Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-465/2022 16.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah zamanı götürülmüş və ödənilmiş borcun yarısının tutulması barədə iddia tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-3407/2018 saylı xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinə əsasən İddiaçı X2 ödəmiş olduğu 17000 manat məbləğində pulun ½ hissəsinin - 8500 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəbiyev X1 Türkanə Kənan qızı ilə xx.xx.2008-ci il tarixdə Şəki Rayon Qeydiyyat Şöbəsində 281 saylı nikah qeydinə əsasən nikaha daxil olmuşlar. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)- 4416/2018 saylı qətnaməsinə əsasən onların arasında bağlanmış nikah ləğv edilmişdir. Bundan sonra Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakda payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, həmin Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(012)-850/2021 saylı qətnaməsi ilə İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə 5 saylı evin 33 nömrəli mənzilin alınması üçün aparılmış ödənişin 3/5 hissəsini təşkil edən 18401,40 manat və 15 manat dövlət rüsumuna görə pulun alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Göründüyü kimi, sözügedən qətnamə ilə tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlaka paylar müəyyən edilmişdir. Həmçinin Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-3407/2018 saylı qiyabi qətnaməsi ilə İddiaçı 17000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq X2 ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3407/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə X3 ilə İddiaçı arasında qarşılıqlı razılaşmaya uyğun olaraq İddiaçı ayda 1000 manat təşkil etməklə M.Mahmudovaya ödəniş aparılmasına dair razılıq əldə edilmişdir. Qarşılıqlı razılaşmaya uyğun olaraq İddiaçı M.Mahmudovaya xx.xx.2019-cu il tarixdə 1000 manat, xx.xx.2019-cu il tarixdə 1000 manat, xx.xx.2019-cu il tarixdə 2000 manat, xx.xx.2019-cu il tarixdə 1000 manat, xx.xx.2019-cu il tarixdə 1000 manat, xx.xx.2019-cu il tarixdə 1000 manat, xx.xx.2019-cu il tarixdə 5000 manat, xx.xx.2020-ci il tarixdə 5000 manat məbləğində ödəniş etmişdir. İcra sənədi üzrə qeyd olunan tələb borclu İddiaçı tərəfindən tam şəkildə təmin olunduğundan, Abşeron rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən icra sənədi üzrə icraata xitam verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə işin müəyyən edilmiş hallarından görünür ki, sözügedən borc İddiaçı cavabdehlə nikahda olduğu zaman əldə edilmiş, məqsəd ailənin maddi ehtiyaclarını ödəmək olmuşdur. Lakin nikahın pozulması ilə bu məbləğ İddiaçı tərəfindən kreditora ödənilmiş, cavabdeh isə həmin ödənişdən kənarda qalmışdır. Qanunun tələbinə əsasən tərəflərin nikahı pozulduqda, birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü aparıldığı təqdirdə tərəflərin nikah dövründə yaranmış öhdəlikləri də paylara uyğun bölünməli, artıq həyata keçirilmiş ödənişlər isə cavabdeh tərəfindən iddiaçıya qaytarılmalıdır. Məhkəmə gedişatında İddiaçı MPM-nin 53-cü maddəsinə istinadla iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-3407/2018 saylı xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinə əsasən İddiaçı X2 ödəmiş olduğu 17000 manat məbləğində pulun ½ hissəsinin və İddiaçılə "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 17112nkSTB2/13 saylı kredit müqaviləsi üzrə ödənilmiş 1203,63 manat məbləğində pulun ½ hissəsinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək və iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh və onun vəkili Vəkil2 iddianı qəbul etmədilər və onun təmin olunmamasını xahiş etdilər. Cavabdeh bildirdi ki, hazırda tələb edilən borc birgə nikah zamanı götürülüb-götürülməməsindən asılı olmayaraq ailənin tələbatı üçün deyil, iddiaçının şəxsi ehtiyacları üçün xərclənmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - Abşeron Rayon Məhkəməsinin 2(012)-4416/2018 saylı, 29 noyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında nikah pozulmuş, birgə nikahdan doğulmuş Nicat və Nəzrin adlı uşaqlar analarının himayəsinə verilmiş və onların saxlanılması üçün İddiaçı hər ay cəmi 308 manat sabit məbləğdə alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. - Abşeron Rayon Məhkəməsinin 2(012)-3407/2018 saylı, 28 noyabr 2018-ci il tarixli qiyabi qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı 17000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq X2 verilməsi qət edilmişdir. - Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli icraata xitam verilməsi barədə qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3407/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə tam icra edildiyi üçün xitam verilmişdir. - İddiaçı dair hesabdan çıxarış məlumatlarından görünür ki, xx.xx.2013-cü il tarixli, 17112nkSTB2/13 saylı kredit müqaviləsi üzrə yaranmış borc Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən xx.xx.2019-cu il tarixdə 1203,63 manat kompensasiya edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuşlar və Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)- 4416/2018 saylı qətnaməsinə əsasən onların arasında bağlanmış nikah ləğv edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-3407/2018 saylı qiyabi qətnaməsi ilə İddiaçı 17000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq X2 ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və qət edilmiş borc tam ödənildiyindən icra sənədi üzrə icraata xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Eyni zamanda, İddiaçılə "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 17112nkSTB2/13 saylı kredit müqaviləsi üzrə o, bankdan 3800 ABŞ dolları kredit götürmüşdür. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-3407/2018 saylı xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinə əsasən onun X2 ödəmiş olduğu 17000 manat məbləğində pulun ½ hissəsinin və onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 17112nkSTB2/13 saylı kredit müqaviləsi üzrə ödənilmiş 1203,63 manat məbləğində pulun ½ hissəsinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qəbul etmir. Ailə Məcəlləsinin 41.2-ci maddəsinə görə ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ərarvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ərarvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. Sadalanan normaların tələbinə görə şəxsi xarakterli öhdəliklər (aliment öhdəliyi, üçüncü şəxslərə vurulmuş ziyan üzrə öhdəliklər və s.) ər-arvadın ümumi əmlakının tərkibinə daxil olmamaqla ərin və ya arvadın şəxsi məsuliyyətinə səbəb olur. Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi birgə öhdəliyi hesab edilir. Ailənin ehtiyacları üçün M.Q.Mahmudovadan və "xxxx" ASC-dən borc götürdüyünü iddia edən İddiaçı iddia tələbinin əsasını Abşeron Rayon Məhkəməsinin 2(012)-3407/2018 saylı, 28 noyabr 2018-ci il tarixli qiyabi qətnaməsi, həmçinin onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 17112nkSTB2/13 saylı kredit müqaviləsi təşkil edir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3407/2018 saylı, 28 noyabr 2018-ci il tarixli qiyabi qətnaməsindən görünür ki, Mahirə Mahmudova İddiaçı 2017-ci ilin yanvar ayında məişət texnikasını təmir etmək üçün usta qismində çağırmış, bundan sonra isə onlar arasında münasibətlər yaranmışdır. İddiaçı bir dəfə Mahirə Mahmudovaya atasının təqaüdünü düzəltmək üçün maddi çətinliyinin olduğunu bildirərək ondan 2000 manat borc almışdır. 2017-ci ilin mart ayında İddiaçı Mahirə Mahmudovanın evinə gələrək iş qurmaq məqsədilə Dubay şəhərinə getməsi üçün 2500 avro və 500 ABŞ dolları, 1 ay sonra yenidən 4000 avro və 2000 manat pul almışdır. Beləliklə, götürülmüş ümumi borc 17000 manat təşkil etmişdir. İddiaçı bildirmişdir ki, işləri yoluna düşür, tezliklə borcunu qaytaracaq. Onlar borc barədə 30 yanvar 2018-ci il tarixdə müqavilə də bağlamışlar. Lakin İddiaçı razılaşdırılmış vaxtda borcunu qaytarmamışdır. İddiaçı dair hesabdan çıxarış məlumatlarından görünür ki, xx.xx.2013-cü il tarixli, 17112nkSTB2/13 saylı kredit müqaviləsi üzrə yaranmış borc Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən xx.xx.2019-cu il tarixdə 1203,63 manat kompensasiya edilmişdir. Məhkəmə iclasında İddiaçı həm Mahirə Mahmudovadan, həm də "xxxx" ASC-dən götürdüyü borcun ailənin ehtiyaclarına xərclənməsini sübuta yetirə bilməmiş, bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarından görünür ki, Cavabdeh İddiaçılə arasındakı nikahın ləğv edilməsi ilə bağlı məhkəməyə 25 iyul 2018-ci il tarixdə müraciət etmişdir. Qısa müddət ərzində külli miqdarda pulun ailə üçün xərclənməsi iş materialları ilə öz təsdiqini tapmır. Bu hallara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyildir və təmin edilməməlidir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikah zamanı götürülmüş və ödənilmiş borcun yarısının tutulması barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-465/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-465/2022
16.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver