Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-6624/2025 15.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxsnə qarşı «əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin geri qaytarılması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin əmlakları hesabına əsassız varlanması faktının tanınması, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli olan150001,56 manat məbləğində kompensasiyanın Cavabdeh tutularaq iddiaçıya ödənilməsinin təmin edilməsi və həmin vəsaitdən əldə edilmiş əlavə gəlirlər cavabdehdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinin təmin olunmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, "xxxx" ASC ilə Cavabdeh arasında 22 iyul 2008-ci il tarixində 222/6-AZN saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə illik 21 faiz dərəcəsi ilə 36 ay müddətinə olmaqla 200000 manat məbləğində kredit vəsaiti verilmişdir. Daha sonra tərəflər arasında 01 dekabr 2011-ci il tarixində bağlanmış 01 saylı əlavə sazişə əsasən əvvəlki kredit müqaviləsi üzrə yaranmış 128063,27 manat məbləğindəki qalıq borc üzrə hesablanmış faizlər kapitallaşdırılmış, nəticədə kreditin yeni məbləği 150229,81 manat olaraq müəyyən edilmiş və kreditin geri ödəniş müddəti 70 ay müddətinə uzadılmışdır. Kreditin təminatı məqsədilə 22 iyul 2008-ci il tarixində tərtib olunmuş İP1-22/6-AZN saylı ipoteka müqaviləsi və həmin müqaviləyə edilmiş 01 dekabr 2008-ci il tarixli, 01 saylı əlavə sazişə əsasən borclu Cavabdeh mülkiyyətində olan aşağıdakı daşınmaz əmlaklar ipoteka predmeti kimi "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir: 1. Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1B saylı binada yerləşən 24A saylı mənzil; 2. Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 13 saylı fərdi yaşayış evi. Həmin ipoteka müqavilələri notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Lakin Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kredit borcunun ödənilməsini təmin etməmiş, dəfələrlə edilən rəsmi və şifahi xəbərdarlıqlara baxmayaraq, öhdəliklərini icra etməkdən yayınmışdır. Bu səbəbdən "xxxx" ASC, cavabdehin əsas borc, hesablanmış faizlər və cərimə məbləğinin ödənilməsi, habelə ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönəldilməsi və həmin əmlakların boşaldılması barədə tələblə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 08 noyabr 2013-cü il tarixli qətnaməsinə əsasən İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh xx.xx.2008-ci il tarixli, 222/6-AZN saylı kredit müqaviləsi və bu müqaviləyə edilmiş xx.xx.2011 -ci il tarixli, 01 saylı əlavə saziş üzrə 138896,93 manat əsas borc, 50146,60 manat faiz borcu, 30000 manat cərimə, cəmi 219043,53 manatın tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1 B saylı evin 24A saylı mənzilinə və Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 13 saylı fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1 B saylı evin, 24 A saylı mənzilindən və Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 13 saylı fərdi yaşayış evindən çıxarılması, ödənilmiş dövlət rüsumunun 15 manat hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)-40/2018 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 08 noyabr 2013-cü il tarixli qətnaməsi kredit müqaviləsi və əlavə saziş üzrə cərimə borcunun tutulması və mübahisəli əmlakın boşaldılması hissəsində dəyişdirmiş, Cavabdeh 10000 manat məbləğində cərimə borcunun tutularaq İddiaçı ASC-yə verilməsi, mübahisəli mənzilə və fərdi yaşayış evinə tutma yönəldildikdən və həmin əmlaklar açıq hərracda satıldıqdan ən geci 1 ay sonra Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1 B saylı evin, 24 A saylı mənzilindən və Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 13 saylı fərdi yaşayış evindən çıxarılması, qət edilmiş, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2018-ci il tarixli, 2(105)- 40/2018 nömrəli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti ilə müraciət etmişdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 5819/2018 nömrəli, xx.xx.2018-ci tarixli qərarı ilə Cavabdeh və vəkili tərəfindən verilən kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)-40/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Bildirirlər ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, borclu Cavabdeh qarşı məhkəmə qətnaməsi əsasında başlanan icra işi çərçivəsində Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2014-cü il tarixli, xx/xx-1853/14-1 nömrəli sifariş məktubuna əsasən onun mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaklar üzrə hərrac prosedurları həyata keçirilmişdir. Belə ki, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzitərəfindən təşkil olunmuş hərraclar nəticəsində aşağıdakı daşınmaz əmlaklara tələb yönəldilmiş və hərrac proseduru qanunvericiliyin tələblərinə uyğun olaraq yekunlaşdırılmışdır: 1. Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1B saylı binada yerləşən 24Asaylı mənzil; 2. Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 13 saylı fərdi yaşayış evi. Müvafiq hərrac protokollarına və həmin protokollar əsasında bağlanmış alqı-satqı müqavilələrinə əsasən yuxarıda qeyd edilən əmlaklar İddiaçı ASC tərəfindən əldə edilmiş vəbankın mülkiyyətinə keçmişdir. Daşınmaz əmlakın mülkiyyət hüququnun rəsmiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında aşağıda qeyd edilən çıxarışlar verilmişdir: - Çıxarış № **********36-05101-093013 (24A saylı mənzil üzrə); - Çıxarış № **********5-10301 (13 saylı fərdi yaşayış evi üzrə). Bu sənədlər təsdiq edir ki, qeyd olunan daşınmaz əmlaklar artıq İddiaçı ASC-nin mülkiyyətinə keçmişdir və mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Yuxarıda göstərilən hallar və sənədlər onu sübut edir ki, ipoteka predmetləri üzrə icra prosedurları Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq aparılmış, hərrac yolu ilə əldə olunmuş daşınmaz əmlaklar üzrə mülkiyyət hüququ İddiaçı ASC-yə məxsusdur və dövlət qeydiyyatına alınmışdır. Bu səbəbdən qeyd olunan daşınmaz əmlaklara dair Cavabdeh mülkiyyət hüququ qanuni əsaslarla sona çatmış, əmlaklar üzərində hüquqlar İddiaçı ASCyə keçmişvə müvafiq hüquqi nəticələr doğurmuşdur. Bildirirlər ki, Maraqlı şəxs 04 dekabr 2023-cü il tarixli, 5-29/1-3149/2023 nömrəli rəsmi məktubuna əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən və əvvəllər borclunun mülkiyyətində olmuş 13 saylı fərdi yaşayış evində baş vermiş partlayış hadisəsi nəticəsində Cavabdeh 150001,56 manat məbləğində maliyyə yardımı ödənilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin 05 dekabr 2023-cü il tarixli, 3-18- 2/2-11004/2023 nömrəli məktubuna əsasən Cavabdeh 1 il müddətində, ayda 250 manat olmaqla kirayə haqqı ödənişi və ev əşyalarına dəyən zərərə görə 6000 manat məbləğində birdəfəlik kompensasiya verilmişdir. Qeyd olunan maliyyə yardımları və kompensasiyalar borclunun artıq mülkiyyətində olmayan, lakin əvvəl onun adına qeydiyyatda olmuş daşınmaz əmlakda baş vermiş hadisə ilə bağlı verilmişdir. Göründüyü kimi Cavabdeh İddiaçı ASC-yə məxsus əmlaklarla bağlı heç bir hüquqi əsas olmadan, yəni bankla bağlanmış hər hansı yazılı və ya şifahi müqavilə, razılaşma və öhdəlik mövcud olmadan kompensasiya məbləğini ələ keçirmiş, bu vəsaitdən öz xeyrinə istifadə etmiş və nəticədə maddi cəhətdən əsassız olaraq varlanmışdır. Qeyd etmək istəyirlər ki, cavabdeh bu vəsait hesabına maddi nemətlər əldə etmiş, şəxsi xeyrinə istifadə etmiş, lakin həmin əmlakların banka məxsus olduğunu bildiyi halda geri qaytarmaqdan imtina etmişdir. Hüquqi münasibətlərin mövcud olmaması (müqavilənin, borc öhdəliyinin və ya digər əsasların yoxluğu) bu vəsaitin cavabdeh tərəfindən əsassız və qanunsuz şəkildə əldə olunduğunu göstərir. Məlumat üçün bildirirlər ki, kompensasiya ödənişi barədə bank 2023-cü ilin dekabr ayında məlumatlandırılmış və buna uyğun hüquqi tədbirlər görülməsi gündəmə gətirilmişdir. Beləliklə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsində nəzərdə tutulan iddia müddəti çərçivəsində İddiaçı ASC tərəfindən əsassız varlanmaya qarşı hüquqi tələb irəli sürülməsi tam hüquqi əsaslara malikdir. Cavabdehin vəfatı ilə əlaqədar hazırkı iş üzrə icraata xitam verilməsi ilə bağlı qeyd edir ki, iddiaçı şirkət olaraq bu məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxırlar. Məhkəmə iddiaçı şirkətin nümayəndəsinin izahatını dinləyib iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hеsаb еdir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxsnə qarşı «əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin geri qaytarılması» tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, hazırkı iş üzrə Cavabdeh şəxsi məlumatları barədə “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumat vərəqəsindən göründüyü kimi Cavabdeh xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Buradan aydın olur ki, Cavabdeh hazırkı iş üzrə iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən (xx.xx.2025-ci il tarixdən) əvvəl vəfat etmişdir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Аzərbаycаn Rеspublikаsı MPM-in 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Bundan əlavə iş materiallarında olan xx.xx.2025-ci il tarixli, **********95 nömrəli mədaxil qəbzindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi verilməsi üçün 440 (dörd yüz) manat məbləğində dövlət rüsumunu xx.xx.2025-ci il tarixdə 16:31-də Dövlət Büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Şərh оlunаnlаrа əsаsən və Аzərbаycаn Rеspublikаsı MPM-in 261.0.1, 262-264, 268-269-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə, qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxsnə qarşı «əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin geri qaytarılması» tələbinə dair 2(012)-6624/2025 saylı mülki iş üzrə icraata xitam verilsin. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxsnə qarşı «əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin geri qaytarılması» tələbinə dair 2(012)-6624/2025 saylı mülki iş üzrə xx.xx.2025-ci il tarixli, **********95 nömrəli qəbzdən ödəmiş olduğu 440 (dörd yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən ləğv prosesində olan İddiaçı ASC-yə qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsinə həvalə edilsin. Qərardaddan, təqdim edildikdən (və ya tərəf onu aldıqdan) 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-6624/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-6624/2025
15.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver