Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-6791/2025 29.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5700 manat əsas borc, məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödədiyi 77 manat dövlət rüsumu və vəkil ilə bağladığı müqaviləyə görə ödədiyi 325 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı Cavabdeh ilə bir yaxın tanışı vasitəsi ilə tanış olmuş, qısa müddətdə iddiaçıda özünə güvən yarada bilmiş və etibarını qazanmışdır. Bu səbəbdən də cavabdeh xx.xx.2024-cü ildə iddiaçıdan 7000 manat borc istəmiş, iddiaçı nə üçün borc istədiyini soruşduqda, cavabdeh ehtiyacı olduğunu bildirmişdir. Həmin tarixdə iddiaçı cavabdehə 7000 manat borc pul vermişdir. Qeyd edir ki, iddiaçı həmin məbləği də başqa adamdan götürmüşdür, cavabdeh özü də bunu bilir. İddiaçı 5000 manat məbləğində pulu kart vasitəsi ilə, yerdə qalan 2000 manat məbləğində pulu isə əlbəəl vermişdir. Cavabdeh də öz növbəsində yazılı qəbz verərək iddiaçıdan 7000 manat pul aldığını etiraf etmiş və 1 il ərzində həmin məbləği qaytaracağına öhdəlik götürmüşdür. Pulu aldıqdan sonra isə cavabdeh götürdüyü öhdəliyi yerinə yetirməmiş, 1 il ərzində cəmisi iddiaçıya 1300 manat pul qaytarmışdır. İddiaçı verdiyi pulun qalan hissəsini cavabdehdən hələ də ala bilmir. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirir, “Narahat olma, bugün-sabah pulunu qaytaracağam” deyir və bu barədə tərəflər arasında kifayət qədər telefon yazışmaları vardır. İddiaçı ilə cavabdeh arasında münasibətlər çox gərgin vəziyyət almışdır. İddiaçı cavabdehin hərəkətlərindən nəinki maddi, həm də mənəvi əzab çəkmiş, ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, onun Cəlal İsmayılov adlı iş yoldaşı vardır və həmin şəxsin də Dilarə adında tanışı olmuşdur. İş yoldaşı pula ehtiyacı olduğundan ona həmin xanımdan öz adına sələmə pul götürməsini xahiş etmiş və borca görə aybaay ödəniş edəcəyini bildirmişdir. O, İddiaçı şəxsən tanımır. İddiaçı vaxtilə ona şəxsiyyət vəsiqəsini verməsini və əl yazısı ilə qəbz yazmasını tələb etmişdir. İş yoldaşı dediyi üçün o, iddiaçıya etibar etmişdir, belə ki, iş yoldaşı ona borc pulun sələmini ödəyəcəyini bildirmişdir. İş yoldaşı əvvəlcə 1300 manat pul ödəmiş, lakin borcun qalan məbləği ödənilməmişdir. Bundan sonra iddiaçı ilə aralarında söz-söhbət olmuş, bir müddət sonra iddiaçı ondan pul tələb etmiş, o da iddiaçıya pulu iş yoldaşı Cəlal İsmayılova verdiyini bildirmişdir. Göstərilənlərə əsasən Cavabdeh iddianın təmin edilməməsini xahiş etmiş, daha sonra növbəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən əlyazma ilə yazılmış xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı ehtiyacı olduğu üçün 7000 manat məbləğində borc götürmüş, İddiaçı borcunu 1 il müddətinə qaytaracağına dair öhdəlik götürmüş və qəbzi öz imzası ilə təsdiq etmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 425.1-ci, 442-ci və 739.1-ci maddələri təşkil edir. İşin mübahisə edilməyən hallarından məlum olur ki, məhkəməyə təqdim edilmiş qəbzə əsasən İddiaçı Cavabdeh 7000 manat məbləğində borca pul vermiş, Cavabdeh isə borcu 1 il müddətində İddiaçı qaytarmağı öz öhdəsinə götürmüşdür. İddiaçı Cavabdeh sözügedən məbləğdə pulu borc versə də cavabdeh öhdəliyini pozmuş və borcunu tam şəkildə ödəməmişdir. Belə ki, cavabdeh iddiaçıya borca görə indiyədək cəmi 1300 manat pul ödəmiş, lakin borcun qalan hissəsini ödəməkdən imtina etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh iş yoldaşının pula ehtiyacı olduğundan məhz iş yoldaşının xahişi ilə iddiaçıdan öz adına borca pul götürməsini etiraf etmiş, iddia tələbinin təmin edilməməsini xahiş etsə də buna əsas verən halı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, cavabdeh iddiaçıya olan öhdəliklərini yerinə yetirmədiyindən məhkəmə hesab edir ki, Cavabdeh 5700 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Əlavə olaraq iddia tələbinin 325 manat məbləğində vəkil xərcinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 325 manat vəkil xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 77 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 5700 manat pul, 77 manat dövlət rüsumu və 325 manat vəkil xərci tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-6791/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-6791/2025
29.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver