Məhkəmə qərarları › İş №e-2(012)-6871/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-6871/2025

09.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-6871/2025 09.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi İddiaçı doğumun qeyd edilmə faktının müəyyən edilməsi (Maraqlı şəxs) barədə ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı (Maraqlı şəxs) doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçinin X1 doğum tarixinin 1928-ci il, anadan olduğu yerin Xızı şəhərinin Xızı kəndi qeyd edilməsi, ona doğum şəhadətnaməsi verilməsi, doğum şəhadətnaməsində təvəllüdünün 1928-ci il, doğulduğu yerin Xızı şəhərinin Xızı kəndi, ata qrafasında X5, ana qrafasında X11 qeyd olunması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X6 ərizəçinin atasıdır. 0, 1928- ildə Xızı rayonu, Xızı kəndində anadan olmuşdur. xx.xx.1960-cı il tarixdə X10 ilə nikah qeydiyyatından keçib ailə qurmuşlar. Onların birgə nikah münasibətlərindən xx.xx.1968-ci il tarixdə ərizəçi anadan olmuşdur. X3 xx.xx.1974-cü il tarixdə vəfat etmişdir. Xızı rayon Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 24 saylı arayışına əsasən Xızı kənd qəbirstanlığında dəfn olunmuşdur. İddiaçı bir sıra məsələlərlə bağlı, həmçinin vərəsəliklə bağlı müvafiq orqanlara müraciət etmiş, lakin atasının doğum şəhadətnaməsini əldə edə bilməmişdir. Tərəfindən dəfələrlə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə müraciət edilmiş, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərində Azərbaycan Respublikası Milli Arxivinin direktoru tərəfindən ona cavab verilmişdir ki, “1928-ci ilə dair Xızı rayonu üzrə qismən qəbul olunmuş doğum haqqında qeydiyyat kitablarında X4 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır”. X1 1928-ci il tarixdə anadan olmasını təsdiq edən bir sıra sənədlər vardır. Nikah şəhadətnaməsi ilə, ölüm şəhadətnaməsi ilə, hərbi biletlə və şahid ifadələri ilə atasının 1928-ci il tarixiə doğulduğu təsdiq edilmişdir. Odur ki, göstərilənlərə əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. xx.xx.2026-cı il tarixdə ərizəçi İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçinin X1 doğum tarixinin 1928-ci il, anadan olduğu yerin Xızı şəhərinin Xızı kəndi qeyd edilməsi, ona doğum şəhadətnaməsi verilməsi, doğum şəhadətnaməsində təvəllüdünün 1928-ci il, doğulduğu yerin Xızı şəhərinin Xızı kəndi, ata qrafasında X5, ana qrafasında X11 qeyd olunması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəsini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı vəkili-nümayəndəsi Vəkil ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, ərizəçinin atası 1928-ci ildə Xızı şəhərində anadan olmuş, 1974-cü ildə rəhmətə getmiş, Xızı kənd qəbiristanlığında dəfn edilmişdir. Bu barədə bələdiyyədən arayış mövcuddur. Onun konkret doğum tarixini heç kim bilmir. Ərizəçi birinci dərəcəli vərəsədir, doğum haqqında şəhadətnamə olmasa, mirası əldə edə bilməyəcək. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçi tərəfin izahatını dinləyib, iş materiallarına və ona əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -AЗ-1515876 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1468 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, X3, anası X7r. -İ-ИЕ 312149 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, 1936-cı il təvəllüdlü X12 ilə 1928-ci il təvəllüdlü X6 xx.xx.1960-cı il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2082 nömrəsi ilə qeyd edilmişdir. -İ-ЖГ 304501 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1974-cü il tarixdə Sumqayıt şəhərində ürək çatışmazlığı səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 488 nömrəsi ilə qeyd edilmişdir. -Azərbaycan Respublikası Xızı rayon Xızı Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 24 saylı arayışından görünür ki, X6 xx.xx.1974-cü ildə vəfat etmiş və Xızı kənd qəbiristanlığında dəfn edilmişdir. -НЗ ******* seriya nömrəli hərbi biletin surətindən görünür ki, X6 1928-ci il tarixdə Azərbaycan SSR Xızı rayonunda anadan olmuşdur. -ИЕ 708282 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1933-cü il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 146 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, X2, anası X9r. -Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublíkasının Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli, 3-48-DA/2-915/2025 saylı cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsinin 1928-ci ilə dair Xızı rayonu üzrə qismən qəbul olunmuş doğum haqqında qeydiyyat kitablarında X4 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. -Maraqlı şəxs xx.xx.2026 saylı cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1 və 162.2-ci maddələrinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin bərpası həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə müvafiq qeydiyyat şöbəsi tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. İddiaçı doğum haqqında şəhadətnamənin bərpa edilib verilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Mülki Prosessual Məcəllənin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası 12 aprel 2019-cu il tarixli qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi İddiaçı atası 1928-ci il tarixdə Xızı şəhərinin Xızı kəndində anadan olmuşdur. X2, anası X9r. Ərizəçinin doğum faktını təsdiq edən hüquqmüəyyənedici sənədi itirildiyi üçün onun oğlu vərəsəlikdən irəli gələn zərurət üçün hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. İş materialları ilə ərizənin tamamilə əsaslı olması öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, X4 ərizəsi təmin edilməli, doğumun qeyd edilmə faktı müəyyən edilməli, akt qeydləri kitabında (doğum haqqında şəhadətnamədə) X4 doğum tarixi 1928-ci il, doğulduğu yer Xızı şəhəri, Xızı kəndi, soyadı, adı, atasının adı qrafasında “X6”, ata adı qrafasında “X5”, ana adı qrafasında “X11” kimi qeyd olunmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X4 1928-ci il tarixdə Xızı şəhəri, Xızı kəndində doğulmasının qeyd edilmə faktı müəyyən edilsin. Akt qeydləri kitabında (doğum haqqında şəhadətnamədə) soyadı, adı, atasının adı qrafasında “X6”, ata adı qrafasında “X5”, ana adı qrafasında “X11” kimi qeyd olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar