Məhkəmə qərarları › İş №e-2(012)-6217/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-6217/2023

24.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-6217/2023 24.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Mirhəsənli Mirnəsir Mirfazil oğlu İddiaçı cavabdehlər Cavabdeh1nə və İmişli rayon İcra Hakimiyyətinə qarşı “qəyyumluq rəyinin dəqiqləşdirilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1nə və İmişli rayon İcra Hakimiyyətinə qarşı “qəyyumluq rəyinin dəqiqləşdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 yanında YYÇİHMK-nın tərtib etdiyi baxış aktının etibarsız hesab edilərək, Cavabdeh1 yanında YYÇİHMK-nın xx.xx.2023-cü il tarixli 5-29/1-1441/2023 saylı rəyinin dəqiqləşdirilməsi məqsədi ilə geri qaytarılması və bu iddia ərizəsi ilə əlaqədar ödənilmiş məhkəmə rüsumunun Cavabdeh1 tərəfindən ona ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icaatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən, Elekron Məhkəmə İnformasiya Sisteminin məlumatlarından görünür ki, Abşeron Rayon Məhkəməsinin icraatında (hakim Məlahət Abbasova) iddiaçı X1 cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların himayədə saxlanması və aliment” tələbinə dair 2(012)-2339/2023 saylı mülki iş vardır. Qeyd olunan mülki işlə bağlı Cavabdeh1 YYÇİHM Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli, 5-29/1-1441/2023 saylı rəy verilmişdir. Eyni zamanda rəyin verilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli baxış aktı tərtib edilmişdir. Göründüyü kimi hazırki iddia ərizəsində irəli sürülən tələb Abşeron Rayon Məhkəməsinin icraatında olan iddiaçı X1 cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların himayədə saxlanması və aliment” tələbinə dair mülki işin araşdırılması ilə bağlı olan məsələdir. Belə olan halda iddiaçının Cavabdeh1 YYÇİHM Komissiyası tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 5-29/1-1441/2023 saylı rəylə bağlı etirazı varsa bunu ayrıca iddia tələbi olaraq məhkəməyə iddia ərizəsi verməklə deyil, faktiki olaraq icraatda olan işin məhkəmədə baxılması zamanı öz prosessual hüquqlarından istifadə etmək yolu ilə həll etməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 47.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyin tələbindən də, göründüyü kimi iddiaçı Qarayev X2 Rayon Məhkəməsinin icraatında cavabdeh kimi tərəf olduğu mülki işlə bağlı prosessual qanunvericiliklə ona verilmiş prosessual hüquqlardan istifadə edə bilər. Belə olduqda İddiaçı cavabdehlər Cavabdeh1nə və İmişli rayon İcra Hakimiyyətinə qarşı “qəyyumluq rəyinin dəqiqləşdirilməsi” tələbinə dair işə məhkəmə qaydasında baxılması yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mövcud ərizəyə məhkəmə qaydasında baxılmalı deyildir. Buna görə də yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1nə və İmişli rayon İcra Hakimiyyətinə qarşı “qəyyumluq rəyinin dəqiqləşdirilməsi” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya Abşeron Rayon Məhkəməsinin icraatında (hakim Məlahət Abbasova) iddiaçı X1 cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların himayədə saxlanması və aliment” tələbinə dair 2(012)-2339/2023 saylı mülki üzrə prosessual qanunvericiliklə ona verilmiş prosessual hüquqlarının olması izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar