Məhkəmə qərarları › İş №e-2(012)-676/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-676/2024

04.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-676/2024 04.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 7789,64 (yeddi min yeddi yüz səksən doqquz manat altmış dörd qəpik) manat məbləğində əsas borcun, eyni zamanda məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 43 (qırx üç) manat dövlət rüsumunun və 50 (əlli) manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuş və “X15” haqqında müqavilə imzalanmışdır. xx.xx.2020-ci il tarixdə administrator vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixli 338 saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə OBA mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmişdir. “İnventarizasiya nəticələrinə” dair akta əsasən yekun ziyan məbləği 10618 manat zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan müvafiq güzəştlər edildikdən sonra qalıq borc 7789,64 (yeddi min yeddi yüz səksən doqquz manat altmış dörd qəpik) manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Bununla yanaşı Mediasiya prosesi keçirilmiş və həmin prosesdə hər hansı bir razılıq əldə olunmamışdır. Beləliklə, Cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və X15 haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Odur ki, qeyd edilənlərə əsasən iddianın təmin olunması məhkəmədən xahiş olunmuşdur. İddiaçı MMC xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İştirak etdiyi məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddia tələbini 7789,64 manat pulun tutulması hissəsində tam olaraq qəbul etdiyini bildirmiş və bu barədə yazılı ərizə təqdim etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -xx.xx.2020-ci il tarixli 078 saylı əmrdən Çıxarışdan görünür ki, Cavabdeh - Cəmiyyətin Satış Departamentinin Satış Şöbəsinə xx.xx.2020-ci il tarixdən 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. -xx.xx.2020-ci il tarixli 229 saylı əmrdən Çıxarışdan görünür ki, Cavabdeh - Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində 27 aprel 2020-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir. -xx.xx.2020-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış X15 haqqında Müqavilədən görünür ki, Cavabdeh administrator tam maddi məsul vəzifəyə qəbul olunmuş və ona bir sıra vəzifələr etibar olunmuşdur. -Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə (Əmək Məcəlləsinin 68.2.a) tərəflərdən birinin təşəbbüsü ilə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. -xx.xx.2022-ci il tarixli 338 saylı əmrdən Çıxarışdan görünür ki, Cavabdeh - Cəmiyyətin Satış Departamentinin X2 əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “A” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. İstifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilmişdir. -Planlı inventarizasiyanın aparılmasına dair aktdan görünür ki, 14 fevral 2022-ci il tarixli 304 №-li əmr ilə təyin olunmuş işçi qrupunun rəhbəri X11; bölgə müdiri: X4 ibarət heyətdə təyin edilmiş komissiya, OBA-Yasamal-7 (320) mağazasının administratoru işləmiş maddi-məsul şəxs- Cavabdeh iştirakı ilə 14 fevral 2022-ci il tarixli inventarizasiya siyahısı ilə təhvil təslim tarixinə siyahıya alınmış mal-material qiymətlilərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsini aparmışlar. -xx.xx.2022-ci il tarixdə OBA Yeni Yasamal 7 filialında aparılmış təhvil-təslim nəticələrinə dair yekun aktdan görünür ki, həmin filialda mallara dair hesablamalar aparılmış malların dövrüyyələrinə dair qiymət nəticələri çıxarılmışdır. -Növbədənkənar inventarizasiyanın aparılmasına dair aktdan görünür ki, 27 iyun 2022-ci il tarixli 1334 №-li əmr ilə təyin olunmuş işçi qrupunun rəhbəri X5; işçi qrupunun üzvləri: sayıcı hesablayıcıXudaverdiyev Gülhüseyn Asif oğlu, X7; X13; X6 ibarət heyətdə təyin edilmiş komissiya, OBA-Yasamal-7 (320) mağazasının administratoru işləmiş maddiməsul şəxs- Cavabdeh iştirakı ilə 27 iyun 2022-ci il tarixli inventarizasiya siyahısı ilə təhvil təslim tarixinə siyahıya alınmış mal-material qiymətlilərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsini aparmışlar. -xx.xx.2023-cü il tarixli İddiaçı MMC-nin sabiq adminstratoru, Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışdan görünür ki, xx.xx.2022-ci il tarixində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 4503 manat, xx.xx.2022-ci il tarixdə 6114,35 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 7789,64 manat borc qalmışdır. Beləliklə, Cavabdeh 31 yanvar 2023-cü il tarixinə İddiaçı MMC-yə olan ümumi borcu 7789,64 manat təşkil edir. -xx.xx.2022-ci il tarixli DN-5131 nömrəli xəbərdarlıqdan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh maddi ziyanı 3 gün müddətdə Cəmiyyətə ödənilməsi, əks təqdirdə müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında işin araşdırılan hallarından müəyyən edildi ki, OBA Market” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuş və “X15” haqqında müqavilə imzalanmışdır. xx.xx.2020-ci il tarixli 229 saylı əmrlə administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixində işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə OBA - Yasamal 7 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmişdir. İddiaçı MMC-nin sabiq adminstratoru, Cavabdeh əmək fəaliyyəti barədə təftiş yoxlamalar aparılımış və onun MMC-yə 7789,64 manat məbləğində maliyyə çatışmazlığı müəyyən edilmiş və beləliklə maddi ziyan vurulmuşdur. Cavabdeh həmin borcu verməkdən yayındığı üçün İddiaçı MMC cavabdeh tərəfindən ödənilməmiş 7789,64 manat, dövlət rüsumu kimi ödənilmiş 43 manat və mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, işin araşdırılan hallarından və tədqiq edilmiş sənədlərdən müəyyən edildiyi kimi cavabdeh iddiaçı ilə əmək müqaviləsi bağlayaraq müxtəlif vəzifələrdə işləmiş və adminstrator vəzifəsində işləyərkən əmək intizamı xətasına yol verərək İddiaçı MMC-yə 7789,64 manat məbləğində zərər vurmuşdur. Cavabdehin Cəmiyyətə ziyan vurması məhkəmə iclasında verdiyi izahatında və ərizəsində, həmçinin xx.xx.2023-cü il tarixli İddiaçı MMC-nin sabiq adminstratoru, Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışda, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə OBA Yasamal 7 filialında aparılmış təhvil-təslim nəticələrinə dair yekun və aktivlər üzrə inventarizasiya nəticələrinə dair həmin tarixli Aktlardan öz təsdiqini tapır. Məhkəmə tədqiq edilməklə yoxlanılmış həmin ərizəni və arayışı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi ilə sübut kimi qəbul edir. Belə ki, cavabdehin məhkəmə iclasında verdiyi ərizədən görünür ki, cavabdeh iddiaçı Cəmiyyətdə adminstrator vəzifəsində çalışdığı zamanı aparılmış inventarizasiya nəticəsində 7789,64 manat məbləğində Cəmiyyətə zərər vurduğunu tam etiraf etmişdir. Bunula da məhkəmə iddia tələbinin əsaslığını qəbul edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM); 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə, iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək hesab edir ki, mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində İddiaçı MMC-yə maddi zərər yetirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin; 191 -ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 194-cü maddənin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X15 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikasının MM-nin; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu səbəbdən də, məhkəmə tədqiq olunmuş sübutlar əsasında iddiaçıya 500 manat borcunun qalmasına dair cavabdehin etirafını, tərəflərin razılığını qəbul edərək, həmin etirafın qanuna zidd olmadığı və ya başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı qənaətinə gəldiyindən, hesab edir ki, iddia tələbi əsaslıdır, ona görə də qismən təmin edilməli, cavabdeh X1 500 manat pul vəsaiti tutularaq iddiaçı X3 ödənilməlidir. Mülki Prosessual Məcəlləsinin; 52.2. maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 106.3. maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Beləliklə məhkəmə, işin məhkəmə iclasında tədqiq edilən sübutlarları məcmu halında qiymətləndirib, cavabdehin etirafını, qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh İddiaçı MMC-nin xeyrinə vurulmuş maddi zərərə görə 7789,64 (yeddi min yeddi yüz səksən doqquz manat altmış dörd qəpik) manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin; 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə həmçinin bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında Azərbaycan Respublikası Qanunu”nun 3.4. maddəsinə əsasən, mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Qanunun tələblərindən göründüyü kimi, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarət olduğundan və mediasiya prosesinin keçirilməsinə görə ödənilmiş dövlət rüsumu məhkəmə xərclərinə aid edilmədiyindən iddia ərizəsi bu hissədə təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəmə xərci iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə təqdim edilməsinə görə ödənilmiş 43 manat dövlət rüsumundan ibarətdir. Məhkəməyə iddia verilərkən iddiaçı tərəfindən ödənilmiş 43 manat məbləğdə dövlət rüsumu cavabdehə aid edilməli, həmin məbləğdə dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin; 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə ona vurulmuş maddi zərərə görə 7789,64 (yeddi min yeddi yüz səksən doqquz manat altmış dörd qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 43 (qırx üç) manat məbləğində pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar