Məhkəmə qərarları › İş №e-2(012)-5470/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5470/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5470/2021 14.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı İcbari Sığorta Bürosu X8 Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İcbari Sığorta Bürosu X14 Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 2500 manat kompensasiya ödənişi və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2530 manat məbləğin Büronun xeyrinə tutulmaqla aşağıdakı bank hesabına (Bank rekvizitləri: Benefisiarın adı “İcbari Sığorta Bürosu” X14, Benefisiarın VÖEN **********, Benefisiarın hesabı: AZ25AİİB400900C**********105, Benefisiarın bank hesabı: Kapitalbank 1 saylı Sabail filialı, SWİFT AİBAZ2XXXX, Bank kodu 200059, Valyuta Azn, Bankın VÖEN-i **********, ünvan AZ1001, Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 63, telefon: +**********77, Fax: +**********5, müxbir hesabı AZ37NABZ********************) ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 24 iyun 2011-ci il tarixli Qanunu əsasında “İcbari Sığorta Bürosu” X18 Bürosu zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq X14 kimi təsis edilərək fəaliyyət göstərir. Cavabdeh 10.12.2015-ci il tarixdə saat 08:00 radələrində Mitsubishi Pajero markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Bakı-Yevlax yolu 16-cı km ünvanında hərəkətdə olarkən onun təqsiri üzündən yol nəqliyyat hadisəsi baş vermişdir. Abşeron rayon Məhkəməsinin 1(012)-112/2016 nömrəli, 03.06.2016-cı il tarixli hökmü ilə cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Ərizəçinin müraciəti əsasında baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq araşdırmalar aparıldıqdan sonra aşağıdakı “kompensasiya ödənişi üzrə məlumat cədvəli”ndə qeyd olunanlara əsasən zərərçəkənə sağlamlığa dəyən zərərin dərəcəsinə uyğun olaraq kompensasiya ödənişi həyata keçirilmişdir. Belə ki, ərizəçi - X11, zərərçəkən - X15, zərərvuran - Cavabdeh, sağlamlığa dəyən zərərin dərəcəsi – ölüm, kompensasiya ödənişinin məbləği 2500 manat müəyyən edilmişdir. Araşdırmalar nəticəsində Büronun avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə informasiya sistemində Mitsubishi Pajero markalı, ** CF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 10.12.2015-ci il tarixdə, saat 08:00 radələrində icbari sığorta şəhadətnaməsinin olmadığı müəyyən edilmiş və müvafiq sənədlər toplanaraq, qanunvericiliyə uyğun 2500 manat kompensasiya ödənişinin həyata keçirilməsi təmin edilmişdir. Qanunvericiliyə əsasən kompensasiya ödənişləri hesablanarkən zərərə görə məsuliyyət daşıyan şəxs və (və ya) onun məsuliyyətini sığortalamış sığortaçı tərəfindən müvafiq zərərin əvəzinin ödənilməsi üçün zərərçəkənə verilmiş məbləğ çıxılır. Zərərvuran tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən kompensasiya ödənişi subroqasiya qaydasında zərərvuran şəxs olan cavabdehdən tələb edilir. Mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərərin dərəcəsi əlavə olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 ekspert rəyinə əsasən müəyyən edilmişdir. Sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzinin miqdarı Qanunun 14.2.-ci bəndində müəyyən edilmiş və cədvəldə hesablanmış həcmdə ödənilməlidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı İcbari Sığorta Bürosu X8 məhkəməyə ünvanladığı ərizəyə əsasən iddiaçı 14.12.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, 10.12.2015-ci il tarixdə Abşeron rayonu Bakı-Yevlax yolu 16-cı km-də yol nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, X21 idarə etdiyi Espero markalı ** DH *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Bakı-Şamaxı- Yevlax yolunun Abşeron yolu ərazisindən keçən 16-cı km-də yol hərəkət qaydalarını pozmuş, geriyə dönmək üçün nəzərdə tutulan yerdən onun texniki cəhətdən saz vəziyyətdə olmuş 60 km/saat sürətlə idarə etdiyi Mitsubishi Pajero markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən baş vermiş hadisə nəticəsində X15 xəsarət almış, lakin o, zərərçəkmişi xəstəxanaya yerləşdirmiş, dəfn xərclərinin ödənilməsində maddi yardım etmişdir. Bu səbəbdən də o, hesab edir ki, zərərçəkənin ailə üzvünə iddiaçı tərəfindən ödənilmiş 2500 manat kompensasiya məbləği ondan tutulmamalıdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlandırılacaq) 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; -İcbari sığorta müqaviləsinə dair 19.06.2015-ci il tarixli məlumatdan görünür ki, X21 20.06.2015-ci il tarixdən 19.06.2016-cı il tarixədək olan müddətdə “Daewoo Espero” markalı, ** DH *** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini sığorta haqqı 75 manat, bonus-malus əmsalı 0.95, yekun sığorta haqqı 71.25 manat olmaqla əmlaka dəyən zərərə görə 5000 manat, sağlamlığa dəyən zərərə görə 5000 manat dəyərində sığortalamışdır. -Kompensasiya tələbləri şöbəsinin İcbari Sığorta Bürosunun İT sistemləri üzrə istifadəçi dəstəyi və təlim şöbəsinə ünvanladığı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsinin olub-olmaması haqqında 89/2018 saylı sorğudan görünür ki, vətəndaş X5 ərizəsi əsasında icbari Sığorta Bürosunda başlanılmış 1-108/2018 nömrəli, 25/06/2018-ci il tarixli kompensasiya işinin icraatı ilə əlaqədar 10 dekabr 2015-ci il tarixdə, saat 08:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 16-cı kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsində iştirak etmiş “Daewoo Espero” markalı, ** DH *** qeydiyyat nişanlı və “Mitsubishi Pajero” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin olub-olmaması barədə iki iş günü müddətində məlumat verilməsi xahiş olunmuş, informasiya sistemində sorğunun cavablandırılması üçün əlavə məlumat olaraq hadisəni törətmiş sürücülər - 25.05.1958-ci il təvəllüdlü X21 və xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh, “Daewoo Espero” markalı, ** DH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi - X19, “Mitsubishi Pajero” markalı ** CF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi - Balaxan Ağaşirin oğlu barədə qeydlər olunmuşdur. -X5 İcbari Sığorta Bürosuna ünvanlandığı ərizənin surətindən görünür ki, 10 dekabr 2015-ci il tarixdə, saat 08:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 16-cı kilometrliyində X13 idarə etdiyi “Daewoo Espero” markalı ** DH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh idarə etdiyi “Mitsubishi Pajero” markalı, ** CT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsində ailə üzvü piyada X9 ölümü ilə əlaqədar “İcbari sığortalar haqqında” Qanunun 32-ci maddəsinə əsasən kompensasiya ödənişinin verilməsini xahiş etmiş, X9 ölümü ilə əlaqədar zərərvuran şəxslər X21 və Cavabdeh tərəfindən və ya ailə üzvləri, yaxınları tərəfindən sağlamlığa dəymiş zərərlə bağlı heç bir ödəniş edilməmişdir. Büroya verdiyi məlumatların və təqdim etdiyi sənədlərin tam həqiqətə uyğun olduğunu bildirmiş, təqdim etdiyi məlumatlar və ya sənədlər həqiqətə uyğun olmadığı təqdirdə, eyni zamanda hazırki ərizədə göstərilənlərdən fərqli hallar müəyyən edildiyi təqdirdə kompensasiya ödənişinin tam və ya müvafiq hissəsinin geri qaytarılmasını öhdəsinə götürmüşdür. -Abşeron rayon Məhkəməsinin 03.06.2016-cı il tarixli 1(012)-112/2016 saylı hökmündən görünür ki, X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, X21 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirsiz hesab edilmiş və əməlində həmin maddədə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından, ona həmin maddə ilə bəraət verilmiş, X21 ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 19 fevral 2016-cı il tarixdən hesablanması, X13 barəsində seçilmiş “ev dustaqlığı" qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qərara alınmışdır. -Sumqayıt Apellyasiya Məhkəməsinin 13.04.2018-ci il tarixli 1(105)-206/2018 saylı hökmündən görünür ki, X13 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə, AR CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirsiz bilinərək, əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməsinə, Cavabdeh AR CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Abşeron rayon Məhkəməsinin 03 iyun 2016-cı il tarixli hökmü X16 aid hissədə ləğv edilmiş, X21 Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə. həmin maddə ilə cəza təyin edilməmiş, X16 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. -Cavabdeh İcbari Sığorta Bürosunun ünvanlandığı 27.06.2018-ci il tarixli ərizənin surətindən görünür ki, o, X9 10.12.2015-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölümü ilə əlaqədar olaraq dəfn mərasiminə müəyyən məbləğdə köməklik göstərmiş, hökmdə göstərilən maddi yardımın dəfn xərclərindən ibarət olmasını bildirmişdir. -09.07.2018-ci il tarixli kompensasiya ödənişinin verilməsi haqqında qərarın surətindən görünür ki, X7 10 dekabr 2015-ci il tarixdə, saat 08:00 radələrində Bakı- Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 16-cı kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ailə üzvü X9 ölümü ilə əlaqədar, 2500 manat məbləğində kompensasiya ödənişinin bank rekvizitləri üzrə köçürülməsi qərara alınmışdır. Qərardan daha sonra görünür ki, X4 Sığorta Bürosuna 25.06.2018-ci il tarixdə ərizə ilə müraciət edərək, 10 dekabr 2015-ci il tarixdə, saat 08:00 radələrində Bakı-Şamaxı- Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 16-cı kilometrliyində X13 idarə etdiyi “Daewoo Espero” markalı, ** DH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, Cavabdeh idarə etdiyi “Mitsubishi Pajoro” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsində piyada X9 ölümü ilə əlaqədar “İcbari sığortalar haqqında” Qanunun 32-ci maddəsinə əsasən kompensasiya ödənişinin verilməsini xahiş etmişdir. Yol-nəqliyyat hadisəsinin 10 dekabr 2015-ci il tarixdə, saat 08:00 radələrində “Daewoo Espero” markalı, ** DH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X13 və “Mitsubishi Pajero” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh təqsiri üzündən baş verməsi və hadisə nəticəsində X9 vəfat etməsi Abşeron Rayon Məhkəməsinin 03 iyun 2016-cı il tarixli, 1(012)-112/2016 saylı hökmü və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 aprel 2018-ci il tarixli, 1(105)-206/2018 saylı hökmü ilə təsdiq olunmuşdur. 29.06.2015-ci il tarixdə İcbari Sığorta Bürosuna Abşeron Rayon Məhkəməsindən daxil olmuş 28 iyun 2018-ci il tarixli 22-1-51-2018 saylı məktuba əsasən, Abşeron Rayon Məhkəməsinin 03 iyun 2016-cı il tarixli, 1(012)-112/2016 saylı hökmü 04 may 2018-ci il tarixdə qanuni qüvvəsini almışdır. İcbari Sığorta Bürosunun İT sistemləri üzrə istifadəçi dəstəyi və təlim şöbəsinin 29.06.2018-ci il tarixli məktubuna əsasən informasiya sistemində “Daewoo Espero” markalı, ** DH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və “Mitsubishi Pajero” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 10 dekabr 2015-ci il tarixə icbari sığorta müqavilələrinin olubolmaması yoxlanılmış, informasiya sistemində axtarış zamanı “Daewoo Espero” markalı, ** DH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin qüvvəyə minmə tarixi 20.06.2015-ci il və qüvvədən düşmə tarixi 19.06.2016-cı ilə PAZ********** nömrəli sığorta müqaviləsinin mövcudluğu və “Mitsubishi Pajero” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqaviləsinin olmadığı müəyyən edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1.3-cü maddəsinin tələblərinə əsasən Büro tərəfindən kompensasiya ödənişinin verilməsinin əsas şərtlərindən biri avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda həmin Qanunda tələb olunan avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin olmamasıdır. Beləliklə, hazırki iş üzrə 10 dekabr 2015-ci il tarixdə, saat 08:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 16-cı kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli olan şəxs Cavabdeh idarə etdiyi “Mitsubishi Pajero” markalı, ** CT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi olmadığından, hadisə nəticəsində zərərçəkən şəxs X9 ölümü ilə əlaqədar onun ailə üzvü - (əri) X2 ödənişini almaq hüququna malikdir. Kompensasiya ödənişinin məbləği “İcbari sığortalar haqqında” Qanunun 14.2.1-ci maddəsinə əsasən ölüm halına görə 5000 manat müəyyən edilmişdir. Lakin iş üzrə digər zərərvuran şəxs X13 idarə etdiyi “Daewoo Espero” markalı, ** DH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hadisənin baş verdiyi 10 dekabr 2015-ci il tarixə icbari sığorta müqaviləsi qüvvədə olduğundan ərizəçi X7 veriləcək kompensasiya ödənişinin ½ hissəsi çıxılmalıdır. Beləliklə, hazırkı iş üzrə ərizəçi X7 ailə üzvü X9 ölümü ilə əlaqədar 2500 manat kompensasiya ödənişi verilməlidir. “İcbari sığortalar haqqında” Qanunun 63.3-cü maddəsinin tələblərindən aydın olur ki, zərərçəkən şəxsin ailə üzvlərinə, onlara vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs Cavabdeh qarşısındakı tələb hüququ 2500 manat məbləğində kompensasiya ödənişi həcmində Büroya keçməlidir. -09.07.2018-ci il tarixli 435 saylı ödəniş tapşırığının surətindən görünür ki, X1 ödənişinə görə İcbari Sığorta Bürosu Hüquqi şəxslər İttifaqı tərəfindən 2500 manat pul vəsaiti köçürülmüşdür. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X20- Təcrübi və Tədris Birliyinin 20.12.2015-ci il tarixli ekspertiza rəyindən görünür ki, 1963-cü il təvəllüdlü X9 meyidinin məhkəmə tibbi müayinəsinə, tibbi sənədlərə, əlavə laborator müayinələrin cavabına əsaslanaraq və qərarda qoyulan sualları nəzərə alıb aşağıdakı nəticəyə gəlinmişdir: 1. X3 meyidinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir - beynin qişaları altına, beyin mədəciklərinə, beyin toxumasına qansızmalar, baş beynin travmatik ödemi; kəllə əsasının sınığı; sağ qasıq və oturaq sümüklərinin yerdəyişən qapalı sınıqları; sağ incik sümüyünün qapalı yerdəyişən sınığı; sağ təpə nahiyyəsinin əzilmiş-cırılmış yaraları; sol baldır nahiyyəsinin sıyrığı; sağ budçanaq oynağı nahiyəsinin qançırı. Bu xəsarətlər birlikdə həyatidirlər, ölümündən bir qədər əvvəl olmaqla bərk küt əşyaların təsiri nəticəsində əmələ gəlmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 10.12.2015-ci il tarixdə hərəkətdə olan minik avtomobilinin piyadanı vurması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükə törədərək onun ölümünə səbəb olduğundan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. 2. X3 ölümünə səbəb - başın kütləvi travması nəticəsində beyin qişaları altına, beyin mədəciklərinə, beyin toxumasına qansızmalar, kəllə əsası sümüklərinin sınığı və baş beyin toxuması travmatik ödemi olmuşdur, ölüm 20.12.2015-ci il tarixdə saat 10:00-da M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında baş vermişdir. -3 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14.01.2016-cı il tarixli AZ-İ № 791277 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 20.12.2015-ci il tarixdə kəllə əsasının sınığı səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 23 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. İcbari Sığorta Bürosu X8 Nizamnaməsindən görünür ki, bu Nizamnamə Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq X14 qeyri-kommersiya təşkilatı kimi təsis edilmiş və həmin Qanunda nəzərdə tutulmuş İcbari Sığorta Bürosunun fəaliyyətini tənzimləyir. -Asan-Sumqayıt tərəfindən verilmiş 24.09.2016-cı il tarixli AZE № ********* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, 10.12.2015-ci il tarixdə saat 08:00 radələrində Abşeron rayonu Bakı- Şamaxı-Yevlax yolunun 16-cı kilometrliyində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X21 idarə etdiyi Daewoo Espero markalı ** DH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən idarəetmə qaydasını pozmuş, nəticədə hazırki iş üzrə cavabdeh qismində iştirak edən Cavabdeh idarə etdiyi Mitsubishi Pajero markalı ** CF *** dövlət qeydiyyat nömrəli avtomobillə toqquşmuş, baş vermiş hadisə nəticəsində X15 aldığı xəsarətlər nəticəsində vəfat etmişdir. Abşeron rayon Məhkəməsinin 03.06.2016-cı il tarixli 1(012)-112/2016 saylı hökmünə əsasən həmin hadisədə nəqliyyat vasitələrinin idarəçilərinin təqsiri sübuta yetirilərək X21 4 il 6 ay müddətinə, Cavabdeh isə 4 il müddətinə azadlıqdan məhrum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 03.04.2018-ci il tarixli 1(105)-206/2018 saylı hökmünə əsasən, Abşeron rayon Məhkəməsinin 03.06.2016-cı il tarixli 1(012)- 112/2016 saylı hökmü X16 münasibətdə ləğv edilmişdir. X13 idarə etdiyi Daewoo Espero markalı ** DH *** dövlət qeydiyyat nişanlı avtomobili 20.06.2015-ci il tarixdən 19.06.2016cı il tarixədək Azsığorta ASC-də avtonəqliyyat vasitələrinin icbari sığorta növündə sığortalanmış, beləliklə də, hadisənin baş verdiyi tarixə X13 icbari sığorta müqaviləsi qüvvədə olmuşdur. Lakin Cavabdeh idarə etdiyi nəqliyyat vasitəsinə dair icbari sığorta müqaviləsi olmadığından, eyni zamanda, sürücülər tərəfindən zərərçəkənin ailə üzvünə sağlamlığa dəyən zərərə görə qanunla müəyyən edilmiş 5000 manat pul məbləğində ödəniş həyata keçirilmədiyindən, zərərçəkənin ailə üzvü - X7 iddiaçı İcbari Sığorta Bürosu X14 tərəfindən 2500 manat kompensasiya məbləği ödənildiyindən həmin komepnsasiya məbləğinin cavabdehdən tutulmasına dair iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Mülki iş materiallarından göründüyü kimi, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində təqsirli olan sürücülərin əməli Abşeron rayon Məhkəməsinin 1(012)-112/2016 nömrəli, 03.06.2016-cı il tarixli hökmü ilə sübuta yetirilmiş və Cavabdeh 4 il müddətinə azadlıqdan məhrum edilmişdir. Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanununun: 27.1. maddəsinə əsasən İcbari Sığorta Bürosu (bundan sonra - “Büro”) zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə aşağıdakı funksiyaların həyata keçirilməsi məqsədilə bu Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq X14 kimi təsis edilən və fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır. 50.1.-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 53.1.-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hеsab olunurlar. 53.4.-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. 56.1.-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. Mülki iş materiallarından göründüyü kimi, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənin X9 ailə üzvü-əri X7 09.07.2018-ci il tarixli 435 saylı ödəniş tapşırığına əsasən, kompensasiya ödənişinə görə İcbari Sığorta Bürosu Hüquqi şəxslər İttifaqı tərəfindən 2500 manat pul vəsaiti köçürülmüş və həmin pul vəsaitinin Cavabdeh subroqasiya qaydasında tutulmasına dair iddiaçının hüququ yaranmışdır. İcbari Sığortalar haqqında Qanunun: 25.1.-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 32.1. maddəsinə əsasən əmlaka və sağlamlığa dəyən zərərə görə bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi aşağıdakı hallarda mümkün olmadıqda, Büro tərəfindən kompensasiya ödənişi verilir: 32.1.3. mülki məsuliyyəti üzrə bu Qanunun Xüsusi bölməsinin 4-cü fəslində tələb olunan icbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda, bir şərtlə ki, zərərçəkən zərərin əvəzinin ödənilməsi ilə bağlı zərərvurana qarşı tələb irəli sürməsinə baxmayaraq, bu tələb təmin edilməmiş olsun. 33.1. maddəsinə əsasən kompensasiya ödənişi bu ödənişi tələb etmək hüququna malik olan şəxsin həmin ödənişin verilməsinə əsas olan hadisə barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarından sonra Büroya təqdim etdiyi yazılı müraciəti əsasında ödənilir. Mülki iş materiallarından göründüyü kimi, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində hadisənin baş verməsində təqsirinin sübuta yetirilməsinə dair qanuni qüvvəsini almış Abşeron rayon Məhkəməsinin 1(012)-112/2016 nömrəli, 03.06.2016-cı il tarixli hökmü çıxarılmış, məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra kompensasiya ödənişi almaq hüququ olan şəxsin Büroya yazılı ərizə ilə müraciət etməsindən sonra sonuncuya kompensasiya ödənişi həyata keçirilmişdir. Belə ki, mülki iş materiallarından göründüyü kimi, hadisənin törədilməsində təqsiri sübuta yetirilmiş iki sürücü olmuş, həmin sürücülərdən X13 idarə etdiyi avtomobilə dair icbari sığorta müqaviləsi olmuş, lakin Cavabdeh icbari sığorta müqaviləsi olmamışdır ki, qanunvericiliyin tələblərindən də göründüyü kimi, kompensasiya ödənişinin edilməsinin ilkin şərti də məhz zərərçəkənə vurulan zərərin avtonəqliyyat vasitəsini idarə edən şəxsin icbari sığorta müqaviləsinin olmamasıdır. Sağlamlığa dəyən zərərə görə kompensasiya məbləği 5000 manat dəyərində müəyyən edildiyindən, sürücülərdən X13 hadisənin baş verdiyi tarixə icbari sığorta müqaviləsi qüvvədə olduğundan, 5000 manat məbləğin ½ hissəsinin, yəni 2500 manat pul məbləğinin Cavabdeh subroqasiya qaydasında tutulmasına dair iddiaçının hüququ yaranmışdır. İcbari Sığortalar haqqında Qanunun: 63.3 maddəsinə əsasən Bu Qanunun 32.1.2-ci və 32.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda kompensasiya ödənişi həyata keçirdikdə, zərərçəkənin ona vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qarşısındakı tələb hüququ həmin ödəniş həcmində Büroya keçir. Mülki iş materiallarında olan ödəniş tapşırığından göründüyü kimi, 2500 manat konpensasiya məbləği zərərçəkənin ailə üzvünə iddiaçı tərəfindən ödənildiyi üçün məsuliyyət daşıyan şəxs – cavabdeh qarşısında tam həcmdə tələb etmək hüququ yaranmış iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə də haqlı olmuşdur. Beləliklə, məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan tam həcmdə təmin edilməli, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı tərəfindən ödənilmiş 2500 manat sığorta ödənişi Cavabdeh subroqasiya qaydasında tutularaq iddiaçı İcbari Sığorta Bürosu X10 ödənilməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutulub iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

QƏT ETDİ:

İddia ərizəsi təmin edilsin. Yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı İcbari Sığorta Bürosu X14 tərəfindən ödənilmiş 2500 (iki min beş yüz) manat sığorta ödənişi, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla cəmi 2530 (iki min beş yüz otuz) manat pul vəsaiti Cavabdeh subroqasiya qaydasında tutularaq iddiaçı İcbari Sığorta Bürosu X10 ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar