiği – 4 ədəd, salat qabi – 12 ədəd, ağ aş buludu (böyük) – 6 ədəd, dərin boşqab (böyük) – 14 ədəd, dayaz boşqab (böyük) – 13 ədəd, mərci qabi (yaşıl) – 1 ədəd, mərci qabi (çəhrayı) – 1 ədəd, qirmizi qif (balaca) – 1 ədəd, güzgülü şfaner siyirtmə (2.35x212,5) – 1 ədəd, servis qorka (60x187.5) – 1 ədəd, servis qorka (105.5x187.5) – 1 ədəd, stol (88.5x1.69) – 1 ədəd, stul – 6əd, güzgülü termo (siyirməli) (160.5x168) – 1 ədəd, divan – 1 ədəd, kreslo – 2 ədəd, jurnalni – 1 ədəd, tv stend – 1 ədəd, lg televizor (qara) – 1 ədəd, video pastavka – 1 ədəd, xalça (eni 80-lıq) – 2 ədəd, xalça (eni 100-lük) – 1 ədəd, xalça (eni 149-luq) – 1 ədəd, xalça (eni 198-lik) – 2 ədəd, suvenir at – 1 ədəd, suvenir allah yazisi – 1 ədəd, suvenir üzərlik – 1 ədəd, portret divar asilqani (yazılı şəkilli) – 2 ədəd, meyvə qabi (şüşə naxışlı) – 2 ədəd, mürəbbə qabi (şüşə naxışlı) – 2 ədəd, qənd qabi (şüşə naxışlı) – 1 ədəd, ləbləbi qabi (taxta) – 1 ədəd, mürəbbə qabi (göy rəng qapaqlı) – 2 ədəd, şüşə bakal (şüşə) – 6 ədəd, xrustal kampot bakali (böyük) – 6 ədəd, xrustal kampot bakali (balaca) – 6 ədəd, xrustal naxişli kampot dəsti+konfet qabi – 2 ədəd, lotka konfet qabi (naxışlı) – 1 ədəd, naxişli kül qabi – 2 ədəd, naxişli güldan qabi – 1 ədəd, naxişli yumru konfet qabi – 1 ədəd, naxişli bakal (böyük) – 2 ədəd, naxişli bakal (balaca) – 2 ədəd, naxişli şüşə kampot qabi (qızılı bəzəkli) – 1dəst/7əd, bəxt lampasi – 1 ədəd, bəxt güzgüsü – 1 ədəd, bəxt şami – 2 ədəd, şüşə ağ fincan dəsti, ağ subniça dəsti, ağ şüşə kofe dəsti, şüşə duz qabi – 12 ədəd, şüşə qənd qabi – 2 ədəd, şüşə konfet qabi – 4 ədəd, şüşə mürəbbə qabi – 7 ədəd, şüşə ləbləbi qabi – 1 ədəd, şüşə nəlbəki – 6 ədəd, şüşə meyvə qabi – 1 ədəd, yemək qaşiq dəsti – 6 ədəd, armudu stəkan – 12 ədəd, qalin stəkan – 5 ədəd, göy nəlbəki – 6 ədəd, şüşə ləbləbi qabi – 2 ədəd, ağ desert güllü qab paşabahçe – 1dəst/7əd, qara desert güllü qab paşabahçe – 1dəst/7əd, fincan dəsti shafer – 12fincan+12nəlbəki, peçenye qabi – 1 ədəd, biçaq dəsti hoff mayer – 6 ədəd, divan paduşkasi – 2 ədəd, aytacin namaz dəsti – möhür, təsbeh, əl çantalari – 14 ədəd, corablar elayin köynəyi – 1 ədəd, qadin kəmərləri – 4 ədəd, elayin paltarlari, boş paltar qutusu – 2 ədəd aytacin paltarlari, çətir – 3 ədəd, suvenir oğlan+qiz – 1 ədəd, süni gül ləçəkləri, bayraqlar – 2 ədəd elayin qoruyucu qulaqciği – 1 ədəd, aytacin dini kitablari, suvenir dini – 1 ədəd, suvenir dini taxta – 1 ədəd, suvenir dini balaca sari kitab – 1 ədəd, təzə pakrivallar və odeyallar, tozsoran geepas – 1 ədəd, ütü stolu – 1 ədəd, ağ pakrival dəsti (çarpayı üçün) – 1 ədəd, qalin pakrival salafan çamadanda (çarpayı üçün) – 1 ədəd, uşaq üçün ağ pakrival – 1 ədəd, pakrival dəsti (ağ şəffaf sumka) – 4 sumka, ağ baliş – 1 ədəd, ütü eurolux – 1 ədəd, qirmizi paduşka – 1 ədəd, yorğan – 4əd, döşək – 3 ədəd, taxt – 1 ədəd, matras – 1 ədəd, matras bazasi – 1 ədəd, güzgülü termo – 1 ədəd, butik oturacaq – 1 ədəd, tumbuçka – 2 ədəd, divar saati – 1 ədəd, pərdə+tül – 2 ədəd, uşaq yataği – 1 ədəd, uşağa aid əşyalar (pampers, şampun, soska və sair), saç qurudan – 1 ədəd, saç buran – 1 ədəd, saç düzləşdirən – 1 ədəd, alt patarlari (aytaca aid), aksesuarlar (saat, kəmər, eynək, şərflər, bijuteriyalar, elayın bijuteriyaları, iynə-sap və ətirlər), uşaq bələkləri – 4 ədəd, uşaq oyuncaqlari – qarışıq, plastmas uşaq oturacaği və qarşok – 2 ədəd, balaca yolka (oyuncaqları ilə) – 1 ədəd, uşaq üçün işlənmiş paltarlar – qarışıq, ayaqqabilar uşaqlarin – qarışıq, ayaqqabilar aytacin – qarışıq, yük kravati – 1 ədəd, süpürgə+xəkəndaz (ağqırmızılı) – 1 ədəd, şvabra - 1 ədəd, yer silən rezin şotka – 1 ədəd, zibil vedrəsi – 1 ədəd, qirmizi vanna – 1 ədəd, göy vanna – 1 ədəd İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr-ti, 12 ( yeni qaydalarla H.Əliyev pr.- ti,ev 29) unvanında ümumi sahəsi 510.7 kv.metr olan evdən çıxarılsın, əmlakların çıxarılması ilə əlaqədar yarana biləcək bütün xərclər cavabdehə aid edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar