Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-6517/2025 12.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlu, Şikayət verən şəxs X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə inzibati icraata xitam verilməsi tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs X3 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə inzibati icraata xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında qərarının qanunsuz hesab edilərək ləğv edilməsini və onun barəsində inzibati xəta tərkibinin mövcud olmaması səbəbindən iş üzrə inzibati icraata xitam verilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işin materiallarını araşdırıb hesab edir ki, iş məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin qəbulundan imtina edilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, X3 ərizədə müraciətinin növü kimi “şikayət”, özünü isə “şikayət verən şəxs” kimi qeyd etməsinə baxmayaraq, həmin ərizə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə mülki iş üzrə iddia icraatı qaydasında verilmiş, cavabdeh qismində isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti göstərilmişdir. Halbuki Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş inzibati xəta haqqında qərarın mübahisələndirilməsinə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati xəta haqqında iş üzrə icraat qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 129.1.5-ci maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) verilən şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) şikayət və ya protest verilir. Qanunvericiliyin tələbindən göründüyü kimi inzibati tənbeh tətbiq etmə haqqında qərardan həm yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə), həm də məhkəməyə şikayət verilə bilər. Lakin şikayətin verilməsi forması və qaydası, eləcə də, icraatın aparılması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilir. Yəni iddiaçı qeyd etdiyi protokol əsasında qəbul edilən qərardan mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə deyil, qərardan şikayət formasında səlahiyyətli orqana və ya məhkəməyə (inzibati qərardan şikayət formasında) müraciət edə bilər. Odur ki, hazırki iddia ərizəsinin qəbulundan imtina edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və işə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi yolverilməzdir. Odur ki, hazırki iddia ərizəsinin qəbulundan imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər şikayət verən şəxs X2 qaytarılmalı, həmçinin şikayət verən şəxsə izаh оlunmаlıdır ki, göstərilən tələblə bаğlı qeyd etdiyi protokol əsasında qəbul edilən qərardan şikayət formasında səlahiyyətli orqana və ya məhkəməyə (inzibati xəta haqqında iş üzrə qərardan şikayət formasında) müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət verən şəxs X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə inzibati icraata xitam verilməsi tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə şikayət verən şəxsə geri qaytarılsın. Şikayət verən şəxs X2 göstərilən tələblə bаğlı qeyd etdiyi protokol əsasında qəbul edilən qərardan şikayət formasında səlahiyyətli orqana və ya məhkəməyə (inzibati xəta haqqında iş üzrə qərardan şikayət formasında) müraciət edə bilmək hüquqları izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-6517/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-6517/2025
12.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver