Məhkəmə qərarları › İş №e-2(012)-4841/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-4841/2025

30.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-4841/2025 30.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Habil Yunis oğlu Əhmədov X2 borclu X4 (maraqlı şəxs Sumqayıt Şəhər İcra İdarəsi) qarşı iddia tələbi əsasında çıxarılmış qətnaməyə əsasən ödənilməli olan pul məbləğinin indeksasiyasına dair ərizəsinə baxaraq MÜƏYYƏN ETDİM : X2 borclu X4 (maraqlı şəxs Sumqayıt Şəhər İcra İdarəsi) qarşı iddia tələbi əsasında çıxarılmış qətnaməyə əsasən ödənilməli olan pul məbləğinin indeksasiyası tələbinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-1288/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə təyin olunmuş alimentin ərizəsi məhkəməyə daxil olduğu gündən hesablanmaqla, xx.xx.2016-cı il tarixdə X7 və xx.xx.2018-ci il tarixdə X1 üçün Cavabdeh onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,90 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 149 və 151-ci maddələrinin, eyni zamanda, “İcra haqqında Azərbaycan Respublikası Qanunu”nun (bundan sonra İcra haqqında Qanun adlanacaq) 84.3-cü maddəsinin tələblərinə cavab vermədiyindən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 13.4. maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Bu səbəbdən də, məhkəmə qanunun tələblərinə istinad edərək, tələbkar tərəfindən verilmiş ərizənin geri qaytarılması əsası olaraq, analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət etmək qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1 maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4. iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikasının Məhkəmələrində Kargüzarlığın Aparılmasına dair Təlimatın 147.maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmə sistemi üzrə vahid qeydiyyat və hesabat formasının təmin edilməsi üçün məhkəmə kodlarından (17-1 nömrəli əlavə) istifadə olunur, habelə işlərin (materialların) icraat növlərinin bir-birindən fərqləndirilməsi üçün onların birinci, apellyasiya, kassasiya instansiyası məhkəmələrində, həmçinin Ali Məhkəmənin Plenumunda qeydiyyatı üçün aşağıdakı indekslər müəyyən edilir: 8 - məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında icraat. Ərizədən və ərizəyə əlavə edilmiş iş materiallarından göründüyü kimi, ərizəçi qətnaməyə əsasən ödənilməli olan pul məbləğinin indeksasiyasın xahiş etmişdir. Lakin müraciət ərizə formasında deyil, iddia ərizəsi formasında verilmiş və bununla ərizənin forma və məzmununa əməl edilməmişdir. Məhkəmə qeyd edir ki, ərizəçi qətnaməyə əsasən ödənilməli olan pul məbləğinin indeksasiyası tələbinə dair iddia icraat qaydasında deyil, “8” indeksi il 8 - məhkəmə qətnamələrinin (qərarlarının) icrası icraatı qaydasında məhkəməyə ərizə ilə müracit etməli idi. Beləliklə Məhkəmə hesab edir ki, ərizənin forma və məzmununa riayət edilməyərək iddia ərizəsi formasında verildiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki– Prosessual Məcəlləsinin 35.1, 152.1.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : X2 borclu X4 (maraqlı şəxs Sumqayıt Şəhər İcra İdarəsi) qarşı qətnaməyə əsasən ödənilməli olan pul məbləğinin indeksasiyası tələbinə dair ərizəsi geri qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar