Məhkəmə qərarları › İş №e-2(012)-4521/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-4521/2025

15.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-4521/2025 15.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-yə qarşı inzibati xəta haqqıında protokolun ləğv edilməsi barədə iddia ərizəsinə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-yə qarşı inzibati xəta haqqıında protokolun ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokolun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, aşağıdakı əsaslara görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki ərizənin qəbulundan imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılmalıdır. Mülki Prossesual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, ərizədən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Bu ondan irəli gəlir ki, iddiaçınin qeyd edilən xahişi, yəni inzibati xəta haqqında protokolun ləğv edilməsi mülki məhkəmə icraatı qaydasında baxılmalı məsələ deyildir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin məcəllənin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Qanunvericiliyin tələbindən göründüyü kimi inzibati tənbeh tətbiq etmə haqqında qərardan həm yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə), həm də məhkəməyə şikayət verilə bilər. Lakin şikayətin verilməsi forması və qaydası, eləcə də, icraatın aparılması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilir. Yəni iddiaçı qeyd etdiyi protokol əsasında qəbul edilən qərardan mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə deyil, qərardan şikayət formasında səlahiyyətli orqana və ya məhkəməyə (inzibati qərardan şikayət formasında) müraciət edə bilər. Odur ki, hazırki müvəqqəti təminat tədbiri barədə ərizənin qəbulundan imtina edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi yolverilməzdir. Ona görə də iddia ərizəsinin qəbulundan imtina edilərək, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nə qarşı inzibati xəta haqqıında protokolun ləğv edilməsi barədə iddia ərizəsinin qəbulundan imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya qeyd etdiyi protokol əsasında qəbul edilən qərardan şikayət formasında səlahiyyətli orqana və ya məhkəməyə (inzibati qərardan şikayət formasında) müraciət edə bilmək hüquqları izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Abşeron Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar