Məhkəmə qərarları › İş №e-2(012)-4434/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4434/2023

21.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4434/2023 21.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X2 kаtibliyi ilə, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı öhdəliyi icra edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı öhdəliyi icra edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MTK ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli, ******* nömrəli Payçı Müqaviləsinin 2.4-cü bəndinə əsasən "xxxx" ASC ilə onun arasında bağlanmış 25 avqust 2020-ci il tarixli 587 nömrəli Kredit Müqaviləsinə əsasən nəğdsiz şəkildə Cavabdehin bank hesabına ƏDV ilə birgə ödənilmiş 73200 manat məbləğin 18 faiz ƏDV-sini təşkil edən 13170 manat məbləğin cavabdehin özünün ƏDV depozit hesabına ödənilərək ona elektron qaimə verilməsi öhdəliyinin qoyulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh «Kristal Abşeron” MTK arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ******* nömrəli Payçı Müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh MTK pay qismində çıxış edən Abşeron rayonu ,Xırdalan şəhəri ,H.Əliyev prospekti 30-cu məhəllədə inşa olunan 21-ci bina,1-ci blok ,4-cü mərtəbə 16 nömrəli, 3 otaqlı mənzili tikib və “payçın”nın (yəni iddiaçının) mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən “Payçı” (yəni iddiaçı) bu müqaviləyə əsasən pay qısmində çıxış edən 1.1 bəndində göstərilən ünvanda 21-ci bina, 1-ci blok, 4-cü mərtəbə 16 nömrəli, 3 otaqlı mənzili qəbul etməyi bu Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri “MTK”-ya ödənilməsini və həmçinin Cavabdeh MTK-nın yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən Mənzilin hesablaşma sahəsi 100.4 kv.m təşkil edir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən mənzilin 1 kv.m.-1120 AZN olmaqla, müqavilənin ümumi dəyəri 112448 AZN təşkil edir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən Mənzilin ilkin ödənişi 34.9. faiz, yəni 39248 AZN. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən “Payçı” (yəni iddiaçı) Müqavilə qiymətinin qalan 73200 AZN ə bərabər tutulan məbləğini, ”Payçı”,”MTK” və "xxxx" ASC arasında bağlanacaq olan üç tərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öhdəsinə götürür. Müqaviləni şərtləri hər iki tərəfdən icra edilmiş, ilkin ödəniş iddiaçı tərəfindən 34.9. faiz, yəni 39248 AZN nəğd şəkildə cavabdehə ödənilmiş, qalan 73200 AZN məbləğ isə "xxxx" ASC ilə onun arasında bağlanmış 25 avqust 2020-ci il tarixli 587 nömrəli Kredit Müqaviləsinə əsasən nəğdsiz şəkildə Cavabdehin bank hesabına ödənilmişdir və iddiaçı sonda mənzilə mülkiyyət sənədi əldə edə bilmişdir. Lakin cavabdehin vergi qanunvericiliyinin tələbini pozması nəticəsində iddiaçı fiziki şəxs olaraq nəğdsiz əldə etdiyi yaşayış sahəsinə görə ödənilmiş ƏDV məbləğinin 30 faizi miqdarında məbləği helə ki ala bilməmişdir. Belə ki, cavabdeh iddiaçıya yaşayış sahəsini əldə etməyi üçün nəğdsiz şəkildə ödəyəcəyi 73200 AZN məbləği ƏDV ilə birgə eyni hesaba ödətdirmiş və nəticədə iddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na əsasən nəğdsiz ödədiyi məbləğin ƏDV-nin 30 faizi miqdarında məbləği ala bilməmişdir. 73200 AZN məbləğin 18 faiz ƏDV-si 13170 AZN təşkil edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanına əsasən iddiaçıya həmin 13170 AZN-nin 30 faizi, yəni 3951 AZN geri qaytarılmalı idi. Onun həmin 3951 AZN məbləği geri almağı üçün cavabdeh öz bank hesabından 13170 AZN məbləği özünün ƏDV depozit hesabına ödəməli və iddiaçıya bu barədə elekton qaimə verməlidir. Bundan sonra iddiaçı 90 gündən geç olmayaraq müvafiq işləri görməklə həmin məbləği geri almalıdır. Bu barədə cavabdehə dəfələrlə etdiyi müraciətlər bir nəticə verməmiş və sonda məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, müraciət etməsinə baxmayaraq Cavabdeh tərəfindən onlara hansı formada vergi ödəmələri ilə bağlı məlumat verilməmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək təmin edilməməsini xahiş etdi və qeyd etdi ki, İddiaçı ilə Cavabdeh MTK arasında olan xx.xx.2020-ci il tarixli, ******* nömrəli Payçı Müqaviləsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanından əvvəl bağlanmışdır və hazırkı fərmanın təsiri altına düşmür. Sadələşdirilmiş vergiyə cəlb edilmiş binaların yaşayış və qeyri-yaşayış sahələri üzrə ödənilmiş məbləğlərdən əlavə dəyər vergisinin qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Bunu təsdiq edən Dövlət Vergi Xidmətindən aldıqları məktubdur. Həmin məktubda iddiaçının iddia etdiyi evin həmin fərmandan əvvəl iddiaçı ilə bağlanmış müqavilə əsasında satıldığı və fərmanın təsiri altına düşmədiyi qeyd olunur. Odur ki, iddiaçının iddia tələbi əsassızdır, təmin edilməməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh MTK ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* saylı Payçı Müqaviləsindən müəyyən edilir ki, Kristal Abşeron Mənzil Tikinti Kooperativi pay qismində çıxış edən Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 30-cu məhəllədə inşa olunan 21-ci binada, 1-ci blok, 4-cü mərtəbə, 16 №-li, 3 otaqlı mənzili tikib payçının mülkiyyətinə verməyi, payçı isə bu müqaviləyə əsasən pay qismində çıxış edən həmin mənzili qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri MTK-ya ödənilməsini və həmçinin Kristal Abşeron yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişləri etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndindən görünür ki, mənzilin ümumi sahəsi 100.4 kv.m təşkil edir, mənzilin 1 kv.m 1120 manat olmaqla, ümumi dəyəri 112448 manatdır, müqavilənin ilkin ödənişi 34.9 faiz, yəni 39248 manat, payçı müqavilə qiymətinin qalan 61250 manata bərabər tutulan məbləğini, payçı MTK və Azərbaycan Beynəlxalq Bankı ASC arasında bağlanacaq olan birtərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. - Cavabdeh MTK tərəfindən xx.xx.2020-ci il tarixli Maliyyə Arayışından görünür ki, 21-ci bina, 1-ci blok, 4-cü mərtəbə, ümumi sahəsi 100,4 kv.m 3 otaqlı, 16 saylı mənzilin dəyər 112448 manatdır. İddiaçı tərəfindən məbləğin Cavabdeh MTK-ya 39248 manatı ödənilmişdir. - "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 587 nömrəli Kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh MTK (bundan sonra «MTK» adlandırılacaq) ilə Borc verən arasında bağlanmış Birgə fəaliyyət haqqında saziş (bundan sonra «Saziş» adlandırılacaq) çərçivəsində Borc verən Bu Müqaviləyə əsasan Borc alana 240 (iki yüz qırx) ay müddətində (25.08 2040-cı iİ tarixədək) 73200 (yetmiş üç min iki yüz) manat məbləğində, kreditdən istifadəyə görə İllik 10% (on) faiz ödəmək şərtilə kredit verməyi, Borc alan işə Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə (1.2. Kreditin təyinatı: Saziş çərçivəsində ünvan 1 ünvanında tikilən, bina 21, 1 blok, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 100.04 kv.m olan 3 otaqlı 16 nömrəli mənzilin alınması) göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan aydın olur ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, 30-cu məhəllə, ev 21, mənzil 16, ümumi sahəsi 95.0 kv.m olan mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrində 340 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə İddiaçı adına tam pay hüququ ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış xx.xx.2023-cü il tarixli **********498400 saylı məktubundan görünür ki, Kooperativ tərəfindən tikilmiş binaların sadələşdirilmiş vergiyə cəlb edilməsi barədə xx.xx.2023-cü il tarixli (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********187600 nömrəli) müraciətinə 2 saylı Ərazi Vergilər Baş İdarəsində baxılmışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilmişdir. Qaydanın 2.0.3-cü bəndinə əsasən satıcı ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs olmalıdır. MTK müraciətinə əlavə olunmuş siyahıda göstərdiyi 2018-2019-cu illərdə təməli qoyulmuş binalar üzrə (Bakı şəhəri, Səbail rayonu, Fuad Əbdürəhmanov 5 ünvanında - bina 1 və bina 2, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 30 ünvanında 21, 25, 26, 37, 38, 39,40,41,42 saylı binalar, Sumqayıt şəhəri, Bulvar küçəsi ünvanında 1,5,6,7,8,9 saylı binalar, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarı 8, 14, 15, 34, 35, 36, 37, 38, 39, 40 saylı binalar, Bakı şəhəri, Binəqədi rayonu, X4 küçəsi 42 ünvanında - bina 2, ünvan 6kı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi 110 ünvanında bina 3, ünvan 8alar, ünvan 9anında - 5,6 saylı binalar, ünvan 10lı binalar, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə ünvanında- 4,5 saylı binalar, ünvan 12nalar) həmin dövr qüvvədə olmuş Vergi Məcəlləsinin 218.1.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmiş və tələb olunan müvafiq sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etdikdən sonra hesablanmış vergini bərabər hissələrlə 10 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödənilməsini təmin etmişdir. Qeyd olunanlara əsasən, sadələşdirilmiş vergiyə cəlb edilmiş binaların yaşayış və qeyri-yaşayış sahələri üzrə ödənilmiş məbləğlərdən əlavə dəyər vergisinin qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh MTK ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* saylı Payçı Müqaviləsinə əsasən Kristal Abşeron Mənzil Tikinti Kooperativi Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 30-cu məhəllədə inşa olunan 21-ci binada, 1-ci blok, 4-cü mərtəbə, 16 №-li, 3 otaqlı mənzili tikib payçının mülkiyyətinə verməyi, payçı isə bu müqaviləyə əsasən pay qismində çıxış edən həmin mənzili qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri MTK-ya ödənilməsini və həmçinin Kristal Abşeron yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişləri etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən mənzilin ümumi sahəsi 100.4 kv.m təşkil edir, mənzilin 1 kv.m 1120 manat olmaqla, ümumi dəyəri 112448 manatdır, müqavilənin ilkin ödənişi 34.9 faiz, yəni 39248 manat, payçı müqavilə qiymətinin qalan 61250 manata bərabər tutulan məbləğini, payçı MTK və Azərbaycan Beynəlxalq Bankı ASC arasında bağlanacaq olan birtərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh MTK tərəfindən xx.xx.2020-ci il tarixli Maliyyə Arayışına əsasən İddiaçı tərəfindən mənzilin dəyər 112448 manat məbləğin Cavabdeh MTK-ya 39248 manatı ödənilmişdir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 587 nömrəli Kredit müqaviləsinə əsasən "xxxx" ASC Cavabdeh MTK ilə arasında bağlanmış Birgə fəaliyyət haqqında saziş çərçivəsində İddiaçı 240 (iki yüz qırx) ay müddətində (xx.xx.2040-cı iİ tarixədək) 73200 (yetmiş üç min iki yüz) manat məbləğində, kreditdən istifadəyə görə İllik 10% (on) faiz ödəmək şərtilə kredit verməyi öhdəsinə götürmüşdür. Həmin kreditin təyinatı ünvan 1 ünvanında tikilən, bina 21, 1 blok, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 100.04 kv.m olan 3 otaqlı 16 nömrəli mənzilin alınmasıdır. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli, ******* nömrəli Payçı Müqaviləsinin 2.4-cü bəndinə əsasən "xxxx" ASC ilə onun arasında bağlanmış 25 avqust 2020-ci il tarixli 587 nömrəli Kredit Müqaviləsinə əsasən nəğdsiz şəkildə Cavabdehin bank hesabına ƏDV ilə birgə ödənilmiş 73200 manat məbləğin 18 faiz ƏDV-sini təşkil edən 13170 manat məbləğin cavabdehin özünün ƏDV depozit hesabına ödənilərək ona elektron qaimə verilməsi öhdəliyinin qoyulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir; “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Həmin Fərmana əsasən:

1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi: 2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın (bundan sonra – Qayda) 2.0.6-cı yarımbəndində nəzərdə tutulan müvəkkil bankı (bankları), Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla, on beş gün müddətində müəyyən etsin; 2.2. fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi məqsədilə Qaydada nəzərdə tutulan infrastrukturun, o cümlədən portalın, proqram təminatının və vahid elektron məlumat bazasının yaradılmasını, onun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və müvəkkil bankın (bankların) istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyasını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin büdcədənkənar fondu hesabına təmin etsin; 2.3. vahid elektron məlumat bazasında toplanan məlumatların təhlükəsizliyini və məlumat mübadiləsinin fasiləsizliyini təmin etsin; 2.4. fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi ilə bağlı təbliğat işinin aparılmasını təmin etsin; 2.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi: 3.1. fiziki şəxs olan istehlakçılar tərəfindən ödənilmiş əlavə dəyər vergisinin, Qaydanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan əlavə dəyər vergisi üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına geri qaytarılmasını təmin etsin; 3.2. Qaydanın 5.11-ci bəndində nəzərdə tutulan rəyin formasını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, on beş gün müddətində təsdiq etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış xx.xx.2023-cü il tarixli **********498400 saylı məktubundan göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilmişdir. Qaydanın 2.0.3-cü bəndinə əsasən satıcı ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs olmalıdır. Sadələşdirilmiş vergiyə cəlb edilmiş binaların yaşayış və qeyri-yaşayış sahələri üzrə ödənilmiş məbləğlərdən əlavə dəyər vergisinin qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan əlavə iddiaçı və cavabdeh arasında olan xx.xx.2020-ci il tarixli ******* saylı Payçı Müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanından əvvəl bağlanmışdır. Fərmanda isə həmin qaydaların əvvəlki tarixdə alınmış evlərə görə ödənilmiş məbləğlərə şamil edilməsi üçün hər hansı bənd nəzərdə tutulmamışdır. Bu isə onu göstərir ki, fərman çıxdığı vaxdan sonrakı maliyyə əməliyyatlarına şamil edilir. Odur ki, iddiaçının qeyd etdikləri Fərmanın təsiri altına düşmür. Ona görə də iddia əsassızdı təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 №li Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 119, 216-220, 222.2, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdehnə qarşı “öhdəliyin icra edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar