Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-4567/2025 16.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı cavabdeh Vəkil qarşı «torpaq sahəsinin mülkiyyətə verilməsi öhdəliyinin müvafiq bələdiyyənin üzərinə qoyulması» barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, МÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 dekabr 2009-cu il qeydiyyat tarixli çıxarışa əsasən onun xüsusi mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən, sahəsi 468 kv.m olan torpaq sahəsinin təyinatına (yaşayış məntəqələrinin torpaqları), məqsədli istifadə növünə (həyətyanı) və hazırkı bazar dəyərinə mütənasib ərazidə yerləşən 468 kv.m torpaq sahəsinin onun mülkiyyətinə verilməsi öhdəliyinin Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İV bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının bələdiyyələri inzibati orqandır. Odur ki, hazırki iddia tələbi 08 dekabr 2009-cu il qeydiyyat tarixli çıxarışa əsasən onun xüsusi mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən, sahəsi 468 kv.m olan torpaq sahəsinin təyinatına (yaşayış məntəqələrinin torpaqları), məqsədli istifadə növünə (həyətyanı) və hazırkı bazar dəyərinə mütənasib ərazidə yerləşən 468 kv.m torpaq sahəsinin onun mülkiyyətinə verilməsi öhdəliyinin Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin üzərinə qoyulması ilə bağlı olduğundan hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq məhkəmə qeyd edir ki, İddiaçı 08 dekabr 2009-cu il qeydiyyat tarixli çıxarışa əsasən onun xüsusi mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən, sahəsi 468 kv.m olan torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə Abşeron rayonu, Məmmədli Bələdiyyəsinə və ya Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin imtinasından inzibati qaydada müvafiq məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Bundan əlavə iş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsi verilməsi üçün 100 (yüz) manat məbləğində dövlət rüsumunu xx.xx.2025-ci ildə, saat 17:20-də Dövlət Büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Şərh оlunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh Vəkil qarşı «torpaq sahəsinin mülkiyyətə verilməsi öhdəliyinin müvafiq bələdiyyənin üzərinə qoyulması» barədə iddia ərizəsindən iddianın yolverilməzliyinə görə imtina olunsun. İddiaçıya 08 dekabr 2009-cu il qeydiyyat tarixli çıxarışa əsasən onun xüsusi mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən, sahəsi 468 kv.m olan torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə Abşeron rayonu, Məmmədli Bələdiyyəsinə və ya Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin imtinasından inzibati qaydada müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İddiaçı cavabdeh Vəkil qarşı «torpaq sahəsinin mülkiyyətə verilməsi öhdəliyinin müvafiq bələdiyyənin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi barədə 2(012)-4567/2025 saylı mülki iş üzrə xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən ödəmiş olduğu 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-4567/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-4567/2025
16.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver