Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-504/2024 25.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İsmayılov Rüstəm Sadiq oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, 2 otaqlı 40 kv.m ümumi sahədən ibarət 40 saylı evin 2 saylı mənzilinin xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək istifadə edilməsi üçün hər ay 400 manat olmaqla, cəmi 8800 manat hesablanaraq dəymiş ziyanın və 108 manat məbləğində ödənilmiş dövlət rüsumun əvəzinin Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (əvvəlki adı "xxxx" X1 ASC) ilə ipoteka qoyan Cavabdeh arasında bağlanmış 26 aprel 2010-cu il tarixli (i) 006 saylı ipoteka müqaviləsinə əsasən "xxxx" İKB-nin 5 saylı filialı tərəfindən xx.xx.2015-ci il tarixli 1-G-1-0-410-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh mülkiyyətində olmuş Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, 2 otaqlı 40 kv.metr ümumi, 27 kv.metr yaşayış, 13 kv.metr yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mənzili bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Abşeron Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 09 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə 10194.84 ABŞ dolları əsas, 17586.41 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1579.80 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 29561.05 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının ödənilməsi, iddia üzrə tələbin ipoteka predmeti olan Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 2 otaqlı, 40 kv.metr ümumi, 27 kv.metr yaşayış, 13 kv.metr yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, onun ilkin satış qiymətinin 58000 manat müəyyən edilməsi, həmin əmlaka tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay sonra Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, 2 otaqlı , 40 kv.metr ümumi, 27 kv.metr yaşayış, 13 kv.metr yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mənzilinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi və Cavabdeh həmin mənzildən çıxarılması, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi qət edilmişdir. Yuxarıda qeyd edilən qətnamənin icrası ilə əlaqədar olaraq Cavabdeh mülkiyyətində olmuş Bakı şəhəri, Nizami rayonu,Qara Qarayev prospekti, ev 40, mənzil 2 açıq hərracda satılmış və xx.xx.2021-ci il tarixdə İddiaçı ASCnin mülkiyyətinə keçmişdir. Lakin cavabdeh qətnaməni icra etməyərək, hazırda İddiaçı ASC-nin mülkiyyətində olan bu mənzili xx.xx.2023-cü il tarixədək boşaltmamış və bu səbəbdən bankın həmin əmlakı kirayə verməklə gəlir əldə etməsinə maneçilik törətmişdir. 21 dekabr 2021-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, 40 saylı evin 2 saylı mənzili İddiaçı ASC-nin mülkiyyətindədir. Həmin dövr üçün bir aylıq icarə haqqı 400 manat olmasını nəzərə alaraq Banka 8800 manat məbləğində ziyan vurulmuşdur. "xxxx" MMC tərəfindən tərtib edilmiş 001-20/09-SR/23 nömrəli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, 2 otaqlı, 40 kv.metr ümumi, 27 kv.metr yaşayış, 13 kv.metr yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mənzilinin xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək aylıq kirayə haqqı 8800 manat təşkil edir. Borcun ödənilməsi ilə bağlı bank tərəfindən Cavabdeh xəbərdarlıq məktubları ilə müraciət olunsa da, cavabdeh tərəfindən bu xəbərdarlıqlara məhəl qoyulmadığından bank hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2, həmçinin iştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndələrini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2448/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 09 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 10194,84 ABŞ dolları əsas, 17586,41 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1579,80 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 29561,05 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borcun və 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının ödənilməsi, iddia üzrə tələbin ipoteka predmeti olan Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, 2 otaqlı, 40 kv.metr ümumi, 27 kv.metr yaşayış,13 kv.metr yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mənzilnə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətinin 58000 manat məbləğində müəyyən edilməsi, həmin mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, 2 otaqlı, 40 kv.metr ümumi, 27 kv.metr yaşayış, 13 kv.metr yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, Cavabdeh həmin fərdi yaşayış evindən çıxarılması, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. İşdə olan xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, 2 otaqlı, 40 kv.metr ümumi, 27 kv.metr yaşayış, 13 kv.metr yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mənzili İddiaçı ASC-nin mülkiyyətindədir. İşdə olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 001-20/09- SR/23 saylı qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, 2 otaqlı, 40 kv.metr ümumi, 27 kv.metr yaşayış, 13 kv.metr yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mənzilinin bir ay üçün 400 manat olmaqla, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək kirayə haqqı 8800 manat təşkil edir. İşdə olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, 2 otaqlı, 40 kv.metr ümumi, 27 kv.metr yaşayış, 13 kv.metr yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mənzilinə görə 2022-ci ilin yanvar ayından 2023-cü ilin may ayınadək kirayə haqqı kimi 6400 manat pulu 1 gün müddətinə banka ödəməsi barədə Cavabdeh məlumatlandırmışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilib və onun iddia tələbinin qanuni əsasları vardır. Çünki tərəflər arasında kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanmış, borclu kredit öhdəliklərini yerinə yetirmədiyindən tutma ipoteka predmetinə yönəldilmiş və son nəticədə həmin əmlak xx.xx.2021-ci il tarixdən Bankın mülkiyyətinə keçmişdir. Bank hazırda iddia edir ki, həmin tarixdən xx.xx.2023-cü il tarixinədək keçən dövr üçün bu əmlakı kirayəyə versə idi, ümumilikdə 8800 manat gəlir əldə edə bilərdi. Lakin cavabdeh vaxtında bu daşınmaz əmlakı tərk etmədiyindən o, bu gəlirdən məhrum olmuşdur və həmin məbləğ cavabdehdən Bankın xeyrinə tutulmalıdır. Mülki Məcəllənin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə görə sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə görə sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 178.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 675-ci maddəsinə görə əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh ipoteka müqaviləsini bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək ipoteka predmetini vaxtında boşaltmamış, bununla da xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək olan dövr üzrə Bankı öz mülkiyyətində olan həmin əmlakı kirayəyə verməklə gəlir əldə etmək hüququndan məhrum etmişdir. Qeyd edilən məlum rəylə eyni şəraitli əmlakın bir aylıq kirayə haqqı 400 manat müəyyən edilmişdir. Əmlakın cavabdeh tərəfindən 21 ay qanunsuz istifadə edilməsi nəzərə alınarsa, əldən çıxmış faydanın 8400 manat təşkil etməsi aydın olur. Məhkəmə bu məbləği (aylıq 400 manat) mənzilin Bakı şəhərində yerləşməsi baxımından məqbul hesab edir. İddiaçı müddətin 22 aydan ibarət olmasını qeyd etsə də, bu, iş materialları ilə təkzib olunur. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməli və Cavabdeh İddiaçı ASC-nin xeyrinə 8400 manat məbləğində əldən çıxmış fayda üçün pul tutulmalıdır. Qalan hissədə iddia təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 108 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 8400 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 108 manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-504/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-504/2024
25.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver