Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-5942/2024 24.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı cavabdehlər "xxxx" MTK və X2 qarşı «mənzilə mülkiyyət hüququnun tanınması» tələbi barəsində qarşılıqlı iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" MTK və X2 qarşı «mənzilə mülkiyyət hüququnun tanınması» tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsində qeyd edilmişdir ki, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Qarşılıqlı iddia ərizəsinin məzmunundan və iş materiallarında olan İddiaçı şəxsiyyət vəsiqəsinə dair digər məhkəmə və icra işləri barədə Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Abşeron Rayon Məhkəməsinin icraatında olan iddiaçı X1 cavabdehlər "xxxx" MTK və İddiaçı qarşı tələbinə dair 2(012)-3147/2024 saylı mülki iş üzrə cavabdeh İddiaçı məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək, onunla, yəni qarşılıqlı iddia üzrə İddiaçı ilə 19 avqust 2023-cü il tarixdə "xxxx" MTK arasında bağlanmış müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14cü kilometrliyinin qərb hissəsində yerləşən ümumi sahəsi 133,26 kv.m olan 10 bloklu yaşayış binasının giriş D bloku, 6-cı mərtəbə, 79 saylı, 3 otaqlı mənzilinə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, lakin iddiaçı yanlışlığa yol verərək qarşılıqlı iddia ərizəsini 2(012)-3147/2024 saylı mülki iş üzrə sistemə yerləşdirmək əvəzinə, ayrıca iddia ərizəsi şəklində sistemə yerləşdirməklə MPM-in 149.2.2-ci maddəsinin tələbinə riayət etməmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də məhkəmə yuxarıda qeyd olunanları iddiaçı tərəfindən ərizənin məzmununa riayət edilməməsi kimi qiymətləndirərək və Azərbaycan Respublikası MPM-in 149.2.2-ci və 152.1.1-ci maddələrinə istinad edərək hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" MTK və X2 qarşı «mənzilə mülkiyyət hüququnun tanınması» tələbi barəsində qarşılıqlı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən hakim iddia ərizəsinin qaytarılması haqqında qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər "xxxx" MTK və X2 qarşı «mənzilə mülkiyyət hüququnun tanınması» tələbi barəsində qarşılıqlı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-5942/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-5942/2024
24.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver