Məhkəmə qərarları › İş №e-2(012)-717/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-717/2025

18.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-717/2025 18.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, X2 kаtibliyi ilə, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC, Abşeron rayon 1 saylı Notariat Ofisi və Bakı şəhəri 29 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Abşeron rayon 1 saylı Notariat Ofisinə və Bakı şəhəri 29 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfidən verilmiş xx.xx.2024-cü il tarixli, 8İ6339 nömrəli icra qeydinin ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak etmiş İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, Abşeron rayon 1 saylı notariat ofisinin Xüsusi notariusu X5 tərəfindən "xxxx" ASC-nin tələbi ilə İddiaçı qarşısında RP- 00012-00/23A saylı kredit müqaviləsi ilə yaranmış 46900.69 manat borc öhdəliyinə qarşılıq, ipoteka müqaviləsi əsasında girov qoyulmuş İddiaçı məxsus ünvan 1i ünvanında yerləşən 0.1 hektar, 286.2 kvadratmetr sahədən ibarət fərdi yaşayiş evi olan əmlaka tutma yönəldilməsinə dair icra qeydi çıxarılmışdır. İcra qeydində qeyd edilmişdir ki, öhdəliyi müəyyən edən RP-00012-00/23A müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 45000.52 manat əsas borc, 792.01 manat faiz borcu, 1108.16 manat dəbbə pulu olmaqla cəmi tutulmalıməbləğ 46900.69 manat təşkiledir pul ipoteka predmetinə yönəldilməklə tutulsun. Bildirir ki, icra qeydində qeyd edilən məbləğdə iddiaçının borcu qalmamışdır. İddiaçı tərəfindən mütəmadi olaraq ödənilşər edilsə də, həmin ödənişlər bank tərəfindən nəzərə alınmamışdır. Hesab edir ki, kredit müqaviləsi bağlandığı vaxtdan bugünədək iddiaçının ödədiyi pulların dəqiq hesablanması üçün məhkəmə mühasibatlıq ekspertizası aparılmalıdır. Bundan başqa ipoteka predmeti olan əmlakın sənəd və fakt üzrə mövcud olub olmaması, həmin əmlakın qiymətləndirilib-qiymətləndirilməməsi barədə sübutlar məhkəmə tərəfindən araşdırılmalıdır. Bank tərəfindən ipoteka predmeti ilə bağlı qanunsuzluğa yol verilməsi, iş üzrə korrupsiyya faktlarının da araşdırılması zəruridir. Ona görə də həmin məsələlər də məhkəmə mübahisəsini təşkil edəcəkdir deyə iş üzrə iddia qaldırmaq qərarına gəlmişdir. Göstərilənlərə əsasən hesab edir ki, xx.xx.2024-cü il tarixli, 8İ-6339 nömrəli icra qeydi qanunvericiliyin tələblərinə riayət edilməklə çıxarılmadığından və qalan kredit borcunda tələbkarın qeyd etdiyi faiz və dəbbə pulu artıq hesablanmaqla tələb edildiyindən iş məhkəmə zamanı çəkişmə prinsiplərinin tələbləri gözlənilməklə həll edilməlidir. Odur ki, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, cavabdeh İddiaçı "xxxx" ASC-dən xx.xx.2023-cü il tarixli, № RP-00012-00/23A saylı kredit müqaviləsinə əsasən, 53863.49 manat məbləğində kredit götürmüş və həmin kredit müqaviləsinin təminatı olaraq xx.xx.2023-cü il tarixli, № RPG-00012-00/23A saylı sonrakı ipoteka müqaviləsi bağlanaraq Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.10 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Lakin borclu tərəfindən banka ödənişlər olmamış və gecikmələr yaranmışdır. Bu səbəbdən bank tərəfindən borcluya bildiriş ünvanlayaraq əsas borc, hesablanmış faizləri və cərimə məbləğini ödəməyi tələb etmiş, əks təqdirdə ödənişin həyata keçirilməsi üçün tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka (0.10 ha torpaq sahəsi və onun üzərində yerləşən Abşeron rayonu, Fatmayı kəndi ünvanlı fərdi yaşayış evi) yönəldilməsi ilə əlaqədar olaraq ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə müraciət ediləcəyi bildirilmişdir. Daha sonra borclu barəsində RP-00012-00/23A saylı kredit müqaviləsi üzrə Abşeron rayon 1 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 8İ-6339 reyestr nömrəli icra qeydi aparılmışdır. Odur ki, Abşeron rayon 1 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-6339 reyestr nömrəli icra qeydi tam qanuni və bütün prosessual müddətlərə əməl edilərək aparılmışdır. Bu səbəbdən o, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Abşeron rayon 1 saylı Notariat Ofisi və Bakı Şəhəri 29 saylı Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdeh bankın nümayəndəsini dinləyib, mülki iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -İddiaçı ilə "xxxx" ASC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, RPZ-00070- 05/21A saylı kredit müqaviləsinə əsasən, bank borcalana 66799.24 manat məbləğində kredit, 36 ay müddətinə, illik faiz dərəcəsi 23 % faiz olmaqla, kredit verməyi, borcalan isə həmin kreditdən xx.xx.2019-cu il tarixli, XDEN-00007-08/19A saylı kreditin bağlanması məqsədi ilə istifadə etməyi və onu 3 ay güzəşt müddəti daxil olmaqla xx.xx.2024-cü il tarixinədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. -"xxxx" ASC ilə İddiaçı ilə xx.xx.2021-ci il tarixli, RPZG-00070-05/21A nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, xx.xx.2021-ci il tarixli, RPZ-00070-05/21A saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin təminatı olaraq Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.10 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. -İddiaçı ilə "xxxx" ASC arasında imzalanmış xx.xx.2023-cü il tarixli, RP-00012-00/23A saylı kredit müqaviləsinə əsasən, bank borcalana 53863.49 manat məbləğində kredit, 48 ay müddətinə, illik faiz dərəcəsi 20 % faiz olmaqla kredit vermişdir. -"xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli, № RP-00012-00/23A saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə banka 45000.52 manat əsas borc, 792.01 faiz borcu, 1108.16 manat dəbbə borcu olmaqla, cəmi 46900,69 manat məbləğində borcu vardır. -"xxxx" ASC ilə İddiaçı ilə xx.xx.2023-cü il tarixli, № RPG-00012-00/23A saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, xx.xx.2023-cü il tarixli, № RP-00012-00/23A saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin təminatı olaraq Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.10 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. -Abşeron rayon 1 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 8İ-6339 reyestr nömrəli icra qeydindən görünür ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən, ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan "xxxx" ASC-nin (VÖEN:**********) tələbi ilə ipoteka qoyan İddiaçı (öhdəliyi müəyyən edən RP-00012-00/23A saylı kredit müqaviləsinə əsasən) ipoteka predmeti olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.10 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ünvanında yerləşən əmlaka tutma yönəldilməlidir. Həmin icra qeydi xx.xx.2024-cü il tarixdə aparılmışdır. -"xxxx" ASC tərəfindən borcalan və ipoteka qoyan İddiaçı və ipoteka qoyan İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, MXD-2024/1203 saylı bildirişdən görünür ki, bank borcludan əsas borc, hesablanmış faizləri və cərimə məbləğini təcili 2 (iki) gün müddətində ödəməyi tələb etmiş, əks təqdirdə aralarında bağlanmış kredit müqaviləsinin ləğv olunağını və ödənişin həyata keçirilməsi üçün tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka (0.10 ha torpaq sahəsi və onun üzərində yerləşən ünvan 2i ünvanlı fərdi yaşayış evi) yönəldilməsi ilə əlaqədar olaraq ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə müraciət ediləcəyini bildirmişdir. -"xxxx" ASC tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı Bank BTB” ASC-nin ona ünvanladığı xx.xx.2024-cü il tarixli, MXD-2024/1203 saylı bildirişi xx.xx.2024-cü il tarixində imza atmaqla şəxsən qəbul etmişdir. -"xxxx" ASC tərəfindən AR İN yanında ƏMDK DƏDRX-nin Ərazi İdarəsinə verilmiş xx.xx.2024-cü il tarixli, MXD-2024/1217 nömrəli məktubdan görünür ki, Bank "xxxx" ASC tərəfindən ünvan 3i ünvanında qeydiyyatda olan İddiaçı kredit müqaviləsi üzrə borc öhdəliklərinin lazımınca icra etmədiyinə görə, əsas borc, kreditə hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi məqsədi ilə ödənişin ipoteka predmetinə yönəldilməsi haqqında göndərilmiş “01” aprel 2024-cü il tarixli MXD-2024/1203 saylı bildirişin rəsmi qeydiyyata alınması xahiş edilmişdir. -AR İN yanında ƏMDX DƏDKR X8 4 saylı Abşeron İrazi İdarəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 5nda yerləşən fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Kərimov X3 rayonu, Fatmayı ərazi dairəsi, Fatmayı kəndi ünvanında qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə "xxxx" ASC arasında imzalanmış xx.xx.2023-cü il tarixli, № RP- 00012-00/23A saylı kredit müqaviləsindən görünür ki, bank borcalana 53863.49 manat məbləğində kredit, 48 ay müddətinə, illik faiz dərəcəsi 20 % faiz olmaqla kredit vermiş və xx.xx.2023-cü il tarixli, № RPG-00012-00/23A saylı sonrakı ipoteka müqaviləsi ilə xx.xx.2023-cü il tarixli, № RP-00012-00/23A saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin təminatı olaraq Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.10 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. "xxxx" ASC tərəfindən borcalan və ipoteka qoyan İddiaçı və ipoteka qoyan İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, MXD-2024/1203 saylı bildirişinə əsasən, bank borcludan əsas borc, hesablanmış faizləri və cərimə məbləğini təcili 2 gün müddətində ödəməyi tələb etmiş, əks təqdirdə aralarında bağlanmış kredit müqaviləsinin ləğv olunacağını və ödənişin həyata keçirilməsi üçün tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka (0.10 ha torpaq sahəsi və onun üzərində yerləşən Abşeron rayonu, Fatmayı kəndi ünvanlı fərdi yaşayış evi) yönəldilməsi ilə əlaqədar olaraq ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə müraciət ediləcəyini bildirmiş və Abşeron rayon 1 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 8İ-6339 reyestr nömrəli icra qeydi ilə “Notariat haqqında” Qanunun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən, ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan "xxxx" ASC-nin (VÖEN:**********) tələbi ilə ipoteka qoyan İddiaçı (öhdəliyi müəyyən edən RP-00012- 00/23A saylı kredit müqaviləsinə əsasən) ipoteka predmeti olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.10 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir. Hazırda, İddiaçı həmin icra qeydinin ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 224-cü maddəsinə əsasən, notariusun icra qeydi əsasında ödənilmə daxil olmaqla, ödənilməsi mübahisəsiz (akseptsiz) qaydada həyata keçirilən icra və ya digər sənədlərin icra edilməməli hesab olunmasına dair mübahisələri həll edərkən qətnamənin nəticə hissəsində icra edilməli olmayan sənədin adı, sıra sayı və tarixi, habelə silinməli olmayan məbləğ göstərilməlidir. Mülki iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələri üzrə borclunun öhdəliyini yerinə yetirməməsi nəticəsində tələbkarın ərizəsi əsasında Abşeron rayon 1 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-6339 reyestr nömrəli icra qeydi verilmiş və həmin icra qeydi icra edilməsi üçün aidiyyəti üzrə İcra şöbəsinə göndərilmişdir. “Notariat haqqında Azərbaycan Respublikası Qanunu”nun: 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 78-ci maddəsinə əsasən, icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. 79-cu maddəsinə əsasən, tələbkar və ya borclu fiziki şəxsdirsə, Azərbaycan Respublikasının qanunvericiliyində başqa müddətlər müəyyən olunmamışsa, icra qeydi aparıldığı gündən üç il ərzində, bütün qalan tələblər üzrə isə bir il ərzində məcburi surətdə icra olunmaq üçün təqdim edilə bilər. İcra qeydinin təqdim olunması üçün buraxılmış müddətin bərpası Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın:

161. bəndinə əsasən, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq) 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.

162. bəndinə əsasən, icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Mülki Məcəllənin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. İcra qeydinin aparılacağı müddətlər tələbkarda borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. İşin araşdırılan hallarından, tərəflər arasında bağlanmış kredit və ipoteka müqaviləsindən, maliyyə arayışından göründüyü kimi kredit götürən müqavilələr ilə üzərinə öhdəliklər götürməsinə baxmayaraq həmin öhdəlikləri yerinə yetirməmiş, nəticədə onun xx.xx.2023-cü il tarixli, № RP-00012-00/23A saylı kredit müqaviləsi üzrə xx.xx.2024cü il tarixinə banka 45000.52 manat əsas borc, 792.01 faiz borcu, 1108.16 manat dəbbə borcu olmaqla, cəmi 46900.69 manat məbləğində borcu yaranmışdır. Müqavilə öhdlikləri yerinə yetirilmədiyindən "xxxx" ASC tərəfindən haqlı olaraq ipoteka predmetinə icra qeydi əsasında tutmanın yönəldilməsinə dair bildiriş göndərilmişdir. Abşeron rayon 1 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 8İ-6339 reyestr nömrəli icra qeydindən müəyyən olunur ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən, ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan "xxxx" ASC-nin (VÖEN:**********) tələbi ilə ipoteka qoyan İddiaçı (öhdəliyi müəyyən edən RP-00012-00/23A saylı kredit müqaviləsinə əsasən) ipoteka predmeti olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.10 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir. Müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi tələbkarda onun ərizəsi əsasında müqaviləyə dair icra qeydinin verilməsi üçün əsas yaratmışdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən borcalan və ipoteka qoyan İddiaçı və ipoteka qoyan İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, MXD-2024/1203 saylı bildirişdən göründüyü kimi bank borcludan əsas borc, hesablanmış faizləri və cərimə məbləğini təcili 2 (iki) gün müddətində ödəməyi tələb etmiş, əks təqdirdə aralarında bağlanmış kredit müqaviləsinin ləğv olunacağını və ödənişin həyata keçirilməsi üçün tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka (0.10 ha torpaq sahəsi və onun üzərində yerləşən ünvan 2i ünvanlı fərdi yaşayış evi) yönəldilməsi ilə əlaqədar olaraq ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə müraciət ediləcəyini bildirmişdir. "xxxx" ASC tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli qəbzdən göründüyü kimi İddiaçı Bank BTB” ASC-nin ona ünvanladığı xx.xx.2024-cü il tarixli, MXD-2024/1203 saylı bildirişi xx.xx.2024-cü il tarixində imza atmaqla şəxsən qəbul etmişdir. Odur ki, iş materiallarında xx.xx.2024-cü il tarixli maliyyə arayışından göründüyü kimi İddiaçı "xxxx" ASC-yə olan borcunu ödəməmiş və bu səbəbdən haqlı olaraq tələbkar tərəfindən borcluya ödəniş etməsi barədə bildiriş göndərilmiş, daha sonra isə icra qeydi verilmişdir. Bu səbəbdən də icra qeydi “Notariat haqqında” Qanunun 76-cı maddəsinə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat” ın bəndlərinə uyğun və qanuni şəkildə aparılmışdır. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 334.1-ci maddəsinə əsasən, əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində istinad etdiyi hallar icra qeydinin ləğv edilməsi üçün əsas ola bilməz və icra qeydi notarius tərəfindən verilərkən qanunvericiliyin tələbləri pozulmamış, qanunla nəzərdə tutulmuş qaydada verilmişdir. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” xx.xx.2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 №li Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası “İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Eyni zamanda həmin Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 119, 216-220, 222.2, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər "xxxx" ASC, Abşeron rayon 1 saylı Notariat Ofisinə və Bakı şəhəri 29 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar