Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-5940/2024 26.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Abasbəyli Aydan Azər qızının katibliyi ilə, İddiaçı Rüstəmova (Abbasova) İlhamə Cəfər qızının vəkili Vəkil iştirakı ilə, İddiaçı Rüstəmova (Abbasova) İlhamə Cəfər qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya verilməklə mənzilə köçürülmə və digər hüquqlara xitam verilməsi tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Rüstəmova (Abbasova) İlhamə Cəfər qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya verilməklə mənzilə köçürülmə və digər hüquqlara xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 yetkinlik yaşına çatmayan övladları xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X1 ilə birlikdə 12000 manat məbləğində kompensasiya verilməsi yolu ilə ünvan 1 ünvanına köçürülmələrinə və digər hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Rüstəmova (Abbasova) İlhamə Cəfər qızı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixində bağlanılmış barışıq sazişindən görünür ki, 2.1. İddiaçı Rüstəmova (Abbasova) İlhamə Cəfər qızı, cavabdehlər- Cavabdeh1 və Cavabdeh2 sözügedən mübahisə ilə əlaqədar uzun sürən məhkəmə çəkişməsinə son qoymaq, habelə mübahisəni barışıq yolu ilə həll etmək məqsədilə bu sazişi bağlayırlar. 2.2. İddiaçı Rüstəmova (Abbasova) İlhamə Cəfər qızı, Cavabdeh1 və Cavabdeh2 qarşı iddiasından imtina edir. 2.3. Cavabdeh1 və onun övladları xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X1 ilə birlikdə 12000 (on iki min) manat məbləğində kompensasiya verilməsi yolu ilə ünvan 1 ünvanına köçürülmələrinə və digər hüquqlarına xitam verilməsi barədə razılığa gələrək, Cavabdeh1 və Cavabdeh2 12000 manat məbləğində pulu iddiaçıdan qəbul edir və cavabdehlər qeyd edilən ünvandan əşyaları ilə birlikdə çıxaraq otağın açarlarını iddiaçıya təhvil verməsi barədə razılığa gəlirlər. 3.1.Bu saziş məhkəmə tərəfindən təsdiq edildikdə, qanunvericiliyin tələblərinə görə eyni zamanda iş üzrə icraata xitam veriləcək. Bununla əlaqədar tərəflər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsində göstərilən “işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir” müddəaları ilə tanış olduqlarını təsdiq edirlər. 3.2.Bu saziş barədə razılığa gəlinərək imzalandıqdan sonra tərəflər barışıq sazişinin şərtlərini pozduqda, barışıq sazişinə əməl olunmasına dair ərizə verildikdə Abşeron rayon Məhkəməsi tərəfindən icra vərəqəsinin verilməsi üçün əsas olacaqdır. 3.3. Bu Saziş, məhkəmə tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir. 3.4.Bu Saziş 4 (dörd) nüsxədə tərtib edilir və məhkəmə tərəfindən təsdiq olunduqdan sonra onlardan hər biri müvafiq olaraq iddiaçıda, cavabdehlərdə və Məhkəmədə saxlanılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş İddiaçı izahatında cavabdehlə barışıq sazişi imzalamaq üçün razılığa gəldiklərini bildirdi və barışıq sazişini məhkəmədə imzalayaraq təsdiq etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər biri ayrı-ayrılıqda izahat verərək iddiaçı ilə barışıq sazişi bağladıqlarını bildirdilər və müqaviləni imzalayaraq təsdiq etdilər. Məhkəmə iclasında iddiaçı Rüstəmova (Abbasova) İlhamə Cəfər qızının vəkili Vəkil barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, barışıq sazişinin şərtlərini nəzərdən keçirib, eləcə də, mülki işin digər materiallarını araşdırıb belə nəticəyə gəlir ki, məhkəmə iclasında tərəflərin imzaları ilə təsdiq edilmiş barışıq sazişinin şərtləri tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur və həmin şərtlər onların qarşılıqlı münasibətlərinə uyğun gəlir. Bu səbəbdən də göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, barışıq sazişi məhkəmə tərəfindən qəbul edilməli və şərtləri təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin: 52.3. maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5. maddəsinə əsasən tərəflərin barışıq sazişi qanunazidd deyilsə və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmursa, məhkəmə belə hərəkətləri qəbul edir. 191.2. maddəsinə əsasən işə baxan məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə, həmin sazişin şərtləri göstərilməklə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Rüstəmova (Abbasova) İlhamə Cəfər qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya verilməklə mənzilə köçürülmə və digər hüquqlara xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə tərəflərin barışıq sazişi aşağıdakı şərtləri ilə təsdiq edilsin: Bundan sonra “İddiaçı” adlandırılacaq Rüstəmova (Abbasova) İlhamə Cəfər qızı bir tərəfdən və bundan sonra “Cavabdehlər” adlandırılacaq Cavabdeh1 və Cavabdeh2 digər tərəfdən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Mülki Prosessual Məcəlləsinə və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq aşağıdakı şərtlərlə barışıq sazişi bağladılar: 2.1. İddiaçı Rüstəmova (Abbasova) İlhamə Cəfər qızı, cavabdehlər- Cavabdeh1 və Cavabdeh2 sözügedən mübahisə ilə əlaqədar uzun sürən məhkəmə çəkişməsinə son qoymaq, habelə mübahisəni barışıq yolu ilə həll etmək məqsədilə bu sazişi bağlayırlar. 2.2. İddiaçı Rüstəmova (Abbasova) İlhamə Cəfər qızı, Cavabdeh1 və Cavabdeh2 qarşı iddiasından imtina edir. 2.3. Cavabdeh1 və onun övladları xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X1 ilə birlikdə 12000 (on iki min) manat məbləğində kompensasiya verilməsi yolu ilə ünvan 1 ünvanına köçürülmələrinə və digər hüquqlarına xitam verilməsi barədə razılığa gələrək, Cavabdeh1 və Cavabdeh2 12000 manat məbləğində pulu iddiaçıdan qəbul edir və cavabdehlər qeyd edilən ünvandan əşyaları ilə birlikdə çıxaraq otağın açarlarını iddiaçıya təhvil verməsi barədə razılığa gəlirlər. 3.1.Bu saziş məhkəmə tərəfindən təsdiq edildikdə, qanunvericiliyin tələblərinə görə eyni zamanda iş üzrə icraata xitam veriləcək. Bununla əlaqədar tərəflər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsində göstərilən “işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir” müddəaları ilə tanış olduqlarını təsdiq edirlər. 3.2.Bu saziş barədə razılığa gəlinərək imzalandıqdan sonra tərəflər barışıq sazişinin şərtlərini pozduqda, barışıq sazişinə əməl olunmasına dair ərizə verildikdə Abşeron rayon Məhkəməsi tərəfindən icra vərəqəsinin verilməsi üçün əsas olacaqdır. 3.3. Bu Saziş, məhkəmə tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir. 3.4.Bu Saziş 4 (dörd) nüsxədə tərtib edilir və məhkəmə tərəfindən təsdiq olunduqdan sonra onlardan hər biri müvafiq olaraq iddiaçıda, cavabdehlərdə və Məhkəmədə saxlanılır. Abşeron Rayon Məhkəməsinin e-2(012)-5940/2024 nömrəli mülki iş üzrə icraatına xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-5940/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-5940/2024
26.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver