Məhkəmə qərarları › İş №e-2(012)-5593/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5593/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5593/2021 27.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək olaraq subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə 550,00 manat ziyanın və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 məxsus Cavabdeh2 idarə etdiyi ** FH *** dövlət qeydiyyat nişanlı X6 H5E markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. 08.12.2019-cu il tarixdə Cavabdeh1 idarə etdiyi avtonəqliyyat vasitəsilə ** TK *** dövlət qeydiyyat nişanlı Volkswagen Polo markalı avtonəqliyyat vasitəsinə yolnəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh2 avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. “Performance Center” tərəfindən tərtib olunmuş 17.01.2020-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən ** TK *** dövlət qeydiyyat nişanlı Volkswagen Polomarkalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 550,00 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin 30.01.2020-ci il tarixli sığorta aktına 550,00 manat sığorta ödənişinin zərərçəkənə avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25ci maddəsində sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilmişdir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, ərizə 15.09.2021-ci il tarixdə məhkəməyə daxil olmuş və 17.09.2021-ci il tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada Prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin Prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -İcbari sığorta müqaviləsinə dair 10.12.2018-ci il tarixli məlumatdan görünür ki, Cavabdeh2 10.12.2018-ci il tarixdən 10.12.2019-cu il tarixədək olan müddətdə ** FH *** dövlət qeydiyyat nişanlı X6 H5E markalı avtonəqliyyat vasitəsini sığorta haqqı 75 manat, bonus-malus əmsalı 0.80, yekun sığorta haqqı 60 manat olmaqla əmlaka dəyən zərərə görə 5000 manat dəyərində sığortalamışdır. -AC № 975653 saylı 22.07.2017-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** TK *** dövlət qeydiyyat nişanlı Volkswagen Polo markalı X2 mülkiyyətindədir. -AD № 422454 saylı 05.01.2019-cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** FH *** dövlət qeydiyyat nişanlı X6 H5E markalı avtonəqliyyat vasitəsi Cavabdeh1 mülkiyyətindədir. -25.11.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ** FH *** dövlət qeydiyyat nişanlı X6 H5E markalı avtomobili 25.11.2020-ci il tarixədək idarə etməyi X1 etibar etmişdir. -İnzibati tənbeh vermə haqqında 08.12.2019-cu il tarixli TP ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh2 08.12.2019-cu il tarixdə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə hallarına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədərək 40 manat dəyərində cərimə olunmuşdur. -Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 12.12.2019-cu il tarixli arayışdan görünür ki, Bakı şəhəri BDYPİ bildirir ki, 08.12.2019-cu il tarixdə saat 10:45 radələrində Bakı şəhəri Nəsimi rayonu R.Rza küçəsi ilə S.Rəhimov küçələrinin kəsişməsində toqquşma növündə yol-nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh1 mülkiyyətində olan, hadisə baş verən anda ayıq vəziyyətində olmuş Cavabdeh2 tərəfindən idarə olunmuş ** FH *** dövlət qeydiyyat nişanlı X6 H5E markalı avtomobil X2 mülkiyyətində olan və onun tərəfindən idarə olunmuş ** TK *** dövlət qeydiyyat nişanlı Volkswagen Polo markalı avtomobillə toqquşmuş və sonuncu avtomobilin qabaq hissəsi əzilmişdir. -Performance Center MMC-nin 17.01.2020-ci il tarixli qiymətləndirmə aktından görünür ki, avtomobilə dəymiş zərər olaraq 550 manat ziyan dəydiyi müəyyən edilmişdir. -"xxxx" ASC-nin 30.01.2020-ci il tarixli, 94498 saylı Sığorta aktından görünür ki, sığortalı Cavabdeh2 10.12.2018-ci il tarixdən 09.12.2019-cu il tarixədək ** FH *** dövlət qeydiyyat nişanlı X6 H5E markalı avtomobili 5000 manat məbləğində avtonəqliyyat vasitəsi sahiblərinin icbari sığortası növündə sığortalamış, 08.12.2019-cu il tarixdə Bakı şəhəri Nəsimi rayonu R.Rza və S.Rəhimov küçələrinin kəsişməsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X4 məxsus ** TK *** dövlət qeydiyyat nişanlı Volkswagen Polo markalı avtomobilə 550 manat zərər dəymiş, dəymiş zərərin əvəzi köçürmə yolu ilə ödənilmişdir. -İş materiallarında olan pretenziyadan görünür ki, cavabdehlərə müqavilə üzrə dəymiş ziyan ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşin araşdırılan hallarından və tədqiq edilən sübutlardan müəyyən olunur ki, Cavabdeh1 mülkiyyətində olan ** FH *** dövlət qeydiyyat nişanlı X6 H5E markalı avtomobil etibarnamə olmadan Cavabdeh2 tərəfindən idarə edilmiş, 08.12.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X2 mülkiyyətində olan və onun tərəfindən idarə olunmuş ** TK *** dövlət qeydiyyat nişanlı Volkswagen Polo markalı avtomobillə toqquşması nəticəsində sonuncu avtomobilə 550 manat dəyərində ziyan dəymiş, həmin məbləğin 30.01.2020-ci il tarixli sığorta aktına əsasən X4 ödənilməsi qərara alınmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Məhkəmə mülki işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, iddiaçı sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək baş vermiş sığorta hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəyən ziyanı sığorta aktına müvafiq məbləğdə ödəmiş, Cavabdeh2 isə Cavabdeh1 məxsus nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyindən iddiaçının cavabdehlərdən 550 manat məbləğində pul vəsaitinin subroqasiya qaydasında tutulmasına dair iddia tələbi əsaslıdır. Belə ki, İcbari sığorta haqqında Azərbaycan Respublikasının Qanununun 25-ci və 63-cü maddəsində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququnu yaradan hərəkətlərdən həmin Qanunun 25.1.3. və 63.1 maddəsidir ki, həmin maddələrə əsasən; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Ona görə də iddiaçının subroqasiya hüququ əsasında sığorta ödənişini cavabdehdən tələb etməsi əsaslıdır və haqlıdır. İcbari sığortalar haqqında Qanunun 63-cü maddəsinə əsasən cavabdehin etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etməsi ödənilmiş sığorta məbləğinin ondan tutulmasına əsas verir. Göstərilənlərə əsasən, tədqiq edilmiş sübutlarla məhkəmə ərizəni əsaslı və qanunauyğun hesab edərək təmin olunması qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 1108.1. maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. 1114.1. maddəsinə əsasən başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə, işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, mülki hüquq pozuntusu (delikt) cavabdehlər tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Mülki Məcəllənin: 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30.40 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ** TK *** dövlət qeydiyyat nişanlı Volkswagen Polo markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 550 manat pul vəsaiti və 30.40 manat dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ** TK *** dövlət qeydiyyat nişanlı Volkswagen Polo markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 550 (beş yüz əlli) manat pul vəsaiti və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu olmaqla cəmi 580.40 (beş yüz səksən manat qırx qəpik) manat tutularaq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər barəsində çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar