Məhkəmə qərarları › İş №e-2(012)-435/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-435/2022

12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-435/2022 12.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Hacı-X4, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında pulun tutulması» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 6722,46 manat, sığorta ödənişinin cavabdeh tərəfindən ödənilməli olan 1722,46 manat hissəsi və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1752,46 manat pulun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X6 oğlu iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, sığortalı "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanılmış 01.01.2019-cu il tarixli M0001/19_434 №-li "avtonəqliyyat vasitələrinin kompleks sığortası” şəhadətnaməsinə əsasən “Volkswagen Polo” markalı, ** PR *** dövlət qeydiyyat-nişanlı avtomobil cəmiyyətlərində sığortalanmışdır. Cavabdeh X5 02.08.2019-cu il tarixdə, saat 23:30 dəqiqədə mülkiyyətində olan "VAZ 2101” markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Kürdəxanı qəsəbəsində idarə edərkən cəmiyyətlərində sığortalanmış X2 mülkiyyətində olan “Volkswagen Polo” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmişdir. Sabunçu DYPŞ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın”dan, Sabunçu rayon DYPŞ axtarış üzrə inspektor, polis baş leytenantı X3 02.08.2019-cu il tarixli İXP ******* saylı protokolundan və 03.08.2019-cu il tarixli, TP ******* saylı qərarından görünür ki, 2019-cu ilin 02 avqust tarixində saat 23:30 dəqiqədə Bakı şəhəri, Kürdəxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yolnəqliyyat hadisəsinin növü toqquşmadır. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Sığortalanmış “Volkswagen Polo” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.2-ci və “Sığorta fəaliyyəti haqqında” qanunun 10.10-cu maddələrinin tələbinə əsasən, müqavilə üzrə Cəmiyyətləriylə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxs "xxxx" MMC tərəfindən təsdiqlənərək 6722,46 manat məbləğində müəyyən edilmişdir. 23.10.2019cu il tarixli MCL-213/19 saylı sığorta ödəniş aktına və 31.10.2019-cu il tarixli **********7 saylı ödəniş tağşırığına əsasən, 6722,46 manat sığorta ödənişi faydalanan şəxsin razılığı ilə təmir uüəssisəsinift bank hesabına köçürülmüşdür. “İcbari sığortalar haqqında” AR Qanununun 56.1.2-ci maddəsinə uyğun olaraq zərərvuranın sığortaçısı "xxxx" ASC-yə 6722,46 manat sığorta ödənişinin 5000 manat hissəsinin ödənilməsi üçün məktub göndərilmiş və “Xalq Sığorta" ASC tərəfindən 5000 manat ödəniş, 22.06.2020-ci il tarixində Cəmiyyətlərinə ödənilmişdir. Cavabdeh mülki məsuliyyətini icbari qaydada sığortalanmış "xxxx" ASC öhdəsinə düşən 5000 manat sığorta ödənişini ödədiyi üçün, 1722,46 manat məbləği Cavabdeh tərəfindən cəmiyyətləriə qaytarılmalıdır. Cavabdeh bu barədə 18 noyabr 2019-cu il tarixli, 19/700 saylı məktub da göndərilmişdir. Sığorta ödənişi almış faydalanan şəxs ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarını "xxxx" ASC-yə ötürmüşdür. Ona görə də, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə izahatında bildirdi ki, o, iddianı qismən qəbul edir. O, qəzanı törətdiyini qəbul edir, lakin onun iddiaçı təşkilata ödəməli olduğu məbləğ 1145 manat təşkil edir. Odur ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 fevral 2022-ci il tarixli, 9/9466 saylı ekspert rəyinə uyğun qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 fevral 2022-ci il tarixli, 9/9466 №-li ekspert rəyindən görünür ki, “Euro Style” LTD-nin 03.08.2019-cu il tarixli qüsur aktındakı məlumatlar əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı “Volkswagen Polo” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6145 manat müəyyən edilir. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini və cavabdehi dinləyib, ekspert rəyini, işin digər materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron rayon Məhkəməsinin 2(012)-6031/2021 saylı, 02.12.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 fevral 2022-ci il tarixli, 9/9466 saylı ekspert rəyindən məlum olur ki, “Euro Style” LTD-nin 03.08.2019-cu il tarixli qüsur aktındakı məlumatlar əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı “Volkswagen Polo” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6145 manat müəyyən edilir. Həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Cavabdeh idarə etdiyi "VAZ 2101” markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobili sığortalayan "xxxx" ASC tərəfindən 22.06.2020-ci il tarixdə "xxxx" ASC-yə dəymiş ziyana görə 5000 manat məbləğində pul ödənilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ekspert rəyi ilə müəyyən edilmiş maşına vurulmuş ümumi ziyandan yəni, 6145 manatdan, "xxxx" ASC tərəfindən ödənilmiş 5000 manat çıxılmaqla, qalan 1145 manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Belə ki, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsində təqsiri iş materiallarında olan Sabunçu rayon DYPŞ-nin 02.08.2019-cu il tarixli İXP ******* saylı protokolu və 03.08.2019-cu il tarixli, TP ******* saylı qərar ilə təstiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 21 fevral 2022-ci il tarixli, 9/9466 saylı əmtəəşünaslıq ekspertizasına görə 100 manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 67 manat Cavabdeh, 33 manat isə "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 30 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 20 manat cavabdehlərdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış “Volkswagen Polo” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün tələb olunan 1145 manat məbləğində pul və 20 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 21 fevral 2022-ci il tarixli, 9/9466 saylı əmtəəşünaslıq ekspertizasına görə 100 manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 67 manat Cavabdeh, 33 manat isə iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı- X1, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar