Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-643/2021 22.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi iddia tələbinə dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, M.Əzizbəyov küçəsi 12 ünvanındakı fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini və həmin qətnamənin cavabdehin həmin evdən yaşayış yeri üzrə pasport qeydiyyatının ləğvi üçün əsas hesab edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Əzizbəyov küçəsi 12 ünvanındakı fərdi yaşayış evinə Cavabdeh formal olaraq qeydiyyatındadır, orada yaşamır. Cavabdeh hazırda Ukraynada yaşayır və iddiaçının öz əmlakı barədə sərəncam verməsinə etirazı yoxdur. Bu səbəbdən də cavabdehin həmin fərdi yaşayış evinə istifadə hüquqlarının məhkəmə qaydasına itirilmiş hesab olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədi və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat vermədi. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahatında bildirdi ki, Cavabdeh qonşusudur və onu uşaqlıq zamanlarından tanıyır. Əvvəllər Cavabdeh böyük qardaşına məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Əzizbəyov küçəsi 12 ünvanındakı fərdi yaşayış evini onun atası sonradan İddiaçı bağışlamışdır. Ukrayna vətəndaşı olan Cavabdeh 15 ildir ki, həmin evdən köçüb getmişdir və hazırda orada yaşamır. Məhkəmə iddiaçının izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməlidir. Mülki işin materiallarında olan xx xxxxxxxx 2011-ci il tarixli bağışlama müqaviləsinin surətindən müəyyən olunur ki, X6 adından X1 rayonu, Xırdalan şəhəri, M.Əzizbəyov küçəsi 12 ünvanındakı fərdi yaşayış evini İddiaçı mülkiyyətinə verir. Mülki işin materiallarında olan ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarışın surətindən müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Əzizbəyov küçəsi 12 ünvanındakı fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçıdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron RPŞ QvŞV bölməsi tərəfindən verilən yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli arayışından müəyyən edilir ki, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, M.Əzizbəyov küçəsi 12 ünvanında qeydiyyatdadır. Mülki işin materiallarında olan xx xxxxxx 2008-ci il tarixli, 567432 №-li ərizədən müəyyən edilir ki, Ukrayna, Poltava vilayəti, Poltava rayonu, Kryukova kəndi, Şevçenko küçəsi, 39-a ünvanında yaşayan Cavabdeh və Poltava vilayəti, Şişatskiy rayonu, Yareski kəndi, Storojenka küçəsi, 15 ünvanında yaşayan X7 Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri, M.Əzizbəyov küçəsi 12 ünvanındakı fərdi yaşayış evinə dair sərəncam verilməsinə etiraz etmirlər. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilmişdir ki, Cavabdeh atası- X6 İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, M.Əzizbəyov küçəsi 12 ünvanındakı fərdi yaşayış evini hədiyyə etmiş və həmin evə mülkiyyət hüququ İddiaçı keçmişdir. Lakin, Cavabdeh həmin evə istifadə hüququnu itirsə də, hələ də orada qeydiyyatdadır. Cavabdeh həmin evə dair sərəncam verilməsinə etiraz etmir. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 228.5-ci maddəsinə uyğun olaraq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında yaşayış sahəsindən istifadə hüququnun mahiyyəti ilə bağlı hüquqi mövqelərini formalaşdırmışdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx xxxx 2001-ci il tarixli Qərarında qanunun zamana görə qüvvəsini nəzərə alaraq göstərmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx xxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə riayət edilməsi tələb olunur. Mülki Məcəllənin 228.5-ci maddəsi eyni zamanda nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə gəldikdə isə Mülki Məcəllənin 228.5-ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir. Qanunun bu müddəalarının mənasına görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. Mülki Məcəllənin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, x xxxxxxx 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarları və Mülki Məcəllənin 228.1, 228.2 və 228.5-ci maddələri mülkiyyətçinin ailə üzvlərinin və digər şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu, həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə və belə hüququn əmələ gəlməsini, həyata keçirilməsi şərtlərini və xitamını mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə şərtləndirmişdir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh evin əvvəlki mülkiyyətçisinin ailə üzvü olmuşdur,hazirda evin mülkiyyətçisi iddiaçıdır,cavabdeh isə iddiaçının ailə üzvü deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, M.Əzizbəyov küçəsi 12 ünvanındakı fərdi yaşayış evində hələ də formal olaraq qeydiyyatda olduğu üçün onun həmin fərdi yaşayış evindən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Eləcədə də məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli mənzildən qeydiyyatdan çıxarılması məhkəmənin birbaşa səlahiyyətinə aid olmasa da, istifadə hüququnun itirilməsi mənzildən qeydiyyatdan çıxarılma üçün əsas hesab edilir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360/ 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, M.Əzizbəyov küçəsi 12 ünvanındakı fərdi yaşayış evinə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, M.Əzizbəyov küçəsi 12 ünvanındakı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-643/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-643/2021
22.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver