Məhkəmə qərarları › İş №e-2(012)-6866/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-6866/2025

02.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-6866/2025 02.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı cavabdehlər X10, X5, X11, X8, Cavabdeh2, Cavabdeh5, X4, Cavabdeh3 Məhəmmədtağı qızı, Cavabdeh4 Məmmədtağı qızı, Cavabdeh6 Məmədtağı qızı, X9,.X12, Cavabdeh1 və Abşeron Rayonu 1 saylı Notariat Ofisinin xüsusi notariusu Bahadur İslamova qarşı «miras əmlakı üzərində qanun üzrə vərəsələrin paylarının müəyyən edilməsi və vəsərəsəlik şəhadətnaməsinin verilməsi» tələbi barəsində iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər X10, X5, X11, X8, Cavabdeh2, Cavabdeh5, X4, Cavabdeh3 Məhəmmədtağı qızı, Cavabdeh4 Məmmədtağı qızı, Cavabdeh6 Məmədtağı qızı, X9,.X12, Cavabdeh1 və Abşeron Rayonu 1 saylı Notariat Ofisinin xüsusi notariusu Bahadur İslamova qarşı «miras əmlakı üzərində qanun üzrə vərəsələrin paylarının müəyyən edilməsi və vəsərəsəlik şəhadətnaməsinin verilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron Rayonu, Aqrar İslahat Komissiyasının 1999-cu il 30 avqust tarixli 28 nömrəli qərarı mərhum anam X2 və mənə ayrılmış 0.25 ha torpaq sahəsi üzərində X1 miras qalmış ½ hissədə miras əmlakı üzərində onun və cavabdehlərin paylarının müəyyən olunması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsində qeyd edilmişdir ki, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Lakin,hazırki mülki üzrə sənədlər nəzərdən keçirilərkən müəyəyn edilir ki,iddiaçının istinad etdiyi bütün sübutların kserosurəti elektron məhkəmə informasiya sisteminə əlavə edilmiş,halbuki MPM-in 89.1-ci maddəsinə görə yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.Bundan başqa iddia ərizəsinin xahiş edirəm hissəsi də natamam tərtib edilmiş,payların müəyəyn edilməsi xahiş olunan miras əmlakın nədən ibarət olması göstərilməmişdir. Məhkəmə hesab edir ki, ərizənin “xahiş edirəm” hissəsini təşkil edən məlumatların dairəsi elə olmalı və ərizədə göstərilmiş faktları təsdiq edən sübutların siyahısını elə sənədlər təşkil etməlidir ki, onlar iddianın predmetini, yəni iddiaçının cavabdehə qarşı konkret maddi hüquqi tələbini və yaxud əsasını müəyyənləşdirməyə imkan versin. Bundan başqa iş materiallarına əlavə ediulmiş notariat hərəkətinin imtina edilməsi haqqında qərarın kserosurətindən görünür ki,notaria orqanının imtina etməsinə səbəb məhz iddiaçının özünün müraciəti əsasında olmuşdur ki,bu da hazırki mübahisənin məhkəmədən kənar həll edilməsi imkanını istisna etmir. Məhkəmə qeyd olunanları iddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmunundan bəhs edən Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələbinə əməl etməməsi kimi qiymətləndirir və Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə istinad edərək hesab edir ki, İddiaçı cavabdehlər X10 və digərlərinə qarşı «miras əmlakı üzərində qanun üzrə vərəsələrin paylarının müəyyən edilməsi və vəsərəsəlik şəhadətnaməsinin verilməsi» tələbi barəsində iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 152.4-cü əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan əlavə iş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi verilməsi üçün 100 (yüz) manat məbləğində dövlət rüsumunu Dövlət Büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər X10 və digərlərinə qarşı «miras əmlakı üzərində qanun üzrə vərəsələrin paylarının müəyyən edilməsi və vəsərəsəlik şəhadətnaməsinin verilməsi» tələbi barəsində iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddiaçı İddiaçı cavabdehlər X10 və digərlərinə qarşı «miras əmlakı üzərində qanun üzrə vərəsələrin paylarının müəyyən edilməsi və vəsərəsəlik şəhadətnaməsinin verilməsi» tələbinə dair iddia ərizəsi barədə 2(012)-6866/2025 saylı mülki iş üzrə xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən ödəmiş olduğu 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X3 İdarəsinə həvalə edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar