Məhkəmə qərarları › İş №e-2(3-8)-617/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-617/2026

18.08.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Mənzil mübahisələri - Digər - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-617/2026 18.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3 Mənzil Tikinti Kooperativinə, cavabdeh2 və cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X14 ibarət tərkibdə, X2 qızının katibliyi, iddiaçı İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh cavabdeh2, cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3 Mənzil Tikinti Kooperativinə, cavabdeh2 və cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılması və qanunsuz təmir işlərinin sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Iş materiallarında olan “Icraçı” “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X10 ilə “Payçı” İddiaçı Həmidulla qızı arasında bağlanmış ## #### 2007-ci tarixli müqavilənin surətindən görünür ki, “Icraçı” Abşeron rayon IH başçısının ##.##.2006-cı il tarixli, *** saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 4-cü blokunun 4-cü mərtəbəsində, ümumi sahəsi 75,1 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət olan ** nömrəli mənzili “Payçı”ya verməyi, “Payçı” isə müqavilədə göstərilmiş mənzilin ümumi dəyəri olan 25.720 manat məbləği tamamilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəməyi öhdəsinə götürmüşdür.

2. Iş materiallarında olan ## #### 2007-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 “A” saylı ünvanda inşa olunan binanın 4-cü blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 75,1 kv.m-dən ibarət olan 2 otaqlı ** saylı mənzilin pay dəyəri 25.720 manat payçı İddiaçı Həmidulla qızı tərəfindən tam ödənilmişdir, MMC-yə borcu yoxdur.

3. Iş materiallarında olan “Icraçı” cavabdeh1 Mənzil Tikinti Kooperativinin sədri X5 ilə “Payçı” cavabdeh2 arasında bağlanmış ## ###### 2017-ci tarixli müqavilənin surətindən görünür ki, “Icraçı” Abşeron rayon IH başçısının ##.##.2006-cı il tarixli, *** saylı sərəncamı ilə Xırdalan şəhəri, H.Əliyev prospekti 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 4-cü blokunun 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 79,9 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət olan ** nömrəli mənzili “Payçı”ya ayırmağı, “Payçı” isə müqavilədə göstərilmiş mənzilin ümumi dəyəri olan 51.935 manat məbləği tamamilə cavabdeh1 Mənzil Tikinti Kooperativinə ödəməyi öhdəsinə götürmüşdür.

4. Işdə olan ## ###### 2017-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdeh1 Mənzil Tikinti Kooperativinə məxsus Xırdalan şəhəri, H.Əliyev prospekti 1 A saylı ünvanda inşa olunan binanın 4-cü blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 79,9 kv.mdən ibarət olan 2 otaqlı ** saylı mənzilin pay dəyəri 51.935 manat payçı cavabdeh2 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur.

5. Iş materiallarında olan cavabdeh3 Mənzil Tikinti Kooperativi tərəfindən cavabdeh2 ünvanlanmış ## ###### 2019-cu il tarixli bildirişdən görünür ki, cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhərində cavabdeh1 MTK tərəfindən tikilən hündürmərtəbəli yaşayış binasının ## ###### 2017-ci il tarixli, ** №-li müqaviləyə əsasən 4-cü blok, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 79,9 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət ** №-li mənzilini pay kimi almışdır. cavabdeh2 tikinti şirkətinin sədri və şirkətin adının dəyişdirilməsi ilə əlaqədar sənədlərin yenilənməsinin tələb olunduğu, bu səbəbdən də 5 iş günü ərzində sənədlərin əsli ilə ofisə yaxınlaşmağı, əks halda onunla cavabdeh1 MTK arasında bağlanmış öhdəçilik müqaviləsinin öz hüquqi dəyərini itirəcəyi bildirilmişdir.

6. Iş materiallarında olan “Icraçı” cavabdeh3 Mənzil Tikinti Kooperativinin sədri X5 ilə “Payçı” cavabdeh2 arasında bağlanmış ## #### 2019-cu tarixli mənzil tikintisi haqqında müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “Icraçı” Abşeron rayon Icra Hakimiyyəti başçısının ##.##.2006-cı il tarixli, *** saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1 “A” ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 4-cü blokunun 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 79,9 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət olan * nömrəli mənzili “Payçı”ya ayırmağı, “Payçı” isə müqavilədə göstərilmiş mənzilin ümumi dəyəri olan 51.935 manat məbləği tamamilə cavabdeh3 Mənzil Tikinti Kooperativinə ödəməyi öhdəsinə götürmüşdür.

7. Iş materiallarında olan ## #### 2019-cu il tarixli maliyyə arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “xxxx” MMC-nin hüquqi varisi cavabdeh3 Mənzil Tikinti Kooperativinə məxsus ünvan 1 “A” ünvanında inşa olunan 5 (beş) bloklu 15 mərtəbəli yaşayış binasının 4-cü blokunun 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 79,9 kv.m-dən ibarət olan 2 otaqlı * saylı mənzilin dəyəri 51.935 manat payçı cavabdeh2 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur.

8. Iş materiallarında olan ##.##.2019-cu il tarixdə verilmiş icra vərəqəsinin surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ### 2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı İddiaçı cavabdeh “xxxx” MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia tələbi təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvandakı 12 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində, ümumi sahəsi 75.1 kv.metr olan 2 (iki) otaqdan ibarət ** nömrəli mənzilin iddiaçı İddiaçı təhvil verilməsi qət edilmiş və qətnamə üzrə icra vərəqəsi verilmişdir.

9. Iş materiallarında olan Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru X3, icra məmuru X1, tələbkar İddiaçı, “xxxx” MTK-nın rəhbəri X5 və hal şahidi Nümayəndə tərəfindən ## ######## 2021-ci il tarixdə tərtib edilmiş və imzalanmış aktın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə ##.##.2021-ci il tarixdə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi (“xxxx” MTK) ünvanında olmuşlar və Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən binanın 4-cü mərtəbəsində (6-cı mərtəbəsi) 75,1 kv.m olan 2 otaqlı ** nömrəli mənzil “xxxx” MTK-nın rəhbəri Emin Səməndərovun vasitəsi ilə iş üzrə tələbkar İddiaçı təhvil verilmişdir. Beləliklə icra sənədi icra olunmuşdur

10. Iş materiallarında olan ##.##.2021-ci il tarixli icraata xitam verilməsi haqqında qərarın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, icra sənədində qeyd olunan tələb borclu cavabdeh3 MTK tərəfindən tam şəkildə təmin olunmuş və Abşeron Rayon Məhkəməsinin *- ***-***/**** nömrəli, ##.##.2019-cu il tarixli icra sənədinə xitam verilmişdir.

11. Iş materiallarında olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi tərəfindən cavabdeh2 ünvanlanmış ## ######## 2023-cü il tarixli, *-**-*-**/*-**-****-*/**** saylı müraciətə baxılması barədə məktubun surətindən görünür ki, cavabdeh2 bildirilmişdir ki, ünvan 2 ünvanında yerləşən cavabdeh3 MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında yerləşən * nömrəli mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi barədə müraciətinə aidiyyəti üzrə baxılmışdır. Aparılan araşdırma zamanı ünvan 2 ünvanında yerləşən cavabdeh3 MTK-ya məxsus çoxmərtəbəli yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı müəyyən edilmişdir. Sözügedən yaşayış binası üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra mənzilə dair hüquqmüəyyənedici sənədlərin əsilləri (protokoldan çıxarış, maliyyə arayışı, eskiz cizgi) “xxxx” publik hüquqi şəxsinin * saylı Abşeron Ərazi Idarəsinə təqdim edildiyi təqdirdə hüquqların dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır.

12. Iş materiallarında olan * saylı Bakı Istintaq Təcridxanasında saxlanılan X5 tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanlanmış ##.##.2025-ci il tarixli ərizənin surətindən görünür ki, E.Səməndərov cavabdeh2 ərizəsinə cavab olaraq bildirmişdir ki, Xırdalan şəhəri, Heydər Əliyev propekti 1 A ünvanında yerləşən 15 mərtəbəli yaşayış binasının 4-cü blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 79,9 kv.m olan izoliyasiya olunmuş 2 otaqlı, ** saylı mənzilin alqı-satqısı üçün İddiaçı tərəfindən müəyyən məbləğdə pul ödənilmişdir. Lakin İddiaçı mənzilin dəyərini tam şəkildə ödəmədiyi üçün onunla bağlanmış alqı-satqı müqaviləsinə xitam verilərək ödədiyi vəsait geri qaytarılmışdır. Daha sonra sözügedən mənzili cavabdeh2 satmışdır. cavabdeh2 tərəfindən mənzilin dəyəri ona tam şəkildə ödənilmişdir. Ərizənin nəzərə alınmasını xahiş etmişdir.

13. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Abşeron Rayon Məhkəməsinə ünvanlanmış ## ###### 2025-ci il tarixli, *-**-*-*/*- ******/**** nömrəli məktubundan görünür ki, hüquqi şəxslərin dövlət qeydiyyatı barədə müraciətə (AVIS qeydiyyatı: ##.##.2025-ci il tarixli **************** nömrəli) Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Bildirilir ki, dövlət reyestrində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) ##.##.2005-ci il tarixdə 0207-A13-1003 nömrə ilə dövlət qeydiyyatından keçməsi, təsisçilərinin qərarına əsasən ##.##.2016-cı il tarixdə adının və təşkilati-hüquqi formasının dəyişdirilərək cavabdeh3 Mənzil- Tikinti Kooperativinə çevrilməsi barədə məlumat mövcuddur. ##.##.2016-cı il tarixdə təsdiq edilmiş Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Kooperativ “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin bazasında yaradılıb və onun hüquqi varisidir. Sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə təqdim etdiyi arayışa əsasən uçot məlumat bazasında cavabdeh3 Mənzil-Tikinti Kooperativinin fəaliyyətinin ##.##.2025-ci il tarixdən ##.##.2031-ci il tarixədək dayandırılması barədə qeyd aparılmışdır. Həmçinin reyestrdə cavabdeh1 Mənzil-Tikinti Kooperativinin (VÖEN: **********) ##.##.2017-ci il tarixdə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Reyestrdə cavabdeh1 Mənzil- Tikinti Kooperativinin hər hansı hüquqi şəxsin varisi olması barədə məlumat mövcud deyildir. Sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə təqdim etdiyi arayışa əsasən uçot məlumat bazasında cavabdeh1 Mənzil-Tikinti Kooperativinin fəaliyyətinin ##.##.2024-cü il tarixdən ##.##.2034-cü il tarixədək dayandırılması barədə qeyd aparılmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsindəki icraat

14. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3 Mənzil Tikinti Kooperativinə və cavabdeh2 qarşı mənzildən çıxartma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında yerləşən, 4-cü mərtəbədə, 2 otaqlı ** nömrəli, 75,1 kv.m sahəli mənzilin onun istifadəsinə verilməsini, həmin mənzilin cavabdeh cavabdeh2 tərəfindən boşaldılmasını və məhkəmə xərclərinin cavabdehlərin üzərinə qoyulmasını xahiş etmişdir.

15. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı “xxxx” MMC ilə ## #### 2007-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında yerləşən, 4-cü mərtəbədə 2 otaqlı, ** nömrəli 75.1 kv.m-dən ibarət sahəni almışdır. Mənzil ödənişdən sonra iddiaçıya təhvil verilmiş və bu barədə müvafiq təhvil-təslim protokolu tərtib olunmuşdur. Lakin sonradan məlum olmuşdur ki, mənzili inşa edən və satmış şirkət tərəfindən iddiaçıya verilməli olan mənzil başqa şəxsə - cavabdeh cavabdeh2 verilmiş, o təmir edib istifadə etməyə başlamışdır. Iddiaçı bu vəziyyətlə əlaqədar Abşeron Rayon Məhkəməsində iddia qaldıraraq ## ### 2019-cu il tarixli, *(***)-***/**** saylı qətnamə ilə mənzilin ona təhvil verilməsi barədə qətnamənin qəbul olunmasına nail olmuşdur. Həmin qətnamə Abşeron rayon icra və probasiya şöbəsinə göndərilmiş və icra edilərək mənzil iddiaçıya faktiki təhvil verilmişdir. Lakin mənzildə fiziki olaraq yaşamadığı zaman cavabdeh cavabdeh2 mənzili zəbt etmiş, orada təmir işləri aparmış və istifadə etməyə başlamışdır. Göstərilənlərə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında yerləşən, 4-cü mərtəbədə, 2 otaqlı ** nömrəli, 75,1 kv.m sahəli mənzilin iddiaçı İddiaçı istifadəsinə verilməsi, həmin mənzilin cavabdeh cavabdeh2 tərəfindən boşaldılması və məhkəmə xərclərinin cavabdehlərin üzərinə qoyulması xahiş edilmişdir.

16. Bundan sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh2 və cavabdeh3 Mənzil Tikinti Kooperativi arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında yerləşən, 4-cü mərtəbədə 2 otaqlı, ** nömrəli, 75,1 kv.m sahəli mənzilə dair ## ###### 2017-ci il tarixdə bağlanılmış ** saylı müqavilənin etibarsız hesab edilməsini, cavabdeh cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında yerləşən, 4-cü mərtəbədə 2 otaqlı, ** nömrəli, 75,1 kv.m sahəli mənzilin alınaraq iddiaçı İddiaçı istifadəsinə verilməsini və cavabdeh tərəfindən boşaldılmasını, ödənilmiş dövlət rüsumunun və digər məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulmasını, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında yerləşən, 4-cü mərtəbədə, 2 otaqlı ** nömrəli, 75,1 kv.m sahəli mənzildə giriş qapısı və pəncərələrdən başqa aparılmış təmir işlərinin sökülməsi öhdəliyinin cavabdeh cavabdeh2 üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

17. Daha sonra iddiaçı İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh2 ilə cavabdeh3 Mənzil Tikinti Kooperativi arasında bağlanmış ##.##.2017-ci il tarixli, ** №-li alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, cavabdeh cavabdeh2 ilə cavabdeh1 Mənzil Tikinti Kooperativi arasında bağlanmış ##.##.2017-ci il tarixli, ** №-li alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, cavabdeh cavabdeh2 ilə “xxxx” Mənzil Tikinti Kooperativi arasında bağlanmış ##.##.2019-cu il tarixli, *** №-li alqısatqı müqaviləsinin etibarsız hesab edilməsini, mübahisəli Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A, 4-cü mərtəbə, 2 otaqlı, ** nömrəli, 75,1 kv.m sahədən ibarət mənzilin cavabdeh2 alınaraq onun istifadəsinə verilməsini və mənzilin boşaldılmasını, mənzildə giriş qapısı və pəncərədən başqa aparılmış qanunsuz təmir işlərinin cavabdehin hesabına sökülməsi öhdəliyinin qoyulmasını, ödənilmiş dövlət rüsumunun və digər məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

18. Iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə təqdim olunmuş cinayət işinin materiallarından görünür ki, cavabdeh cavabdeh2 həmin mənzilə dair ##.##.2017-ci il tarixli, ** №-li və ##.##.2019-cu il tarixli, *** №-li alqı-satqı müqavilələrinin bağlandığını özü də istintaqda verdiyi ifadə ilə təsdiq etmişdir. O istintaqda 2017-ci ilin avqust ayında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1A ünvanında yerləşən binada cavabdeh1 MTKya müraciət etdiyini, X5 ilə danışaraq 48.000 manat ödəyib 4-cü mərtəbədə ** nömrəli mənzili aldığını bildirmişdir. Daha sonra həmin müqavilə onun iradəsindən kənar geri alınmış, əvəzində ##.##.2019-cu il tarixli, *** №-li başqa müqavilə verilmiş və mənzil nömrəsi dəyişdirilmişdir. Bu ifadə cavabdehin aldığı ilk mənzilin iddiaçının mənzili olduğunu, cavabdehin özünün də aldadıldığını etiraf etdiyini, buna baxmayaraq iddiaçıya məxsus mənzilə daxil olub zəbt etdiyini sübut edir. Bundan başqa, Abşeron Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli qətnaməsi və həmin qətnamə üzrə verilmiş icra vərəqəsi əsasında mənzil ##.##.2021-ci il tarixində iddiaçı İddiaçı təhvil verilmişdir. Icra aktı həm icra məmuru, həm də cavabdeh tərəfin nümayəndəsi tərəfindən imzalanmışdır. Buna baxmayaraq, cavabdeh daha sonra mənzili qanunsuz şəkildə yenidən zəbt etmişdir. Göstərilənlərə əsasən cavabdeh cavabdeh2 ilə cavabdeh3 Mənzil Tikinti Kooperativi arasında bağlanmış ##.##.2017-ci il tarixli, ** №-li alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh cavabdeh2 ilə cavabdeh1 Mənzil Tikinti Kooperativi arasında bağlanmış ##.##.2017-ci il tarixli, ** №-li alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh cavabdeh2 ilə cavabdeh3 Mənzil Tikinti Kooperativi arasında bağlanmış ##.##.2019-cu il tarixli, *** №-li alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mübahisəli Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A, 4-cü mərtəbə, 2 otaqlı, ** nömrəli, 75,1 kv.m sahədən ibarət mənzilin cavabdeh2 alınaraq iddiaçı İddiaçı istifadəsinə verilməsi və mənzilin boşaldılması, mənzildə giriş qapısı və pəncərədən başqa aparılmış qanunsuz təmir işlərinin cavabdehin hesabına sökülməsi öhdəliyinin qoyulması, ödənilmiş dövlət rüsumunun və digər məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması xahiş edilmişdir.

19. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3 Mənzil Tikinti Kooperativinə, cavabdeh2 və cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılması və qanunsuz təmir işlərinin sökülməsi tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir (hakim Fərid Əyyubov).

20. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh cavabdeh2 ilə cavabdeh3 Mənzil Tikinti Kooperativi arasında bağlanmış ##.##.2017-ci il tarixli, ** №-li alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, cavabdeh cavabdeh2 ilə cavabdeh1 Mənzil Tikinti Kooperativi arasında bağlanmış ##.##.2017-ci il tarixli, ** №-li alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, cavabdeh cavabdeh2 ilə cavabdeh3 Mənzil Tikinti Kooperativi arasında bağlanmış ##.##.2019-cu il tarixli, *** №-li alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, mübahisəli Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A, 4cü mərtəbə, 2 otaqlı, ** nömrəli, 75,1 kv.m sahədən ibarət mənzilin cavabdeh2 alınaraq onun istifadəsinə verilməsini və mənzilin boşaldılmasını, mənzildə giriş qapısı və pəncərədən başqa aparılmış qanunsuz təmir işlərinin cavabdehin hesabına sökülməsi öhdəliyinin qoyulmasını tələb etmək üçün iddiaçı subyektiv hüquqa malik olmadığından iddia tələbi əsassızdır və təmin edilməməlidir.

21. Məhkəmə hesab etmişdir ki, İddiaçı ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ## #### 2007-ci il tarixdə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa olunmuş 12 mərtəbəli yaşayış binasının 4-cü blok, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 75,1 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət ** nömrəli mənzilin 25.720 manata (1 kv.metri 342 manata) satılması barədə müavilə bağlanmış və mənzilin dəyəri İddiaçı tərəfindən MMC-yə ödənilmişdir. Daha sonra cavabdeh2 ilə cavabdeh1 Mənzil Tikinti Kooperativi arasında ## ###### 2017-ci il tarixdə Xırdalan şəhəri, H.Əliyev prospekti 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış binasının 4-cü blokunun 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 79,9 kv.m olan, izolə olunmuş 2 otaqdan ibarət ** nömrəli mənzilini 51.935 manata (1 kv.metri 650 manat) satılması barədə ** №-li müqavilə bağlanmış və müqaviləyə əsasən mənzilin dəyəri cavabdeh2 tərəfindən MMC-yə ödənilmişdir. Bundan sonra isə tikinti şirkətinin sədri və şirkətin adının, həmçinin binanın layihəsinin dəyişdirilməsi ilə bağlı cavabdeh2 cavabdeh1 Mənzil Tikinti Kooperativi ilə bağlanmış müqavilə geri alınmış, bu müqavilə əsasında “xxxx” MMC-nin hüquqi varisi cavabdeh3 MTK ilə cavabdeh2 arasında *** saylı, ## #### 2019-cu il tarixli müqavilə bağlamışdır. Bu müqaviləyə görə isə cavabdeh1 Mənzil Tikinti Kooperativi ilə bağlanmış ## ###### 2017- ci il tarixli müqaviləyə əsasən Xırdalan şəhəri, H.Əliyev prospekti 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış binasının 4-cü blokunun 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 79,9 kv.m olan, izolə olunmuş 2 otaqdan ibarət ** nömrəli mənzilə görə ödənilən 51.935 manat - Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1 “A” ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 4-cü blokunun 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 79,9 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət * nömrəli mənzillə əvəzləşdirilmişdir. Həmçinin işdən görünür ki, hər iki şəxsə mübahisəli mənzillərin dəyərinin tam ödənilməsi ilə bağlı maliyyə arayışları verilsə də, həmin daşınmaz əmlakla bağlı nə iddiaçı, nə də cavabdeh mülkiyyət hüquqlarını müvafiq qurumda qeydə aldırmamışlar. Bundan başqa, əmlaka görə tərəflərin ödədikləri vəsaitin bilavasitə MMC-nin və MTK-nın hesabına keçirilməsini təsdiq edən və ciddi maliyyə blankı hesab olunan kassa mədaxil orderləri mövcud deyildir. Bununla belə, mübahisəli mənzilin hazırda cavabdeh cavabdeh2 faktiki istifadəsində və sahibliyində olması işin mübahisəsiz hallarındandır. Bu faktı iddiaçı və cavabdeh tərəf də öz izahatlarında vurğulamışdır. Eləcə də B.Məmmmədov tərəfindən mənzilin təmir edilməsi, hazırda mənzilin tam təmirli, yaşayışa yararlı olması və cavabdeh2 həmin mənzildə yaşaması işin mübahisəsiz halıdır. Hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin ## ### 2019-cu il tarixli, *(***)-***/**** saylı qətnaməsinin icrası üzrə ## ###### 2019-cu il tarixdə verilmiş icra vərəqəsinin icrası ilə bağlı ## ######## 2021-ci il tarixdə akt əsasında hazırda cavabdeh2 yaşadığı mənzilin ona təhvil verildiyini, bununla da mübahisəli mənzil üzərində hüququnun yarandığını, lakin 2024-cü il tarixdə cavabdeh cavabdeh2 tərəfindən onun mənzil üzərindəki bu hüququnun pozularaq zəbt edildiyini qeyd etsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iş üzrə cavabdeh cavabdeh2 tərəfindən məhkəmə təqdim edilmiş qonşu və mənzili təmir edən ustaların ifadələrindən görünür ki, mənzildə təmir işləri 2019-cu il tarixdə başa çatmış, 2020-ci il tarixdən isə cavabdeh2 ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Bundan sonra şahid qismində dindirilən Abşeron Rayon Məhkəməsinin ## ### 2019-cu il tarixli, *(***)-***/**** saylı qətnaməsi üzrə ## ###### 2019-cu il tarixdə verilmiş icra vərəqəsinin icra edən və bununla bağlı ## ######## 2021-ci il tarixli aktı tərtib edən icra məmurları X1 və X3 ifadələrində iddiaçı İddiaçı binanın 6-cı mərtəbəsində yerləşən boş və təmirsiz mənzili təhvil verdiklərini, qeyd olunan mənzili onlara həmin dövrdə cavabdeh3 MTK-nın direktoru işləyən X5 tərəfindən göstərildiyini bildirmişlər. Həmçinin şahid qismində dindirilən X1 ifadəsində icra sənədinin icra etdikləri dövrdə mənzilin təmirli olduğunu və mənzildə başqa şəxsin yaşadığını görsəydilər, icra sənədini icra etməyəcəklərini və bu halı tərtib ediləcək aktda mütləq şəkildə göstərəcəklərini bildirmişdir. Həmçinin şahid qismində dindirilən X3 ifadəsində icra sənədini icra etdikləri dövrdə mənzilin təmirli olduğunu və mənzildə başqa şəxsin yaşadığını görsəydilər, icra sənədini icra edəcəkləri halda belə müəyyən etdikləri bu faktiki halları tərtib ediləcək aktda mütləq şəkildə göstərəcəklərini bildirmişdir. Həmçinin məhkəmə iclasında 2 dəfə şahid qismində dindirilən cavabdeh3 MTK-nın direktoru işləyən X5 ifadəsində ilk əvvəl binanın 6-cı, sonra isə 4-cü mərtəbəsinin iddiaçıya təhvil verildiyini, cavabdeh cavabdeh2 məxsus mənzilin iddiaçıya təhvil verilmədiyini, ümumiyyətlə ##.##.2021-ci il tarixli aktla mənzilinin iddiaçıya düzgün təhvil verilmədiyini, iddiaçıya təhvil verilən mənzillə binanın 5-ci mərtəbəsində yerləşən cavabdeh2 məxsus mənzillərin ayrı-ayrı mənzillər olduğunu qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili izahatlarında ##.##.2021-ci il tarixdə cavabdeh cavabdeh2 hazırda yaşadığı mənzilin onlara təhvil verdildiyini iddia etsələr də, onların izahatları iş materialı (##.##.2021-ci il tarixli mənzilin iddiaçıya təhvil verilməsi barədə akt) və şahid ifadələri ilə üst-üstə düşmür və öz təsdiqi tapmır. Həmçinin iddiaçı tərəfin bu izahatı ümumiyyətlə işdəki sənədlər, cavabdeh tərəfin izahatı və məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları ilə öz təsdiqini tapmır.

22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 157.2-ci, 337-ci maddələri və Mülki Prosessual Məcəlləsinin 4.1-ci, 14.2, 217.3, 217.4, 119, 216-220, 233 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətlərinin dəlilləri

23. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Iddiaçı İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində çıxarıldığına görə tamamilə ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, o, ## #### 2007-ci il tarixdə “xxxx” MMC ilə bağladığı alqı-satqı müqaviləsi əsasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında, 4-cü mərtəbədə, 2 otaqlı, ** nömrəli, 75,1 kv.m sahəli mənzili 25.720 manat tam ödəniş etməklə almışdır. Maliyyə arayışı tam ödənişi təsdiq edir. Mənzil uzun müddət ona təhvil verilmədiyindən, iddiaçı Abşeron Rayon Məhkəməsində iddia qaldırmış, Məhkəmənin ##.##.2019-cu il tarixli, 2(012)- ***/**** nömrəli qətnaməsi ilə onun iddiası tam təmin edilmiş, mənzilin ona təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə üzrə verilmiş icra vərəqəsi əsasında Abşeron Rayon Icra və Probasiya Şöbəsinin icra məmurları ## ######## 2021-ci il tarixdə mənzili iddiaçıya faktiki olaraq təhvil vermişlər. Bu barədə akt icra məmurları, cavabdeh3 MTK-nın rəhbəri Emil Səməndərov, iddiaçı və onun vəkili olmaqla 5 şəxs tərəfindən imzalanmış, ##.##.2021-ci il tarixdə icraata xitam verilmişdir. Sonradan iddiaçı mənzilini zəbt etmiş cavabdeh cavabdeh2 orada yaşadığını müəyyən etmiş, onu çıxartmaq üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh cavabdeh2 qiymət ödədiyi şirkət isə cavabdeh1 MTK olmuşdur ki, bu şirkətin həmin binada mənzil satmaq üçün heç bir hüquqi əsası olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsinə əsasən məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün aşağıdakı əsaslar mövcuddur. Məhkəmə iddiaçının müqavilə əsasında yaranan subyektiv hüquqlarını yanlış qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi iddiaçının müvafiq subyektiv hüquqa malik olmadığı nəticəsinə gəlmişdir. Bu nəticə açıq şəkildə qanuna ziddir. Iddiaçı “xxxx” MMC ilə ##.##.2007-ci il tarixli alqı-satqı müqaviləsi bağlamışdır. Bu müqavilə MM-nin 466-476-cı maddələri çərçivəsində qanuni satış müqaviləsidir. Mənzilin tam dəyəri 25.720 manat ##.##.2007-ci il tarixdə “xxxx” MMC -yə ödənilmiş, müvafiq maliyyə arayışı təqdim edilmişdir. Mülki Məcəllənin 570-ci maddəsinə görə öhdəlik tam yerinə yetirilmişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi iddiaçının mənzilə hüququnu rəsmi olaraq müəyyən etmiş və həmin mənzilin ona təhvil verilməsini qət etmişdir. Bu qətnamə qüvvəsini itirməmişdir. ##.##.2021-ci il tarixli rəsmi akt əsasında mənzil ona faktiki olaraq təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi bu əmlak hüququnu dövlət müdafiəsi altında qoruyur. Beləliklə, iddiaçının müqavilə, ödəniş, məhkəmə qətnaməsi və icra aktı ilə əsaslandırılmış subyektiv hüququ mövcuddur. Birinci instansiya məhkəməsinin bu hüququ tanımaqdan imtina etməsi Mülki Məcəllənin 157.2, 447, 570 və Konstitusiyanın 29-cu maddələrini birbaşa pozur. Məhkəmə cavabdeh1 MTK ilə bağlanmış müqavilələri etibarsız elan etməyi əsassız olaraq rədd etmişdir. Birinci instansiya məhkəməsi cavabdeh1 MTK ilə bağlanmış müqavilələrin etibarsızlığı tələbini araşdırmamışdır. Halbuki Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin ##.##.2025-ci il tarixli, 3- **-*-*/*-******/**** nömrəli rəsmi məktubunda dəqiq olaraq göstərilmişdir ki, cavabdeh1 MTK tamamilə ayrı təsis edilmiş qurumdur, heç bir hüquqi şəxsin varisi deyil, “xxxx” MMC və ya cavabdeh3 MTK ilə ona binanın tikintisi ya da mənzil satışı üçün hər hansı əlaqəsi yoxdur. Abşeron Rayon Icra Hakimiyyətinin ##.##.2006-cı il tarixli, *** nömrəli sərəncamı ilə yalnız “xxxx” MMC-yə torpaq sahəsinin ayrılması müəyyən edilmişdir. Tikinti Dövlət Reyestrinin çıxarışı da bunu təsdiq edir. Hətta məhkəmə iclasında şahid qismində dindirilən Emil Səməndərov özü etiraf etmişdir ki, cavabdeh3 MTK ilə cavabdeh1 MTK arasında birgə təsərrüfat müqaviləsi mövcud olmuş, lakin bu müqavilənin hüdudları aşılmış və cavabdeh1 MTK 2018-ci ilin avqust ayından sonra binanın tikintisindəki bütün səlahiyyətlərini itirmişdir. Mülki Məcəllənin 331.1,332 və 323-cü maddələrinə əsasən, hüquqi əsası olmayan şəxs tərəfindən bağlanan müqavilə etibarsızdır. cavabdeh1 MTK-nın həmin mənzili satmaq səlahiyyəti olmadığından, Bəhram Məmmədovla bağlanan ##.##.2017 tarixli ** №-li və ##.##.2019 tarixli *** №-li müqavilələr başlanğıcdan etibarsızdır. Məhkəmə bu maddi hüquq normalarını tətbiq etməmiş, nəticədə iddiaçı Konstitusiyanın 29-cu maddəsi ilə təmin edilmiş mülkiyyət hüququndan məhrum edilmişdir. Məhkəmə mərtəbə məsələsini də düzgün araşdırmamışdır. Məhkəmə qətnaməsinin əsas arqumenti ondan ibarətdir ki, ##.##.2021-ci il tarixli icra aktında iddiaçıya binanın 6-cı mərtəbəsinin təhvil verildiyi qeyd edilmişdir, cavabdeh isə “5-ci mərtəbədə” yaşayır. Buna əsaslanaraq məhkəmə hesab etmişdir ki, iddiaçıya başqa mənzil verilmişdir. Lakin bu nəticəyə gəlmək üçün aşağıdakı əsaslı suallar araşdırılmamışdır. Aktda mötərizə içərisində “6-cı mərtəbə” qeydi icra məmuru Vadim Əliyevin şahid ifadəsinə əsasən məhz Emil Səməndərovun göstərişi ilə yazılmışdır. Yəni, mənzilin göstərilməsi tamamilə Səməndərovun öhdəsindəki idi. Məhkəmə bu faktı düzgün qiymətləndirməmişdir. Icra məmuru Vadim Əliyev şahid ifadəsində açıqca bildirmişdir ki, “iddiaçıya təhvil veriləcək mənzili cavabdeh3 MTK-nın nümayəndəsi onlara göstərmişdir”. Deməli, mənzilin göstərilməsindən qanuni olaraq məsul olan şəxs icra məmurları deyil, Səməndərovdur. 11.2021-ci il icra aktında qeyd olunan “4-cü mərtəbə (mötərizədə 6-cı mərtəbə)” ifadəsi özü icra sənədinə (qətnaməyə) uyğun gəlir: qətnamədə məhz “4-cü mərtəbədə” qeyd edilmişdir. Məhkəmə bu uyğunluğu nəzərə almamışdır. Məhkəmə “hansı mərtəbənin hansına düşdüyü” məsələsini həll etmək üçün müstəqil ekspertiza təyin etməmiş, binaya yerindəcə baxış keçirməmişdir. MPM-nin 80 və 88-ci maddələrinə əsasən məhkəmə bütün sübutları tam araşdırmalıdır. Məhkəmə cinayət işinin materiallarını tam araşdırmamışdır. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatında olan Emil Səməndərovun cinayət işinin materiallarında mübahisəli mənzillə bağlı əhəmiyyətli sübutlar mövcuddur. Vəkil tərəfindən ##.##.2026-cı il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş vəsatət bu materiallarla tanış olmaq məqsədi ilə verilmişdir. Həmin materialların araşdırılması mənzil mübahisəsinin həqiqi hallarını ortaya çıxara bilərdi. Məhkəmə bu zəruri araşdırmanı etməmişdir. Emil Səməndərovun ifadəsinə həddindən artıq etibar edilmişdir. Məhkəmə öz qərarını böyük ölçüdə Emil Səməndərovun ifadəsinə əsaslandırmışdır. X6 Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatında təqsirləndirilən şəxs qismindədir. O, iş üzrə birbaşa marağı olan şəxsdir. Səməndərovun iddiaçıya göndərdiyi ərizədə açıqca yazılmışdır ki, iddiaçı ilə rəsmi alqı-satqı müqaviləsi bağlanmış və müəyyən məbləğ ödənilmişdir. Bu ifadə iddiaçının hüquqlarının mövcudluğunu birbaşa təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilən Səməndərov bir əvvəl binanın 6-cı mərtəbəsinin, sonra isə 4-cü mərtəbəsinin iddiaçıya təhvil verildiyini söyləmiş bu ziddiyyətli ifadələr onun etibarsızlığını göstərir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutları “obyektiv, qərəzsiz, hərtərəfli” qiymətləndirməli idi. Həmin şəxsin yəni Emil Səməndərovun özü də etiraf etmişdir ki, mənzillər eyni binada 2-3 nəfərə birdən satılmışdır. Bu cinayət faktı onun ifadəsinin iddiaçı əleyhinə birtərəfli şərh edilməsini qeyri-mümkün edir. Cavabdehin icra aktı ilə bağlı mövqeyi sübut edilməmişdir. Cavabdeh cavabdeh2 iddia etmişdir ki, 2019-2020-ci illərdən mənzildə yaşayır, deməli iddiaçıya başqa mənzil verilmişdir. Lakin icra məmuru Vadim Əliyev məhkəmə iclasında açıqca bildirmişdir: “mənzil iddiaçıya təhvil veriləndə cavabdeh cavabdeh2 orda görməmişdir”, “mənzil boş və təmirsiz idi”. Bu şahid ifadəsi cavabdehin mövqeyini birbaşa inkar edir. Icra məmuru Nicat Ramazani də bildirmişdir: “təhvil veriləcək mənzildə başqa şəxs müəyyən edilsə idi, bu aktda qeyd olunardı” - aktda isə belə hal qeyd edilməmişdir. Cavabdeh tərəfindən mənzili təmir edən ustaların ifadəsi 2018-2020-ci illərdəki əməliyyatlara aiddir. Bu tarixlər ##.##.2021-ci il tarixli icra aktından əvvəldir. Məhkəmə bu xronologiyanı düzgün qiymətləndirməmişdir. Cavabdehin öz izahatı həm iddiaçının mənzilini, həm də öz iddiasının əsassızlığını sübut edir. Məhkəmə cavabdeh cavabdeh2 izahatlarını lazımi diqqətlə qiymətləndirməmişdir. Halbuki cavabdehin məhkəmədə verdiyi izahatlar bir sıra əleyhinə olan faktları özü təsdiq edir. Cavabdeh Emil Səməndərovun iddiaçıya məxsus mənzili ondan alaraq özünə satdığını özü təsdiq etmişdir. Cavabdeh məhkəmədə açıqca bildirmişdir ki, “Emil Səməndərov mənzili 1-ci sahibindən pulunu qaytarıb aldığını və ona satdığını bildirmişdir.” Bu bəyanatda “1-ci sahib” dedikdə məhz iddiaçı İddiaçı nəzərdə tutulur. Belə ki, o, 2007-ci ildə həmin mənzili “xxxx” MMC-dən almış ilk şəxsdir. Beləliklə, cavabdehin öz izahatı ilə mübahisəli mənzilin iddiaçıya məxsus mənzil olduğu bir daha sübut edilmişdir. Cavabdeh mənzil nömrəsinin 13-dən 9-a dəyişdirilməsini özü etiraf etmişdir, bu isə onun hazırda yaşadığı mənzilin iddiaçının mənzilindən fərqli olduğunu göstərir. Cavabdeh izahatında göstərmişdir ki, onunla mənzilə dair müqavilə 2017-ci il tarixdə bağlanmışdır. Həmin dövrdə müqavilədə mənzilin nömrəsi 13 (on üç) idi. Həm MTK-nın adı dəyişdirildiyinə görə, həm də yaşayış sahəsi qeyri-yaşayış sahəsinə dəyişdirildiyinə görə aldığı mənzilin nömrəsi 13-dən 9-a dəyişdirilmişdir. Yəni, 4 (dörd) ədəd mənzil qeyri-yaşayış sahəsi ilə əvəzləşdirilmişdir. cavabdeh3 MTK ilə bağlanan müqavilədə mənzilin nömrəsi dəyişdirilib 9 (doqquz) edilmişdir. Lakin bu dəyişiklik mərtəbə yerində qalmaq şərti ilə aparılmışdır.” Bu izahatdan aydın olur ki, cavabdeh əslində iddiaçının ** nömrəli mənzilini əvvəlcə alıb, lakin sonradan həmin mənzil müqaviləsi dəyişdirilərək ona * nömrəli mənzil verilib. Yəni cavabdehin hazırda qanunsuz zəbt etdiyi ** nömrəli mənzil onun aldığı mənzil deyil. Həmin mənzil iddiaçınındır. Cavabdehin ödənişi cavabdeh1 MTK-ya etdiyi, cavabdeh3 MTK ilə bağlanan ikinci müqavilənin isə hüquqi əhəmiyyəti yoxdur. Cavabdeh özü etiraf etmişdir ki, mənzilin dəyərini cavabdeh1 MTK-ya ödəmişdir. Artıq müəyyən edilmişdir ki, cavabdeh1 MTK-nın həmin mənzili satmaq üçün heç bir qanuni səlahiyyəti olmayıb. Ödənişin həmin qeyri-səlahiyyətli şirkətə edilməsi müqaviləni etibarlı etmir. Sonradan formal olaraq cavabdeh3 MTK ilə ikinci müqavilənin bağlanması isə ödənişin kimə edildiyini dəyişdirmir. Pul birinci şirkətə köçürülmüşdü. Belə olan halda cavabdehin iddiaçının mənzilinə hüquqi əsasla sahib olduğunu söyləmək mümkün deyil. Cavabdeh X11lə bağlı ziddiyyətli ifadə vermişdir. Cavabdeh məhkəmə iclas materiallarından görünür ki, bir yerdə X11i tanıdığını, digər yerdə isə tanımadığını bildirmişdir. Bu açıq ziddiyyət cavabdehin ifadəsinin ümumi etibarsızlığını bir daha göstərir. Üstəlik, X11 özü ifadəsində cavabdehin mənzilindən 2 mərtəbə aşağıda yaşadığını bildirmişdir. Deməli, o, cavabdehin mənzilinin içini, orada görülmüş təmir işlərinin nə vaxt aparıldığını bilavasitə müşahidə etmək imkanında olmayıb. Bu səbəbdən onun cavabdehin mənzilindəki təmirin tarixi barədə izahatları bilavasitə müşahidəyə deyil, söz-söhbətə əsaslanır və mötəbər sübut sayıla bilməz. Emil Səməndərovun “iddiaçını tanımıram” ifadəsi öz ərizəsi ilə ziddiyyət təşkil edir. Emil Səməndərov məhkəmə iclasında iddiaçı İddiaçı tanımadığını bildirmiş, lakin eyni zamanda Sumqayıt Apellyasiya Məhkəməsinə göndərdiyi ##.##.2025-ci il tarixli ərizəsində açıqca yazmışdır ki, İddiaçı ilə müqavilə bağlanmış, o müəyyən məbləğ ödəmiş, lakin tam ödəmədiyi üçün müqaviləyə xitam verilmiş, pul geri qaytarılmışdır. Bir şəxsin tanımadığı biri ilə müqavilə bağlaması, onunla maliyyə hesablaşmaları aparması, o şəxsin ödəmələrini izləməsi qeyrimümkündür. Bu ziddiyyət Emil Səməndərovun şahid qismindəki bütün ifadəsinin etibarsız və qərəzli olduğunu açıq şəkildə sübut edir. Emil Səməndərovun öz izahatı iddiaçının həmin ** nömrəli mənzilə hüququnu birbaşa təsdiq edir. Məhkəmə iclasında Emil Səməndərov izahatında bildirmişdir ki, “Elman Tağıyevdən sonra, ondan əvvəl MMC-nin direktoru olan Rafiq Nəsirov iddiaçı mənzilin kredit borcunu ödəmədiyindən İddiaçı ilə bağlanmış müqaviləyə xitam vermiş, onun mənzilini beşinci bloka keçirmişdir.” Bu ifadə açıqca göstərir ki, iddiaçının əvvəlcə məhz ** nömrəli (hazırda mübahisəli) mənzili aldığı, lakin sonradan şirkətin daxili qərarı ilə müqaviləyə birtərəfli xitam verildiyi qəbul edilir. Bununla belə, belə birtərəfli xitam Mülki Məcəllənin müvafiq müddəaları çərçivəsində yalnız məhkəmə qərarı ilə mümkündür. Ödənişin qismən geri qaytarılması isə sübut olunmamış iddiadır. Üstəlik, müqaviləyə xitam verilmə faktı öz-özünə iddiaçının mənzilə hüququnu sona çatdırmır. Iddiaçı bu qərarı heç bir zaman qəbul etməmiş, məhkəmə vasitəsilə hüququnu qorumuş və 2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnamə ilə mənzilə hüququ rəsmən tanınmışdır. Emil Səməndərov cavabdeh1 MTK ilə cavabdeh3 MTK arasında birgə müqavilə olduğunu iddia etmişdir. Lakin bunu sübut edən heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Emil Səməndərov izahatında bildirmişdir ki, cavabdeh1 MTK ona məxsus şirkətdir. cavabdeh3 MTK ilə cavabdeh1 MTK arasında birgə təsərrüfat müqaviləsi mövcud olmuşdur. Həmin müqaviləyə əsasən binanın 4-cü və 5-ci blokları cavabdeh1 MTK tərəfindən tikilib təhvil verilməli idi. Həmçinin, həmin müqaviləyə əsasən cavabdeh1 MTK-nın həmin bloklarda yerləşən mənzillərə dair sərəncam vermək, mənzillərin alqı-satqısını həyata keçirmək və mənzilləri addan ada keçirmək hüququ olmuşdur. Daha sonra proseslərin gedişində nəinki 4-cü və 5-ci blokların, bütün binanın təhvil verilməsi ona tapşırılmışdır. Belə ki, bütün binaya dair işlərin aparılması yenidən yeganə olaraq xxxx MTK-ya tapşırılmışdır. Nəticə etibarı ilə prosesin gedişində cavabdeh3 MTK adına keçirilmişdir. Bundan sonra isə cavabdeh1 MTK binada fəaliyyətini dayandırmışdır. “Bu izahatla bağlı aşağıdakı hüquqi qiymət verilməlidir. Sözügedən birgə təsərrüfat müqaviləsi məhkəməyə sübut kimi təqdim edilməmişdir. Emil Səməndərov bu müqavilənin mövcud olduğunu yalnız şifahi şəkildə iddia etmişdir. MPM-nin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübut edilməmiş şifahi iddia hüquqi nəticə yaratmır. Dövlət Vergi Xidmətinin rəsmi məlumatı bu iddianı birbaşa inkar edir. Dövlət Vergi Xidmətinin ##.##.2025-ci il tarixli rəsmi məktubunda açıqca göstərilmişdir ki, cavabdeh1 MTK heç bir hüquqi şəxsin varisi deyil, onunla “xxxx” MMC və ya cavabdeh3 MTK arasında hər hansı hüquqi əlaqə reyestrdə qeydə alınmayıb. Rəsmi dövlət qeydiyyatı məlumatı şahid şifahi iddiasından üstündür. Emil Səməndərovun özünün dediyi kimi, cavabdeh1 MTK 2018-ci ilin avqust ayından etibarən binanın tikintisindəki səlahiyyətlərini itirmiş, fəaliyyətini dayandırmışdır. Cavabdeh cavabdeh2 isə həmin cavabdeh1 MTK ilə ##.##.2017-ci il tarixdə müqavilə bağlamışdır, yəni şirkətin hüquqi vəziyyəti artıq mübahisəli olduğu bir dövrdə. Üstəlik, iddia olunan “səlahiyyətin” mənzilin sahibi olan “xxxx” MMC-dən (xxxx-ya) qanuni keçid zənciri ilə müəyyən edilməsinin sənədli əsası yoxdur. Iki şirkətin eyni şəxsə Emil Səməndərova məxsus olması özlüyündə qanuni birləşmə yaratmır. Mülki Məcəllənin 46-cı maddəsinə əsasən müxtəlif hüquqi şəxslər ayrı-ayrı hüquq subyektləridir; onların eyni fiziki şəxsə məxsus olması onların öhdəliklərini, mülkiyyət hüquqlarını və səlahiyyətlərini birləşdirmir. cavabdeh1 MTK-nın aparıb ödənişini aldığı müqavilə, cavabdeh3 MTK adına olan torpaq sərəncamı altındakı mənzili əhatə edə bilməz. Icra məmurunun ifadəsi mənzil məsələsindəki iddia olunan uyğunsuzluğu çürüdür. Məhkəmə qətnaməsinin əsas dayaq nöqtələrindən biri ##.##.2021-ci il tarixli aktda mənzilin “6-cı mərtəbə” olaraq qeyd edilməsi ilə qətnamədəki “4-cü mərtəbə” arasındakı rəqəm fərqi olmuşdur. Lakin bu məsələni icra məmuru Vadim Əliyevin öz ifadəsi tam aydınlaşdırmış icra məmuru Vadim Əliyev məhkəmədə açıqca bildirmişdir ki, “Qətnamə üzrə verilən icra vərəqəsində 4-cü mərtəbədə yerləşən mənzilin veriləcəyi göstərildiyi halda, təqdim edilən mənzilin 6-cı mərtəbədə yerləşdiyini görsəydilər onlar icra sənədini icra etməzdilər. Əgər yerində mənzil təhvil veriləndə problem aşkar edilsə idi, icra sənədi icra edilməzdi.” Bu ifadə o deməkdir ki, icra məmurlarının gözündə heç bir uyğunsuzluq müşahidə edilməmişdir. Onlar tam əmin olmuşlar ki, qətnamədəki mənzili yerinə yetirirlər. Aktdakı “6-cı mərtəbə” qeydi uyğunsuzluq deyil, texniki izahatdır. Həmin vaxtı binada 2 mərtəbə qeyri-yaşayış sahəsi hesab edildiyi üçün yaşayışın 4-cü mərtəbəsi fiziki olaraq binanın 6-cı mərtəbəsinə düşürdü. Icra məmurları bunu anlayaraq aktda həm qətnaməyə uyğun “4-cü mərtəbəni, həm də faktiki vəziyyəti “(6-cı mərtəbəni)” mötərizədə qeyd etmişlər. Bu texniki qeyd heç bir hüquqi uyğunsuzluq yaratmır və qətnamənin icrasının başqa mənzildə həyata keçirildiyini göstərmir. Icra məmuru Nicat Ramazani də eyni istiqamətdə ifadə vermişdir ki, “Mötərizə içərisində 6-cı mərtəbə qeyd etmələrinin səbəbi hansı mənzili təhvil verdiklərini dəqiqləşdirmək məqsədi ilə aparılmış qeyddir.” Deməli, bu qeyd iddiaçıya başqa mənzilin verilməsini deyil, tam əksinə, qətnaməyə uyğun mənzilin dəqiq müəyyənləşdirildiyi faktını sübut edir. Məhkəmə icra məmurunun bu açıq izahatını nəzərə almadan, yalnız rəqəm fərqinə 4 və 6 əsaslanaraq “iddiaçıya başqa mənzil verilmişdir” nəticəsinə gəlmişdir. Bu, MPM-nin 88-ci maddəsini pozaraq sübutların obyektiv və hərtərəfli qiymətləndirilməməsi deməkdir. Iddiaçı subyektiv hüquqa malikdir, məhkəmə əksinə nəticəyə gəlmişdir. Məhkəmə öz qətnaməsinin əsas hissəsini Konstitusiya Məhkəməsinin ##.##.2008-ci il tarixli qərarına subyektiv hüququn mövcudluğunun araşdırılmasına dair prinsipə əsaslandırmışdır. Lakin məhz bu prinsipə əsaslanaraq məhkəmə iddiaçının subyektiv hüququnun mövcud olduğunu müəyyən etməli idi: 1) Öz hərəkətinə hüquqi ixtiyar: Iddiaçının qanuni müqaviləsi, tam ödənişi, icra aktı mövcuddur. 2) Başqasından tələb etmək hüququ: Cavabdeh Məmmədov MM-nin 157.2-ci maddəsi əsasında iddiaçının mülkiyyətini qanunsuz olaraq saxlayır. Iddiaçının geri almaq tələbi qanunludur. 3) Müdafiə hüququ: Konstitusiyanın 60-cı maddəsi hüquq müdafiəsini, 29-cu maddəsi mülkiyyəti zəmanətləyir. Məhkəmənin “subyektiv hüquq yoxdur” nəticəsi işin faktiki hallarına mövcud müqavilə, ödəniş, qanuni qüvvəyə minmiş qətnamə, icra aktı tamamilə ziddir. Məhkəmə Mülki Məcəllənin 157.2-ci maddəsini tətbiq etməmişdir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb edə bilər. Iddiaçı mənzilin sahibidir (qanuni müqavilə, ödəniş, icra aktı əsasında), cavabdeh isə həmin mənzili qanunsuz saxlayır. Belə olan halda məhkəmə iddianı məhz bu norma əsasında təmin etməli idi. Bu normanın tətbiq edilməməsi açıq-aşkar maddi hüququn pozulmasıdır. Yuxarıda göstərilənlərə əsasən qətnamənin ləğvi üçün MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrində sadalanan bütün əsaslar mövcuddur: Maddi hüquq normaları pozulmuşdur (MM 157.2, 331.1,332, 323; Konstitusiya 29, 60); Iş üçün mühüm faktiki hallar (mərtəbə məsələsinin kökü, cinayət işi materialları) tam araşdırılmamışdır; Məhkəmənin nəticəsi iddiaçının subyektiv hüququnun olmaması işin faktiki hallarına (müqavilə, ödəniş, 2019 qətnaməsi, 2021 icra aktı) tamamilə ziddir; Emil Səməndərovun ziddiyyətli ifadəsi bir cinayət işinin təqsirləndirilən şəxsi kimi, iddiaçını tanımadığını iddia edən, lakin onunla müqavilə bağladığını öz ərizəsində yazan şəxs kimi etibarsız sübutdur, buna həddindən artıq əhəmiyyət verilmişdir; Cavabdehin öz izahatı mübahisəli ** nömrəli mənzilin iddiaçıya məxsus olduğunu sübut edir: “1-ci sahibdən alındı” ifadəsi, mənzil nömrəsinin 13>9 dəyişdirildiyi etirafı, xxxx MTKya ödəniş edildiyi faktı bunların hər biri cavabdehin özü tərəfindən deyilmiş iddiaçı lehinə olan faktlardır; X11 cavabdehin mənzilindən 2 mərtəbə aşağıda yaşadığını etiraf etmişdir. Bilavasitə müşahidəsi olmayan bu şahidin cavabdehin mənzilindəki təmir tarixi barədə ifadəsi mötəbər deyil; Emil Səməndərovun cavabdeh1 ilə cavabdeh3 arasında birgə müqavilə olduğu barədə şifahi iddiası sənədlə sübut edilməmişdir; Dövlət Vergi Xidmətinin rəsmi məlumatı bu iddianı birbaşa inkar edir (MPM 77.1); Icra məmurunun öz ifadəsi ilə “4-cü mərtəbə/6-cı mərtəbə” fərqi uyğunsuzluq deyil, texniki qeyd olduğu sübut edilmişdir. Məhkəmə bu açıq izahatı nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə hər biri ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər.

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil hər biri ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

28. Məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

29. Maddə 165. Sahibliyin pozulması Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

30. Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

31. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. (...)

32. Maddə 385. Öhdəlik anlayışı Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (...)

33. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (...)

34. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 389.4. Ikidən çox tərəfin bağladığı müqavilələrə müqavilə haqqında ümumi müddəalar belə bir şərtlə tətbiq edilir ki, bu, həmin müqavilələrin çoxtərəfli xarakterinə zidd olmasın.

35. Maddə 399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.

36. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.(...)

37. Maddə 423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

38. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

39. Maddə 452. Fərdi-müəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsinin nəticələri Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. (...)

40. Maddə 752. Podrat müqaviləsi Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

41. Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

43. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

45. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

47. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

49. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

50. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

51. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

52. Maddə 387. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.4. məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə...

53. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

54. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

56. Məhkəmə kollegiyası mübahisənin mahiyyətinə münasibətdə hesab edir ki, hazırkı mübahisə üzrə ilk növbədə tərəflər arasındakı müqavilələrin etibarlılıq məsələlərinə qiymət verilməlidir.

57. Kollegiya qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə deyil, qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur.

58. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının birgə qərardadının 13-cü bəndində qeyd edilmişdir ki, məlum olduğu kimi məhkəmələrdə əqdə əsaslanan müxtəlif növ iddialara baxılır. Bu xarakterli mübahisələrin ortaq cəhəti irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqdin təşkil etməsidir. Ona görə də, belə mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olubolmaması, əqd bağlandığı halda isə onun etibarlı olub-olmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir.

59. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri).

60. Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2004-cü il tarixli qərarı).

61. Iş materiallarından müəyyən olunur ki, İddiaçı ilə “xxxx” MMC arasında ## #### 2007-ci il tarixdə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən binanın 4-cü blokunun 4-cü mərtəbəsində, ümumi sahəsi 75,1 kv.m olan, iki otaqlı ** nömrəli mənzilə dair müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə mənzilin dəyəri 25.720 manat müəyyən edilmiş, ## #### 2007-ci il tarixli maliyyə arayışı ilə həmin məbləğin tam ödənilməsi və payçının MMC qarşısında borcunun olmaması təsdiq edilmişdir.

62. Ilk növbədə qeyd edilməlidir ki, mülki mübahisənin həlli zamanı məhkəmə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, həmin hüququn cavabdeh tərəfindən pozulub-pozulmadığını və pozulmuş hüququn seçilmiş müdafiə üsulu ilə bərpa edilməsinin mümkünlüyünü müəyyən etməlidir. Subyektiv hüquq şəxsin öz hərəkətlərinə hüquqi ixtiyarını, digər şəxsdən müəyyən davranışı tələb etmək imkanını və hüquq pozuntusu baş verdikdə müdafiə olunmaq imkanını ehtiva edir. Bu baxımdan məhkəməyə müraciət edən şəxsin hüququnun mütləq şəkildə daşınmaz əmlak üzərində dövlət qeydiyyatına alınmış mülkiyyət hüququ formasında olması tələb edilmir. Qanundan, müqavilədən və digər qanuni əsaslardan irəli gələn sahiblik və istifadə hüquqları da məhkəmə müdafiəsinin obyekti ola bilər.

63. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, birinci instansiya məhkəməsinin mənzil üzərində tərəflərin dövlət qeydiyyatına alınmış mülkiyyət hüququnun olmamasını iddiaçının subyektiv hüququnun mövcud olmamasına əsas kimi qəbul etməsi düzgün deyildir.

64. Hazırkı işdə iddiaçı yalnız 2007-ci il tarixli müqaviləyə və ödəniş sənədinə deyil, həm də qanuni qüvvəyə minmiş Abşeron Rayon Məhkəməsinin ## ### 2019-cu il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsinə istinad edir.

65. Həmin qətnamə ilə konkret olaraq Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində, ümumi sahəsi 75,1 kv.m olan iki otaqlı ** nömrəli mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir.

66. Bu qətnamənin icraya yönəldilməsi və icra sənədinin verilməsi də mübahisə edilmir. Daha sonra ## ######## 2021-ci il tarixdə icra məmurları, tələbkar İddiaçı, cavabdeh3 MTKnın rəhbəri X5 və hal şahidinin iştirakı ilə akt tərtib edilmiş, aktda icra sənədinin icrasının təmin edilməsi məqsədilə mənzilin İddiaçı təhvil verildiyi göstərilmiş və ## ####### 2021-ci il tarixdə icraata xitam verilmişdir.

67. Bununla əlaqədar qeyd edilməlidir ki, ## ### 2019-cu il tarixli qətnamə ilə iddiaçının hazırkı cavabdeh cavabdeh2 qarşı mülkiyyət hüququnun tanınması və ya onun mənzildən çıxarılması məsələsi həll edilməmişdir. Buna görə həmin qətnamənin preyudisial qüvvəsi də tərəflərin hazırkı mübahisədəki bütün münasibətlərini avtomatik həll edən nəticə kimi qiymətləndirilə bilməz. Lakin həmin məhkəmə aktı ən azı onunla müəyyən edilmiş konkret mənzilin İddiaçı təhvil verilməli olması və həmin öhdəliyin cavabdeh3 MTK tərəfindən icra edilməli olması baxımından hüquqi əhəmiyyət daşıyır.

68. Icra məmurları X1 və X3 ifadələrindən də görünür ki, icra sənədinin icrası zamanı mənzilin faktiki vəziyyəti, orada başqa şəxsin yaşayıb-yaşamaması və mənzilin icra sənədində göstərilən mənzillə uyğunluğu onlar tərəfindən müşahidə edilmişdir. Onların ifadələrində icra sənədinin icrası zamanı cavabdeh2 həmin mənzildə olmasının müəyyən edilmədiyi, mənzilin boş və təmirsiz vəziyyətdə olduğu və başqa şəxsin yaşaması halında bunun aktda qeyd ediləcəyi bildirilmişdir.

69. Məhkəmə kollegiyası hesab edir ki, bu ifadələr sonrakı tarixlərdə mənzildə cavabdeh2 yaşamasına dair sübutlarla qarışdırılmamalıdır. Belə ki, cavabdeh tərəfin təqdim etdiyi şahid ifadələrinin əsas hissəsi mənzildə təmir işlərinin 2019-2020-ci illərdə aparılması və cavabdehin həmin dövrdən orada yaşaması ilə bağlıdır. Halbuki ## ######## 2021-ci il tarixli icra aktı daha sonrakı tarixdə tərtib edilmiş və icra hərəkətinin məhz həmin vaxtkı faktiki vəziyyətini əks etdirmişdir.

70. Odur ki, iş materiallarının xronoloji və qarşılıqlı əlaqəli təhlili göstərir ki, iddiaçının 2007ci ildə aldığı ** nömrəli mənzillə bağlı müqavilə və ödəniş sənədləri mövcud olmuş, həmin mənzilin təhvil verilməsi barədə iddiaçı ayrıca məhkəməyə müraciət etmiş, 2019-cu ildə onun xeyrinə qətnamə qəbul edilmiş və 2021-ci ildə həmin qətnamənin icrası həyata keçirilmişdir.

71. Digər tərəfdən, cavabdeh cavabdeh2 mənzilə dair hüququnun yaranması əsasları da iş üzrə araşdırılmışdır.

72. Iş materiallarından görünür ki, cavabdeh2 ## ###### 2017-ci il tarixdə cavabdeh1 MTK ilə ** №-li müqavilə bağlamış, həmin müqavilə üzrə 51.935 manat ödəmiş və müqavilənin predmeti 4-cü blokun 4-cü mərtəbəsində yerləşən 79,9 kv.m sahəli ** nömrəli mənzil olmuşdur. Daha sonra ## #### 2019-cu il tarixdə cavabdeh3 MTK ilə *** №-li müqavilə bağlanmış və əvvəlki müqavilədə göstərilən mənzilin əvəzinə 4-cü blokun 5-ci mərtəbəsində yerləşən 79,9 kv.m sahəli * nömrəli mənzil müəyyən edilmişdir.

73. Beləliklə, cavabdehin etirazının hüquqi əsasını təşkil edən sənədlərdən də görünür ki, 2017-ci il tarixli ** №-li müqavilədə ** nömrəli mənzil göstərilmiş, 2019-cu il tarixli *** №-li müqavilədə isə mənzil * nömrəli mənzillə əvəz edilmişdir. Bu hal hazırkı mübahisə baxımından mühüm əhəmiyyət daşıyır. Çünki cavabdehin hazırda faktiki istifadə etdiyi mənzilin onun ## #### 2019-cu il tarixli müqavilə ilə əldə etdiyi mənzil olması sübut edildiyi halda, həmin mənzilin iddiaçının 2007-ci il müqaviləsinin predmeti olan ** nömrəli mənzillə eyniliyi ayrıca və mötəbər sübutlarla təsdiq edilməlidir. Bu eyniliyin mövcudluğunu sübut etmək vəzifəsi isə həmin hala istinad edən tərəfin üzərinə düşür.

74. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, “xxxx” MMC-nin hüquqi varisi kimi cavabdeh3 MTK-nın göstərilməsi Dövlət Vergi Xidmətinin ## ###### 2025-ci il tarixli məktubu ilə təsdiq edilir. Eyni zamanda həmin rəsmi məlumatdan cavabdeh1 MTK-nın ayrıca hüquqi şəxs kimi ## ##### 2017-ci il tarixdə dövlət qeydiyyatına alındığı və onun hər hansı hüquqi şəxsin hüquqi varisi olması barədə dövlət reyestrində məlumatın olmadığı müəyyən olunur.

75. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, X5 müxtəlif mərhələlərdə verdiyi izahatlar arasında ziddiyyətlər vardır. Belə ki, onun ## ######## 2025-ci il tarixli ərizəsində İddiaçı ilə müqavilə münasibətinin mövcudluğu və həmin münasibət üzrə pul vəsaitinin ödənilməsi barədə məlumat verildiyi halda, məhkəmə iclasında iddiaçını tanımadığını bildirməsi həmin ifadələrin etibarlılığının ayrıca və diqqətlə qiymətləndirilməsini zəruri etmişdir.

76. Hazırkı işdə isə digər sübutların məcmusu ## #### 2007-ci il tarixli müqavilə, ## #### 2007-ci il tarixli maliyyə arayışı, ## ### 2019-cu il tarixli məhkəmə qətnaməsi, həmin qətnamə üzrə icra vərəqəsi, ## ######## 2021-ci il tarixli icra aktı, ## ####### 2021-ci il tarixli icraata xitam verilməsi barədə qərar, habelə cavabdehin 2017 və 2019-cu illərdə bağladığı müqavilələr birlikdə qiymətləndirildikdə iddiaçının mübahisəli mənzilə dair hüquqi əsasının cavabdehdən əvvəl yarandığını göstərir.

77. Məhkəmə kollegiyası xüsusilə nəzərə alır ki, cavabdeh2 ödədiyi vəsaitin cavabdeh1 MTK-ya ödənilməsi faktı öz-özlüyündə onun konkret olaraq İddiaçı müqavilə predmeti olan mənzil üzərində üstün hüquq əldə etməsini təsdiq etmir.

78. Əks halda, eyni mənzilin müxtəlif şəxslərə satılması halında yalnız sonuncu alıcının faktiki sahibliyinə və ödəniş faktına üstünlük verilməsi əvvəlki alıcının qanuni əsasla yaranmış hüquqlarının müdafiəsiz qalmasına səbəb olar ki, bu da mülki dövriyyənin sabitliyi, vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipləri ilə uzlaşmır.

79. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması məsələsi tərəflərin hüquqlarının tamamilə mövcud olmadığını deyil, onların hüquqi təbiətinin düzgün müəyyən edilməsini tələb edir. Dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınmaması səbəbindən İddiaçı mübahisəli mənzilə dair mülkiyyət hüququnun tam həcmdə dövlət tərəfindən qeydə alınmış hüquq kimi qəbul edilməsi mümkün olmasa da, onun müqavilədən, həmin müqavilə üzrə tam ödənişdən və xüsusilə qanuni qüvvəyə minmiş məhkəmə aktından irəli gələn mənzilin ona verilməsini və istifadəsinə təmin edilməsini tələb etmək hüququ mövcuddur.

80. Belə ki, məhkəmə müdafiəsinin obyekti yalnız dövlət qeydiyyatında olan mülkiyyət hüququ ilə məhdudlaşmır, qanuni əsaslarla yaranmış digər əmlak hüquqları, o cümlədən sahiblik və istifadə hüquqları da pozulduqda onların müdafiəsi mümkündür.

81. Cavabdeh cavabdeh2 hazırda mübahisəli mənzildən istifadə etməsinin özü onun həmin mənzilə dair üstün hüquqa malik olduğunu təsdiq etmir. Əksinə, onun hüquqi əsasının 2017-ci ildə cavabdeh1 MTK ilə bağlanmış müqavilədən yarandığı, sonradan isə həmin münasibətin ## #### 2019-cu il tarixli müqavilə ilə başqa mənzilə keçirildiyi müəyyən olunur. Bu sənədlərin iddiaçının 2007-ci ildə əldə etdiyi mənzil üzərində yaranmış hüququnu aradan qaldırdığına dair mötəbər sübut təqdim edilməmişdir.

82. Birinci instansiya məhkəməsi isə ## ######## 2021-ci il tarixli aktda “4-cü mərtəbə (6-cı mərtəbə)” ifadəsinin mövcudluğuna həlledici əhəmiyyət vermiş, lakin həmin ifadəni digər sübutlarla, xüsusilə icra məmurlarının ifadələri, 2019-cu il tarixli məhkəmə qətnaməsi, icra sənədi və binanın mərtəbələrinin faktiki və ya layihə üzrə nömrələnməsi məsələsi ilə qarşılıqlı əlaqədə qiymətləndirməmişdir.

83. Bu səbəbdən məhkəmə kollegiyası həmin fərqin iddiaçıya başqa mənzilin verilməsinin qəti sübutu kimi qəbul edilməsini əsaslı hesab etmir.

84. Iddiaçının subyektiv hüququnun mövcudluğunu müəyyən etmək üçün onun konkret hüquqi əsasının, həmin hüququn predmetinin və cavabdehin bu hüquqa müdaxiləsinin olubolmamasının müəyyən edilməsi kifayətdir.

85. Hazırkı halda bu dörd element mövcuddur. 1) iddiaçının ** nömrəli mənzilə dair 2007ci il müqaviləsi və tam ödənişi vardır; 2) həmin mənzilin iddiaçıya verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur; 3) icra sənədi üzrə mənzilin iddiaçıya təhvil verilməsi barədə ## ######## 2021-ci il tarixli akt tərtib edilmiş və icraata xitam verilmişdir; 4) cavabdeh hazırda məhz həmin mənzildən istifadə edir və onun həmin mənzildə qalmasını əsaslandıran ** nömrəli mənzilə dair qüvvədə olan hüquqmüəyyənedici sənəd təqdim etməmişdir.

86. Cavabdehin ## #### 2019-cu il tarixli müqaviləsində isə ** nömrəli deyil, * nömrəli mənzil göstərilmişdir. Beləliklə, cavabdehin ** nömrəli mənzildə faktiki yaşaması ilə onun sənədlərlə əldə etdiyi hüquq arasında uyğunsuzluq mövcuddur. Bu uyğunsuzluq aradan qaldırılmadığı halda cavabdehin həmin mənzildə qalmasının iddiaçının sahiblik və istifadə hüququna müdaxilə təşkil etdiyi nəticəsinə gəlmək mümkündür.

87. Göstərilənlərlə yanaşı iş materiallarında olan X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri ilə, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4, 32.5, 308.2 və 32.5, 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü də mübahisəli mənzilə dair tərəflərin hüquqi vəziyyətinin müəyyən edilməsi baxımından əhəmiyyətlidir.

88. Hökmdə əksini tapan ittihamın məzmunundan görünür ki, 4-cü blokda yerləşən, ümumi sahəsi 75,1 kv.m olan, 2 otaqlı ** nömrəli mənzilin ##.##.2007-ci il tarixli alqı-satqı müqaviləsi ilə “xxxx” MMC-nin direktoru X10 tərəfindən İddiaçı satıldığı təsbit edilmişdir. Hökmün müvafiq hissəsində daha sonra həmin mənzilin artıq İddiaçı satıldığının məlum olmasına baxmayaraq, eyni mənzilin X7 ##.##.2021-ci il tarixli alqı-satqı müqaviləsi və həmin tarixli maliyyə arayışı ilə yenidən satılmasının rəsmiləşdirildiyi göstərilmişdir. Bu zaman həmin şəxsdən 33.000 manat vəsait alınması da hökmün məzmununda öz əksini tapmışdır.

89. Bu halın iş üzrə mühüm əhəmiyyəti ondan ibarətdir ki, məhkəmə aktında söhbət yalnız müqavilənin formal mövcudluğundan deyil, konkret olaraq eyni mənzilə dair əvvəlki alqı-satqı münasibətinin və İddiaçı həmin mənzil üzrə hüquqi vəziyyətinin mövcudluğundan gedir.

90. Daha əhəmiyyətlisi, həmin hökmdə İddiaçı adı yalnız epizodik qaydada çəkilməmiş, onun adına rəsmiləşdirilmiş ##.##.2007-ci il tarixli alqı-satqı müqaviləsi konkret mənzilin sonradan başqa şəxsə satılması ilə bağlı epizodun ilkin hüquqi faktı kimi göstərilmişdir.

91. Başqa sözlə, hökmün məzmunundan görünür ki, ** nömrəli mənzilin 2007-ci ildə İddiaçı satılması, həmin mənzilin sonrakı satışından əvvəl mövcud olmuşdur.

92. Belə olan halda, İddiaçı ** nömrəli mənzilə dair hüquqlarının mövcudluğunu təsdiq edən əsas sənəd kimi ##.##.2007-ci il tarixli alqı-satqı müqaviləsinin mövcudluğu xüsusi hüquqi əhəmiyyət daşıyır.

93. Hökmdə əksini tapan ittihamın məzmunundan həmçinin görünür ki, cavabdeh cavabdeh2 onunla bağlanmış müqaviləyə uyğun olaraq həmin binanın 4-cü blokunda yerləşən * nömrəli mənzil üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır və həmin epizoddan görünür ki, binanın 4-cü blok, ümumi sahəsi 75.1 m2 ölçüdə olan, 2 otaqlı * nömrəli mənzilin ##.##.2007ci il tarixli alqı-satqı müqaviləsi ilə “xxxx” MMC-nin direktoru X10 tərəfindən X8 halda, həmin mənzil cavabdeh2 ##.##.2019-cu il tarixli, *** nömrəli alqı-satqı müqaviləsi və həmin tarixli maliyyə arayışı ilə satılması rəsmiləşdirilməklə onun 48.000 manat pul vəsaiti ələ keçirilmişdir.

94. Iş materiallarında olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi tərəfindən cavabdeh2 ünvanlanmış ## ######## 2023-cü il tarixli, *-**-*-**/*-**-****-*/**** saylı müraciətə baxılması barədə məktubun surətindən eyni zamanda görünür ki, cavabdeh2 məhz * nömrəli mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsini xahiş etmişdir.

95. ##.##.2026-cı il tarixində məhkəmə kollegiyası tərəfindən mübahisəli mənzilə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzilin yerləşdiyi 4-cü blokun giriş mərtəbəsi hazırda faktiki olaraq birinci mərtəbə hesab edilir. Həmin mərtəbədə liftlər yerləşir, lakin heç bir mənzil yoxdur. Liftin sol kənarında divara “Kommunal ödəniş cədvəli” asılıb. Cədvəldə ** nömrəli mənzilə aid qrafada “cavabdeh2 T”, * nömrəli mənzilə aid qrafada “X8”, ** nömrəli mənzilə aid qrafada “X9” yazılıb. Mənzillər faktiki olaraq ikinci mərtəbədən başlayır, ikinci mərtəbəyə qalxan zaman giriş dəhlizinin divarında 2 yazılıb. Cavabdeh cavabdeh2 istifadəsində olan ** nömrəli mənzil faktiki olaraq mərtəbənin giriş dəhlizində 5 yazılan mərtəbədə yerləşir, mənzili təmirli vəziyyətdədir, cavabdehin bildirdiyinə görə orada yaşayır. Ondan bir mərtəbə aşağıda, yəni faktiki olaraq 4-cü mərtəbə kimi işarələnmiş mərtəbədə * nömrəli mənzil yerləşir. Hər mərtəbədə dörd mənzil var. Üzərində 9 nömrə qeyd olunan mənzilin qapısını açan olmadı, cavabdeh həmin mənzildə yaşayış olmadığını bildirdi.

96. Göründüyü kimi blokda aşağıdan yuxarı istiqamətdə də sayıldıqda mübahisəli mənzil məhz 13-cü mənzildir, cavabdehin isə qüvvədə olan müqaviləsi üzrə aldığı * nömrəli mənzildir. Bu hal isə onu deməyə əsas verir ki, cavabdeh faktiki olaraq iddiaçıya məxsus mənzildən istifadə edir. Odur ki, məhkəmə kollegiyası, iddiaçının mübahisəli mənzilin onun istifadəsinə verilməsi və həmin mənzilin cavabdeh cavabdeh2 alınıb boşaldılaraq iddiaçıya verilməsi barədə tələbini əsaslı hesab edir.

97. Kollegiya iddiaçının cavabdeh cavabdeh2 ilə cavabdeh3 Mənzil Tikinti Kooperativi arasında bağlanmış ##.##.2017-ci il tarixli, ** №-li alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbinə münasibətdə qeyd edir ki, həmin tərəflər arasında ümumiyyətlə belə bir müqavilə bağlanması müəyyən edilməmişdir. Cavabdeh cavabdeh2 ilə cavabdeh1 Mənzil Tikinti Kooperativi arasında bağlanmış ##.##.2017-ci il tarixli, ** №-li müqavilə isə artıq qüvvədə olmayan müqavilədir. Belə ki, bu müqavilə sonradan cavabdeh3 Mənzil Tikinti Kooperativi ilə cavabdeh2 arasında * nömrəli mənzilə aid olan ##.##.2019-cu il tarixli, *** №-li sonuncu müqavilə ilə əvəzləşdirilmişdir. * nömrəli mənzillə bağlı olan bu müqavilənin etibarsızlığı tələbini irəli sürmək üçün isə iddiaçı subyektiv hüquqa malik deyildir.

98. Mübahisəli mənzildə giriş qapısı və pəncərədən başqa aparılmış təmir işlərinin cavabdehin hesabına sökülməsi barədə tələbi də kollegiya əsassız hesab edir.

99. Belə ki, mənzildə aparılmış təmir işləri mənzilə zərər yetirmədən ondan ayrıla bilinməyən yaxşılaşdırma hesab edilir, hətta bunun üçün çəkilmiş məsrəflərin əvəzinin ödənilməsi iddiaçıdan tələb edilə bilər.

100. Odur ki, məhkəmə kollegiyası, əsassız olan göstərilən tələblərin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin mahiyyəti üzrə gəldiyi nəticəni düzgün hesab edir.

101. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

102. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Mülki Prosessual Məcəllənin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

103. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

104. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

105. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

106. Beləliklə məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallara və tədqiq edilmiş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi qismən mübahisəli Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında yerləşən, 4-cü mərtəbədə, 2 otaqlı ** nömrəli, 75,1 kv.m sahəli mənzilin iddiaçı İddiaçı istifadəsinə verilməsi və həmin mənzilin cavabdeh cavabdeh2 alınıb boşaldılaraq iddiaçı İddiaçı təhvil verilməsi barədə tələbin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməli, mübahisəli Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A, 4cü mərtəbə, 2 otaqlı, ** nömrəli, 75,1 kv.m sahədən ibarət mənzil cavabdeh cavabdeh2 alınıb boşaldılaraq iddiaçı İddiaçı istifadəsinə verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e*(***)-****/**** nömrəli qətnaməsi qismən - mübahisəli Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A, 4-cü mərtəbə, 2 otaqlı, ** nömrəli, 75,1 kv.m sahədən ibarət mənzilin cavabdeh2 alınaraq onun istifadəsinə verilməsi və mənzilin boşaldılması barədə tələbin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. Həmin hissədə iddia tələbi təmin edilsin. Mübahisəli Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A, 4-cü mərtəbə, 2 otaqlı, ** nömrəli, 75,1 kv.m sahədən ibarət mənzil cavabdeh cavabdeh2 alınıb boşaldılaraq iddiaçı İddiaçı istifadəsinə verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar