Məhkəmə qərarları › İş №e-2(012)-695/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-695/2021

22.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-695/2021 22.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili-Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsi üzərində payların müəyyən edilməsi və cehiz əşyaları” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsi üzərində payların müəyyən edilməsi və cehiz əşyaları” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə 24 iyul 2014-cü il də nikaha olmuşlar. Birgə nikahlarından 06 iyul 2014-cü il təvəllüdlü X6, 09 iyun 2017-ci il təvəllüdlü X7 anadan olmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 may 2020ci il tarixli qətnaməsi ilə nikahlarına xitam verilmiş, uşaqların analrının himayəsində saxlanmaları və onların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər uşaq üçün hər ay 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Lakin cavabdeh alimenti ödəməmişdir. Nikahdan əvvəl 11 sentyabr 2013-cü ildə iddiaçı ünvan 1 ünvanında yerləşən 62,2 kv.m ümumi sahəli 17 nömrəli mənzili satın alıb və həmin mənzilə dair ona 19 sentyabr 2013-cü il traixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 21 noyabr 2018-ci il tarixdə iddiaçının mülkiyyətində olan həmin evi 40000 manata X1. İddiaçı 07 dekabr 2018-ci il tarixdə, yəni həmin satışdan 16 gün sonra bu 40000 manatın üzərinə 10500 manat öz valideynlərindən borc pul götürərək 50500 manata Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.075 ha torpaq sahəsini və üzərində fərdi yaşayış evini satın almışdır. Həmin tarixdən iddiaçı və cavabdeh uşaqları ilə qeyd edilən evə köçərək yaşamışlar. İddiaçı cehiz əşyalarını o evə gətirmişdir. 2019-cu ilin sonlarında onlar arasında mübahisə kəskinləşdiyindən iddiaçı uşaqlarını götürərək Gəncə şəhərinə valideynlərinin yanına getmişdir. Cavabdeh isə Xırdalan şəhərində həmin evdə yaşayır. Nikah pozulduqdan sonra iddiaçı cehiz əşyalarına baxmaq üçün evə gəldikdə cavabdeh tərəfindən onların dəyər-dəyməzinə satıldığını bilmişdir. Satılmış həmin əşyaların ümumi dəyəri 56170 (əlli altı min yüz yetmiş) manatdır. Buna görə də iddiaçı edərək, İddiaçı ilə Cavabdeh arasında nikah dövründə (07.12.2018-ci ildə) qiymətinin böyük əksəriyyəti (təxminən 80 faizi) iddiaçının nikahdan əvvəl qazandığı şəxsi vəsaiti hesabına, qalan hissəsi (təxminən 20 faizi) isə iddiaçının valideynlərindən götürmüş olduğu borc pul hesabına ödənilmiş və Cavabdeh adına sənədləşdirilmiş Abşeron rayonu Xırdalan şəhəri ünvanında yerləşən 0.075 ha torpaq sahəsi iddiaçı və cavabdehin arasında bölünməsi, həmin əmlakın qiymətinin ödənilməsinə dair qeyd edilən fakt və 2 az yaşlı uşağın iddiaçının yanında qalması faktı nəzərə alaraq, Cavabdeh adına sənədləşdirilmiş Abşeron rayonu Xırdalan şəhəri ünvanında yerləşən 0.075 ha torpaq sahəsi üzərində İddiaçı payı 19/20, Cavabdeh payı isə 1/20 olaraq müəyyən edilməsi, İddiaçı məxsus olub Cavabdeh tərəfindən (iddiaçının getməsini fürsət bilərək) dəyər dəyməzə satılıb pulu cavabdeh tərəfindən xərclənmiş cəmi 56170 (əlli altı min yüz yetmiş) manat dəyərində olan cehiz əşyaları (mətbəx əşyaları (cəmi 13150 manat dəyərində); mebel, künc divanı + künc şkafı + stol + taburetka – 400 manat; mətbəx mebeli (dəst) – 1200 manat, soyuducu LG (nofrost) – 1200 manat, paltaryuyan LG - 600 manat, mikrodalğalı soba (eurolux) – 300 manat, mətbəx sobası (galaxy) – 300 manat, qaz sobası (4 gözlü) + aspirator (bosh) – 900 manat, ət çəkən maşın – 150 manat, mikser (yeni) – 120 manat, kombayn (yeni) – 200 manat, kartof free aparatı – 120 manat, blender (yeni) – 120 manat, elektrikli çaydan – 200 manat, elektrikli samovar + çaynik dəsti (yeni) – 250 manat, işlənmiş qazan dəsti (toferin) – 4 qazan+ 4 jaronik, işlənməmiş 100 manat (cəmi 6160 manat) və qabqacaq: 1) AMS dəsti – böyük (5 qazan) – 500 manat, 2) AMS dəsti – kiçik (3+1) – 400 manat, 3) Güllü tefal qazan dəsti (6 qazan + 1 jaronik) – 250 manat, 4) Qranit qazan dəsti (5 qazan + 1 jaronik) – 300 manat, 5) Mantı qazan dəsti – 350 manat, podnus dəsti (3 ədəd) – 240 manat, bıçaq dəsti (yeni) – 50 manat, ədviyyat qabı (3 dəst) – 70 manat, azuqə qabı (5 dəst) – 250 manat, boşqablar (tuminerk dəsti yeni 4 dəst) – 280 manat, tort boşqab dəsti (2 dəst) – 100 manat, xrustal bakal (24 ədəd) – 300 manat, ynakovkade bakal nabor (12+12+12) – 220 manat, rumka nabor (12+12+12) – 180 manat, 24 nəfərlik işlənmiş metal çəngəl-qaşıq – 200 manat, şirəli ləyən (1 ədəd böyük + 2 ədəd kiçik) + bidob (2 ədəd yeni) – 200 manat, xalça (2,5 x 2,0) dəri – 250 manat, xalça (2,0 x 1,5) mətbəx üçün – 150 manat, tozsoran (samsung) – 200 manat, cəmi 4490 manat, kombi sistemi radiyatorları ilə (cəmi 2500 manat); yataq otağı əşyaları (cəmi 9900 manat dəyərində): yataq dəst mebel (avangard) (çarpayı, şifoner, şkaf, tumbuçkalar) – 5000 manat, tək ayaqüstü güzgü – 500 manat, lüstr – 350 manat, bra (2 ədəd) – 300 manat, 2 xalça – 300 manat, pərdə (tac) – 450 manat, işlənmiş 7 dəst postel, hamam dəsmalı (4 ədəd) – 160 manat, məhrəba (8 ədəd) – 240 manat, çay dəsmalı (12 ədəd) – 120 manat, qadın geyimləri (toy donları + ayaqqabı 2 ədəd + çanta 4 ədəd), yeni skater 24 nəfərlik (2 ədəd) – 240 manat + 12 nəfərlik - 480 manat + 6 nəfərlik + 360 manat, hamam dəsmalı (12 ədəd) – 600 manat, məhrəba (60 ədəd) – 1200 manat, çay dəsmalı (60 ədəd) – 800 manat, postel dəsti (4 dəst tək nəfərlik + 10 dəst 2 nəfərlik) – 1000 manat, kreslo divan üstü dəsti – 250 manat, ağ postel dəsti (4 ədəd) – 200 manat, pokrıval (qəhvəyi rəng 1 ədəd) – 350 manat, güllü yorğan dəsti (1 ədəd) – 200 manat, pokrıval dəsti (gəlincik 1 dəst) – 500 manat, güllü 2 nəfərlik sintfon yorğan (1 ədəd) – 200 manat, yorğan (2 nəfərlik 1 dəst) – 150 manat, tək nəfərlik yorğan – 200 manat, yastıq (english home 2 ədəd 50 x 70) – 150 manat, yastıq (englishhome 2 ədəd 70 x 70) – 200 manat, mətbəx dəsti (skfert, stəkan, məhrəbası, qazan) – 250 manat; Uşaq otağı əşyaları (cəmi 3020 manat dəyərində): Oğlan üçün: dəst mebel (şkaf, çarpayı, parta, lövhə) – 1600 manat, lüstr – 100 manat, bra – 50 manat, xalça (2,0 x 1,80) – 200 manat, pərdə - 100 manat, oyuncaqlar. Qız üçün: dəst mebel (şkaf, çarpayı, stol şkaf ilə) – 750 manat, lüstr – 80 manat, xalça (2,5 x 3,0) – 150 manat, pərdə - 80 manat, oyuncaqlar. Qonaq otağı əşyaları (cəmi 13550 manat dəyərində): dəst qonaq otağı mebeli (klassite) – 7000 manat, ikiqapılı servand qorka (2 ədəd), kamod –güzgü (1 ədəd), stolstul 6 nəfərlik (embavvood) – 800 manat, künc divan dəsti (1,80 x 2,50) – 1800 manat, televizor 4k (samsung) – 1700 manat, çıl-çıraq (12 gözlü) – 700 manat, xalça-lepkalı – 750 manat, pərdə (tac) – 800 manat. Digər qab-qacaqlar (cəmi 12450 manat dəyərində): Tom (xrustal) – meyvə qabı enli böyük (2 ədəd) -800 manat, meyvə qabı böyük yumru (2 ədəd) – 800 manat, kül qabı böyük (80 sm) (1 ədəd) - 500 manat, mürəbbə qabı ağzı qapaqlı böyük (2 ədəd) – 600 manat, ləpə qabı böyük (ayaq üstü) (2 ədəd) – 600 manat, ləpə qabı yerdən (1 ədəd) – 250 manat, şirniyyat qabı romb formasında iri (2 ədəd) – 500 manat, şirniyyat qabı düz (orta) (2 ədəd) – 500 manat, salfet qabı (ayaq üstü) (2 ədəd) – 300 manat, qənd qabı balaca (2 ədəd) – 300 manat, konfet qabı (ağzıenli) (2 ədəd) – 360 manat, bakal (başısarılı) (6 ədəd uzun, 6 ədəd enli, 6 ədəd balaca) – 900 manat, bakal (6 ədəd uzun, 6 ədəd enli, 6 ədəd balaca) – 750 manat, şamdan (ayaqüstü) (1 ədəd) – 250 manat, giləmeyvə qabı (banan) (2 ədəd) – 500 manat, lumu qabı (ayaqüstü) (2 ədəd) – 200 manat, konfet qabı iri (2 ədəd) – 400 manat, xrustal qalın stəkan (tom) (12 ədəd) – 460 manat, xrustal nazik stəkan (tom) (24 ədəd) – 420 manat, nəlbəki (24 ədəd) (zərli) – 400 manat, nəlbəki (24 ədəd) (göy zərli) – 400 manat, lumu qabı (balıqqulağı) (6 ədəd) – 180 manat, lampa (xrustal) (1 ədəd) – 200 manat, madonna çay servis (6 nəfərlik) 24 predmeti – 500 manat, güldan (qırmızı lepka ağzı dilikli) (2 ədəd) – 300 manat, konfet qabı (ağzı qapaqlı orta) (2 ədəd) – 300 manat, konfet qabı (ağzı enli qırmızı lepka) (2 ədəd) – 200 manat, konyak dəsti (qırmızı lepka) – 350 manat, meyvə qabı (qırmızı lepka) (2 ədəd) – 300 manat, güldan (qırmızı lepka) (1 ədəd) – 150 manat; Boşqab (qonaq üçün servislər) (cəmi 4100 manat dəyərində): - yemək dəsti boşqab 12 nəfərlik (3 cür boşqab, iri bulud qabları, salat qabı, salfet qabı) – 400 manat, qırmızı dəst 48 predmet – 350 manat, göy dəst boşqab 12 nəfərlik 48 prdemet – 350 manat, ağ zolaqlı boşqab dəsti 24 nəfərlik 116 prdemet – 700 manat, çəngəl qaşıq dəsti (çemodan) 24 nəfərlik – 400 manat, çəngəl qaşıq 24 nəfərlik (sarı dəst) – 400 manat, gümüş 12 nəfərlik (qaşıq, çəngəl, bıçaq, çay qaşığı) – 600 manat, poroloçka 12 nəfərlik (qaşıq, çəngəl, bıçaq) – 900 manat, olmaqla, cəmi 56170 (əlli altı min yüz yetmiş) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddiaçının ödədiyi 1500 manat hüquqi xidmət xərci və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdilrilməsi barədə ərizə verərək göstərmişdir ki, iddia təələbinin Abşeron rayonu Xırdalan şəhəri ünvanında yerləşən 0.075 ha torpaq sahəsinin iddiaçı və cavabdehin arasında bölünməsi hissəsinin geri qaytarılmasını, iddiaçıya məxsus olub cavabdeh tərəfindən (iddiaçının getməsini fürsət bilərək) dəyər dəyməzə satılıb pulu cavabdeh tərəfindən xərclənmiş cehiz əşyalarının özünün, bu mümkün deyilsə, onların dəyəri olan cəmi 58670 (əlli səkkiz min altı yüz yetmiş) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etmiş, iddia ərizəsinə və ona əlavədə göstərilənlərə uyğun izahat vermiş, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, bunun üzrlü səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 185.5-ci maddəsinə əsasən həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli 2(043)-382/2020 saylı qətnaməsindən aydın olur ki, İddiaçı ilə Cavabdeh arasında 24 iyul 2014-cü il tarixdə Gəncə şəhəri Kəpəz rayon qedyiyyat şöbəsində 416 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması; tərəflərin birgə nikahlarından doğulmuş 06 iyul 2014-cü il təvəllüdlü X3 və 09 iyun 2017-ci il təvəllüdlü X5 analarının yanında qalması; uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - AZ-İ seriyalı 357864 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın pozulması 14 sentyabr 2020-ci il tarixdə akt qeydləri kitabında 167 nömrəli qeyd aparılmışdır. - "xxxx" MMC tərəfindən verilmiş 21 aprel 2021-ci il tarixli 171/21 saylı qiymətləndirmə rəyindən aydın olur ki, mətbəxdə olan əşyalar (cəmi 9250 manat dəyərində); mebel, künc divanı + künc şkafı + stol + taburetka – 400 manat; mətbəx mebeli (dəsti) – 1000 manat, soyuducu LG (nofrost) – 900 manat, paltaryuyan LG - 500 manat, mikrodalğalı soba (eurolux) – 300 manat, mətbəx sobası (galaxy) – 300 manat, qaz sobası (4 gözlü) + aspirator (bocsh) – 750 manat, ət çəkən maşın – 100 manat, mikser (yeni) – 120 manat, kombayn (yeni) – 200 manat, kartof free aparatı – 120 manat, blender (yeni) – 120 manat, elektrikli çaydan – 200 manat, elektrikli samovar + çaynik dəsti (yeni) – 200 manat, işlənmiş qazan dəsti (toferin) – 4 qazan+ 4 jaronik, işlənməmiş 100 manat. Qabqacaq dəsti: AMS dəsti – böyük (5 qazan) – 450 manat, AMS dəsti – kiçik (3+1) – 350 manat, güllü tefal qazan dəsti (6 qazan + 1 jaronik) – 200 manat, qranit qazan dəsti (5 qazan + 1 jaronik) – 250 manat, mantı qazan dəsti – 300 manat, podnus dəsti (3 ədəd) – 240 manat, bıçaq dəsti (yeni) – 50 manat, ədviyyat qabı (3 dəst) – 70 manat, azuqə qabı (5 dəst) – 200 manat, boşqablar (tuminerk dəsti yeni 4 dəst) – 200 manat, tort boşqab dəsti (2 dəst) – 100 manat, xrustal bakal (24 ədəd) – 250 manat, ynakovkade bakal nabor (12+12+12) – 200 manat, rumka nabor (12+12+12) – 180 manat, 24 nəfərlik işlənmiş metal çəngəl-qaşıq – 200 manat, şirəli ləyən (1 ədəd böyük + 2 ədəd kiçik) + bidon (2 ədəd yeni) – 200 manat, xalça (2,5 x 2,0) dəri – 200 manat, xalça (2,0 x 1,5) mətbəx üçün – 100 manat, tozsoran (samsung) – 200 manat. Kombi sistemi radiyatorları ilə cəmi 1800 manat. Yataq otağı əşyaları cəmi 12800 manat dəyərində: yataq dəst mebel (avangard) (çarpayı, şifoner, şkaf, tumbuçkalar) – 4000 manat, tək ayaqüstü güzgü – 500 manat, lüstr – 300 manat, bra (2 ədəd) – 300 manat, 2 xalça – 300 manat + pərdə (tac) – 400 manat, işlənmiş 7 dəst postel, hamam dəsmalı (4 ədəd) – 160 manat, məhrəba (8 ədəd) – 240 manat, çay dəsmalı (12 ədəd) – 120 manat, qadın geyimləri (toy donları + ayaqqabı 2 ədəd + çanta 4 ədəd), yeni skater 24 nəfərlik (2 ədəd) + 12 nəfərlik + 6 nəfərlik + 950 manat, hamam dəsmalı (12 ədəd) – 600 manat, məhrəba (60 ədəd) – 1200 manat, çay dəsmalı (60 ədəd) – 700 manat, postel dəsti (4 dəst tək nəfərlik + 10 dəst 2 nəfərlik) – 900 manat, kreslo divan üstü dəsti – 200 manat, ağ postel dəsti (4 ədəd) – 200 manat, pokrıval (qəhvəyi rəng 1 ədəd) – 300 manat, güllü yorğan dəsti (1 ədəd) – 200 manat, pokrıval dəsti (gəlincik 1 dəst) – 500 manat, güllü 2 nəfərlik sintfon yorğan (1 ədəd) – 200 manat, yorğan (2 nəfərlik 1 dəst) – 150 manat, tək nəfərlik yorğan – 200 manat, yastıq (english home 2 ədəd 50 x 70) – 150 manat, yastıq (englishhome 2 ədəd 70 x 70) – 200 manat, mətbəx dəsti (skfert, stəkan, məhrəbası, qazan) – 250 manat. Uşaq otağı əşyaları cəmi 2460 manat dəyərində: Oğlan üçün: dəst mebel (şkaf, çarpayı, parta, lövhə) – 1300 manat, lüstr – 100 manat, bra – 50 manat, xalça (2,0 x 1,80) – 200 manat, pərdə - 100 manat, oyuncaqlar. Qız üçün: dəst mebel (şkaf, çarpayı, stol şkaf ilə) – 500 manat, lüstr – 80 manat, xalça (2,5 x 3,0) – 100 manat, pərdə - 80 manat, oyuncaqlar. Qonaq otağı əşyaları cəmi 12050 manat dəyərində: dəst qonaq otağı mebeli (klassite) – 6000 manat, ikiqapılı servand qorka (2 ədəd), kamod –güzgü (1 ədəd), stol-stul 6 nəfərlik (embavvood) – 800 manat, künc divan dəsti (1,80 x 2,50) – 1600 manat, televizor 4k (samsung) – 1500 manat, çıl-çıraq (12 gözlü) – 700 manat, xalça-lepkalı – 750 manat, pərdə (tac) – 700 manat. Digər qab-qacaqlar cəmi 12670 manat dəyərində: Tom (xrustal) – meyvə qabı enli böyük (2 ədəd) -700 manat, meyvə qabı böyük yumru (2 ədəd) – 700 manat, kül qabı böyük (80 sm) (1 ədəd) - 400 manat, mürəbbə qabı ağzı qapaqlı böyük (2 ədəd) – 500 manat, ləpə qabı böyük (ayaq üstü) (2 ədəd) – 500 manat, ləpə qabı yerdən (1 ədəd) – 250 manat, şirniyyat qabı romb formasında iri (2 ədəd) – 400 manat, şirniyyat qabı düz (orta) (2 ədəd) – 400 manat, salfet qabı (ayaq üstü) (2 ədəd) – 300 manat, qənd qabı balaca (2 ədəd) – 300 manat, konfet qabı (ağzıenli) (2 ədəd) – 360 manat, bakal (başısarılı) (6 ədəd uzun, 6 ədəd enli, 6 ədəd balaca) – 800 manat, bakal (6 ədəd uzun, 6 ədəd enli, 6 ədəd balaca) – 650 manat, şamdan (ayaqüstü) (1 ədəd) – 250 manat, giləmeyvə qabı (banan) (2 ədəd) – 500 manat, lumu qabı (ayaqüstü) (2 ədəd) – 200 manat, konfet qabı iri (2 ədəd) – 400 manat, xrustal qalın stəkan (tom) (12 ədəd) – 460 manat, xrustal nazik stəkan (tom) (24 ədəd) – 420 manat, nəlbəki (24 ədəd) (zərli) – 400 manat, nəlbəki (24 ədəd) (göy zərli) – 400 manat, lumu qabı (balıqqulağı) (6 ədəd) – 180 manat, lampa (xrustal) (1 ədəd) – 200 manat, madonna çay servis (6 nəfərlik) 24 predmeti – 400 manat, güldan (qırmızı lepka ağzı dilikli) (2 ədəd) – 300 manat, konfet qabı (ağzı qapaqlı orta) (2 ədəd) – 300 manat, konfet qabı (ağzı enli qırmızı lepka) (2 ədəd) – 200 manat, konyak dəsti (qırmızı lepka) – 350 manat, meyvə qabı (qırmızı lepka) (2 ədəd) – 300 manat, güldan (qırmızı lepka) (1 ədəd) – 150 manat. Boşqab (qonaq üçün servislər) cəmi 3500 manat dəyərində: - yemək dəsti boşqab 12 nəfərlik (3 cür boşqab, iri bulud qabları, salat qabı, salfet qabı) – 300 manat, qırmızı dəst 48 predmet – 300 manat, göy dəst boşqab 12 nəfərlik 48 prdemet – 300 manat, ağ zolaqlı boşqab dəsti 24 nəfərlik 116 prdemet – 600 manat, çəngəl qaşıq dəsti (çemodan) 24 nəfərlik – 350 manat, çəngəl qaşıq 24 nəfərlik (sarı dəst) – 350 manat, gümüş 12 nəfərlik (qaşıq, çəngəl, bıçaq, çay qaşığı) – 400 manat, poroloçka 12 nəfərlik (qaşıq, çəngəl, bıçaq) – 800 manat olmaqla, cəmi əşyaların ümumi bazar dəyəri 54530 (əlli dörd min beş yüz otuz) manatdır. - İş üzrə iddiaçının iddianı təminetmə tədbiri barədə ərizəsi əsasında qəbul edilmiş Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2(012)-4128/2020 saylı qərardadından görünür ki, iddia tələbində sadalanan cehiz əşyalarının üzərinə həbs qoyulmuşdur. - Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2(012)-4128/2020 saylı qərardadı əsasında 18 noyabr 2020-ci il tarixdə verilmiş icra vərəqəsindən görünür ki, iddianı təminetmə tədbiri barədə qərardad icra edilməsi üçün Abşeron rayon icra və probasiya şöbəsinə göndərilmişdir. - Abşeron rayon icra və probasiya şöbəsi tərəfindən təsdiq edilmiş 15 yanvar 2021-ci il tarixli aktdan məlum olur ki, Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2(012)-4128/2020 saylı qərardadının icrası ilə əlaqədar Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman icra vərəqəsində qeyd edilən əşyaların heç biri aşkar edilməmiş, evdə çəkilən foto şəkillər akta əlavə edilmiş, akt icra məmurları Orxan Məmmədov, Kənan Abdullayev, tələbkarın nümayəndəsi Vəkil tərəfindən təsdiq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı qızı ilə Cavabdeh arasında 24 iyul 2014-cü il tarixdə rəsmi nikah bağlanmış, onlara arasında nikaha Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli 2(043)-382/2020 saylı qətnaməsi ilə xitam verilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq, cehiz əşyalarının və ya onların dəyəri olan 58670 manatın alınıb, ona verilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşdə olan sübutları rəhbər tutaraq məhkəmə hesab edir ki, cehiz əşyaları və şəxsi əşyalar cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, tərəflər arasında ailə münasibətləri artıq pozulmuşdur, tərəflər ayrı yaşayırlar, ona görə iddiaçının həmin əşyaları cavabdehin qanunsuz sahibliyindən geri tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, iddiaçı cehiz əşyalarının ümumi dəyərinin 58670 (əlli səkkiz min altı yüz yetmiş) manat olduğunu iddia etsə də, buna dair əsaslı sübut təqdim edə bilməmişdir. Bunun əksinə olaraq "xxxx" MMC tərəfindən verilmiş 21 aprel 2021-ci il tarixli 171/21 saylı qiymətləndirmə rəyi ilə təsdiq edilir ki, iddiaçı tərəfindən tələb edilən əşyaların ümumi bazar dəyəri 54530 (əlli dörd min beş yüz otuz) manatdır. Bundan başqa iddiaçı kombi sistemi radyatorları barədə tələbi ilə bağlı heç bir sübut təqdim etməmiş, tələb etməklə kifayətlənmişdir. Digər sadalanan əşyalar hər bir ailə quran qadının cehiz əşyaları qisminə aid olması ağlabatandır. Qeyd edilənlərlə yanaşı məhkəmə cavabdehə dəfələrlə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat vermiş, onun məhkəmədə müdafiə hüququnun təmin edilməsinə şərait yaratmışdır. Dəfələrlə cavabdehin iştirakının təmin edilməsi üçün məhkəmə, məhkəmə iclaslarını təxirə salsa da, lakin cavabdeh iddia tələbi ilə bağlı heç bir etirazını məhkəməyə təqdim etməmişdir. Belə olan halda cavabdehin öz prosessual hüquqlarını müdafiə etmək hüquqlarından istifadə etməməsi onun iddianı qəbul etməsi fikirini istisna etmir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən, kombi sistemi radyatorları hissəsi istisna olmaqla əsaslıdır, iddia tələbində sadalanan cehiz əşyalarının, onların özləri mövcud olmadıqda dəyərləri cəmi 52730 (əlli iki min yeddi yüz otuz) manat məbləğində) Cavabdeh alınıb, İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. İnsan hüquqlarının və X2 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus olan mətbəxdə olan əşyalar (cəmi 9250 manat dəyərində); mebel, künc divanı + künc şkafı + stol + taburetka – 400 manat; mətbəx mebeli (dəsti) – 1000 manat, soyuducu LG (nofrost) – 900 manat, paltaryuyan LG - 500 manat, mikrodalğalı soba (eurolux) – 300 manat, mətbəx sobası (galaxy) – 300 manat, qaz sobası (4 gözlü) + aspirator (bocsh) – 750 manat, ət çəkən maşın – 100 manat, mikser (yeni) – 120 manat, kombayn (yeni) – 200 manat, kartof free aparatı – 120 manat, blender (yeni) – 120 manat, elektrikli çaydan – 200 manat, elektrikli samovar + çaynik dəsti (yeni) – 200 manat, işlənmiş qazan dəsti (toferin) – 4 qazan+ 4 jaronik, işlənməmiş 100 manat. Qabqacaq dəsti: AMS dəsti – böyük (5 qazan) – 450 manat, AMS dəsti – kiçik (3+1) – 350 manat, güllü tefal qazan dəsti (6 qazan + 1 jaronik) – 200 manat, qranit qazan dəsti (5 qazan + 1 jaronik) – 250 manat, mantı qazan dəsti – 300 manat, podnus dəsti (3 ədəd) – 240 manat, bıçaq dəsti (yeni) – 50 manat, ədviyyat qabı (3 dəst) – 70 manat, azuqə qabı (5 dəst) – 200 manat, boşqablar (tuminerk dəsti yeni 4 dəst) – 200 manat, tort boşqab dəsti (2 dəst) – 100 manat, xrustal bakal (24 ədəd) – 250 manat, ynakovkade bakal nabor (12+12+12) – 200 manat, rumka nabor (12+12+12) – 180 manat, 24 nəfərlik işlənmiş metal çəngəl-qaşıq – 200 manat, şirəli ləyən (1 ədəd böyük + 2 ədəd kiçik) + bidon (2 ədəd yeni) – 200 manat, xalça (2,5 x 2,0) dəri – 200 manat, xalça (2,0 x 1,5) mətbəx üçün – 100 manat, tozsoran (samsung) – 200 manat. Yataq otağı əşyaları cəmi 12800 manat dəyərində: yataq dəst mebel (avangard) (çarpayı, şifoner, şkaf, tumbuçkalar) – 4000 manat, tək ayaqüstü güzgü – 500 manat, lüstr – 300 manat, bra (2 ədəd) – 300 manat, 2 xalça – 300 manat + pərdə (tac) – 400 manat, işlənmiş 7 dəst postel, hamam dəsmalı (4 ədəd) – 160 manat, məhrəba (8 ədəd) – 240 manat, çay dəsmalı (12 ədəd) – 120 manat, qadın geyimləri (toy donları + ayaqqabı 2 ədəd + çanta 4 ədəd), yeni skater 24 nəfərlik (2 ədəd) + 12 nəfərlik + 6 nəfərlik + 950 manat, hamam dəsmalı (12 ədəd) – 600 manat, məhrəba (60 ədəd) – 1200 manat, çay dəsmalı (60 ədəd) – 700 manat, postel dəsti (4 dəst tək nəfərlik + 10 dəst 2 nəfərlik) – 900 manat, kreslo divan üstü dəsti – 200 manat, ağ postel dəsti (4 ədəd) – 200 manat, pokrıval (qəhvəyi rəng 1 ədəd) – 300 manat, güllü yorğan dəsti (1 ədəd) – 200 manat, pokrıval dəsti (gəlincik 1 dəst) – 500 manat, güllü 2 nəfərlik sintfon yorğan (1 ədəd) – 200 manat, yorğan (2 nəfərlik 1 dəst) – 150 manat, tək nəfərlik yorğan – 200 manat, yastıq (english home 2 ədəd 50 x 70) – 150 manat, yastıq (englishhome 2 ədəd 70 x 70) – 200 manat, mətbəx dəsti (skfert, stəkan, məhrəbası, qazan) – 250 manat. Uşaq otağı əşyaları cəmi 2460 manat dəyərində: Oğlan üçün: dəst mebel (şkaf, çarpayı, parta, lövhə) – 1300 manat, lüstr – 100 manat, bra – 50 manat, xalça (2,0 x 1,80) – 200 manat, pərdə - 100 manat, oyuncaqlar. Qız üçün: dəst mebel (şkaf, çarpayı, stol şkaf ilə) – 500 manat, lüstr – 80 manat, xalça (2,5 x 3,0) – 100 manat, pərdə - 80 manat, oyuncaqlar. Qonaq otağı əşyaları cəmi 12050 manat dəyərində: dəst qonaq otağı mebeli (klassite) – 6000 manat, iki qapılı servand qorka (2 ədəd), kamod –güzgü (1 ədəd), stol-stul 6 nəfərlik (embavvood) – 800 manat, künc divan dəsti (1,80 x 2,50) – 1600 manat, televizor 4k (samsung) – 1500 manat, çıl-çıraq (12 gözlü) – 700 manat, xalça-lepkalı – 750 manat, pərdə (tac) – 700 manat. Digər qab-qacaqlar cəmi 12670 manat dəyərində: Tom (xrustal) – meyvə qabı enli böyük (2 ədəd) -700 manat, meyvə qabı böyük yumru (2 ədəd) – 700 manat, kül qabı böyük (80 sm) (1 ədəd) - 400 manat, mürəbbə qabı ağzı qapaqlı böyük (2 ədəd) – 500 manat, ləpə qabı böyük (ayaq üstü) (2 ədəd) – 500 manat, ləpə qabı yerdən (1 ədəd) – 250 manat, şirniyyat qabı romb formasında iri (2 ədəd) – 400 manat, şirniyyat qabı düz (orta) (2 ədəd) – 400 manat, salfet qabı (ayaq üstü) (2 ədəd) – 300 manat, qənd qabı balaca (2 ədəd) – 300 manat, konfet qabı (ağzıenli) (2 ədəd) – 360 manat, bakal (başısarılı) (6 ədəd uzun, 6 ədəd enli, 6 ədəd balaca) – 800 manat, bakal (6 ədəd uzun, 6 ədəd enli, 6 ədəd balaca) – 650 manat, şamdan (ayaqüstü) (1 ədəd) – 250 manat, giləmeyvə qabı (banan) (2 ədəd) – 500 manat, lumu qabı (ayaqüstü) (2 ədəd) – 200 manat, konfet qabı iri (2 ədəd) – 400 manat, xrustal qalın stəkan (tom) (12 ədəd) – 460 manat, xrustal nazik stəkan (tom) (24 ədəd) – 420 manat, nəlbəki (24 ədəd) (zərli) – 400 manat, nəlbəki (24 ədəd) (göy zərli) – 400 manat, lumu qabı (balıqqulağı) (6 ədəd) – 180 manat, lampa (xrustal) (1 ədəd) – 200 manat, madonna çay servis (6 nəfərlik) 24 predmeti – 400 manat, güldan (qırmızı lepka ağzı dilikli) (2 ədəd) – 300 manat, konfet qabı (ağzı qapaqlı orta) (2 ədəd) – 300 manat, konfet qabı (ağzı enli qırmızı lepka) (2 ədəd) – 200 manat, konyak dəsti (qırmızı lepka) – 350 manat, meyvə qabı (qırmızı lepka) (2 ədəd) – 300 manat, güldan (qırmızı lepka) (1 ədəd) – 150 manat. Boşqab (qonaq üçün servislər) cəmi 3500 manat dəyərində: - yemək dəsti boşqab 12 nəfərlik (3 cür boşqab, iri bulud qabları, salat qabı, salfet qabı) – 300 manat, qırmızı dəst 48 predmet – 300 manat, göy dəst boşqab 12 nəfərlik 48 prdemet – 300 manat, ağ zolaqlı boşqab dəsti 24 nəfərlik 116 prdemet – 600 manat, çəngəl qaşıq dəsti (çemodan) 24 nəfərlik – 350 manat, çəngəl qaşıq 24 nəfərlik (sarı dəst) – 350 manat, gümüş 12 nəfərlik (qaşıq, çəngəl, bıçaq, çay qaşığı) – 400 manat, poroloçka 12 nəfərlik (qaşıq, çəngəl, bıçaq) – 800 manat olmaqla, cəmi ümumi dəyəri 52730 (əlli iki min yeddi yüz otuz) manat olan əşyalar, onların özləri mövcud olmadıqda dəyərləri (cəmi 52730 manat məbləğində) Cavabdeh alınıb, İddiaçı qızına verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar