Məhkəmə qərarları › İş №e-2(012)-5446/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5446/2025

19.09.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5446/2025 19.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yaninda Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinin borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizəsinə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yaninda Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, qeyd olunan hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 9861,52 manat, İşsizlikdən sığorta fonduna olan 635,87 manat, İcbari Tibbi Sığorta Fonduna olan 2502,19 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarix - xx xxxx 1973-cü il, doğulduğu yer - Azərbaycan, Abşeron rayonu, Qobu qəsəbəsi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Azərbaycan Respublikası Abşeron ayonu Qobu Bələdiyyəsinin (Vöen: **********) İşsizlikdən sığorta fonduna 635,87 manat, Dövlət Sosial Müdafiə Fonduna 9861,52 manat, İcbari Tibbi Sığorta Fonduna 2502,19 manat olmaqla, ümumilikdə 12999,58 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********489100, **********395200, **********219500 nömrəli bildirişlər, xx.xx.2025-ci il tarxili **********886500 nömrəli xəbərdarlıq məktubu göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Qeyd edilənlərə əsasən, o, ərizənin təmin edilməsini xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yaninda Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə onun iştirakı olmadan baxılması qərarına gəlmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verilməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 186.6. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayonu Qobu Bələdiyyəsinə göndərilmiş xx.xx.2025-ci il tarixli **********489100 saylı, xx.xx.2025-ci il tarixli **********219500 saylı və xx.xx.2025-ci il tarixli **********395200 saylı bildirişlərdən görünür ki, Dövlət Sosial Müdafiə Fonduna olan 9861,52 manat, İşsizlikdən sığorta fonduna olan 635,87 manat, İcbari Tibbi Sığorta Fonduna olan 2502,19 manat məbləğində borcun 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə məlumat verilmişdir. Yazışmalar barədə hesabat iş materiallarına əlavə edilmişdir. -Hüquqi şəxs haqqında məlumatdan görünür ki, Abşeron rayonu Qobu Bələdiyyəsi vergi ödəyicisi kimi ********** saylı VÖEN-lə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yaninda Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır. Hüquqi şəxsin rəhbəri X1r. -xx.xx.2025-ci il tarixli ödəniş tapşırıqlarının surətlərindən görünür ki, Abşeron rayonu Qobu Bələdiyyəsi tərəfindən Dövlət büdcəsinə ümumilikdə 21801,80 manat vəsait köçürülmüşdür. Azərbaycan Respublikası MPM-nin: – 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir – 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: – 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. –15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır. –24.0.2-1-ci maddəsinə əsasən vergi oranları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisi Abşeron rayonu X2 Sosial Müdafiə Fonduna olan 9861,52 manat, İşsizlikdən sığorta fonduna olan 635,87 manat, İcbari Tibbi Sığorta Fonduna olan 2502,19 manat məbləğində borcu yaranmış, bu borcun 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yaninda Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli **********489100 saylı, xx.xx.2025-ci il tarixli **********219500 saylı və xx.xx.2025-ci il tarixli **********395200 saylı bildirişlər göndərilmişdir. Lakin iş materiallarından görünür ki, qeyd edilən borc tam olaraq büdcəyə ödənilməmiş, bununla da idarənin, borclu hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Maraqlı şəxsin yaranmış borcu vaxtında ödəməməsinin səbəbi kimi qeyd etdiyi dəlillər əsassızdır. Ona gğrə də ərizəçinin ərizəsi əsaslıdır və təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, ərizəçi dövlət rüsumunu ödəməkdən azad edildiyindən və ərizə təmin edildiyindən 100 manat dövlət rüsumu maraqlı şəxsdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 237-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayonu Qobu Bələdiyyəsi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 9861,52 manat, İşsizlikdən sığorta fonduna olan 635,87 manat, İcbari Tibbi Sığorta Fonduna olan 2502,19 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs (doğulduğu tarix - xx xxxx 1973-cü il, doğulduğu yer - Azərbaycan, Abşeron rayonu, Qobu qəsəbəsi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar