Məhkəmə qərarları › İş №e-2(012)-694/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-694/2021

15.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-694/2021 15.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh X4 iştirakları ilə, İddiaçı cavabdeh X5 qarşı “ona məxsus olan ev ilə X5 məxsus tikilən bina arasında qanunvericiliyə uyğun olaraq ara məsafəsinin saxlanması məqsədiylə həmin tikilinin müvafiq hissəsinin sökülməsi, onun evinə dəyən zərərin əvəzində cavabdeh X1 10000 manat onun xeyrinə tutulması, cavabdeh X4 qanunvericiliyin tələblərini pozaraq binanı tikməsi səbəbindən evinin bazar dəyərinin kəskin şəkildə azalması, habelə onun və ailəsinin həyat və sağlamlığını təhlükə altında qoyması səbəbindən 100000 manat pulun cavabdeh X1 tutularaq ona ödənilməsi və cavabdeh X1 ödədiyi 160 manat vəkil xərci və 30 manat məhkəmə xərcinin onun xeyrinə tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxx 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ev ilə X6 məxsus tikilən bina arasında qanunvericiliyə uyğun olaraq ara məsafəsinin saxlanması məqsədiylə həmin tikilinin müvafiq hissəsinin sökülməsi, onun evinə dəyən zərərin əvəzində cavabdeh X2 10000 manat onun xeyrinə tutulması, cavabdeh X4 qanunvericiliyin tələblərini pozaraq binanı tikməsi səbəbindən evinin bazar dəyərinin kəskin şəkildə azalması, habelə onun və ailəsinin həyat və sağlamlığını təhlükə altında qoyması səbəbindən 100000 manat pulun cavabdeh X2 tutularaq ona ödənilməsi və ödədiyi 160 manat vəkil xərci və 30 manat məhkəmə xərcinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinə düzəliş edilməsi barədə ərizə ünvanlayaraq, iddia tələbində texniki səhv nəticəsində yazılmış “X8” sözlərinin “X9” kimi oxunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, iddianı müdafiə edir. 1 mərtəbəli 2.4 sot torpaq sahəsinin üzərində tikilən və ümumi sahəsi 88 kv metr olan fərdi yaşayış evi ona məxsusdur. Belə ki, cavabdeh qanunsuz olaraq tikinti apararaq tikinti məcəlləsinin müddəalarını pozmuş və qanunda nəzərdə tutulandan daha yaxın məsafədə tikinti aparmışdır. Məlumat üçün bildirir ki, cavabdehin inşa etdiyi bina ilə onun evi arasındakı məsafə 2 metrdən azdır. O, yeni tikinti başlayanda Fövqəladə Hallar Nazirliyinə məktub ilə müraciət etmiş və Fövqəladə Hallar Nazirliyinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən, tikintinin dayandırılmasına dair göstəriş verilmiş və bu səbəbdən də qarşı tərəf cərimə edilmişdir. Əlavə olaraq, məktubda 3 mərtəbəli yaşayış binası qeyd edilsə də, icra hakimiyyətinin tikintiyə icazə barədə sənədində 6 mərtəbəli yaşayış binanın tikintisinə icazə verilmişdir. Hal-hazırda eyni binaya dair 2 ədəd fərqli sənəd mövcuddur. Eyni zamanda bina dövlət reyestrində heç bir qeydiyyatı yoxdur. Həmçinin binanın tikintisi nəticəsində evinə maddi olaraq zərər dəymiş və evinin divarlarında çatlar yaranmışdır. Hətta bundan başqa binada işləyən ustaların yuxarı mərtəbələrdən atdığı tullantılar nəticəsində az yaşlı övladları da təhlükə altındadır. Məhz buna görə də bundan bir neçə gün əvvəl evinin şiferinə zərər dəymiş və 10 şiferi dəyişməli olmuşdur. Ustaların səs-küyü nəticəsində də evdə oturmaq dözülməz hala gəlmişdir. Belə ki, ustalar səhər tezdən işə başlayıb həddən artıq səs yaratdıqları bu vəziyyət daha da gərginləşmişdir. O, mənzilə dəyən zərərimni tələb edir. Belə ki, hal-hazırda mənzilini 200 000 manata satmağa razıdır. Mənzilin alğı-satqısı ilə bağlı onunla heç bir danışıq olmamamışdır. Cavabdeh qonşuluqda olan 35 kv metr olan fərdi yaşayış evinə 65 000 manat və digər oxşar sahəli evə isə 80 000 manat ödəyərək satın almışdır. Bu evlərlə müqayisədə isə onun evinin bazar qiyməti qat-qat yüksəkdir. O, hal-hazırda evini satmaq istəmir və iddianın təmin edilməsini xahiş edir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmədə iddiaçı ilə eyni məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh X9 məhkəmə iclasında izahatında bildirdi ki, sözügedən binanın tikintisi artıq çoxdn yekunlaşdırılmışdır. Hal-hazırda binanın daxilində təmir işləri aparılır. Tikinti tam qanuni aparılmış, tikinti aparılan torpaq sahəsi onun xüsusi mülkiyyətindədir, tikintinin aparılmasına Abşeron rayon icra hakimiyyəti tərəfindən icazə verilmiş və tikinti eskiz layihəsinə tam uyğun aparılmışdır. İddiaçı tikintinin 3-cü mərtəbəyə çatana qədər ona heç bir etiraz bildirməmiş, bir müddət sonra ona məlum olmuşdur ki, iddiaçı evini satmaq istəyir və 88kv.m ev üçün iki yüz min manat pul tələb edir. O, evin alınması üçün iddiaçı ilə görüşən zaman sözügedən ev üçün iki yüz min manatın real olmadığını bildirdikdə iddiaçı evi ümumiyyətlə satmaq istəmədiyini bildirmiş və bundan sonra iddiaçı ona qarşı müxtəlif orqanlara şikayətlər etməyə başlamışdır. İddiaçının ona qarşı belə bir iddia qaldırması tam əsassızdır, belə ki, yuxarıda qeyd etdiyi kimi tikinti tam qanuni aparılmış və ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, 26-cı məhəllə küçəsi, 35/1 saylı köməkçi sahəsi 22, 9 kv.m, yaşayış sahəsi 52,9 kv.m olan, 3 otaqdan ibarət olan yaşayış evi Abşeron rayon 2-ci DNK-nin xx xxxxxxx 2002-ci il tarixli 4ə-5-662 reyestr №-li müqaviləsinə əsasən, İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən sahəsi 0,10 ha olan torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2020-ci ildə X4 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 8 dekabr tarixli 495 nömrəli qərarı ilə təsdiq edilmiş xx xxxxxx 2020-ci il tarixli, 014 №-li obyektin tikintisinə icazədən görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ümumi sahəsi 3309,8 kv.m olan, altımərtəbəli, mansardlı, çoxmənzilli yaşayış binasının tikintisinə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən icazə verilmişdir. İş materiallarında olan AAAF Construction tərəfindən verilmiş eskiz layihəsindəki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, EL-572/2018 qeydiyyat nömrəli lisenziyadan da görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində X5 məxsus X5 məxsus 6 mərtəbəli və mansardlı yaşayış binasının tikintisini aparan AAAF Constructiona icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, ərizədə qeyd edilən tikili rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 1/6/1510 saylı, xx.xx.2020-ci il tarixli razılığa əsasən həyata keçirilir, tikinti işləri qeyri-qanuni aparılmır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Bel ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ümumi sahəsi 3309,8 kv.m olan, altımərtəbəli, mansardlı, çoxmənzilli yaşayış binasının tikintisi Abşeron Rayon İcra Hakimiyyətinin xx xxxxxx 2020-ci il tarixli, 014 №-li icazəsi əsasında aparılmış və obyektin tikintisi başa çatdırılmışdır. “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanunun 10-cu maddəsinə görə Məcəllənin qüvvəyə minməsindən əvvəl tikintisi başlamış və başa çatdırılmış obyektlərin tikintisinə Məcəllənin yalnız XVİ-XVİİİ fəsillərində nəzərdə tutulmuş qaydalar şamil olunur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin XVİ fsəlinin 95.1-ci maddəsində də tikintinin sökülməsi halları və qaydaları sadalanır. Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə görə tikintisi başa çatmış tikililərin sökülməsi barədə məhkəməyə müvafiq icra hakimiyyəti orqanı mürciət edir. Şəhərsalma və Tikinti Məcəlləsinin 97.5-ci maddəsinə əsasən, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin x xxxxxxxx 2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə görə Məcəllənin 95.3-cü maddəsində nəzərdə tutulmuş tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət etmək müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxx 2015-ci il tarixli 534 №-li Fərmanı ilə təstiq edilmiş “Tikinti obyektlərinin sökülməsi” Qaydalarının 1.6-cı bəndinə görə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununa uyğun olaraq, bu Qaydaların müddəaları Məcəllənin qüvvəyə minməsindən əvvəl tikintisi başlamış və başa çatmış tikinti obyektlərinə də şamil edilir. “Tikinti obyektlərinin sökülməsi” Qaydalarının 5-bəndinə görə, bu Qaydaların 2.1.3, 2.1.4 və 2.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş hallarda, habelə bu Qaydaların 3-cü və 4-cü hissələrində göstərilən obyektlərdə yan divarların və dam örtüyünün tikintisi tam başa çatdırıldıqda, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyi tikinti obyektinin və ya onun hissəsinin sökülməsi barədə məhkəməyə müraciət edir. Göründüyü kimi, qeyd edilən qanunvericiliyin normalarına görə başa çatmış tikinti obyektlərinin sökülməsi üçün məhkəməyə müraciət etmək hüququ Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə verilmişdir. Hazırki iş üzrə də sökülməsi tələb edilən tikinti başa çatdırılmışdır. Bu baxımdan, məhkəmə hesab edir ki, İddiaçı həmin tikilinin sökülməsi ilə hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün sbyektiv hüququ yoxdur. Qeyd olunan məsələ ilə bağlı “M.Bağırovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun x xxxx 2015-ci il tarixli Qərarında deyilir ki, “...Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə iddia tələbinin iddiaçıını evinə dəyən zərərin əvəzində 10000 manat, qanunvericiliyin tələblərinin pozularaq binanın tikilməsi səbəbindən evin bazar dəyərinin kəskin şəkildə azalması, habelə iddiaçının və ailəsinin həyat və sağlamlığını təhlükə altında qoyması səbəbindən 100000 manat pulun cavabdeh X1 tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, həmin hissələrin təmin olunmasına əsas verən halları sübut etmək vəzifəsini Azərbaycan Respublikası MPM- in 77.1-ci maddəsinə əsasən iddiaçı İddiaçı daşımış, lakin iddiaçı özünün və nümayəndəsinin izahatından başqa hər hansı bir sübut təqdim etmədiyindən məhkəmə həmin izahatlara tənqidi yanaşmışdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Məhkəmə iddia tələbinin təmin olunmaması nəticəsinə gəldiyindən Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddia tələbinin160 manat vəkil xərci və 30 manat məhkəmə xərcinin cavabdehdən tutulması hissəsi də rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsində deyilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh X5 qarşı “ona məxsus olan ev ilə X5 məxsus tikilən bina arasında qanunvericiliyə uyğun olaraq ara məsafəsinin saxlanması məqsədiylə həmin tikilinin müvafiq hissəsinin sökülməsi, onun evinə dəyən zərərin əvəzində cavabdeh X1 10000 manat onun xeyrinə tutulması, cavabdeh X4 qanunvericiliyin tələblərini pozaraq binanı tikməsi səbəbindən evinin bazar dəyərinin kəskin şəkildə azalması, habelə onun və ailəsinin həyat və sağlamlığını təhlükə altında qoyması səbəbindən 100000 manat pulun cavabdeh X1 tutularaq ona ödənilməsi və cavabdeh X1 ödədiyi 160 manat vəkil xərci və 30 manat məhkəmə xərcinin onun xeyrinə tutulması” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM:ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar