Məhkəmə qərarları › İş №e-2(012)-698/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-698/2022

18.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-698/2022 18.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh1, Cavabdeh "xxxx" MTK-nın vəkili-nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MTK-ya qarşı «müqavilənin etibarsız hesab edilməsi, əmlakın təhvil verilməsi və mülkiyyətə yaranan maneələrin aradan qaldırılması» tələbinə dair iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK ilə Cavabdeh1 arasında bağlanmış 17.06.2020-ci il tarixli "kooperativ binanın mənzil tikintisi haqqında" müqavilənin etibarsız hesab edilməsi, «Abşeron-A1" Mənzil Tikinti Kooperativi ilə 31.08.2015-ci il tarixdə bağladığı iki müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin - Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, 1 ünvanında inşa edilən yerləşən yaşayış binasının 1-ci girişindəki (hazırki birinci mərtəbə) ümumi sahəsi hər biri 156 kv.m. olan (cəmi 312 kv.m) iki ədəd (alt və üst olmaqla) qeyri-yaşayış sahəsini ona təhvil verilməsi və mülkiyyətə yaranan maneənin aradan qaldırılması vəzifəsinin cavabdehlərə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hal-hazırda tərəflər - İddiaçı və cavabdehlər Cavabdeh1 və "xxxx" MTK, 17 mart 2022-ci il tarixli barışıq sazişini məhkəməyə təqdim еdərək, razılığa gəldikləri üçün mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəməyə təqdim edilmiş barışıq sazişindən aydın olur ki, İddiaçı, Cavabdeh1 və "xxxx" MTK, aşağıdakı şərtlərlə razılaşırlar. İddiaçı 1-ci Cavabdeh2nə və 2-ci Cavabdeh1 qarşı əqdin etibarsız hesab edilməsi, öhdəliklərin icrasının həvalə edilməsi və mülkiyyətə yaranan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 1-ci cavabdeh «Abşeron-A1" MTK ilə 2ci Cavabdeh1 arasında bağlanmış 17.06.2020-ci il tarixli "Kooperativ binanın mənzil tikintisi haqqında" müqavilənin etibarsız hesab edilməsi, 1-ci cavabdeh "xxxx" MTK ilə 31.08.2015-ci il tarixdə bağladıqları iki müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin - Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında inşa edilən yaşayış binasının 1-ci girişindəki (hazırda birinci mərtəbə) ümumi sahəsi hər biri 156 kv.m. olan (cəmi 312 kv.m.) iki ədəd (alt və üst olmaqla) qeyri- yaşayış sahəsinin ona təhvil verilməsi və mülkiyyətə yaranan maneənin aradan qaldırılması vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, onunla "xxxx" MTK arasında imzalanmış 23.11.2020-ci il tarixli Razılaşma ilə "Kooperativ binanın mənzil tikintisi haqqında" 17.06.2020-ci il tarixli müqavilənin xətm edilmiş sayıldığını, bu səbəbdən də hazırkı iddia ərizəsi üzrə onun artıq cavabdeh sayılmasına hüquqi əsasın qalmadığını bildirərək, mülki iş üzrə cavabdeh qismində prosessual iştirakına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Mülki iş hazırda Abşeron Rayon Məhkəməsinin icraatındadır və işə baxılması başa çatmamışdır. Tərəflər razılaşırlar ki, bu Sazişi "Kooperativ binanın mənzil tikintisi haqqında" 31.08.2015-ci il tarixli hər iki müqavilə üzrə mövcud olan məhkəmə mübahisəsinin tərəflərin öz aralarında məhkəmədən kənar qaydada və qarşılıqlı güzəştlər yolu ilə həll etmək məqsədilə bağlayırlar. Tərəflər təstiq edirlər ki, aralarında aparılmış müzakirənin yekunu olaraq, tərəflər bu Sazişi imzaladıqdan sonra 1-ci cavabdeh "xxxx" MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında inşa edilmiş yaşayış binasının 5-ci girişinin 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 86 kv.m. olan 55.000 (əlli beş min) manat məbləğində qiymətləndirilən 108 saylı 2 otaqlı mənzil müqavilə bağlama yolu ilə İddiaçı istifadəsinə və sahibliyinə veriləcəkdir. 1-ci cavabdeh "xxxx" MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında inşa edilmiş yaşayış binasının 5-ci girişinin 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 86 kv.m. olan 108 saylı 2 otaqlı mənziə dair 3-cü şəxslər qarşısında hər hansı öhdəlik və yüklülüyün olmaması barədə zəmanət verilir və 3-cü şəxslər qarşısmda hər hansı öhdəlik və yüklülüklə bağlı məsuliyyəti özü daşıyır. Bu Sazişi tərəflər imzaladıqdan sonra İddiaçı ilə 1-ci cavabdeh "xxxx" MTK arasında 31.08.2015-ci il tarixdə bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanındakı yaşayış binasının 1-ci girişində, ümumi sahəsi 156 kv.m. olan qeyri-yaşayış zirzəmi sahəsinin tikintisinə dair və yenə həmin ünvanda yerləşən ümumi sahəsi 156 kv.m. olan qeyriyaşayış sahəsinin tikintisinə dair "Kooperativ binanın tikintisi haqqında" müqavilələr, həmçinin bununla bağlı 1-ci cavabdeh "xxxx" MTK tərəfindən İddiaçı adma 31.08.2015-ci il tarixdə tərtib edilmiş 60.000 (altmış min) manatın kassaya mədaxil edilməsinə dair kassa mədaxil orderinin qəbzi və yenə 31.08.2015-ci il tarixdə tərtib edilmiş 155.000 (bir yüz əlli beş min) manatın kassaya mədaxil edilməsinə dair kassa mədaxil orderinin qəbzi ləğv edilmiş hesab ediləcəkdir. İddiaçı "xxxx" MTK ilə Cavabdeh1 arasında bağlanmış 17.06.2020-ci il tarixli "kooperativ binanın mənzil tikintisi haqqında" müqavilənin mötəbərliyini şübhə altına almır. Hazırkı mübahisənin predmetini təşkil edən qeyri-yaşayış sahələri ilə bağlı aralarmda əldə edilmiş qarşılıqlı razılaşmaların şərtlərinə uyğun olaraq, İddiaçı 1-ci cavabdeh "xxxx" MTK-ya və 2ci Cavabdeh1 qarşı əqdin etibarsız hesab edilməsi, öhdəliklərin icrasının həvalə edilməsi və mülkiyyətə yaranan maneələrin aradan qaldırılması tələbinə dair Abşeron Rayon Məhkəməsinin icraatında olan iddiasından imtina edir. Tərəflər təsdiq edirlər ki, bu Saziş qüvvəyə minəndən sonra onlar arasında, hazırkı predmet və hazırkı əsaslar üzrə mübahisə haqqında məhkəməyə təkrar müraciət edilməyəcəkdir. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir. X3 imzaladığı və məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir və Saziş üzrə öhdəliklər tam həcmdə icra edildiyi tarixədək qüvvədədir. Bu Sazişə bütün əlavə və dəyişikliklər yalnız qarşılıqlı razılaşma əsasında yazılı formada edilə bilər və Tərəflər hər vərəqəsini imzaladıqda qüvvəyə minir. Bu Saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədə tərtib edilir. Nüsxələrin biri "İddiaçı" da, digər ikisi "Cavabdeh" lərdə saxlanılır, 3-cü nüsxə isə təsdiq edilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və "xxxx" MTK qızı arasında bağlanmış 17 mart 2022-ci il tarixli barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.1-ci maddəsinə əsasən, İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə və АR МPМ-nin 261.0.5; 262-264; 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MTK-ya qarşı «müqavilənin etibarsız hesab edilməsi, əmlakın təhvil verilməsi və mülkiyyətə yaranan maneələrin aradan qaldırılması» tələbinə dair iddiası ilə əlaqədar mülki iş üzrə tərəflər arasındakı aşağıdakı şərtlər ilə bağlanmış 17 mart 2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. İddiaçı 1-ci Cavabdeh2nə və 2-ci Cavabdeh1 qarşı əqdin etibarsız hesab edilməsi, öhdəliklərin icrasının həvalə edilməsi və mülkiyyətə yaranan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 1-ci cavabdeh «Abşeron-A1" MTK ilə 2ci Cavabdeh1 arasında bağlanmış 17.06.2020-ci il tarixli "Kooperativ binanın mənzil tikintisi haqqında" müqavilənin etibarsız hesab edilməsi, 1-ci cavabdeh "xxxx" MTK ilə 31.08.2015-ci il tarixdə bağladıqları iki müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin - Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında inşa edilən yaşayış binasının 1-ci girişindəki (hazırda birinci mərtəbə) ümumi sahəsi hər biri 156 kv.m. olan (cəmi 312 kv.m.) iki ədəd (alt və üst olmaqla) qeyri- yaşayış sahəsinin ona təhvil verilməsi və mülkiyyətə yaranan maneənin aradan qaldırılması vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, onunla "xxxx" MTK arasında imzalanmış 23.11.2020-ci il tarixli Razılaşma ilə "Kooperativ binanın mənzil tikintisi haqqında" 17.06.2020-ci il tarixli müqavilənin xətm edilmiş sayıldığını, bu səbəbdən də hazırkı iddia ərizəsi üzrə onun artıq cavabdeh sayılmasına hüquqi əsasın qalmadığını bildirərək, mülki iş üzrə cavabdeh qismində prosessual iştirakına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Mülki iş hazırda Abşeron Rayon Məhkəməsinin icraatındadır və işə baxılması başa çatmamışdır. Tərəflər razılaşırlar ki, bu Sazişi "Kooperativ binanın mənzil tikintisi haqqında" 31.08.2015-ci il tarixli hər iki müqavilə üzrə mövcud olan məhkəmə mübahisəsinin tərəflərin öz aralarında məhkəmədən kənar qaydada və qarşılıqlı güzəştlər yolu ilə həll etmək məqsədilə bağlayırlar. Tərəflər təstiq edirlər ki, aralarında aparılmış müzakirənin yekunu olaraq, tərəflər bu Sazişi imzaladıqdan sonra 1-ci cavabdeh "xxxx" MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında inşa edilmiş yaşayış binasının 5-ci girişinin 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 86 kv.m. olan 55.000 (əlli beş min) manat məbləğində qiymətləndirilən 108 saylı 2 otaqlı mənzil müqavilə bağlama yolu ilə İddiaçı istifadəsinə və sahibliyinə veriləcəkdir. 1-ci cavabdeh "xxxx" MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında inşa edilmiş yaşayış binasının 5-ci girişinin 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 86 kv.m. olan 108 saylı 2 otaqlı mənziə dair 3-cü şəxslər qarşısında hər hansı öhdəlik və yüklülüyün olmaması barədə zəmanət verilir və 3-cü şəxslər qarşısmda hər hansı öhdəlik və yüklülüklə bağlı məsuliyyəti özü daşıyır. Bu Sazişi tərəflər imzaladıqdan sonra İddiaçı ilə 1-ci cavabdeh "xxxx" MTK arasında 31.08.2015-ci il tarixdə bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanındakı yaşayış binasının 1-ci girişində, ümumi sahəsi 156 kv.m. olan qeyri-yaşayış zirzəmi sahəsinin tikintisinə dair və yenə həmin ünvanda yerləşən ümumi sahəsi 156 kv.m. olan qeyriyaşayış sahəsinin tikintisinə dair "Kooperativ binanın tikintisi haqqında" müqavilələr, həmçinin bununla bağlı 1-ci cavabdeh "xxxx" MTK tərəfindən İddiaçı adma 31.08.2015-ci il tarixdə tərtib edilmiş 60.000 (altmış min) manatın kassaya mədaxil edilməsinə dair kassa mədaxil orderinin qəbzi və yenə 31.08.2015-ci il tarixdə tərtib edilmiş 155.000 (bir yüz əlli beş min) manatın kassaya mədaxil edilməsinə dair kassa mədaxil orderinin qəbzi ləğv edilmiş hesab ediləcəkdir. İddiaçı "xxxx" MTK ilə Cavabdeh1 arasında bağlanmış 17.06.2020-ci il tarixli "kooperativ binanın mənzil tikintisi haqqında" müqavilənin mötəbərliyini şübhə altına almır. Hazırkı mübahisənin predmetini təşkil edən qeyri-yaşayış sahələri ilə bağlı aralarmda əldə edilmiş qarşılıqlı razılaşmaların şərtlərinə uyğun olaraq, İddiaçı 1-ci cavabdeh "xxxx" MTK-ya və 2ci Cavabdeh1 qarşı əqdin etibarsız hesab edilməsi, öhdəliklərin icrasının həvalə edilməsi və mülkiyyətə yaranan maneələrin aradan qaldırılması tələbinə dair Abşeron Rayon Məhkəməsinin icraatında olan iddiasından imtina edir. Tərəflər təsdiq edirlər ki, bu Saziş qüvvəyə minəndən sonra onlar arasında, hazırkı predmet və hazırkı əsaslar üzrə mübahisə haqqında məhkəməyə təkrar müraciət edilməyəcəkdir. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir. X3 imzaladığı və məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir və Saziş üzrə öhdəliklər tam həcmdə icra edildiyi tarixədək qüvvədədir. Bu Sazişə bütün əlavə və dəyişikliklər yalnız qarşılıqlı razılaşma əsasında yazılı formada edilə bilər və Tərəflər hər vərəqəsini imzaladıqda qüvvəyə minir. Bu Saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədə tərtib edilir. Nüsxələrin biri "İddiaçı" da, digər ikisi "Cavabdeh" lərdə saxlanılır, 3-cü nüsxə isə təsdiq edilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunur. İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MTK-ya qarşı «müqavilənin etibarsız hesab edilməsi, əmlakın təhvil verilməsi və mülkiyyətə yaranan maneələrin aradan qaldırılması» tələbinə dair iddiası ilə əlaqədar 2(012)-698/2022 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, təqdim edildikdən (və ya tərəf onu aldıqdan) 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar