Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-646/2021 21.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Əliyeva Arzu Siyavuş qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə 21 aprel 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək olaraq 7250 manat məbləğində sığorta ödənişinin əvəzi və ödənilmiş dövlət rüsumu üçün 30,40 manatın iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 məxsus **-BS-*** dqn-lı, «Changan Eado» markalı avtonəqliyyat vasitəsi 06.10.2017-ci il tarixdə «xxxx» ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. 29.11.2017-ci il tarixdə Cavabdeh2 idarə etdiyi **-BS-*** dqn-lı, «Changan Eado» markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi nəticəsində **- PE-*** dqn-lı “Lifan 7185-720” markalı avtonəqliyyat vasitəsinə zərər vurmuş, həmçinin X13 və X8 xəsarət yetirmişdir. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh2 avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. 27.11.2017-ci il tarixli zərər aktına əsasən **-PE-*** dqn-lı Lifan 7185-720” markalı avtonəqliyyat vasitəsinə 6124 manat məbləğində zərər məbləği müəyyən edilmişdir. 27.03.2018-ci il tarixli sığorta aktına əsasən «xxxx» ASC tərəfindən 5000 manat məbləğinin zərərçəkən şəxsin hesabına köçürülməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Həmçinin, «xxxx» ASC tərəfindən 10.04.2018-ci il tarixli sığorta aktına əsasən X9 xəsarət almasına görə 750 manat, X5 xəsarəti üzrə 1500 manat məbləğində köçürmə həyata keçirilmişdir. Cavabdeh tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində “Bakı şəhər İşığı” EŞM-nin balansında olan işıq dirəyinə zərər dəymişdir. Bu səbəbdən də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 7250 manat məbləğində sığorta ödənişinin əvəzi və ödənilmiş dövlət rüsumu üçün 30,40 manatın iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulması zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini müdafiə etdiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul edərək avtomobilə dəyən ziyanı ödəməyə razı olduğunu, lakin zərərçəkənlərə kifayət qədər maddi köməklik etdiyi üçün bu hissədə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarından olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 314/2018 saylı, 03 sentyabr 2018-ci il tarixli hökmdən müəyyən edilir ki, 29.11.2017-ci il tarixdə Cavabdeh2 sürücülük vəsiqəsi olmadan idarə etdiyi **-BS-*** dqn-lı, «Changan Eado» markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi nəticəsində **-PE-*** dqn-lı “Lifan 7185-720” markalı avtonəqliyyat vasitəsinə zərər vurmuş, həmçinin X13 və X8 xəsarət yetirmişdir. Cavabdeh2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263- 1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Mülki işin materiallarından olan 697792 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, **-BS-*** dqn-lı, «Changan Eado» markalı avtomobilin sahibi Cavabdeh1dur. Mülki işin materiallarından olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya X7 23.12.2017-ci il tarixli 1774 №-li, 1773 №-li, 1768 №-li, 1769 №-li və 1882 №li ekspert rəylərindən müəyyən edilir ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq müvafiq olaraq X12 “sağ qaş nahiyyəsinin və burun əsasının əzilməsi və sıyrılmış yarası” diaqnozu qoyulmuş, X1 yüngül zərər vurulmuş, X10 “sağ ənsə və boyun nahiyyəsinin yumşaq toxumalarının əzilməsi” diaqnozu qoyulmuş, X3 yüngül zərər vurulmuş və X2 ağır zərər vurulmuşdur. Mülki işin materiallarından olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 15.01.2018-ci il tarixli arayışdan müəyyən edilir ki, Cavabdeh1 mülkiyyətində olan **-BS-*** dqn-lı, «Changan Eado» markalı avtomobili 29.11.2017-ci il tarixdə Cavabdeh2 yol-nəqliyyat hadisəsi törətdiyi zaman sürücülük hüququ olmadan idarə etmişdir. Mülki işin materiallarından olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 16 mart 2018-ci il tarixli, 3606 №-li ekspert rəyindən müəyyən edilir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən **-BS-*** dqn-lı, «Changan Eado» markalı avtomobilin sürücüsü Cavabdeh2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Cavabdeh2 avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən LF-7185-720 markalı, **-PE-*** dqn-lı avtomobilin sürücüsü X4 hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Mülki işin materiallarından olan 05.10.2017-ci il tarixli, PPA ********** №-li “İcbari Sığorta” Müqaviləsinə dair məlumatdan müəyyən edilir ki, Cavabdeh1 məxsus **-BS-*** dqn-lı, «Changan Eado» markalı avtonəqliyyat vasitəsi 05.10.2017-ci il tarixdə «xxxx» ASC tərəfindən 1 il müddətinə əmlaka vurulan zərərə görə 5000 manat, bir şəxs üçün sağlamlığa vurulan zərərə görə 5000 manat və bir hadisə üzrə sağlamlığa vurulan zərərə görə 50000 manat sığorta məbləğində icbari sığorta növü üzrə sığortalanmışdır. Mülki işin materiallarından olan 27.11.2017-ci il tarixli zərər aktından müəyyən edilir ki, **-PE-*** dqn-lı “Lifan 7185-720” markalı avtonəqliyyat vasitəsinə ümumilikdə 6124 manat məbləğində zərər dəydiyi müəyyən edilmişdir. Mülki işin materiallarından olan 10.04.2018-ci il tarixli sığorta aktından müəyyən edilir ki, «xxxx» ASC tərəfindən 750 manat məbləğində sığorta ödənişinin zərəçəkən şəxs X11 aldığı yüngül xəsarətə görə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Müvafiq qəbz mülki işə əlavə edilmişdir. Mülki işin materiallarından olan 05.04.2018-ci il tarixli sığorta aktından müəyyən edilir ki, «xxxx» ASC tərəfindən 1500 manat məbləğində sığorta ödənişinin zərəçəkən şəxs X8 aldığı ağır xəsarətə görə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Müvafiq qəbz mülki işə əlavə edilmişdir. Mülki işin materiallarından olan 27.03.2018-ci il tarixli sığorta aktından müəyyən edilir ki, «xxxx» ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişinin zərəçəkən şəxs “xxxx” MMC-yə məxsus “LF 7185-720” markalı, **-PE-*** dqn-lı avtomobilə vurulmuş ziyana görə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Müvafiq qəbz mülki işə əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən,partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə ilə,nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsində əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilmişdir. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh2 sürücülük hüququ olmadan idarə etdiyi, digər Cavabdeh1 mülkiyyətində olan **-BS-*** dqn-lı, «Changan Eado» markalı avtomobillə yol-nəqliyyat hadisəsi törətmişdir. Nəticədə, **-PE-*** dqn-lı “Lifan 7185-720” markalı avtonəqliyyat vasitəsinə zərər vurmuş, X13 və X8 müxtəlif dərəcəli bədən xəsarətlər yetirmişdir. «xxxx» ASC tərəfindən “xxxx” MMC-yə məxsus “LF 7185-720” markalı, **-PE-*** dqn-lı avtomobilə vurulmuş ziyana 5000 manat, eləcə də X11 750 manat və X8 1500 manat məbləğində, ümumilikdə 7250 manat sığorta ödənişi edilmişdir. Hazırda şirkət subroqasiya qaydasına cavabdehlərdən müştərək qaydada həmin məbləğdə pul tələb edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7250 manat məbləğində sığorta ödənişinin əvəzi tutularaq iddiaçı «xxxx» ASC-yə ödənilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, iddiaçı “xxxx” ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30,40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçı “xxxx” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7250 manat məbləğində sığorta ödənişinin əvəzi və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat məbləğində pul vəsaiti tutularaq «xxxx» ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-646/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-646/2021
21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver