Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-480/2025 03.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əşyaların mənzildən cavabdehin hesabına çıxarılması və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əşyaların mənzildən cavabdehin hesabına çıxarılması və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ona məxsus 128 saylı mənzildən Cavabdeh məxsus olan Qonaq otağındakı əşyalar Televizor (samsung) - 1 ədəd Stol (yemək masası) - 1 ədəd Stul -8 ədəd Künc divanı - 1 ədəd Kamod (trümo qonaq otağı üçün) - 1 ədəd Vitrin (servant) - 1 ədəd TV altlığı - 1 ədəd Pərdə Xalça (böyük) və kiçik - hər ikisindən 1 ədəd Paltar ütüləyici masa - 1 ədəd Yataq otağındakı əşyalar Çarpayı 2 nəfərlik (taxt) - 1 ədəd Çarpayı 1 nəfərlik - 1 ədəd Trümo yataq otağı üçün Uşaq beşiyi - 1 ədəd Paltar dolabı (şfaner) - 1 ədəd Tumba kiçik - 2 ədəd Pərdə Mətbəxdəki əşyalar Soyuducu (siemens) - 1 ədəd Mətbəx mebeli (qaz plitəsi, rakvina ilə birgə) Qaz sobası - 1 ədəd Paltaryuyan maşın (samsung) - 1 ədəd Mətbəx masası - 1 ədəd Kətil (taburetka mətbəx üçün) - 2 ədəd Pərdə paltar qurudan (suşilka) - 1 ədəd Dəhlizdəki mebel Qarderob dəhliz üçün - 1 ədədəşyaların cavabdehin öz hesabına çıxarılması, mediasıya xərci 60 manat və məhkəməyə ödənilmiş 50 manat dövlət rüsumunun cəmi 110 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi, ünvan 1 ünvanında yerləşən ona məxsus 128 saylı mənzildən cavabdehin əşyaları onun öz hesabına çıxarıldıqdan sonra mənzilin ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-5055/2024 saylı qərardadına əsasən, İddiaçı Cavabdeh qarşı əşyaların mənzildən cavabdehin hesabına çıxarılması və mənzilin təhvil verilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-5055/2024 saylı qərardadından elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verərək, Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)- 5055/2024 saylı qərardadının ləğv olunmasını və mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin edilməsini, şikayət təmin olunmadığı təqdirdə iş materiallarının baxılmaq üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-5055/2024 saylı qərardadına əsasən, İddiaçı Cavabdeh qarşı əşyaların mənzildən cavabdehin hesabına çıxarılması və mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-5055/2024 saylı qərardadından İddiaçı vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayət əsassız hesab edilərək baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1637/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən, Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-5055/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli, 2(012)-5055/2024 nömrəli qərardadı ləğv edilmiş, mülki iş birinci instansiya məhkəməsinə göndərilmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, məhkəmənin icraatında İddiaçı Cavabdeh qarşı ünvan 2 ünvanında yerləşən iddiaçıya məxsus 128 saylı mənzildən cavabdehin əşyalarının çıxarılmasına dair mülki iş vardır. İşin məhkəmə baxışı xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Bildirir ki, cavabdeh tərəfindən iddia ərizəsində qeyd olunan əşyalar iddiaçının mənzilindən çıxarılmışdır. İddiaçının cavabdehə qarşı heç bir iddia tələbi yoxdur. Bu barədə məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə ünvanlanmışdır. Eyni zamanda bildirir ki, üzrlü səbəbdən məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında o və iddiaçı iştirak edə bilmir. Odur ki, o, iddiaçının tələbindən imtina etdiyinin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və cavabdeh gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaçı isə məhkəmə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Belə olan halda, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının iddia tələbindən imtina barədə ərizəsini və mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, iddiaçının iddia tələbindən imtina barədə ərizəsi qanuni və əsaslı olduğundan, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından və qanunamüvafiq hesab edildiyindən qəbul edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Beləliklə də, mülki iş materiallarından göründüyü kimi, iddiaçı iddiadan imtina etdiyindən bu imtina qanunazidd olmamaqla, başqa şəxslərin hüquqlarını pozmadığından həmin imtina qəbul edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə eyni zamanda, qeyd edir ki, Mülki Prosessual Məcəllənin 114.1.4. maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə qeyd edir ki, mülki iş üzrə iddia ərizəsinə xitam verildiyindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1.4. maddəsinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Cavabdeh qarşı əşyaların mənzildən cavabdehin hesabına çıxarılması və mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, **********48 saylı qəbz əsasında ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Habil Əhmədov