Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4475/2024 02.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı «Azsığorta ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Azsığorta ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5000 manat pul vəsaitinin və 70 manat məbləğində dövlət rüsumunun iddiaçı «Azsığorta ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə İddiaçı ASC-də sığortalanmış Cavabdeh tərəfindən idarə edilən Tofaş Doğan minik markalı 10MZ038 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixində Abşeron rayonu ərazisində 90TF129dövlət qeydiyyat nişanlı Volkswagen Amarok markalı avtomobili ilə toqquşmuşdur. Cavabdeh hadisə yerindən qaçdığına görə X1 RPİ-nə ərizə ilə müraciət etmiş, hadisə barədə məlumat verərək hadisəni törədən şəxs barəsində qanuna müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Ərizəyə əsasən araşdırma aparılacaqdır. Hadisənin Cavabdeh Alİahverən oğlu tərəfindən törədilməsi müəyyən edilmiş, cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2019-cu il tarixli qərar qəbul edilmişdir. Qərarla müəyyən edilmişdir ki, Cavabdeh Alİahverən oğlunun əməlində İXM-nin 327.2-ci və 327.6-cı maddələrlə nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır, bu səbəbdən onun barəsində inzibati tənbehin görülməsi üçün qərarın surəti Abşeron RPİ-nin DYPŞ-nə göndərilmişdir. Volkswagen Amarok markalı, 90TF129dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 5000 manat ödənişi verilmişdir. “İcbari sığortalar haqqında” AR Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subqroqasiya hüququ yaranır. Bununla da sığortaçının (sığorta şirkəti) ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmə hüququ yaranır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı «Azsığorta ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəyə əsasən, iddiaçı bütün məhkəmə iclaslarının nümayəndəsinin iştirakı olmadan keçirilib işə mahiyyəti üzrə baxılaraq iddia ərizəsinin tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı ASC-də sığortalanmış onun tərəfindən idarə edilən Tofaş Doğan minik markalı ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixində Abşeron rayonu ərazisində ** TF *** dövlət qeydiyyat nişanlı Volkswagen Amarok markalı avtomobili ilə toqquşmuşdur. Hadisə nəticəsində qarşı tərəfin avtomobilinə 15000 manatdan çox ziyan dəymişdir. Lakin İddiaçı ASC tərəfindən zərərçəkmişə 5000 manat ödəniş edilmişdir. Odur ki, o, təqsirin onda olduğunu qəbul etmişdir. Məhkəmə cavabdehi dinləyib, iddia ərizəsini, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2019-cu il tarixli sığorta aktından görünür ki, xx.xx.2018-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə İddiaçı ASC-də sığortalanmış Cavabdeh tərəfindən idarə edilən Tofaş Doğan minik markalı ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixində Abşeron rayonu ərazisində X5 məxsus ** TF *** dövlət qeydiyyat nişanlı Volkswagen Amarok markalı avtomobili ilə toqquşmuşdur. Nəticədə ** TF *** dövlət qeydiyyat nişanlı Volkswagen Amarok markalı avtomobilə 15153 manat məbləğində zərər dəymişdir. İddiaçı ASC tərəfindən isə 5000 manat məbləğində sığorta ödənişi zərərçəkmişə ödənilmişdir. -"xxxx" ASC tərəfindən verilmiş ödəniş tapşırığından görünür ki, X3 hesabına 5000 manat pul vəsaiti köçürülmüşdür. -xx.xx.2019-cu il tarixli dəymiş zərərin hesablanmasına dair hesabatdan görünür ki, ** TF *** dövlət qeydiyyat nişanlı Volkswagen Amarok markalı avtomobilə dəymiş zərər olaraq 15153 manat hesablanmışdır. - Abşeron rayon polis idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə təxminən saat 06:30 radələrində idarə etdiyi Tofaş markalı ** MZ *** dövlət qeydiyyat nişanlı avtomaşınla Abşeron rayonu Masazır qəsəbəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 77-ci maddəsinin İ. hissəsinin tələbini pozmaqla, baş yol ilə hərəkət edən X4 idarə etdiyi Volksvagen Amarok markalı ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməməklə, onun hərəkət istiqamətinə yəni Ə.Vahid küçəsinə çıxaraq onunla toqquşmuş, nəticədə Cavabdeh özü sağlamlığa yüngül zərərvurmaya aid xəsarət, Elşən Ağayevin idarə etdiyi avtomobildə olan sərnişin Elvin Ağayev isə sağlamlığa zərər vurmayan xəsarət almışdır. Bununla yanaşı X6 maddi zərər dəymişdir. Qanunvericiliyə əsasən zərər vurmayan və sağlamlığa yüngül zərərvurmaya aid xəsarət ilə nəticələnən yol nəqliyyat hadisəsində, hadisədə günahkar olan şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məsəlləsinin 263.1-ci maddəsinin tərkibi yaranmır. Buna görə də hadisədə günahkar Cavabdeh əməlində cinayət tərkibi yoxdur. Lakin Cavabdeh yolayrıcını keçmə qaydalarını pozumaqla törətdiyi yol nəqliyyat hadisəsi ilə və yol nəqliyyat hadisəsi yerindən yayınmaqla Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Belə olan halda toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Məmişov X2 rayonu, Görədil kəndi, Nizami küçəsi, 1 saylı evdə qeydiyyatdadır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 34-cü maddəsinə əsasən, sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 81-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, xx.xx.2018-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə İddiaçı ASC-də sığortalanmış Cavabdeh tərəfindən idarə edilən Tofaş Doğan minik markalı ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixində Abşeron rayonu ərazisində X5 məxsus ** TF *** dövlət qeydiyyat nişanlı Volkswagen Amarok markalı avtomobili ilə toqquşmuşdur. Nəticədə ** TF *** dövlət qeydiyyat nişanlı Volkswagen Amarok markalı avtomobilə 15153 manat məbləğində zərər dəymişdir. İddiaçı ASC tərəfindən isə 5000 manat məbləğində sığorta ödənişi zərərçəkmişə ödənilmişdir. Hazırda iddiaçı «Azsığorta ASC subroqasiya qaydasında tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1 və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında Qanun”un: 63.1. maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, nəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. Abşeron rayon polis idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh yolayrıcını keçmə qaydalarını pozumaqla törətdiyi yol nəqliyyat hadisəsi ilə və yol nəqliyyat hadisəsi yerindən yayınmaqla Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Beləliklə cavabdehin hadisə yerindən yayınması öz təsdiqini tapmış, belə olan halda iddiaçının ona qarşı iddia tələbi irəli sürmək hüququnu yaratmışdır. Eyni zamanda işin araşdırılan hallarından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomobilə 15153 manat zərər dəymişdir Dəymiş zərərin hesablanmasına dair hesabatdan görünür ki, ** TF *** dövlət qeydiyyat nişanlı Volkswagen Amarok markalı avtomobilə dəymiş zərər olaraq 15153 manat hesablanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf həmin zərə görə ən yüksək sığorta ödənişini Volkswagen Amarok markalı avtomobilin sahibi X6 ödəmişdir. Göründüyü kimi dəymiş zərərlə ödəniş arasında böyük fərq vardır. Ona görə də hesablanmış zərərin ekspertiza keçirtməklə yenidən hesablanmasına zərurət yoxdur, əhəmiyyətsizdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verib qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia ərizəsi təmin edilməli, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərər olaraq 5000 manat sığorta ödənişi Cavabdeh subroqasiya qaydasında tutularaq iddiaçı «Azsığorta ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 70 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 5000 (beş min) manat sığorta ödənişi və 70 (yetmiş) manat dövlət rüsumu subroqasiya qaydasında tutularaq iddiaçı «Azsığorta ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-4475/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4475/2024
02.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver