Məhkəmə qərarları › İş №e-2(012)-5346/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5346/2025

19.02.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Mənzil mübahisələri - Digər - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5346/2025 19.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ X17 İlham oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılması və qanunsuz təmir işlərinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı mənzildən çıxartma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında yerləşən, 4-cü mərtəbədə, 2 otaqlı 13 nömrəli, 75,1 kv.m sahəli mənzilin onun istifadəsinə verilməsini, həmin mənzilin Cavabdeh2 tərəfindən boşaldılmasını və məhkəmə xərclərinin cavabdehlərin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MMC ilə 23 iyun 2007-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında yerləşən, 4-cü mərtəbədə 2 otaqlı, 13 nömrəli 75.1 kv.m-dən ibarət sahəni almışdır. Mənzil ödənişdən sonra iddiaçıya təhvil verilmiş və bu barədə müvafiq təhviltəslim protokolu tərtib olunmuşdur. Lakin sonradan məlum olmuşdur ki, mənzili inşa edən və satmış şirkət tərəfindən iddiaçıya verilməli olan mənzil başqa şəxsə - Cavabdeh2 verilmiş, o təmir edib istifadə etməyə başlamışdır. İddiaçı bu vəziyyətlə əlaqədar Abşeron Rayon Məhkəməsində iddia qaldıraraq 06 may 2019-cu il tarixli, 2(012)-461/2019 saylı qətnamə ilə mənzilin ona təhvil verilməsi barədə qətnamənin qəbul olunmasına nail olmuşdur. Həmin qətnamə Abşeron rayon icra və probasiya şöbəsinə göndərilmiş və icra edilərək mənzil iddiaçıya faktiki təhvil verilmişdir. Lakin mənzildə fiziki olaraq yaşamadığı zaman Cavabdeh2 mənzili zəbt etmiş, orada təmir işləri aparmış və istifadə etməyə başlamışdır. Göstərilənlərə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında yerləşən, 4-cü mərtəbədə, 2 otaqlı 13 nömrəli, 75,1 kv.m sahəli mənzilin İddiaçı istifadəsinə verilməsi, həmin mənzilin Cavabdeh2 tərəfindən boşaldılması və məhkəmə xərclərinin cavabdehlərin üzərinə qoyulması xahiş edilmişdir. Məhkəmə hazırlıq iclası zamanı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında yerləşən, 4-cü mərtəbədə 2 otaqlı, 13 nömrəli, 75,1 kv.m sahəli mənzilə dair 31 avqust 2017-ci il tarixdə bağlanılmış 78 saylı müqavilənin etibarsız hesab edilməsini, Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında yerləşən, 4-cü mərtəbədə 2 otaqlı, 13 nömrəli, 75,1 kv.m sahəli mənzilin alınaraq İddiaçı istifadəsinə verilməsini və cavabdeh tərəfindən boşaldılmasını, ödənilmiş dövlət rüsumunun və digər məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulmasını, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında yerləşən, 4-cü mərtəbədə, 2 otaqlı 13 nömrəli, 75,1 kv.m sahəli mənzildə giriş qapısı və pəncərələrdən başqa aparılmış təmir işlərinin sökülməsi öhdəliyinin Cavabdeh2 üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 78 №-li alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, Cavabdeh2 ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 78 №-li alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 187 №-li alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, mübahisəli Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A, 4-cü mərtəbə, 2 otaqlı, 13 nömrəli, 75,1 kv.m sahədən ibarət mənzilin Cavabdeh2 alınaraq onun istifadəsinə verilməsini və mənzilin boşaldılmasını, mənzildə giriş qapısı və pəncərədən başqa aparılmış qanunsuz təmir işlərinin cavabdehin hesabına sökülməsi öhdəliyinin qoyulmasını, ödənilmiş dövlət rüsumunun və digər məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə təqdim olunmuş cinayət işinin materiallarından görünür ki, Cavabdeh2 həmin mənzilə dair xx.xx.2017-ci il tarixli, 78 №-li və xx.xx.2019-cu il tarixli, 187 №-li alqı-satqı müqavilələrinin bağlandığını özü də istintaqda verdiyi ifadə ilə təsdiq etmişdir. O istintaqda 2017-ci ilin avqust ayında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1A ünvanında yerləşən binada Cavabdeh3 MTK-ya müraciət etdiyini, X6 ilə danışaraq 48.000 manat ödəyib 4-cü mərtəbədə 13 nömrəli mənzili aldığını bildirmişdir. Daha sonra həmin müqavilə onun iradəsindən kənar geri alınmış, əvəzində xx.xx.2019-cu il tarixli, 187 №-li başqa müqavilə verilmiş və mənzil nömrəsi dəyişdirilmişdir. Bu ifadə cavabdehin aldığı ilk mənzilin iddiaçının mənzili olduğunu, cavabdehin özünün də aldadıldığını etiraf etdiyini, buna baxmayaraq iddiaçıya məxsus mənzilə daxil olub zəbt etdiyini sübut edir. Bundan başqa, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi və həmin qətnamə üzrə verilmiş icra vərəqəsi əsasında mənzil xx.xx.2021-ci il tarixində İddiaçı təhvil verilmişdir. İcra aktı həm icra məmuru, həm də cavabdeh tərəfin nümayəndəsi tərəfindən imzalanmışdır. Buna baxmayaraq, cavabdeh daha sonra mənzili qanunsuz şəkildə yenidən zəbt etmişdir. Göstərilənlərə əsasən Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 78 №-li alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 78 №-li alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 187 №-li alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mübahisəli Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A, 4-cü mərtəbə, 2 otaqlı, 13 nömrəli, 75,1 kv.m sahədən ibarət mənzilin Cavabdeh2 alınaraq İddiaçı istifadəsinə verilməsi və mənzilin boşaldılması, mənzildə giriş qapısı və pəncərədən başqa aparılmış qanunsuz təmir işlərinin cavabdehin hesabına sökülməsi öhdəliyinin qoyulması, ödənilmiş dövlət rüsumunun və digər məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması xahiş edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, nümayədəsi və vəkili Nümayəndə izahatını təsdiq edir. 18 ildir ki, mübahisəli mənzili almışdır. Dəfələrlə mənzilinə qapı qoydurmuşdur. Lakin daha sonra qoydurduğu qapının sındırıldığının şahidi olmuşdur. Daha sonra isə Cavabdeh1 rəhbəri Emil Səməndərov onu mənzilinə daxil olmağa qoymamışdır. Ondan mənzilinə görə 20.000 manat əlavə ödəniş tələb etmişdir. Daha sonra isə hətta ondan mənzilinə görə 8.000 manat pul istəmişdir. Lakin o, Emil Səməndərovla razılaşmamış və onunla müqavilə bağlamamışdır. Çünki o, razılaşaraq Emil Səməndərovla müqavilə bağlasaydı ona 8.000 manat əlavə pul verməli idi. Halbuki, o, mənzilin dəyərini ödəmişdi. Onun MTK-ya borcunun olmamasına dair arayışı da mövcuddur. 2007-ci il tarixdə mənzili alanda dəyərini MTK-ya nağd şəkildə ödəmişdir. Mənzili aldıqdan sonra 5-6 il bina tikilməmişdir. Daha sonra Emil Səməndərov MTK-nın rəhbəri olmuş və onu aldığı mənzilə buraxmamışdır. Bu halı Emil Səməndərovun özü də təsdiq edə bilər. Emil Səməndərov mənzillərə dair əlavə pul yığıldığını, onun da pul ödəməli olduğunu tələb etmişdir. O da imkanı olmadığını və bu səbəbdən də tələb etdiyi pulu ona verməyəcəyini bildirmişdir. Bu mövzuda Emil Səməndərov ilə mübahisələri olmuş və buna görə sonuncu onu binaya yaxın buraxmamışdır. Daha sonra Emil Səməndərov həbs edilmişdir. Bundan sonra isə mənzilinə gedib baxmışdır. Lakin mənzilinin giriş qapısının sındırıldığını görmüşdür. Bundan sonra mənzilinə dair sənədləri Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim etmişdir. Ordan mənzilinin başqa şəxsə də satıldığını və bu səbəbdən də mənzilə qapı qoymağa tələsməməyi ona bildirmişlər. Həmin vaxta kimi mənzilin başqa şəxsə satıldığını bilməmişdir. Daha sonra mənzilinə yenidən getmiş və mənzilə girişə başqa qapı qoyulduğunun şahidi olmuşdur. Bundan sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən ona mənzilin sahibi kimi təsdiq etdiklərini, cinayət işini Ağır Cinayətlər Məhkəməsinə verdiklərini, orda da onu mənzilin sahibi kimi təsdiq etdiklərini və adını ev sahibi kimi MTK-ya göndərdiyini bildirmişlər. Binanın tikilərək təhvil verilməsini həyata keçirən "xxxx" MTK-da gəlib bu halı yerində yoxlamışdır. Həmin vaxtı hələ binanın 1 (bir) bloku tikilməmişdi. Bina tikiləndən sonra "xxxx" MTK da onun mənzilin sahibi olduğunu təsdiq etmişdir. Halbuki mənzildə başqa şəxs yaşamışdır. 18 ildir ki, kirayələrdə yaşayır. Verilmiş suallara cavabında qeyd edir ki, mənzilin girişindən qapının çıxarılması ilə bağlı polisə müraciət etməmişdir. Çünki binanın rəhbəri olmamış və baxımsız saxlanılmışdır. Heç kəs bina ilə maraqlanmamışdır. Kim necə istəyibsə elə də hərəkət etmişdir. Hazırda da binada qeyd olunan hallar mövcuddur. Belə ki, binaya çəkilən kabellər doğranır və oğurluq hadisələri baş verir. Hazırda da binaya tam nəzarət mövcud deyildir. O, hər dəfə mənzilinə gedib baxmışdır. Emil Səməndərov da bu hala şahiddir. Belə ki, Emil Səməndərov onu mənzilinə buraxmırdı. Bununla bağlı dəfələrlə Emil Səməndərovla aralarında mübahisələr olmuş, nəticə etibarı ilə onu mənzilinə buraxmamışdır. X4 heç kəsə binaya girməyə icazə verməmişdir. Emil Səməndərov mənzilə görə ondan əlavə 20.000 manat pul istəmişdir. O da Emil Səməndərov mənzilə buraxmadığına görə MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mənzilə dair "xxxx" MMC ilə müqavilə bağlamışdır. 2 ildir ki, bina tam təhvil verilmişdir. Emil Səməndərov onu mənzilə buraxmadığından mənzilin təhvil verilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra, 3 il bundan əvvəl mənzilə getdikdə girişində başqa bir qapının qoyulduğunu görmüşdür. Maraqlandıqda qonşular sənədlərini Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim etdiklərini, ona da özünə məxsus sənədləri də aparıb təhvil verməyi bildirmişlər. O da mənzilə dair sənədləri aparıb Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təhvil vermişdir. 1 (bir) il ona məxsus sənədlər qeyd olunan idarədə qalmışdır. Bundan sonra idarədə müstəntiqin qəbulunda olanda o mənzilinin başqa şəxsə də satıldığını bildirmişdir. Daha sonra Emil Səməndərov ona mənzildən imtina etməsi barədə yazılı məktub göndərmişdir. İcra məmurları mənzili ona təhvil vermişlər. Emil Səməndərov həmin vaxtı mənzildən imtina etdiyini bildirmişdir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müstəntiq ondan mənzilinin başqa şəxsə satılmasından xəbəri olub-olmadığını soruşmuşdur. O da mənzilinin satılmasından xəbəri olmadığını bildirmişdir. Həmin vaxtı mənzilinin başqa şəxsə satıldığını eşidəndə məyus olmuş, səhhəti pisləşmişdir. Eyni zamanda idarənin müstəntiqi mənzilinin başqa şəxs tərəfindən təmir edildiyini və orda başqa şəxsin yaşadığını bildirərək, məhkəməyə müraciət etməyi və mənzilin sahibi kimi onu geri almağını tövsiyyə etmişdir. Cavabdeh1nə qarşı iddia ərizəsi ilə 2017-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Həmin vaxtı məhkəmə tərəfindən yerində baxış keçirilmişdir. Mənzildə həmin vaxtı heç kim yaşamamışdır. 1-ci mərtəbə qeyri-yaşayış sahəsidir. Yaşayışın 4-cü mərtəbəsində isə onun mənzili yerləşir. Onun “PROGRESS- 2016" Mənzil Tikinti Kooperativinin hər kvadrat metr sahə üçün 100 manat əlavə pul yığılması barədə qərarından xəbəri vardır. Lakin o, həmin dövrdə buna etiraz edərək mənzilinin tikilib ona təhvil verilmədiyini və qeyd olunan məbləği ödəməyə imkanının olmadığını bildirmişdir. Həmçinin qeyd edir ki, icra məmuru Nicat Ramazanini tanıyır. Çünki mənzili icra məmuru olaraq Nicat Ramazani ona təhvil vermişdir. Təhvil veriləndə Cavabdeh2 həmin mənzildə yaşamamışdır. Emil Səməndərov tutulduqdan sonra 2024-cü il tarixdə o, özünə məxsus mənzilə baxmaq üçün getmişdir. Həmin vaxtı ona aldığı mənzilin yerləşdiyi mərtəbənin dəyişdirilmədiyi, mənzilinin ilk gün aldığı mərtəbədə qaldığını bildirmişlər. Yəni blokda 2 mərtəbə qeyri-yaşayış sahəsi deyil, bir mərtəbə qeyriyaşayış sahəsi olduğunu demişlər. Həmin vaxtı mərtəbələri sayaraq 4-cü mərtəbəyə çıxmışdır. Aldığı 13 nömrəli mənzili tanıyır. Həmin vaxtı mənzil təmirsiz və boş olmuşdur. Daha sonra onlara sənədləri Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim etməyi bildirmişlər. O da sənədləri təhvil vermişdir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müstəntiqin qəbulunda olarkən mənzilinə qapı qoymaq istədiyini bildirmişdir. Çünki həmin dövrə qədər 2 (iki) dəfə qoyduğu qapını yerindən söküb götürmüşlər. Həmin vaxtı müstəntiq tələsməməyini və yekun qərar qəbul edilənədək gözləməyini ona tövsiyə etmişdir. Bundan sonra 1 (bir) il gözləməli olmuşdur. Lakin bu arada mənzilinə gedib baxmışdır. 1 (bir) mərtəbə qeyri-yaşayış olmaqla mənzilinin yerləşdiyi mərtəbəni tanıyır. O, akt üzrə mənzili təhvil alanda mənzil boş və təmirsiz olmuş, mənzildə hər hansı bir təmir işləri görülməmişdi. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, İddiaçı uzun müddət fərdi əməklə məşğul olmaqla yığdığı vəsaitlə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında yerləşən binada, 4-cü mərtəbədə 2 otaqlı, 13 nömrəli, 75.1 kv.m-dən ibarət olan mənzili "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən almışdır. Lakin mənzil uzun müddət iddiaçıya təhvil verilməmişdir. Bu səbəbdən də iddiaçı tərəfindən mənzil tikinti kooperativinə qarşı mənzilin ona təhvil verilməsi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət olunmuşdur. Məhkəmə qətnaməsi ilə iddiaçının iddiası təmin edilmiş və qətnamə icraya yönəldilmişdir. İcra mərhələsində məhkəmə iclasında şahid qismində dindiriləcək Cavabdeh1 rəhbəri Emil Səməndərovun, onun, İddiaçı, icra məmurları Nicat Ramazani və Vadim Əliyevin iştirakı ilə mübahisəli mənzil iddiaçıya təhvil verilmişdir. Mənzilin iddiaçıya təhvil verilməsi barədə Abşeron rayon icra və probasiya şöbəsi tərəfindən müvafiq qaydada təsdiq edilmiş sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdə qətnamənin icra olunduğu və onlara məlumat verildiyi bildirilmişdir. Həmçinin mənzilin iddiaçıya təhvil verilməsi barədə akt verilmişdir. Həmin aktda Cavabdeh1 rəhbəri Emil Səməndərovun, onun, İddiaçı, icra məmurları Nicat Ramazani və Vadim Əliyevin imzaları mövcuddur. Hazırda cavabdeh tərəf mənzilin ona məxsusluğu ilə bağlı "xxxx" Mənzil Tikinti Kooperativi ilə bağladığı müqaviləyə istinad edir. Dövlət Vergi Xidmətinin elektron sistemindən əldə etdiyi məlumata görə "xxxx" Mənzil Tikinti Kooperativinin direktoru da Emil Səməndərovdur. Lakin "xxxx" Mənzil Tikinti Kooperativindən məhkəməyə hər hansı bir nümayəndə gəlməmişdir. Buna baxmayaraq, məhkəmə iclasında şahid qismində dindiriləcək Emil Səməndərov həm də "xxxx" Mənzil Tikinti Kooperativinin qanuni nümayəndəsi və qanuni təmsilçisidir. Bunun məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Yəni, şahid qismində dindiriləcək Emil Səməndərov həm də iş üzrə cavabdehdir. Hesab edir ki, məhkəmə bu halı nəzərə alacaqdır. Məhkəmə hazırlıq iclası başa çatanadək məhkəməyə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikintilərin dövlət reyestrinin internet səhifəsindən çıxarış təqdim etmişdir. Həmin çıxarışdan görünür ki, binanın sifarişçisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Sorğuya əsasən əldə edilən məlumatdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi də Cavabdeh1dir. Həmçinin həmin çıxarışdan görünür ki, sərəncama əsasən H.Əliyev prospekti və M.Ə.Rəsulzadə küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində binanın tikintisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. Yəni, binanı tikən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Eləcə də, həmin çıxarışdan görünür ki, tikintiyə icazə də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adında verilmişdir. Lakin məhkəmə tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Mənzil Tikinti Kooperativini bir-birinə bağlayan hər hansı bir əsas yoxdur. Lakin sorğuya cavabda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisinin Cavabdeh1 olduğu qeyd edilmişdir. Göründüyü kimi Cavabdeh2 ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında mənzilə dair müqavilə düz bağlanmamışdır. Yəni, mənzilə dair müqavilə səlahiyyəti olmayan şəxslə Cavabdeh2 arasında bağlanmışdır. Bu da tərəflər arasında bağlanan müqavilənin etibarsız sayılması qənaətinə gəlməyə əsas verir. Qarşı tərəf etirazında sonradan mənzilə dair ödənişlərin Cavabdeh1nə edildiyini göstərir. Bu halda mənzilə dair ödənişin Cavabdeh1nə edilməsinin heç bir əhəmiyyəti yoxdur. Mülkiyyət hüququnun əldə edilməsinə əsas verən forma müqavilədir. Lakin göründüyü kimi tərəflər arasında müqavilə mövcud deyildir. Eyni zamanda Cavabdeh1nə dair cinayət işi üzrə aparılan istintaq zamanı Cavabdeh2 öz izahatında qeyd olunan mənzili aldığını, lakin sonrada mənzilə dair müqavilənin dəyişdirildiyini qeyd edir. Yəni, mənzili "xxxx" Mənzil Tikinti Kooperativindən aldığını, lakin sonradan mənzilə dair müqavilənin dəyişdirildiyini, müqavilədə Cavabdeh1 göstərildiyini qeyd edir. Bu hərəkət qanunsuzdur. Çünki “REAL- 2016" Mənzil Tikinti Kooperativinin mənzilə dair müqaviləni Cavabdeh1 adına dəyişdirməyə səlahiyyəti yoxdur. Həmçinin istintaq zamanı Cavabdeh2 əvvəlki verdiyi izahatla sonrakı verdiyi izahat arasında fərq mövcuddur. Hətta Cavabdeh2 verilmiş müqavilələrdə mənzillərin nömrələri belə fərqlidir. İstintaqda izahatında Cavabdeh2 ilk əvvəl mənzilinin nömrəsinin 9 olduğunu, sonradan 13 nömrəli mənzil olduğunu qeyd edir. Bu halda ola bilər ki, Cavabdeh2 başqa mənzil təhvil verilmişdir. Göründüyü kimi, müqavilənin dəyişdirilməsi ilə İddiaçı mənzili sonradan qanunsuz olaraq iddiaçıya təhvil verilmişdir. İddiaçı mənzili təhvil alanda orda heç kəs yaşamamışdır. Onlar 5 nəfərdən ibarət tərkibdə mənzilin-təhvil təslimini aparmışlar. Həmin vaxtı mənzilin yararlı giriş qapısı belə mövcud deyildi. Mənzil təmirsiz halda idi. Təhvil zamanı təmir edilməklə giriş qapısının açarı iddiaçıya təhvil verilmişdir. Onlar Cavabdeh2 mənzilin təmirinə böyük vəsait xərclədiyini və hazırda ailəsi ilə birlikdə orda yaşaması ilə bağlı halı başa düşürlər. Lakin ədalət bərpa olunmalıdır. Çünki mənzil iddiaçıya məxsusdur və onun haqqıdır. Verilmiş suallara cavabında qeyd edir ki, onlar mənzili təhvil alanda heç kəs mənzildə yaşamamışdır. Cavabdeh2 mənzildə yaşayan görməmişlər. İcra məmuru qətnaməni icra edəndə onları Cavabdeh1 rəhbəri Emil Səməndərovun yanına aparmışlar. Emil Səməndərov da mənzili göstərərək onlara təhvil vermişdir. Mənzil təhvil verilən vaxtı onlara yaşayışın 4-cü mərtəbəsinin binanın 6-cı mərtəbəsi olacağını demişlər. Onlar qətnamənin icrası ilə bağlı cəmi 4 mərtəbə yuxarı qalxmışlar. Əgər binanın 6-cı mərtəbəsi onlara təhvil veriləcəkdisə, bu onlara deyilərdi. Yaşayışın 4-cü mərtəbəsinə altdakı 1-ci mərtəbədəki qeyri-yaşayış sahəsini qalxdıqdan sonra getmişlər. Onların mənzili yaşayışın 4-cü mərtəbəsində yerləşir. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış müqavilədə binanın 12 mərtəbəli bina olduğu qeyd edilmişdir. Daha sonra isə 2 mərtəbə də artırmışlar. Qeyri-yaşayış sahəsi nəzərə alınmamaqla yaşayışın 4-cü mərtəbəsinə qalxmışlar. İddianın predmeti bəllidir. İddiaçı ilə "xxxx" MMC arasında 23 iyul 2007-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləni də məhkəməyə təqdim etmişlər. 28 sentyabr 2021-ci il tarixdən sonra iddiaçı bir neçə dəfə ona təhvil verilmiş mənzilə baxmışdır. Lakin sonradan mənzilində Cavabdeh2 görmüşdür. İlk əvvəl Cavabdeh2 mənzildən çıxarılması ilə bağlı məhkəməyə müraciət etmişlər. Daha sonra iddia tələbini dəyişmişlər. Hazırda isə Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 31 avqust 2017-ci il tarixli, 78 №-li alqısatqı müqaviləsinin etibarsız hesab edilməsini, Cavabdeh2 ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış 31 avqust 2017-ci il tarixli, 78 №-li alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 187 №-li alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, mübahisəli Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A, 4-cü mərtəbə, 2 otaqlı, 13 nömrəli, 75,1 kv.m sahədən ibarət mənzilin Cavabdeh2 alınaraq İddiaçı istifadəsinə verilməsini və mənzilin boşaldılmasını, mənzildə giriş qapısı və pəncərədən başqa aparılmış qanunsuz təmir işlərinin cavabdehin hesabına sökülməsi öhdəliyinin qoyulmasını, ödənilmiş dövlət rüsumunun və digər məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edirlər. X9 barədə aparılan cinayət işindən görünür ki, Cavabdeh2 da MTK-ya müraciət edib 13 nömrəli mənzili almışdır. Daha sonra Cavabdeh2la 11 mart 2019-cu il tarixli, 187 nömrəli müqavilə bağlanaraq mənzilin nömrəsi 9-a dəyişdirilmişdir. Eyni zamanda iddiaçı mənzilin dəyərini "xxxx" MMC-yə tam şəkildə ödəmişdir. Daha sonra məhkəmə qətnaməsi ilə mənzil iddiaçıya təhvil verilmişdir. X5 ərizəsini və icra sənədlərini məhkəməyə təqdim etmişlər. Bunlar mənzilin iddiaçıya təhvil verilməsini və mənzilin sahibinin iddiaçı olmasını təsdiq edir. Eyni zamanda Emil Səməndərovun şahid kimi ifadələri üst-üstə düşmür. Hazırda isə Emil Səməndərov mənzili Cavabdeh2 satdığını qeyd edir. Həmçinin məhkəmədə şahid qismində ifadə vermiş icra məmurları ifadələrində mənzildə təmir olsa idi, iddiaçıya təhvil verməyəcəklərini bildirmişlər. Həmçinin ifadələri dinlənilən icra məmurları qətnamə üzrə verilmiş icra sənədi üzrə mənzilini iddiaçıya təhvil verdiklərini qeyd edirlər. Hazırki iş üzrə mübahisəli mənzillə bağlı icra sənədi vardır. Bu sənədlər iş üzrə daha mühümdür. Eyni zamanda "xxxx" Mənzil Tikinti Kooperativi ilə Cavabdeh1 binanı müqaviləyə əsasən birlikdə tikmələri sübut olunmur. Binanın tikintisi ilə bağlı sərəncam "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına verilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlılığı sübut olunmur. Binanın lahiyələşdirilməsinin və satışının "xxxx" Mənzil Tikinti Kooperativinə heç bir aidiyyəti yoxdur. Cavabdeh1 isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisidir. İddiaçı ilə bağlanmış müqavilədə mənzilin nömrəsinin dəyişdirilməsi halı baş verməmişdir. Cavabdeh2 satılmış mənzildə nömrəsi əvvəlcə 13 (on üç), daha sonra isə dəyişdirilərək 9 (doqquz) olmuşdur. Göstərilənlərə əsasən iddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, nümayəndəsi və vəkili Ramil Qocayevin izahatını təsdiq edir. Verilmiş suallara cavabında qeyd edir ki, mənzilə dair cavabdeh “REAL-2016" Mənzil Tikinti Kooperativi ilə 2017-ci il tarixdə müqavilə bağlamışdır. 2017-ci il tarixdə mənzili aldıqdan sonra otaqlar arasındakı arakəsmələri tikdirmişdir. 2019-cu ilin sonu, 2020-ci ilin əvvəllərindən isə həmin mənzildə yaşayır. Emil Səmədərov həmin dövrdə Cavabdeh1 sədri idi və hələ həbs edilməmişdi. Hazırki ona qarşı olan iddia ərizəsi məhkəmədə qaldırılanadək İddiaçı xəbəri olmamış və onu tanımamışdır. İddiaçı izahatında qeyd edir ki, mənzilə hansısa şəxslər qapı qoymuşlar. 2019-cu ildən bəri mənzilinin qapısı üzərində ona məxsus mobil telefon nömrəsi mövcuddur. Lakin həmin dövrdən bugünə kimi ona zəng gəlməmişdir. Halbuki, iddiaçı 2019-cu il tarixdən bəri onun telefon nömrəsinə zəng edə bilərdi. İddiaçını 3 il deyil, 2025-ci il tarixdən tanıyır. Emil Səməndərov mənzili 1-ci sahibindən pulunu qaytarıb aldığını və ona satdığını bildirmişdir. Emil Səməndərov tutulmamışdan 2 il qabaq həmin mənzildə yaşamağa başlamışdır. Emil Səməndərov həmişə onu görəndə niyə mənzilə köçüb yaşamadığı ilə maraqlanmışdır. O da binanın hələ tam hazır olmadığını bildirmişdir. Çünki o, mənzili alanda bina 8-ci mərtəbəyədək tikilmişdi. 14 mərtəbəli binadır. 2017-ci il tarixdə ona mənzil satılanda birinci mərtəbə qeyri-yaşayış sahəsi idi. Mənzili isə yaşayışın 3-cü mərtəbəsində yerləşir. 13 nömrəli mənzil isə ondan yuxarıda yerləşir. Daha sonra bu dəyişdirilmişdir. Bu səbəbdən də onunla bağlanmış müqavilə də dəyişdirilmişdir. Onunla mənzilə dair müqavilə 2017-ci il tarixdə bağlanmışdır. Həmin dövrdə müqavilədə mənzilin nömrəsi 13 (on üç) idi. 2017-ci il tarixdə müqaviləni “REAL-2016" Mənzil Tikinti Kooperativi ilə bağlamışdır. Həm MTK-nın adı dəyişdirildiyinə görə, həm də yaşayış sahəsi qeyri-yaşayış sahəsinə dəyişdirildiyinə görə aldığı mənzilin nömrəsi 13-dən 9-a dəyişdirilmişdir. Yəni, 4 (dörd) ədəd mənzil qeyriyaşayış sahəsi ilə əvəzləşdirilmişdir. Nəticədə 2-ci mərtəbə də qeyri-yaşayış sahəsinə çevrilmişdir. “REAL-2016" Mənzil Tikinti Kooperativi ilə 13 nömrəli mənzilə dair müqavilə bağlamışdır. Lakin sonradan yaşayış sahəsinin qeyri-yaşayış sahəsi ilə əvəzləşdirilməsinə görə Cavabdeh1 ilə bağlanan müqavilədə mənzilin nömrəsi dəyişdirilib 9 (doqquz) edilmişdir. Lakin bu dəyişiklik mərtəbə yerində qalmaq şərti ilə aparılmışdır. Aldığı mənzilin dəyərini Emil Səməndərova ödəmişdir. 2017-ci ildə mənzili aldıqda həmin ildən də ona giriş qapısı qoydurmuşdur. Mənzildə təmir işlərini 2018-ci ildə başlamışdır. 2020-ci ilə kimi isə təmir işlərini bitirmişdir. Ona məxsus mənzilin üstündə yerləşən, binanın 6-cı mərtəbəsindəki mənzilə bu yaxın dövrlərdə giriş qapısı qoymuşlar. O, binada yaşayışın 4cü mərtəbəsində yaşayır. Binada 1 (bir) mərtəbə qeyri-yaşayış hesaba alınmaqla isə 5-ci mərtəbədə yaşayır. O, şahid Novruz Baxşalıyevi tanımır. Tez-tez həmin binaya getmişdir. Ola bilər binanın həyətində rastlaşmışlar. Lakin orda çox adamla rastlaşmışdır. Hər kəsi yadında saxlaya bilməz. Ona görə də Novruz Baxşalıyev ilə rastlaşdıqlarını dəqiq xatırlaya bilmir. O, mənzili alanda binanın 7 və 8-ci mərtəbələri tikilmişdi. İlkin bağladığı müqavilədə mənzili binanın 4-cü mərtəbəsində yerləşirdi. Cavabdeh1 ilə bağladığı ikinci müqaviləyə əsasən isə mənzili 5-ci mərtəbədə yerləşir. O, binanın 5-ci mərtəbəsini almışdır. Faktiki olaraqda hazırda binanın 5-ci mərtəbəsində yaşayır. İddiaçıya isə binanın 6-cı mərtəbəsi təhvil verilmişdir. Emil Səməndərov həbs edildikdən sonra iddiaçı ilə 2025-ci ilin aprel ayında binada qarşılaşmışdır. İddiaçı həmin vaxtı öz mənzilinin yerini bilmirdi. 2021-ci il tarixdə binanın 4-cü blokunda cəmi 3 nəfər sakin yaşamışdır. Biri o, digəri Rüstəm və keçən məhkəmə iclasında şahid qismində dindirilən Novruz adlı şəxslər yaşamışlar. Rüstəm adlı şəxs hətta ondan əvvəl həmin blokda yaşamağa başlamışdır. 6-cı mərtəbədəki mənzildə qapı olmamışdır. Hazırda həmin mənzilə qapı qoyulmuşdur. Yaxın zamanlara kimi 6-cı mərtəbədəki mənzil boş olmuşdur. Binadakı zirzəmiləri dükana çevirmişlər. İcra məmuru Nicat Ramazanini tanımır. Onunla yaşadığım mənzildə qarşılaşmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh2 mənzilə dair 2017-ci il tarixdə “REAL-2016" Mənzil Tikinti Kooperativi ilə müqavilə bağlamışdır. Həmin MTK-nın sahibi də Emil Səməndərovdur. Daha sonra Cavabdeh2 2019-cu il tarixdə Cavabdeh1 ilə də müqavilə bağlamışdır. Onun da sahibi Emil Səməndərovdur. Cavabdeh mənzili Emil Səməndərovdan almışdır. Mənzilə dair cavabdeh ilə həm “REAL-2016" Mənzil Tikinti Kooperativi, həm də Cavabdeh1 arasında bağlanmış müqavilələr və maliyyə arayışları mövcuddur. İddiaçı tərəf mənzilin ona təhvil verilməsi ilə bağlı videoçəkilişin mövcud olmasını bildirsə də, bugünə kimi həmin videoçəkilişi məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh2 mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamənin mövcudluğundan xəbəri olmamışdır. Qətnamənin mövcudluğundan yalnız 2025-ci il tarixdə xəbər tutmuş və apellyasiya şikayəti ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət olunmuşdur. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan mülki iş üzrə icraat hazırki mülki işlə bağlı dayandırılmışdır. Cavabdeh2 mənzilin dəyərini tam şəkildə ödəmiş və mənzili təmir etdirmişdir. Mənzilin iddiaçı tərəfindən təmir olunmasını təmirdə iştirak edən ustalar da təsdiq edə bilərlər. Binada yaşayan qonşular da Cavabdeh2 hansı dövrdən həmin mənzildə yaşadığını təsdiq edə bilərlər. Şahid qismində dindiriləcək Emil Səmədərov həmin və ya digər mənzilin iddiaçıya təhvil verildiyini dəqiq deyəcəkdir. Hətta Cavabdeh2 mənzilə mülkiyyət hüququna dair çıxarış alınması ilə bağlı 2022-ci il tarixdə müraciət etmişdir. Həmin müraciəti də məhkəməyə təqdim etmişlər. Cinayət işinin istintaqı zamanı Emil Səməndərov ifadəsində İddiaçı mənzilin dəyərinə dair ödənişi tam şəkildə ödəmədiyini, bu səbəbdən də onun ödədiyi pulu geri qaytardığını və mənzili Cavabdeh2 satdığını qeyd etmişdir. Bundan başqa Cavabdeh2 vicdanlı alıcıdır. Cavabdeh mənzildə yaşadığı təqdirdə həmin mənzilin iddiaçıya necə təhvil verilməsi maraqlıdır. Bu səbəbdən də iddiaçı tərəfin mənzilin ona təhvil verilməsi barədə dedikləri inandırıcı deyildir. Həmçinin işdən görünür ki, qətnamə üzrə 2019-cu il tarixə dair icra vərəqəsi vardır. Lakin buna baxmayaraq, iddiaçı həmin dövrdən 2025-ci il tarixə kimi nə üçün mənzilin ona təhvil verilməsi ilə bağlı gözlədiyini deyə bilmir. Bu məqam şübhə doğurur. Verilmiş suallara cavabında qeyd edir ki, Cavabdeh2 Cavabdeh1 ilə də 11 mart 2019-cu il tarixli, 187 nömrəli mənzilə dair müqaviləsi və maliyyə arayışı vardır. Lakin hər ikisinin əsli Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim edilmişdir. Müqavilə və maliyyə arayışının əslinin götürülməsinə dair götürmə protokolu mövcuddur. Cavabdehlə mənzilə dair 2 (iki) müqavilə bağlanmışdır. Hər 2 (iki) müqavilədə otaqların sayında və mənzilin sahəsinin kvadrat metrində fərqlilik yoxdur. Lakin mərtəbələrdə fərq vardır. Belə ki, əvvəllər birinci mərtəbə qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulmuşdur. Daha sonra isə bunda dəyişiklik edilmişdir. 1 (bir) mərtəbə yaşayış sahəsi də qeyri-yaşayış sahəsinə dəyişdirilmişdir. Bu səbəbdən də Cavabdeh2 ilə bağlanmış müqavilə də dəyişdirilmişdir. Çox güman ki, iddiaçıya başqa mənzil təhvil verilmişdir. İş kifayət qədər araşdırılmışdır. Cavabdeh2 mənzili alması barədə müqavilələr və maliyyə arayışları mövcuddur. Həmçinin cavabdeh 30.000-35.000 manat xərc çəkərək mənzilini təmir etdirmişdir. İddiaçı tərəf izahatında 2021-ci il tarixdə mənzilin ona təhvil verildiyini, 3 dəfə mənzilə giriş qapısı qoydurduğunu, daha sonra isə mənzilinə baxmağa gedə bilmədiyini qeyd edir. 28 sentyabr 2021-ci il tarixli mənzilin təhvil verilməsi aktında isə təhvil verilən mənzilin 4-cü mərtəbədə, mötərizə içərisində isə 6-cı mərtəbədə yerləşdiyi qeyd edilir. Cavabdeh mənzili zəbt etmişdirsə, iddiaçının 2024-2025-ci illərə qədər niyə iddia ərizəsi ilə məhkəməyə müraciət etmədiyi, müraciət üçün bu qədər uzun müddət gözlədiyi sual doğurur. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Cavabdeh2 tanıyır. İddiaçı isə tanımır. Mübahisəli mənzil barədə xəbəri vardır. Binanın 13 nömrəli mənzilinin sahibi Mehriban adlı xanım olmalıdır. Lakin ondan əvvəlki rəhbərlik tərəfindən Mehriban adlı xanımın mənzilə dair kredit borcu olduğuna və ödəmədiyinə görə onun mənzili 5-ci bloka keçirilmişdir. Binanın 4-cü bloku, 13 nömrəli mənzilin sahibi kimi ona başqa bir şəxsi təqdim etmişlər. Həmin şəxsin pulu da MTK-nın rəhbəri olduğu müddətdə tərəfindən ödənilmişdir. Mənzilin pulunu ödədikdən bir neçə il sonra isə mənzili Cavabdeh2 satmışdır. Hazırda ona qarşı irəli sürülmüş ittihamda da İddiaçı barədə hər hansı bir məlumat yoxdur. İddiaçının mənzili 4-cü deyil, 5-ci blokda yerləşir. İddiaçının mənzilə dair kredit borcu olmuş və həmin borcun ödənilməsindən 6-7 il keçdiyinə görə onun mənzili ondan əvvəlki rəhbərlik tərəfindən 5-ci blokda daha az kvadrat metr sahəli mənzillə əvəzləşdirilmişdir. Buna dair bütün sübutları Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə təqdim etmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işinin materiallarında İddiaçı məxsus 5-ci blokda yerləşən mənzilin sənədləri mövcuddur. Həmçinin təxminən 2020-ci il tarixdə binada 1 (bir) mərtəbə qeyri-yaşayış sahəsi artırılmışdır. Belə ki, MTK-nın ümumi yığıncağının qərarı ilə binada 1 (bir) mərtəbə deyil, 2 (iki) mərtəbə qeyri-yaşayış sahəsi olmuşdur. Buna görə də mənzilin nömrələrində yerdəyişmələr olmuşdur. Bu dəyişikliyə əsasən satılmış mənzillərin müqavilələri dəyişdirilmişdir. Bu səbəbdən də 13 nömrəli mənzilin qapı nömrəsi də dəyişdirilib 9 (doqquz) olmuşdur. Ola bilər ki, iddiaçı haçansa yanına gəlmişdir. Lakin iddiaçını şəxsən tanımır. Verilmiş suallara cavabında qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanlanmış 11 sentyabr 2025-ci il tarixli ərizə tərəfindən imzalanmışdır. Ərizəyə münasibətdə qeyd edir ki, ümumiyyətlə İddiaçı məxsus mənzil 4-cü blokda yerləşmir. Onunla aparılan binanın təhvil-təsliminə dair sənədlərdə bu hal mövcud deyildir. Hazırda mübahisə predmeti 13 nömrəli mənzildir. Qeyd olunan mənzil başqa şəxsə məxsusdur. O, İddiaçı mənzil satmamışdır. Ondan əvvəlki direktor olan Elman Tağıyev iddiaçıya mənzil satmışdır. İddiaçı mənzili aldıqdan sonra mənzilə görə kredit borcu olmuşdur. 6-7 il mənzilə dair kredit borcunu ödəməmişdir. Elman Tağıyevdən sonra, ondan əvvəl MMC-nin direktoru olan Rafiq Nəsirov iddiaçı mənzilin kredit borcunu ödəmədiyindən İddiaçı ilə bağlanmış müqaviləyə xitam vermiş, onun mənzilini beşinci bloka keçirmişdir. İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilməsi təxminən 2016-2017-ci illərdə olmuşdur. O, mənzilin iddiaçıya təhvil verilməsində iştirak etməmişdir. Bu baş versəydi, xatırlayardı. İddiaçı və onun nümayəndəsi və vəkili ilə birlikdə mənzilin İddiaçı təhvil-təslimində iştirakını xatırlamır. Onun cavabdeh təşkilatın direktoru işlədiyi dövrdə İddiaçı ola bilər MTK-ya dəvət olunmuşdur. Lakin gəlmədiyinə və ya sənədləri təhvil vermədiyinə görə onunla mənzilə dair bağlanmış müqavilə dəyişdirilməmiş və dəyişiklik əsasında sonuncuya tərəfindən yeni müqavilə verilməmişdir. Təhvil-təslim aktında iddiaçıya təhvil verilən mənzilin 6-cı mərtəbədə yerləşməsinin göstərilməsi həmin dövrdə qeyri-yaşayış sahəsinin mərtəbəsində olan dəyişiklik ilə bağlı olmuşdur. Lakin iddiaçı sənədləri onlara vermədiyinə görə onun müqaviləsində dəyişiklik edilməmişdir. İddiaçı "xxxx" MMC ilə bağladığı müqaviləyə əsaslanaraq məhkəməyə müraciət etmişdir. "xxxx" MMC ilə bağladığı müqaviləni dəyişdirməyə vermədiyinə görə hazırda iddiaçının mənzili ilə digər mənzilin üst-üstə düşməsi problemi yaranmışdır. "xxxx" MMC ilə bağlanmış müqavilədə iddiaçıya məxsus mənzilin nömrəsi 13-dür. Dəyişiklikdən sonra həmin mənzil Cavabdeh2 üst mərtəbəsindəki mənzillə üst-üstə düşür. Qətnamə icra edilərkən Cavabdeh2 məxsus mənzilin 1 (bir) mərtəbə üstündəki mənzil iddiaçıya təhvil verilmişdir. 1 (bir) mərtəbə yaşayış sahəsi qeyri-yaşayış sahəsi ilə əvəz edildiyindən 1 (bir) mərtəbə yaşayış sahəsi azaldığına görə mənzilin nömrələrində dəyişiklik baş vermişdir. Ümumiyyətlə iddiaçının mənzili ilə Cavabdeh2 mənzilinin bir-birinə heç bir aidiyyəti yoxdur. İddiaçıya məxsus mənzil binanın 6-cı mərtəbəsində yerləşir. Bir daha qeyd edir ki, Rafiq Nəsirovun direktor olduğu dövrdə ümumi yığıncağın qərarı ilə İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilmişdir. Həmin sənədlər də tərəfindən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə təhvil verilmişdir. İddiaçı təxminən 7.500 manat kredit borcu olmuşdur. Həmin borca görə onunla bağlanmış müqaviləyə MTK-nın əvvəlki direktoru Rafiq Nəsirov tərəfindən xitam verilmişdir. "xxxx" MMC tərəfindən iddiaçıya verilmiş mənzilə dair müqavilədə mənzilin nömrəsi 13-dür. Abşeron Rayon Məhkəməsinin 13 nömrəli mənzilə dair qətnaməsi 28 sentyabr 2021-ci il tarixdə icra edilmişdir. Qətnamə icra ediləndə iddiaçıya məxsus mənzil binanın 6-cı mərtəbəsinə düşmüşdür. Mənzilə məxsus sənədlər dəyişdirilməli olduğu halda, iddiaçı sənədlərini dəyişdirməmişdir. Lakin Cavabdeh2la mənzilə dair bağlanmış ikinci müqavilə ilə dəyişikliyə uyğun olaraq onun sənədləri dəyişdirilmişdir. İddiaçının 6-cı mərtəbədə yerləşən mənzilində hazırda heç kəs yaşamır. Cavabdeh2 mənzilinin iddiaçıya məxsus mənzilə heç bir aidiyyəti yoxdur. Həmçinin iddiaçı ilə Cavabdeh2 mənzilləri arasında 1 (bir) mərtəbə fərq vardır. Həmçinin 6-cı mərtəbədə heç kəs yaşamır. Eyni zamanda iş üzrə iddiaçı ilə Cavabdeh2 mənzilləri fərqli mənzillərdir. Binanı tikən şirkətin də adının dəyişdirilməsinə və mərtəbələrdə də dəyişiklik edilməsinə baxmayaraq, iddiaçı özünə məxsus mənzilə dair sənədləri dəyişikliyə verməmişdir. Mənzillərə dair nömrələrin dəyişdirilməsi MTK-nın ümumi yığıncağının qərarı ilə həyata keçirilmişdir. Həmin sənədlər də Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə təhvil verilmişdir. 2016-cı il tarixdə Cavabdeh1 direktoru Rafiq Nəsirov olmuşdur. Həmin dövrdə MTK-nın ümumi yığıncağının qərarı ilə binanın tikilib təhvil verilməsi üçün hər kvadrat metr sahə üçün 100 manat əlavə pul yığılıb verilməli idi. Həmin qərar da məhkəməyə təqdim edilə bilər. Halbuki, o, binanı 27 sentyabr 2018-ci il tarixdə təhvil almışdır. O, şəxsən iddiaçıdan hər hansısa məbləğdə əlavə pul tələb etməmişdir. Bu həqiqətə uyğun deyildir. Onda binanın ona təhvil-təslim aktı mövcuddur. Hansı ki, bina əvvəlki direktorunun imzası və möhürü ilə ona təhvil verilmişdir. Həmin təhvil-təslim aktında eyni ilə onun da imzası və möhürü mövcuddur. Həmin təhviltəslim aktında İddiaçı mənzilə görə MTK-ya təxminən 7.500 manat borclu olduğu qeyd edilmişdir. O, binanı bu şəkildə təhvil götürmüşdür. MTK-nı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində təhvil götürmüşdür. Bu MTK əvvəlcədən problemli olmuşdur. Hazırki mübahisəli məsələni Rafiq Nəsirovdan da soruşmuşdur. Rafiq Nəsirov da iddiaçı mənzilə görə MTK-ya borclu olduğuna görə onun mənzilini 5-ci blokda daha az kvadrat metr sahədən ibarət mənzilə keçirtdiyini ona bildirmişdir. O, binanı qeyd edilən şəkildə təhvil almışdır. Rafiq Nəsirovun MTK-nın rəhbəri olduğu 2016-cı il tarixdə binanın tikilib təhvil verilməsi ilə bağlı mənzil sahiblərinin hər kvadrat metr sahə üçün 100 manat əlavə ödəniş ödəməsi barədə ümumi yığıncağın qərarı olmuşdur. Bunun ona heç bir aiddiyyəti yoxdur. Lakin iddiaçı onu R.Nəsirovla səhv salır. O, heç bir şəxsdən 100 manatdan əlavə ödəniş yığmamışdır. Onun azadlığı məhdudlaşdırılmışdır. Bu səbəbdən də sərbəst şəkildə qeyd etdikləri ilə bağlı sənədləri məhkəməyə çatdırması mümkün deyildir. Lakin hazırki iş üzrə tərəflərin vəkilləri hüquqlarını müdafiə edən vəkillərlə əlaqə saxlayıb lazımi sənədləri götürə bilərlər. Həmçinin qeyd edir ki, “REAL-2016" Mənzil Tikinti Kooperativi ona məxsus şirkətdir. Cavabdeh1 ilə “REAL-2016" Mənzil Tikinti Kooperativi arasında birgə təsərrüfat müqaviləsi mövcud olmuşdur. Həmin müqaviləyə əsasən binanın 4-cü və 5-ci blokları “REAL-2016" Mənzil Tikinti Kooperativi tərəfindən tikilib təhvil verilməli idi. Həmçinin həmin müqaviləyə əsasən “REAL-2016" Mənzil Tikinti Kooperativinin həmin bloklarda yerləşən mənzillərə dair sərəncam vermək, mənzillərin alq-satqısını həyata keçirmək və mənzilləri addan ada keçirmək hüququ olmuşdur. Daha sonra proseslərin gedişində nəyinki 4-cü və 5-ci blokların, bütün binanın təhvil verilməsi ona tapşırılmışdır. Belə ki, bütün binaya dair işlərin aparılması yenidən yeganə olaraq Cavabdeh1nə tapşırılmışdır. Nəticə etibarı ilə prosesin gedişində Cavabdeh1 adına keçirilmişdir. Bundan sonra isə “REAL-2016" Mənzil Tikinti Kooperativi binada fəaliyyətini dayandırmışdır. Mənzilin dəyəri Cavabdeh2 tərəfindən tam şəkildə MTK-ya ödənilmişdir. 28 sentyabr 2021-ci il tarixli aktda iddiaçıya təhvil verilməsi qeyd edilən mənzil Cavabdeh2 məxsus mənzil deyildir. Cavabdeh2 məxsus mənzil onun özünü istifadəsində olmuş və mənzilin giriş qapısının açarı da onda olmuşdur. Bu halda onlar hansı şəkildə mənzilə daxil olub onu iddiaçıya təhvil verə bilərdilər. İddiaçının mənzilinin cavabdehin mənzilinə, ümumiyyətlə hər hansı bir aidiyyəti yoxdur. İddiaçı ola bilər yanında olsun, lakin adı yadında deyil və onun yanında olmasını xatırlamır. Bütün mənzil sahiblərini yadda saxlamaqda mümkün deyildir. Ümumilikdə binanın tikintisinə 11.700.000 manat pul xərcləmişdir. Sonda isə həbs edilmişdir. İkili satışlar ondan əvvəlki MTK-nın direktorlarının dövründə olmuşdur. Belə ki, binanın tikintisinə 2006-cı il tarixdə başlanmışdır. 2018-ci il tarixə kimi bina ona təhvil verilənə qədər binadakı mənzillər nəyinki 2 (iki) nəfərə, hətta 3-4 nəfərə təkrar satılmışdır. xx.xx.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində təkrar dindirilmiş X6 ifadəsində bildirmişdir ki, “PROGRESS-2016" Mənzil Tikinti Kooperativi ilə bağlanmış birgə təsərrüfat müqaviləsinə əsasən "xxxx" Mənzil Tikinti Kooperativi 4-cü və 5-ci blokları tikməli idi. Lakin 1 (bir) ildən sonra “PROGRESS-2016" Mənzil Tikinti Kooperativinin tərkibində binanın 5 (beş) blokunun hamısının tam şəkildə tikilməsini ona həvalə etmişlər. Verilmiş suallara cavabında qeyd edir ki, “PROGRESS-2016" Mənzil Tikinti Kooperativinin əvvəlki direktoru Rafiq Nəsirov 27 sentyabr 2018-ci il tarixdə binanın tikintisini tam şəkildə ona təhvil vermişdi. Onu da qeyd edir ki, “PROGRESS-2016" Mənzil Tikinti Kooperativi birgə təsərrüfat müqaviləsinə əsasən "xxxx" Mənzil Tikinti Kooperativinə yalnız 4-cü və 5-ci blokların tikilməsini həvalə etmişdi. Binada problemlər 2006-cı il tarixdən yaranmağa başlanmışdır. 2018-ci il tarixdən isə bina tam şəkildə ona təhvil verilmişdi. "xxxx" Mənzil Tikinti Kooperativi binanın tikintisində 2018-ci ilin avqust ayına kimi səlahiyyətli olmuşdur. Həmin tarixdən sonra isə binanın tikintisinə səlahiyyətli “PROGRESS-2016" Mənzil Tikinti Kooperativi olmuşdur. Əvvəl binada 1 (bir) mərtəbə qeyri-yaşayış sahəsi olmuşdur. Daha sonra ümumi yığıncağın qərarı ilə 2 (iki) mərtəbə qeyri-yaşayış sahəsi olmuşdur. Bu dəyişiklik təxminən 2019-cu ilin sonu, 2020-ci ilin əvvəllərində olmuşdur. Dəyişiklikdən sonra kimlər mənzilə dair müqaviləsini gətiribsə, onların müqavilələrinə bu dəyişikliyi etmişlər. Kim mənzilə dair müqaviləsini gətirməmişdirsə, onun müqaviləsi dəyişiklik edilmədən saxlanılmışdır. 28 sentyabr 2021-ci il tarixli aktda qeyd olunan 4-cü mərtəbə yaşayışın 4-cü mərtəbəsini, yerdən isə 6-cı mərtəbəni nəzərdə tutur. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 23 iyun 2007-ci il tarixli müqavilə onun tərəfindən deyil, “PROGRESS-2016" Mənzil Tikinti Kooperativinin ondan əvvəlki direktoru Rafiq Nəsirov tərəfindən ləğv edilmişdir. Müqavilənin ləğv edilməsinin səbəbi İddiaçı mənzilə görə MTK-ya borcunun olması ilə bağlı olmuşdur. “PROGRESS-2016" Mənzil Tikinti Kooperativi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisidir. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 23 iyun 2007ci il tarixli müqavilədəki mənzilin yerləşdiyi 4-cü mərtəbə yerdən 4-cü mərtəbəni nəzərdə tutur. 1 (bir) mərtəbə qeyri-yaşayış sahəsi olmuşdur. 4-cü mərtəbə yaşayışın 3-cü mərtəbəsidir. 28 sentyabr 2021-ci il tarixli mənzilin təhvil aktında göstərilən 6-cı mərtəbə yerdən 6-cı mərtəbədir. Yaşayışın isə 4-cü mərtəbəsidir. Ola bilər səhv mərtəbəni göstərmişlər. İddiaçıya təhvil verilən mənzili o, göstərməmişdir. Aktdakı imza ona məxsus olsa da, mənzilin göstərilməsi və təhvil verilməsi prosesində şəxsən iştirak etməmişdir. Tərəflərlə birlikdə həmin mərtəbəyə qalxmamışdır. Sadəcə ona təqdim edilən akta imza çəkmişdir. "xxxx" MMC ilə bağlanmış müqaviləyə əsasən iddiaçının mənzili yaşayışın 3-cü mərtəbəsinə düşür. Həmin müqaviləyə əsasən 1 (bir) mərtəbə qeyri-yaşayış sahəsidir. O, həbs olunandan sonra isə iddiaçıya verilmiş müqaviləyə görə onun mənzilinin yerləşdiyi mərtəbəni hazırda yaşayışın 3-cü kimi hesablayırlar. 1 (bir) mərtəbə isə qeyri-yaşayış sahəsi kimi götürülür. "xxxx" MMC ilə bağlanmış müqaviləyə əsasən iddiaçıya məxsus 13 nömrəli mənzil hazırda binanın 5-ci mərtəbəsinə düşür. Eləcə də, "xxxx" MMC ilə bağlanmış müqavilə saxta müqavilədir. Çünki bina 12 mərtəbəli deyil, 15 mərtəbəli binadır. Akta əsasən iddiaçıya yaşayışın 4-cü mərtəbəsi, binanın isə 6-cı mərtəbəsi təhvil verilmişdir. Cavabdeh2 mənzili o, satmışdır. Daha sonra cavabdeh mənzilini təmir etdirmişdir. İddiaçıya mənzil təhvil veriləndə cavabdehə məxsus mənzil təmirli olmuş və qapısı bağlı olmuşdur. Həmçinin cavabdehin mənzilinin sahəsi 79 kv.m-dir. Bir daha qeyd edir ki, "xxxx" MMC ilə bağlanmış müqaviləyə əsasən 4-cü mərtəbə yaşayışın 3-cü mərtəbəsinə, binanın isə 4-cü mərtəbəsinə düşür. Həmin müqaviləyə əsasən 1 (bir) mərtəbə qeyri-yaşayış sahəsidir. Cavabdeh2 satılan mənzil İddiaçı məxsus mənzil deyildir. "xxxx" MMC-nin sənədinə uyğun olaraq yaşayışın 3cü mərtəbəsini iddiaçıya təhvil vermişlər. 28 sentyabr 2021-ci il tarixli aktın necə yazıldığını deyə bilməz. "xxxx" MMC ilə bağlanmış müqaviləyə əsasən binanın 4-cü mərtəbəsindəki mənzil iddiaçıya təhvil verilmişdir. O, həbs edilənə kimi binanın 2 (iki) mərtəbəsi qeyriyaşayış sahəsi olmuşdur. Həbs edildikdən sonra isə dəyişdirilərək 1 (bir) mərtəbə qeyriyaşayış kimi hesablayırlar. 9 nömrəli mənzil indiki yaşayışın 2-ci mərtəbəsində yerləşir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Cavabdeh2 tanıyır. Belə ki, 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında yerləşən binanın 4-cü blokunda yaşayışın 2-ci mərtəbəsindən mənzil almışdır. Həmin vaxtı binanın həyətində Cavabdeh2 ilə tanış olmuşdur. Tanışlıq zamanı Cavabdeh2 ona bu binada yaşadığını bildirmişdir. Cavabdeh2 mənzilindən 2 mərtəbə yuxarıda, 4-cü blokda yaşayışın 4-cü mərtəbəsində yaşayır. Cavabdeh2 binada yaşayan sakin kimi tanıyır. O, həmin binaya mənzilini təmir etdirdikdən sonra 2021-ci il tarixdə köçmüşdür. Verilmiş suallara cavabında qeyd edir ki, o, binada yaşayışın 2-ci mərtəbəsində yaşayır. Binada 1 (bir) mərtəbə qeyri-yaşayış hesaba alınmaqla 3-cü mərtəbədə yaşayır. Cavabdeh2la 2020-ci il tarixdə binanın həyətində tanış olanda cavabdeh artıq orada yaşayırdı. Onun mənzili isə təmirsiz olduğundan orda yaşamırdı. Həmin binada Cavabdeh2la bərabər 4-cü blokda Rüstəm adlı başqa bir qonşu da yaşayırdı. Daha sonra isə o da həmin binada yaşamağa başlamışdır. Binanın digər bloklarında yaşayış var idi. Lakin 4-cü blokda Bəhram və Rüstəmdən sonra o, yaşamağa başlamışdır. Emil Səməndərov tutulduqdan sonra sakinlərdə olan sənədlər onlardan götürülmüşdür. Daha sonra mənzil alıcılarının siyahısı çıxmışdır. Mənzili də ondan əvvəl başqa bir şəxs tərəfindən alınmışdır. Həmin şəxs Rusiya Federasiyasında yaşamışdır. Lakin buna kimi həmin şəxsə mənzilə görə ödədiyi vəsaitin bir hissəsi qaytarılmışdır. Mənzilə görə ödənilən pulun yerdə qalan hissəsi isə həmin şəxs Rusiya Federasiyasından qayıtdıqdan sonra dövlət tərəfindən ona geri qaytarılmışdır. 2021-ci il tarixdə həmin binaya köçmüşdür. Tez-tez Cavabdeh2la binada qarşılaşaraq görüşmüşlər. Çünki binada lift yox idi. Bu səbəbdən də blokun pilləkanı ilə mənzillərinə qalxmalı olurdular. Buna görə də Cavabdeh2la tez-tez qarşılaşırmışlar. Cavabdeh2 mənzilinin təmirini görmüşdür. Hər ikisinin mənzili eyni lahiyəlidir. Bu səbəbdən də mənzilində təmir gedən zaman Cavabdeh2 mənzilindəki təmirə gəlib baxmış və təmirlə bağlı ona məsləhətlər vermişdir. Cavabdeh2 ondan əvvəl mənzilini təmir etdirmişdir. Onun Cavabdeh2 öz mənzilini təmir etdirməsini görməsi vaxt baxımından mümkün deyildir. Çünki o, 2020-ci il tarixdə binada mənzil alanda Cavabdeh2 artıq həmin binada özünə məxsus təmirli mənzildə yaşayırdı. İddiaçı tanımır. Sonradan iddiaçını binaya gəlib-gedərkən görmüşdür. Belə ki, İddiaçı bir dəfə "xxxx" MTK vətəndaşlardan mənzillərinə dair sənədlərini yığanda görmüşdür. İddiaçı da özünə məxsus mənzilin sənədlərini ora gətirmişdir. "xxxx" MTK tərəfindən sənədlərin yığılması 2025-ci ilin qış aylarında olmuşdur. Həmin dövrdə də iddiaçını orda görmüşdür. İddiaçının mənzillə bağlı mübahisəsini görməmiş və eşitməmişdir. Sonradan söhbət əsnasında Cavabdeh2 ona başqa bir şəxsin ortaya çıxdığını və mənzilin ona məxsus olduğunu bildirdiyini demişdir. Bundan başqa hazırki mübahisə ilə bağlı heç nə bilmir. Cavabdehlə bu barədə aralarında qeyd etdiyindən başqa hər hansı bir söhbət olmamışdır. İddiaçını mübahisəli mənzilə gələn görməmişdir. O, şirkətdə işləyir. Səhər evdən çıxıb axşam qayıdır. İddiaçını yalnız bir dəfə görmüşdür. Bu da keçən il "xxxx" MTK tərəfindən mənzillər qeydiyyata alınan zaman olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Cavabdeh2la onun bacanağı vasitəsi ilə tanış olmuşdur. Tanış olmalarının səbəbi Cavabdeh2 mənzilində təmir işlərinin aparılması olmuşdur. Cavabdehin mənzilində təmir işləri görmüşdür. Verilmiş suallara cavabında qeyd edir ki, Cavabdeh2la münasibətləri ancaq onun mənzilində təmir işlərinin görülməsi ilə bağlı yaranmışdır. Cavabdehə məxsus mənzildə ay yarım təmir işləri aparmışdır. Mənzildə suvaq vurulması, divarın sökülməsi və zibilin daşınması işlərini görmüşdür. O, qeyd etdiyi işləri görüb qurtardıqdan sonra təhvil verməklə Rusiya Federasiyasına getmişdir. Həmin vaxtı binanın damı olmadığından yuxarıdan mənzilə yağış suları damırdı. Belə ki, binanın 7 və 8-ci mərtəbələri hazır idi. Lakin binanın qalan mərtəbələri tikilməmişdi. Bu səbəbdən də cavabdehə mənzilə parket və alçipan vurmağın mümkün olmayacağını bildirmiş və təmiri saxlamağı tövsiyə etmişdir. Həmin vaxtı binanı 6-7 ay müddətinə qaldırıb üstünün damını vuracaqlarını demişlər. Mənzildə yarımçıq təmir işləri görmüşdür. Həmin vaxtı mənzildə həmçinin su, işıq və istilik xətlərini çəkmişdir. Hamamda kafel işlərini görmüşdür. Sökülən yerləri sökmüş, tikiləcək yerləri də tikmişdir. İddiaçı tanımır. Qeyd edilən mənzildə təmir işləri zamanı iddiaçını həmin mənzilə gəlib-gedən görməmişdir və mənzillə bağlı hər hansı bir mübahisənin şahidi olmamışdır. Həmin vaxtı mənzilin giriş qapısı yerində idi. Giriş qapısı ağ rəngli dəmir qapıdan ibarət idi. Həmin dövrdə o, mənzilə giriş qapısı ilə gəlməmişdir. Çünki binada mənzillərin arakəsmələri tam şəkildə hörülməmişdi. O, çöldən həmin hörülməmiş arakəsmələrdən mənzilə daxil olmuşdur. Mənzildə qeyd etdiyi təmir işlərini 2018-ci il tarixdə görmüşdür. Təxminən bir il - bir il yarımdan sonra Cavabdeh2 ona zəng edərək gəlib təmir işlərini davam etdirməyi demişdir. Lakin o, cavabında ölkədə olmadığını, 3-4 ay gözləyərsə ölkəyə qayıdaraq təmir işlərini davam etdirəcəyini demişdir. Cavabdehin dəqiq nə vaxt ona zəng etdiyini deyə bilməz. Çünki bu telefon zənginin üstündən uzun müddət keçmişdir. Cavabdehin mənzilində rəsmi müqavilə əsasında təmir işi görməmişdir. O, cavabdehin doğma xalası oğlu ilə tanışdır. Xalası oğlu da cavabdehlə onu tanış etmişdir. Təmir etdiyi dövrdə iddiaçı və ya digər bir şəxsi həmin mənzildə görməmişdir. Həmin vaxtı binada ancaq mənzil alqı-satqısı ilə məşğul olan vasitəçiləri görmüşdür. Həmin vasitəçilər də binada yerləşən digər mənzillərə alıcıları gətirmişlər. Onlardan başqa binada digər şəxsləri görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Cavabdeh2 tanıyır. Cavabdehlə dostluğu vardır. Tanışlığı da bu münasibətdən irəli gəlir. Cavabdeh onu evində təmir işləri aparmaq üçün çağırmışdır. O da gəlib cavabdehə məxsus mənzildə təmir işləri görmüşdür. Həmin vaxtı Cavabdeh2 rayonda yaşamışdır. O, 2018-2019-cu il tarixlərdə mənzilin təmirində tamamlama işləri görmüşdür. Cavabdeh pul verdikdə o, təmir işlərini davam etmişdir. Təxminən mənzildə üst-üstə 2 ay və ya 2 ay yarım təmir işləri aparmışdır. Verilmiş suallara cavabında qeyd edir ki, 2020-ci il tarixdə o, həmin mənzildə hər hansı bir təmir işi görməmişdir. Həmin tarixə kimi tərəfindən həmin mənzildə tamamlama işləri başa vurulmuşdur. Ona qədər mənzildə suvaq və hamamda kafel işləri görülmüşdü. Yerdə qalan təmir işləri isə tərəfindən tamamlanmışdır. Təmir apardığı dövrdə İddiaçı və ya icra məmurlarını qeyd olunan mənzilə gələn görməmişdir. Mənzilin təmirinə təxminən 25.000-30.000 manat xərclənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, Cavabdeh2 tanımır. İddiaçı isə ona tanış gəlir. Lakin dəqiq xatırlamır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə isə 28 sentyabr 2021-ci il tarixdə həyata keçirilən və həmin tarixdə aktlaşdırılan icra sənədi üzrə icra hərəkətlərində iştirakını xatırlayır. Mübahisə Cavabdeh1 ilə bağlıdır. Tərəflər də qəbul edərlər ki, Cavabdeh1nə məxsus bina problemli binadır. Həmin bina ilə bağlı problemlər uzun illərdi ki, davam edir. Abşeron rayon icra və probasiya şöbəsində bu qəbildən olan işlər üzrə icra sənədləri kifayət qədərdir. Onlar 2021-ci il tarixdə icra hərəkətlərini aparan zaman bina tam təhvil verilməmişdi, tamamlama işləri gedirdi. Hazırda da bina tam təhvil verilməmişdir. Binada mənzillərin sahələrinin kvadrat metrində və binanın mərtəbələrində fərqliliklər mövcuddur. Mənzillərin yerləşdiyi mərtəbələrdə uyğunsuzluqlar mövcuddur. Müqavilədə göstərilən kvadrat metr sahə ilə naturada olan sahə faktiki olaraq üst-üstə düşmür. Bu da öz növbəsində suallar doğurur. Verilmiş suallara cavabında qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin qətnaməsinin icası ilə bağlı Cavabdeh1ndə olmuşlar və icra vərəqəsi üzrə mənzil təhvil verilmişdir. İcradan sonra isə hansı problemlərin ortaya çıxmasını deyə bilməz. 28 sentyabr 2021-ci il tarixli aktdakı imza ona məxsusdur. Məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsinin icrası ilə bağlı ünvan 3 ünvanında Cavabdeh1nə məxsus binada olmuşlar. Təhvil verilən mənzil boş və təmirsiz vəziyyətdə olmuşdur. Cavabdeh1ndə icra sənədinə əsasən təmirli halda təhvil verilən mənzillər çox az sayda olmuşdur. Həmin mənzilləri də xatırlayır. Təhvil verilən mənzillərin böyük əksəriyyəti təmirsiz halda olmuşdur. 28 sentyabr 2021-ci il tarixli aktdakı digər imza icra məmuru Nicat Ramazaniyə məxsusdur. Birlikdə mənzilin təhvil verilməsində iştirak etmişlər. Mənzilin təhvil verilməsində Cavabdeh1 nümayəndəsi qismində MTK-nın əvvəlki direktoru, hazırda isə həbsdə olan Emil Səməndərov iştirak etmişdir. Mənzil təhvil veriləndə Cavabdeh2 orda görməmişdir. Ümumiyyətlə Cavabdeh2 hazırda məhkəmə iclas zalında birinci dəfədir ki, görür. Mənzil iddiaçıya təhvilində hər hansı bir problem ortaya çıxmamışdır. Ümumiyyətlə mənzil təhvil veriləndə əmlakın digər bir sahibi həmin vaxtı ortaya çıxmamışdır. Əgər mənzildə başqa yaşayan şəxs müəyyən edilsə idi, həmin mənzilin təhvil verilməsi mümkün olmazdı. Mənzildə başqa şəxsin yaşadığı müəyyən edilsə idi, bu aktda qeyd edilərdi. Ümumiyyətlə icra məmuru qapını vurub dağıtmaqla əmlaka daxil ola bilməz. Əgər həqiqətən müəyyən olunsa ki, mənzildə başqa şəxs yaşayır, bu halda birinci dəfə icra ilə bağlı xəbərdarlıq edilir. Əks halda mənzildə heç kəs yoxdursa və mənzil boşdursa bununla bağlı ilk öncə dəqiqləşdirmə aparılmalıdır. Əgər həmin vaxtı MTK-nın direktoru orda olarsa, ondan dəqiqləşdirmələr aparılır. Əgər MTK-nın direktoru mənzilin boş olduğunu təsdiq edərsə, bu halda mənzilin təhvil verilməsi həyata keçirilir. Təhvil aktı mövcuddursa, deməli icra sənədi üzrə mənzil iddiaçıya təhvil verilmişdir. Lakin faktiki uyğunsuzluqla bağlı halın yaşanması ola bilər. Hazırda da uyğunsuzluqla bağlı belə hallar mövcuddur. Əgər qətnamədə nəzərdə tutulan mənzil deyildisə, bunu tərtib edilmiş aktda qeyd edərdilər. Hazırda həbsdə olan Cavabdeh1 direktoru Emil Səməndərovla da hazırki mübahisə ilə bağlı əlaqə saxlasalar, o da uyğunsuzluqların mövcud olduğunu təsdiq edər. İlk növbədə əgər təhvil veriləcək mənzildə yaşayış varsa, bu aktda qeyd olunur. Əgər uyğunsuzluqlar aşkar edilsə idi, bununla bağlı MTK ilə dəqiqləşdirmələr aparılardı. Çünki MTK-da binaya dair satılan mənzillərlə bağlı müqavilələr və sənədlər mövcud olmuşdur. Uyğunsuzluqlar mövcud ola bilər. Çünki binaya yerli baxışlar da olmamışdır. Bir daha qeyd edir ki, həmin dövrdə mənzil iddiaçıya təhvil veriləndə uyğunsuzluq aşkar edilməmişdir. Çünki mənzil təhvil veriləndə Cavabdeh2 orda görməmişdir. Yaşayış sahəsi ilə qeyri-yaşayış sahəsinin yerləşməsi arasında hazırda da MTK-da problemlər mövcuddur. Əgər icra mərhələsində hər hansısa problem yaşansa idi, bu aktda mütləq göstəriləcəkdi. 2025-ci il tarixdə də icra sənədi üzrə mənzilin təhvil verilməsi ilə bağlı Cavabdeh1ndə olmuşlar. Həmin vaxtı da mərtəbələrdə uyğunsuzluqlar aşkar edilmiş və bunu tərtib edilmiş aktlarda qeyd etmişlər. Aktdan görünür ki, həmin vaxtı yaşayışın 4-cü mərtəbəsinin binanın 6-cı mərtəbəsi olduğu bizə deyilmişdir. Təhvil verilən mənzili onlara Emil Səməndərov göstərmişdir. Həmin vaxtı çox gümanki, Emin Səməndərov onlara təhvil verilən mənzilin yerləşdiyi mərtəbənin 6-cı mərtəbə olduğunu demişdir. Onlar da onu akta qeyd etmişlər. Həmin vaxtı mənzil boş olmuşdur. Mənzilin icra sənədində göstərilən mənzil olub-olmamasını Emil Səməndərovdan soruşmuşlar. O da öz növbəsində mənzilin icra sənədində göstərilən mənzil olduğunu təsdiq etmişdir. Daha sonra tərəflərin iştirakı ilə akt tərtib etməklə mənzili İddiaçı təhvil vermişlər. Qətnamə üzrə verilən icra sənədində hansı mənzil göstərilmişdirsə, həmin mənzili də iddiaçıya təhvil vermişlər. Qətnamə üzrə verilən icra vərəqəsində 4-cü mərtəbədə yerləşən mənzilin veriləcəyi göstərildiyi halda, təqdim edilən mənzilin 6-cı mərtəbədə yerləşdiyini görsəydilər onlar icra sənədini icra etməzdilər. Əgər yerində mənzil təhvil veriləndə problem aşkar edilsə idi, icra sənədi icra edilməzdi. Hazırda da həmin binada çoxlu qapısı olmayan mənzillər mövcuddur. Heç kəs mənzillərin kimə məxsus olduğunu dəqiqləşdirə bilmir. Bununla bağlı daşınmaz əmlakın dövlət reyestrinə də sorğu göndərilmişdir. Dövlət reyestri cavabında mənzillərə dair dəqiqləşdirmənin aparılmasının mümkün olmamasını, binanın dövlət reyestrindən qeydiyyatdan keçmədiyini və binaya dair mülkiyyət hüququnun təsdiqlənmədiyini qeyd edir. Fövqəladə Hallar Nazirliyi də bu məsələyə onlar tərəfindən baxılmadığını qeyd edir. Ümumiyyətlə qeyd olunan problemi dəqiqləşdirib həl etmək mümkün olmur. Problemin həlli üçün MTK-dan ilkin lahiyə sənədlərini götürüb uyğunlaşdırmaq lazımdır. Əgər 1 (bir) mərtəbə yuxarı mənzil boşdursa, deməli təhvil verdikləri həmin mənzildir. Bir daha qeyd edir ki, Cavabdeh2la birinci dəfədir məhkəmə iclas zalında qarşılaşırlar. Əgər cavabdeh həmin vaxtı mənzildə faktiki yaşasa idi, bu tərtib edilən aktda öz əksini tapardı. Mənzil iddiaçıya təhvil veriləndə verilən mənzilin 6-cı mərtəbədə yerləşdiyini onlara dediklərinə görə bunu aktda mötərizədə qeyd etmişlər. Mənzil təhvil verilən zaman faktiki olaraq 6-cı mərtəbəyə qalxmışlar. Yaşayışın 4-cü mərtəbəsi 6-cı mərtəbə hesab olunduğundan aktda belə qeyd etmişlər. Onlar mənzil təhvil verilən mərtəbəyə qalxdıqda çox güman ki, orda iştirak edən Emil Səməndərov təhvil verilən mənzilin 6-cı mərtəbədə olduğunu demişdir. Bu şəkildə də aktda qeyd etmişlər. Həmçinin kənardan qeyri-yaşayış sahəsinə baxdıqda 2 mərtəbə görsənmir, 1 mərtəbə kimi görsənir. Ola bilər zirzəmidə mərtəbə kimi sayılmışdır. Həmin binada 1 (bir) mərtəbədən və 2 (iki) mərtəbədən ibarət olan qeyri-yaşayış sahələri vardır. Mənzil təmirli olsaydı, icra sənədi icra edilməzdi. Yarı təmirli olsaydı, təmiri dəqiqləşdirəndən sonra icra sənədi icra edilə bilərdi. Tərtib etdikləri 28 sentyabr 2021-ci il tarixli aktdan görünür ki, təhvil verdikləri mənzil boş mənzil olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, İddiaçı və Cavabdeh2 tanımır. Yerinə yetirilən icra hərəkəti ilə də bağlı qeyd olunan şəxsləri xatırlamır. 28 sentyabr 2021-ci il tarixli aktdakı və 04 oktyabr 2021-ci il tarixli icraata xitam verilməsi haqqında qərardadakı imza ona məxsusdur. İcra sənədi üzrə icraat materialları onun icraatında olmuşdur. Verilmiş suallara cavabında qeyd edir ki, əgər məhkəmənin mənzilin təhvil verilməsi barədə qətnaməsi varsa, bu qətnamə üzrə verilmiş icra sənədi icra edilməlidir. Həmçinin təhvil veriləsi mənzil təmirli olsaydı və mənzildə olan şəxs şəxsiyyəti barədə məlumatları təqdim edib təmirin onun tərəfindən aparıldığını bildirməklə bunu aktda qeyd etməyi xahiş etsə idi, bu hal aktda qeyd olunardı. Lakin mənzildə olan şəxs şəxsiyyəti barədə məlumatları verməməklə icraya etiraz etsə idi, şəxsiyyəti barədə məlumatları təqdim etmədiyinə görə şəxsin etirazı aktda qeyd edilməzdi. Cavabdeh1nə məxsus bina problemli binadır. Həmin binada onun icraatında bir iş olsa idi, həmin iş üzrə tərəfləri yadında saxlayardı. Lakin, demək olar ki, hər həftə qeyd edilən binaya məhkəmə qətnaməsi üzrə verilmiş icra sənədinin icrası ilə bağlı getmişdir. Bu səbəbdən də iddiaçı və cavabdehi xatırlamır. Təhvil veriləcək mənzildə digər şəxsə məxsus əşya varsa və həmin şəxs əşyaları götürmürsə əşyalar siyahıya alınacaqdı. Belə ki, təhvil veriləcək mənzildə əşya varsa, 3 (üç) formada icra hərəkəti həyata keçirilir. Birinci halda mənzildəki şəxs özünə məxsus əşyaları könüllü götürüb çıxırsa, bu halda mənzilin tələbkara təhvil verilməsi barədə akt tərtib edilir. İkinci halda borclu əşyaları götürməməklə icra prosesinə etiraz edərək mənzildən çıxıb gedirsə, bu halda tələbkarın razılığı ilə əşyalar akt üzrə siyahıya alınaraq tələbkara təhvil verilir. Əgər 28 sentyabr 2021-ci il tarixli aktda əşyaların təhvil verilməsi qeyd olunmayıbsa, deməli mənzildə əşya olmamışdır. Mənzildə əşya olsaydı və tələbkara təhvil verilsə idi, bu aktda qeyd olunardı. Əgər iddiaçıya təhvil verilmiş mənzildə digər bir şəxs var idisə, deməli mənzildə ona məxsus əşyalar da olmalı idi. İcra sənədi üzrə təhvil veriləcək mənzilə dair Cavabdeh2 da müqaviləsi olsa idi, yenə də icra sənədi icra edilərdi. Çünki binadakı sakinlərin hər birində mənzilə dair müqavilələr mövcuddur. Onlar icra məmuru olaraq MTK-nın nümayəndəsini məlumatına əsasən təhvil verdikləri mənzilin ünvanını və yerləşdiyi mərtəbəni qeyd etmişlər. Cavabdeh1nə məxsus binadakı mərtəbə və mənzil sahələrinə dair uyğunsuzluqlarla bağlı daşınmaz əmlakın dövlət reyestrinə müraciət etmişlər. Lakin daşınmaz əmlakın dövlət reyestri də bu uyğunsuzluğu müəyyənləşdirə bilməmişdir. Bu uyğunsuzluqları MTK-nın nümayəndəsi və ya direktorunun iştirakı ilə müəyyən etmişlər. Onlar icra sənədindəki mənzilin hansı mərtəbədə və harda yerləşdiyini göstərmişlər. Həmçinin orda mənzillərin qapıları üstündə müxtəlif şəxslər tərəfindən yazılmış qeydlər vardır. Qeydlərdə şəxslər mənzilin ona məxsus olmasını və ya məhkəmənin qərarı ilə ona verilməsini yazmışlar və bunların nəzərə alınmasını xahiş etmişlər. Onu da qeyd edir ki, binadakı mənzillərin çox hissəsi təmirsizdir. İcra sənədi üzrə təhvil verdiyi mənzillərin əksəriyyəti təmirsiz olmuşdur. Hətta ondan təhvil verdiyi mənzillərin hansı hissəsinin təmirli və ya təmirsiz olduğunu soruşsalar təhvil verilən mənzillərin təxminən 80 %-nin təmirsiz, 20 %-nin təmirli olduğunu deyə bilər. Əgər icra sənədi üzrə icra mərhələsində göstərilən mənzilin sahə və ya mərtəbə baxımından binada mövcud olmadığını müəyyən etsəydilər, icra sənədi üzrə izah verilməsi ilə bağlı məhkəməyə müraciət edəcəkdi. Akt tərtib olunaraq mənzil iddiaçıya təhvil verilmişdirsə, deməli icra mərhələsində hər hansı bir problem olmamışdır. Mənzilin təhvil verilməsi barədə məhkəmə qətnaməsi varsa, bu qətnamə üzrə verilmiş icra vərəqəsi mütləq icra olunmalıdır. İcra mərhələsində mənzilin təmirli və ya təmirsiz olmasının heç bir əhəmiyyəti yoxdur. Əgər təhvil verilən mənzildə yaşayan şəxs özünün şəxsiyyəti barədə məlumat vermirsə bunu aktda qeyd edə bilmirik. Mənzilin iddiaçıya təhvil verilməsi ilə bağlı icra prosesində Cavabdeh2la qarşılaşmalarını xatırlamır. Binada bəzən 2 (iki) mərtəbə, bəzən də 1 (bir) mərtəbə qeyri-yaşayış sahəsindən sonra yaşayış sahəsi hesablanmağa başlanılmışdır. Bununla bağlı bəzi icra işlərində məhkəmədən izah istəməli olmuşdur. Mötərizə içərisində 6-cı mərtəbə qeyd etmələrinin səbəbi hansı mənzili təhvil vermələrini dəqiqləşdirmək məqsədi ilə aparılmış qeyddir. İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarda qeydlərin göstərilməsinə zərurət yoxdur. Lakin aktda dəqiqləşdirmək məqsədi ilə qeydlər yazıla bilər. Bir daha qeyd edir ki, iddiaçıya təhvil veriləcək mənzili “PROGRESS-2016" Mənzil Tikinti Kooperativinin nümayəndəsi onlara göstərmişdir. Cavabdeh2 həmin mənzildə yaşayırdısa, cavabdeh yaşadığı halda o, həmin mənzili iddiaçıya təhvil verə bilməzdi. Əgər iddiaçıya təhvil verilən mənzildə yaşayan başqa şəxs müəyyən olunsa idi, bu tərəfindən aktlaşdırılardı. Həmçinin bağlı qapı aktlaşdırılandan sonra qırılır. Cavabdehlər Cavabdeh1 və "xxxx" Mənzil Tikinti Kooperativi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına nümayəndələrini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdehlər Cavabdeh1 və "xxxx" Mənzil Tikinti Kooperativinin faktiki olduğu yer məlum olmadığı üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanaraq məhkəmə iclasının keçirildiyi vaxt və yer haqqında məlumat Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyinə və Saatlı Rayon İcra Hakimiyyətinə göndərilmiş, zəruri məlumatların cavabdehlərə çatdırılması xahiş olunmuşdur. Buna baxmayaraq cavabdehlər məhkəmə iclasına nümayəndələrini göndərməmiş və bunun səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən məhkəmə işə cavabdehlər Cavabdeh1 və "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə proses iştirakçılarının izahatlarının və şahidlərin ifadələrini dinləyib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: “İcraçı” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 ilə “Payçı” İddiaçı Həmidulla qızı arasında bağlanmış 23 iyun 2007-ci tarixli müqavilənin surətindən görünür ki, “İcraçı” Abşeron rayon İH başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 4-cü blokunun 4-cü mərtəbəsində, ümumi sahəsi 75,1 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət olan 13 nömrəli mənzili “Payçı”ya verməyi, “Payçı” isə müqavilədə göstərilmiş mənzilin ümumi dəyəri olan 25.720 manat məbləği tamamilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəməyi öhdəsinə götürmüşdür. 25 iyun 2007-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 “A” saylı ünvanda inşa olunan binanın 4-cü blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 75,1 kv.m-dən ibarət olan 2 otaqlı 13 saylı mənzilin pay dəyəri 25.720 manat payçı İddiaçı Həmidulla qızı tərəfindən tam ödənilmişdir, MMC-yə borcu yoxdur. “İcraçı” Cavabdeh3 Mənzil Tikinti Kooperativinin sədri X6 ilə “Payçı” Cavabdeh2 arasında bağlanmış 31 avqust 2017-ci tarixli müqavilənin surətindən görünür ki, “İcraçı” Abşeron rayon İH başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, H.Əliyev prospekti 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 4-cü blokunun 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 79,9 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət olan 13 nömrəli mənzili “Payçı”ya ayırmağı, “Payçı” isə müqavilədə göstərilmiş mənzilin ümumi dəyəri olan 51.935 manat məbləği tamamilə Cavabdeh3 Mənzil Tikinti Kooperativinə ödəməyi öhdəsinə götürmüşdür. 31 avqust 2017-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh3 Mənzil Tikinti Kooperativinə məxsus Xırdalan şəhəri, H.Əliyev prospekti 1 A saylı ünvanda inşa olunan binanın 4-cü blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 79,9 kv.mdən ibarət olan 2 otaqlı 13 saylı mənzilin pay dəyəri 51.935 manat payçı Cavabdeh2 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. Cavabdeh1 tərəfindən Cavabdeh2 ünvanlanmış 19 fevral 2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhərində Cavabdeh3 MTK tərəfindən tikilən hündürmərtəbəli yaşayış binasının 31 avqust 2017-ci il tarixli, 78 №-li müqaviləyə əsasən 4-cü blok, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 79,9 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 13 №-li mənzilini pay kimi almışdır. Cavabdeh2 tikinti şirkətinin sədri və şirkətin adının dəyişdirilməsi ilə əlaqədar sənədlərin yenilənməsinin tələb olunduğu, bu səbəbdən də 5 iş günü ərzində sənədlərin əsli ilə ofisə yaxınlaşmağı, əks halda onunla Cavabdeh3 MTK arasında bağlanmış öhdəçilik müqaviləsinin öz hüquqi dəyərini itirəcəyi bildirilmişdir. “İcraçı” Cavabdeh1 sədri X6 ilə “Payçı” Cavabdeh2 arasında bağlanmış 11 mart 2019-cu tarixli mənzil tikintisi haqqında müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “İcraçı” Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1 “A” ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 4-cü blokunun 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 79,9 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət olan 9 nömrəli mənzili “Payçı”ya ayırmağı, “Payçı” isə müqavilədə göstərilmiş mənzilin ümumi dəyəri olan 51.935 manat məbləği tamamilə Cavabdeh1nə ödəməyi öhdəsinə götürmüşdür. 11 mart 2019-cu il tarixli maliyyə arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh1nə məxsus ünvan 4 ünvanında inşa olunan 5 (beş) bloklu 15 mərtəbəli yaşayış binasının 4-cü blokunun 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 79,9 kv.m-dən ibarət olan 2 otaqlı 9 saylı mənzilin dəyəri 51.935 manat payçı Cavabdeh2 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. xx.xx.2019-cu il tarixdə verilmiş icra vərəqəsinin surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-461/2019 saylı, 06 may 2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia tələbi təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvandakı 12 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində, ümumi sahəsi 75.1 kv.metr olan 2 (iki) otaqdan ibarət 13 nömrəli mənzilin İddiaçı təhvil verilməsi qət edilmiş və qətnamə üzrə icra vərəqəsi verilmişdir. Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru X10, icra məmuru X13, tələbkar İddiaçı, "xxxx" MTK-nın rəhbəri X6 və hal şahidi Nümayəndə tərəfindən 28 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş və imzalanmış aktın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-461/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.2021-ci il tarixdə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ("xxxx" MTK) ünvanında olmuşlar və Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən binanın 4-cü mərtəbəsində (6-cı mərtəbəsi) 75,1 kv.m olan 2 otaqlı 13 nömrəli mənzil "xxxx" MTK-nın rəhbəri Emin Səməndərovun vasitəsi ilə iş üzrə tələbkar İddiaçı təhvil verilmişdir. Beləliklə icra sənədi icra olunmuşdur. xx.xx.2021-ci il tarixli icraata xitam verilməsi haqqında qərarın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, icra sənədində qeyd olunan tələb borclu Cavabdeh1 MKT tərəfindən tam şəkildə təmin olunmuş və Abşeron Rayon Məhkəməsinin 2-012- 461/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə xitam verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Cavabdeh2 ünvanlanmış 06 sentyabr 2023-cü il tarixli, 3-21-3-02/2-84-1673-8/2023 saylı müraciətə baxılması barədə məktubun surətindən görünür ki, Cavabdeh2 bildirilmişdir ki, aparılan araşdırma zamanı ünvan 6 ünvanında yerləşən “Progress-2016" MTK-ya məxsus çoxmərtəbəli yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı müəyyən edilmişdir. Sözügedən yaşayış binası üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra mənzilə dair hüquqmüəyyənedici sənədlərin əsilləri (protokoldan çıxarış, maliyyə arayışı, eskiz cizgi) “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim edildiyi təqdirdə hüquqların dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır. Apellyasiya şikayətinin və Sumqayıt Apellyasiya Məhkəməsinin 12 avqust 2025-ci il tarixli bildirişinin surətindən görünür ki, Cavabdeh2 Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-461/2019 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsində həmin apellyasiya şikayətinə baxılması 02 sentyabr 2025-ci il tarixə, saat 11:40-a təyin edilmişdir. 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan X6 tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, E.Səməndərov Cavabdeh2 ərizəsinə cavab olaraq bildirmişdir ki, Xırdalan şəhəri, Heydər Əliyev propekti 1 A ünvanında yerləşən 15 mərtəbəli yaşayış binasının 4-cü blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 79,9 kv.m olan izoliyasiya olunmuş 2 otaqlı, 13 saylı mənzilin alqı-satqısı üçün İddiaçı tərəfindən müəyyən məbləğdə pul ödənilmişdir. Lakin İddiaçı mənzilin dəyərini tam şəkildə ödəmədiyi üçün onunla bağlanmış alqı-satqı müqaviləsinə xitam verilərək ödədiyi vəsait geri qaytarılmışdır. Daha sonra sözügedən mənzili Cavabdeh2 satmışdır. Cavabdeh2 tərəfindən mənzilin dəyəri ona tam şəkildə ödənilmişdir. Ərizənin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Abşeron Rayon Məhkəməsinə ünvanlanmış 25 noyabr 2025-ci il tarixli, 3-21-2- 1/2-212435/2025 nömrəli məktubundan görünür ki, hüquqi şəxslərin dövlət qeydiyyatı barədə müraciətə (AVİS qeydiyyatı: xx.xx.2025-ci il tarixli **********337600 nömrəli) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Bildirilir ki, dövlət reyestrində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) xx.xx.2005-ci il tarixdə 0207-A13-1003 nömrə ilə dövlət qeydiyyatından keçməsi, təsisçilərinin qərarına əsasən xx.xx.2016-cı il tarixdə adının və təşkilati-hüquqi formasının dəyişdirilərək "xxxx" Mənzil-Tikinti Kooperativinə çevrilməsi barədə məlumat mövcuddur. xx.xx.2016-cı il tarixdə təsdiq edilmiş Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Kooperativ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bazasında yaradılıb və onun hüquqi varisidir. Sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə təqdim etdiyi arayışa əsasən uçot məlumat bazasında "xxxx" Mənzil-Tikinti Kooperativinin fəaliyyətinin xx.xx.2025-ci il tarixdən xx.xx.2031-ci il tarixədək dayandırılması barədə qeyd aparılmışdır. Həmçinin reyestrdə Cavabdeh3 (VÖEN: **********) xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Reyestrdə "Real-2016” Mənzil-Tikinti Kooperativinin hər hansı hüquqi şəxsin varisi olması barədə məlumat mövcud deyildir. Sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə təqdim etdiyi arayışa əsasən uçot məlumat bazasında Cavabdeh3 fəaliyyətinin xx.xx.2024-cü il tarixdən xx.xx.2034-cü il tarixədək dayandırılması barədə qeyd aparılmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 337-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin müəyyən edilən faktiki hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 78 №-li alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, Cavabdeh2 ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 78 №-li alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 187 №-li alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, mübahisəli Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A, 4-cü mərtəbə, 2 otaqlı, 13 nömrəli, 75,1 kv.m sahədən ibarət mənzilin Cavabdeh2 alınaraq onun istifadəsinə verilməsini və mənzilin boşaldılmasını, mənzildə giriş qapısı və pəncərədən başqa aparılmış qanunsuz təmir işlərinin cavabdehin hesabına sökülməsi öhdəliyinin qoyulmasını tələb etmək üçün iddiaçı subyektiv hüquqa malik olmadığından iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, işdə olan sənədlərdən görünür ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 23 iyun 2007-ci il tarixdə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa olunmuş 12 mərtəbəli yaşayış binasının 4cü blok, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 75,1 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 13 nömrəli mənzilin 25.720 manata (1 kv.metri 342 manata) satılması barədə müavilə bağlanmış və mənzilin dəyəri İddiaçı tərəfindən MMC-yə ödənilmişdir. Daha sonra Cavabdeh2 ilə Cavabdeh3 Mənzil Tikinti Kooperativi arasında 31 avqust 2017-ci il tarixdə Xırdalan şəhəri, H.Əliyev prospekti 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış binasının 4-cü blokunun 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 79,9 kv.m olan, izolə olunmuş 2 otaqdan ibarət 13 nömrəli mənzilini 51.935 manata (1 kv.metri 650 manat) satılması barədə 78 №-li müqavilə bağlanmış və müqaviləyə əsasən mənzilin dəyəri Cavabdeh2 tərəfindən MMC-yə ödənilmişdir. Bundan sonra isə tikinti şirkətinin sədri və şirkətin adının, həmçinin binanın layihəsinin dəyişdirilməsi ilə bağlı Cavabdeh2 Cavabdeh3 Mənzil Tikinti Kooperativi ilə bağlanmış müqavilə geri alınmış, bu müqavilə əsasında "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında 187 saylı, 11 mart 2019-cu il tarixli müqavilə bağlamışdır. Bu müqaviləyə görə isə Cavabdeh3 Mənzil Tikinti Kooperativi ilə bağlanmış 31 avqust 2017-ci il tarixli müqaviləyə əsasən Xırdalan şəhəri, H.Əliyev prospekti 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış binasının 4-cü blokunun 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 79,9 kv.m olan, izolə olunmuş 2 otaqdan ibarət 13 nömrəli mənzilə görə ödənilən 51.935 manat - Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1 “A” ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 4-cü blokunun 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 79,9 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 9 nömrəli mənzillə əvəzləşdirilmişdir. Həmçinin işdən görünür ki, hər iki şəxsə mübahisəli mənzillərin dəyərinin tam ödənilməsi ilə bağlı maliyyə arayışları verilsə də, həmin daşınmaz əmlakla bağlı nə iddiaçı, nə də cavabdeh mülkiyyət hüquqlarını müvafiq qurumda qeydə aldırmamışlar. Bundan başqa, əmlaka görə tərəflərin ödədikləri vəsaitin bilavasitə MMC-nin və MTK-nın hesabına keçirilməsini təsdiq edən və ciddi maliyyə blankı hesab olunan kassa mədaxil orderləri mövcud deyildir. Bununla belə, mübahisəli mənzilin hazırda Cavabdeh2 faktiki istifadəsində və sahibliyində olması işin mübahisəsiz hallarındandır. Bu faktı iddiaçı və cavabdeh tərəf də öz izahatlarında vurğulamışdır. Eləcə də B.Məmmmədov tərəfindən mənzilin təmir edilməsi, hazırda mənzilin tam təmirli, yaşayışa yararlı olması və Cavabdeh2 həmin mənzildə yaşaması işin mübahisəsiz halıdır. Hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli, 2(012)-461/2019 saylı qətnaməsinin icrası üzrə 16 avqust 2019-cu il tarixdə verilmiş icra vərəqəsinin icrası ilə bağlı 28 sentyabr 2021-ci il tarixdə akt əsasında hazırda Cavabdeh2 yaşadığı mənzilin ona təhvil verildiyini, bununla da mübahisəli mənzil üzərində hüququnun yarandığını, lakin 2024-cü il tarixdə Cavabdeh2 tərəfindən onun mənzil üzərindəki bu hüququnun pozularaq zəbt edildiyini qeyd etsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iş üzrə Cavabdeh2 tərəfindən məhkəmə təqdim edilmiş qonşu və mənzili təmir edən ustaların ifadələrindən görünür ki, mənzildə təmir işləri 2019-cu il tarixdə başa çatmış, 2020-ci il tarixdən isə Cavabdeh2 ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Bundan sonra şahid qismində dindirilən Abşeron Rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli, 2(012)- 461/2019 saylı qətnaməsi üzrə 16 avqust 2019-cu il tarixdə verilmiş icra vərəqəsinin icra edən və bununla bağlı 28 sentyabr 2021-ci il tarixli aktı tərtib edən icra məmurları X13 və X10 ifadələrində İddiaçı binanın 6-cı mərtəbəsində yerləşən boş və təmirsiz mənzili təhvil verdiklərini, qeyd olunan mənzili onlara həmin dövrdə Cavabdeh1 MTK-nın direktoru işləyən X6 tərəfindən göstərildiyini bildirmişlər. Həmçinin şahid qismində dindirilən X13 ifadəsində icra sənədinin icra etdikləri dövrdə mənzilin təmirli olduğunu və mənzildə başqa şəxsin yaşadığını görsəydilər, icra sənədini icra etməyəcəklərini və bu halı tərtib ediləcək aktda mütləq şəkildə göstərəcəklərini bildirmişdir. Həmçinin şahid qismində dindirilən X10 ifadəsində icra sənədini icra etdikləri dövrdə mənzilin təmirli olduğunu və mənzildə başqa şəxsin yaşadığını görsəydilər, icra sənədini icra edəcəkləri halda belə müəyyən etdikləri bu faktiki halları tərtib ediləcək aktda mütləq şəkildə göstərəcəklərini bildirmişdir. Həmçinin məhkəmə iclasında 2 dəfə şahid qismində dindirilən Cavabdeh1 MTK-nın direktoru işləyən X6 ifadəsində ilk əvvəl binanın 6-cı, sonra isə 4-cü mərtəbəsinin iddiaçıya təhvil verildiyini, Cavabdeh2 məxsus mənzilin iddiaçıya təhvil verilmədiyini, ümumiyyətlə xx.xx.2021-ci il tarixli aktla mənzilinin iddiaçıya düzgün təhvil verilmədiyini, iddiaçıya təhvil verilən mənzillə binanın 5-ci mərtəbəsində yerləşən Cavabdeh2 məxsus mənzillərin ayrı-ayrı mənzillər olduğunu qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili izahatlarında xx.xx.2021-ci il tarixdə Cavabdeh2 hazırda yaşadığı mənzilin onlara təhvil verdildiyini iddia etsələr də, onların izahatları iş materialı (xx.xx.2021-ci il tarixli mənzilin iddiaçıya təhvil verilməsi barədə akt) və şahid ifadələri ilə üst-üstə düşmür və öz təsdiqi tapmır. Həmçinin iddiaçı tərəfin bu izahatı ümumiyyətlə işdəki sənədlər, cavabdeh tərəfin izahatı və məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları ilə öz təsdiqini tapmır. Göründüyü kimi Abşeron Rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli, 2(012)- 461/2019 saylı qətnaməsinin icrası üzrə 16 avqust 2019-cu il tarixdə verilmiş icra vərəqəsinin icrası ilə bağlı 28 sentyabr 2021-ci il tarixdə akt əsasında iddiaçıya hazırda Cavabdeh2 yaşadığı mənzilin 1 (bir) mərtəbə üstündəki mənzil təhvil verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi “mübahisəli Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A, 4-cü mərtəbə, 2 otaqlı, 13 nömrəli, 75,1 kv.m sahədən ibarət mənzilin Cavabdeh2 alınaraq İddiaçı istifadəsinə verilməsi və mənzilin boşaldılması, mənzildə giriş qapısı və pəncərədən başqa aparılmış qanunsuz təmir işlərinin cavabdehin hesabına sökülməsi öhdəliyinin qoyulması” hissəsində əsassızdır və təmin edilə bilməz. Həmçinin iddiaçı iddia tələbində Cavabdeh2 ilə Cavabdeh3 Mənzil Tikinti Kooperativi arasında bağlanmış 31 avqust 2017-ci il tarixli, 78 №-li müqavilənin və Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 11 mart 2019-cu il tarixli, 187 №-li müqavilənin də etibarsız hesab edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçı müvafiq subyektiv hüquqa malik olmadığından qeyd olunan tələblər də araşdırılmamalıdır və təmin edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələbərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyinə görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda gösrərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılması və qanunsuz təmir işlərinin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: F.Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar