Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-753/2024 18.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul məbləğinin reqres qaydasında tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh2 cəlb edilməklə) pul məbləğinin reqres qaydasında tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 65.700 manat məbləğində pul vəsaitinin və 288 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı qızıdır. Cavabdeh1 ünvan 1 ünvanındakı torpaq sahəsinin alınması və həmin torpaq sahəsinin üzərində evin tikilməsi üçün müxtəlif şəxslərdən borc pul almışdır və iddiaçı da həmin məbləğlərin qaytarılması üçün ona zamin durmuşdur. Belə ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixində torpaq sahəsinin alınması üçün iddiaçının tanışı X2 31.900 manat məbləğində, xx.xx.2019-cu il tarixində oğlu X6 8.700 manat məbləğində, xx.xx.2019-cu il tarixində qohumu X9 5.000 manat məbləğində və xx.xx.2019-cu il tarixində qohumu X10 15.000 manat məbləğində borc pul almışdır. Hətda Cavabdeh1 həyat yoldaşının anası X3 2020-ci ilin mart ayında 3.000 ABŞ dolları məbləğində pul almışdır ki, həmin məbləği də iddiaçı qaytarmışdır. Cavabdeh1 iddiaçıya olan borcunu mülkiyyətində olan ünvan 2 ünvanındakı fərdi yaşayış evinin satışından əldə etdikləri puldan qaytaracağına söz versə də, evi satandan sonra da pulu qaytarmamışdır. Cavabdeh1 borc məbləğlərini qaytara bilmədiyindən iddiaçı bütün borcları qaytarmağa məcbur olmuşdur. Belə ki, X10 alınmış 15.000 manat məbləğində pul vəsaitini ona xx.xx.2020-ci il tarixində, X6 alınmış 8.700 manat məbləğində pul vəsaitini ona xx.xx.2020-ci il tarixində, X2 alınmış 31.900 manat məbləğində pul vəsaitini ona xx.xx.2020-ci il tarixində, X9 alınmış 5.000 manat məbləğində pul vəsaitini ona xx.xx.2020-ci il tarixində, X3 aldığı 3.000 ABŞ dolları məbləğində pulu ona qaytarmışdır. Ümumi qaytarılan məbləğ 65.700 manat təşkil edir. Halhazırda iddiaçı oğluna ev tikdirdiyinə görə onun vəsaitə ehtiyacı vardır, Cavabdeh1 həmin vəsaitlərin iddiaçıya qaytarılmasından həmin məbləğdə pulunun olmadığı səbəbi ilə imtina etmişdir. Cavabdeh1 həmin məbləğləri iddiaçıya geri qaytarmalıdır. Cavabdeh1 pul aldığı şəxslər məhkəmədə həmin məbləğlərin iddiaçı tərəfindən qaytarıldığına dair şahid kimi də iştirak edə bilərlər. Göstərilənlərə əsasən 65.700 manat məbləğində pul vəsaitinin və 288 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsini, 65.700 manat məbləğində pul vəsaitinin və 288 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddia tələbləri Cavabdeh2 qarşı olsa da, iddia ərizəsində texniki səhvə yol verilərək Cavabdeh2 üçüncü şəxs qismində qeyd edilmişdir. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisə predmeti olan pulu borc alarkən rəsmi nikahda olmuşlar, hər ikisinin iradə ifadəsinin nəticəsində birgə yaşayacaqları evin tikintisi üçün borc pul almışlar. Mübahisə predmeti olan məbləğ də birgə nikah dövründə tikilən yaşayış evinin tikintisi və təmirinə, torpaq sahəsinin alınmasına sərf olunmuşdur. Odur ki, Cavabdeh2 hal-hazırki iş üzrə üçüncü şəxs deyil, cavabdeh qismində qeyd olunmalı və iddia ərizəsinin nəticəvi hissəsində ona münasibətdə də iddia tələbi qeyd edilməlidir. Göstərilənlərə əsasən üçüncü şəxs X7 cavabdeh qismində işə cəlb edilməsi, 65.700 manat məbləğində pul vəsaitinin və 288 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı cavabdehlərdən Cavabdeh1 atası, Cavabdeh2 keçmiş qaynatasıdır. İddiaçı cavabdehlər ailə quran ilk gündən onların evlə bağlı problemini həll etmişdir. Belə ki, cavabdehlərin ilk əvvəl Xutor qəsəbəsində evləri olmuşdur. Həmin ev 3.000 manata satılmışdır. Həmin pulun 300 manat hissəsi Cavabdeh2 tərəfindən öz borcunun qaytarılması üçün, qalan məbləğ isə ailənin digər xərclərinə sərf edilmişdir. Bundan sonra iddiaçı qızı evsiz qalmasın deyə öz qardaşı oğlu olan X1 adına daşınmaz əmlak almışdır. 2004-cü il tarixdə həmin daşınmaz əmlakın bağışlanmasını həyata keçirmək mümkün olmadığından, ünvan 3 ünvanı doğma əmisi oğlu olan Nəriman Namazov tərəfindən notariat kontorunda alqı-satqı üçün heç bir pul məbləği ödənilmədən Cavabdeh1 satılmışdır. Daha sonra iddiaçıya məxsus Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən fərdi yaşayış evi sökülərək qeyd edilən ünvanda cavabdehlərin birgə yaşamaları üçün quraşdırılmışdır. Daha sonra həmin ev cavabdehlər tərəfindən alqı-satqı müqaviləsinə əsasən 43.000 manata satılmışdır. Həmin ev satılmamışdan əvvəl Cavabdeh1 iddiaçıya yaşadıqları evin daşdan deyil, finski ev olduğunu, orda yaşamağın mümkün olmadığını, torpaq sahəsi almaq və orda ev tikmək üçün onlara pul verməsini, ev satıldıqdan sonra isə pulu qaytaracaqlarını bildirmişdir. İlkin olaraq torpaq sahəsinin alınması üçün Cavabdeh1 iddiaçının tanışı Esmira Mirəliyevadan borca pul götürmüşdür. Esmira Mirəliyevadan alınan borcdan torpaq sahəsinin alınması üçün 27.000 manat məbləğində pul ödənilmişdir. Daha sonra Cavabdeh1 iddiaçıdan alınmış torpaq sahəsində ev tikmək üçün borc pul istəmişdir. Lakin pul vəsaiti həmin dövrdə bağlanmış "xxxx" Açıq Səhmdar Cəmiyyətində olduğuna görə iddiaçı qızının istədiyi borc pulu ona verə bilməmişdir. Həmin dövrdə Cavabdeh1 atası da daxil olmaqla, digər qohumlardan və tanışlardan ev tikintisi üçün borc pul istəmişdir. Ev 43.000 manata satıldıqdan sonra da borc geri qaytarılmamışdır. İddiaçı da məcburiyyət qarşısında qalaraq tanış, qohumlar və qudasından alınmış borc məbləğlərini öz vəsaiti hesabına geri qaytarmışdır. Daha sonra cavabdehlər boşanmışlar və aralarında hazırda əmlak mübahisəsi mövcuddur. Lakin borc məbləğləri iddiaçı tərəfindən geri qaytarılmışdır. Vəkil sorğusuna əsasən Əmanətlərin Sığortalanması Fondundan alınmış məktubdan görünür ki, 30.507 manat vəsait xx.xx.2020-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən geri qaytarılmışdır. Digər alınmış 3 (üç) borc pul vəsaiti də geri qaytarılmışdır. Belə ki, alınmış borcların qaytarılması üçün iddiaçının xahişinə əsasən Əmanətlərin Sığortalanması Fondu tərəfindən Esmira Mirəliyevanın hesabına və öz oğlunun hesabına müvafiq olaraq 17.500 ABŞ dollar və 5.300 ABŞ dolları pul vəsaitləri köçürülmüşdür. Onu da qeyd edir ki, Cavabdeh2 heç bir yerdə işləməmişdir. Onun daimi işləməsi barədə aktiv əmək müqaviləsi mövcud olmamışdır. Cavabdeh1 isə işləsə də, yüksək əmək haqqı almamışdır. Qızının ailəsinin saxlanılmasına iddiaçı daima köməklik etmişdir. Verilmiş suallara cavabında qeyd edir ki, iddiaçıya pulun qaytarılmayacağı bəlli olduğu gündən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Alınmış borcların iddiaçı tərəfindən qaytarıldığına sübut kimi şahidlərdən başqa, ödəniş tapşırıqları da mövcuddur. Həmin ödəniş tapşırıqları da tərəflərindən məhkəməyə təqdim edilmişdir. Ödəniş tapşırıqlarını müddəti 2020-ci ilin fevral ayı olsa da, faktiki olaraq Əmanətlərin Sığortalanması Fondu müvafiq olaraq 2020-ci ilin iyun və iyul aylarında vəsaitləri "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki hesablara köçürdüyündən vəsaitlər də həmin dövrdə bankdan çıxarılmışdır. Esmira Mirəliyevadan borc məbləğini Cavabdeh1 iddiaçının iştirakı ilə almış, həmin puldan 27.000 manatı 0.03 ha torpaq sahəsinin alınmasına görə ödənilmişdir. Digər borc məbləğləri isə alınmış torpaq sahəsində evin tikintisinə xərclənmişdir. Alınmış borcları iddiaçının qaytarmasından cavabdehlərin xəbəri olmuşdur. Hətta qudası belə oğlu Cavabdeh2 borc pul verməmişdir. İddiaçı zamin durduğuna görə Cavabdeh1 borc pul vermişdir. Daha sonra o, ifadəsini davam etdirərək bildirdi ki, cavabdehlərdən biri iddiaçının qızı, digəri isə keçmiş kürəkənidir. Həmçinin iddiaçı ilə Cavabdeh2 arasında qohumluq əlaqələri də mövcuddur. İddiaçı qızının xahişinə əsasən onun mənzil şəraitini yaxşılaşdırmaq üçün müxtəlif şəxslərdən borc alıb vermişdir. Göstərilənlərə əsasən 65.700 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək nümayəndəsi və vəkili Nümayəndə izahatına əlavəsinin olmadığını bildirdi. Verilmiş suallara cavabında qeyd edir ki, qızı Mürsəlov Gülbəniz sözügedən evi tikməyə başlayanda onun əlində müəyyən qədər pul vəsaiti olmuşdur. Lakin ona məxsus digər pul vəsaiti ləğv edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətində ona məxsus hesabda olmuşdur. Lakin evin tikintisi dayanmasın deyə qızı Cavabdeh1 xahişinə əsasən onunla birlikdə gedərək iddia ərizəsində qeyd olunan şəxslərdən borc pul almışlar. Evin tikintisinə təxminən 95.000 manata yaxın vəsait xərclənmişdir. İlkin olaraq evin tikintisi üçün 29.000 manata 0.03 ha torpaq sahəsi almışdır. Daha sonra əlində qalan vəsaitin bir hissəsini müəyyən qədər tikinti materiallarının alınmasına, digər bir hissəsini isə ustaların evin tikintisinə başlaması üçün əvvəlcədən müəyyən qədər ödənişə xərcləmişdir. Evin tikintisi üçün xərclənəcək qalan vəsaiti isə "xxxx" Açıq Səhmdar Cəmiyyətində öz adına olan hesabdan istənilən vaxt çəkərək ödəyəcəyini güman etmişdir. Pula ehtiyac olduqda isə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etmiş, bankdan bağlanacaqları və hazırda hesabındakı pulu ona qaytara bilməyəcəkləri bildirilmişdir. Pulunu bankdan çıxarda bilmədiyinə görə iddia ərizəsində qeyd edilən şəxslərdən borc pul almışdır. Hətta oğlundan belə borc pul almışdır. İddia ərizəsində qeyd edilən şəxslərdən qızı Cavabdeh1 ilə birlikdə gedərək borc istəmişlər. Oğluna da qızı ilə birlikdə borc pul üçün müraciət etmişlər. Oğlundan pulu varsa borc verməsini, qaytaracaqlarını bildirmişlər. O, Gülnaz Qafarovadan 3.000 ABŞ dolları pul almamışdır. Həmin borc məbləğini qızı qaynanasından almışdır. Həmin vaxtı Cavabdeh2 heç kəsin ona borc pul verməyəcəyini demiş, ondan evin tikintisi yarımçıq qalmasın deyə kimdənsə 3.000- 5.000 manat borc pul almasını xahiş etmişdir. Bu zaman o da qızına qaynanasından borc pul istəməsini demişdir. Qızı da öz növbəsində qaynanasından borc pul istəmişdir. Həmin vaxtı X14 Qafarova 1 manat belə borca pul verməyəcəyini demişdir. Bankdan pul götürülən kimi qaytarılması şərti ilə ona görə qızına borc pul verəcəyini bildirmiş və 3.000 ABŞ dolları borc pul vermişdir. Tərəfindən bankdan pul götürülən kimi manatı dollara mübadilə etməklə ilk növbədə Gülnaz Qafarovaya olan 3.000 ABŞ dolları borc pulu qızı vasitəsi ilə geri qaytarmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 izahatında bildirdi ki, Cavabdeh1 ona ev tikmək üçün vəsaiti olmayan şəxs olduğunu, torpaq sahəsinin alınması və ev tikilməsi üçün vəsaitin ona atası hazırki iş üzrə İddiaçı zamin durduğuna görə borc olaraq verildiyini bildirmişdir. Lakin Cavabdeh1 iddiaçıdan onun əvəzində alınmış borcu qaytarmağı xahiş etməmişdir. Cavabdeh1 alınmış borcu digər Cavabdeh2 ilə birlikdə qaytaracaqlarını iddiaçıya bildirmişdir. İddiaçı alınmış borcları onların icazəsi və razılığı olmadan qaytarmışdır. Verilmiş suallara cavabında qeyd edir ki, Cavabdeh1 torpaq sahəsinin alınması və ev tikilməsi üçün borc pulu atasından istəmiş, digər şəxslərdən istəməmişdir. Cavabdeh1 Esmira Mirəliyevanı tanımamış, iddiaçı onu tanımışdır. Borc məbləğini Cavabdeh1 atasından almışdır. Övlad atasına arxalanaraq ondan borc istəmişdir. Qızı boşanmış, qızı və uşaqları evdən çölə atılmışdır. Ona görə də iddiaçı bu iddiasında haqlıdır. Finski ev yaşamaq üçün kifayət qədər şəraitli deyildir. Ona görə də mənzil şəraitini yaxşılaşdırmaq üçün Cavabdeh1 atasından borc pul istəmişdir. Cavabdeh1 evdə gəlin olmuşdur. Bu səbəbdən də atası İddiaçı ilə münasibətlərini hansı şəkildə formalaşdırmağı ərinə deyə bilməzdi. Nikah pozulduqdan və bir müddət eyni evdə yaşadıqdan sonra Cavabdeh2 Cavabdeh1 uşaqları, gəlini və nəvəsi ilə birlikdə evdən çıxarmışdır. Cavabdeh1 uşaqları ilə birlikdə başqa ünvanda kirayədə yaşayır. Münasibətlər pozulduğuna görə Cavabdeh2 ilə üz-üzə gəlməmək üçün məhkəmə prosesinə gəlməmişdir. Cavabdeh1 nikahlarının pozulmasını istəməmişdir. Nikahın pozulması barədə iddia tələbi ilə Cavabdeh2 məhkəməyə müraciət etmişdir. Cavabdeh1 bu gündə Cavabdeh2 ilə barışmağa ümid edir. Ailə müqəddəs və toxunulmazdır. Cavabdeh1 qeyd edir ki, Cavabdeh2 birgə yaşadıqları dövrdə həmişə bütün məsələlərdə onu tək qoymuşdur. Kommunal xərcləri belə ona ödətdirmişdir. Hazırki mübahisədə də onu tək qoymaq istəyir. Yaşadıqları finski evi söküb yerində yeni ev tikməyi və həmin müddətdə kirayədə qalmağı Cavabdeh1 özü Cavabdeh2 təklif etmişdir. Buna səbəb isə qızını köçürmək və oğlunu evləndirib evə gəlin gətirmək olmuşdur. Lakin Cavabdeh2 həyat yoldaşının təklifi ilə razılaşmamış və kirayədə qalmaq istəmədiyini bildirmişdir. Bu zaman isə qızı atasından borc pul istəmişdir. Ata onda pul olmadığını, pulunun ləğv edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətində olduğunu qızına bildirmişdir. Bu zaman qızı onlara borc verilməyəcəyini bildirərək, atasından qohumlardan və tanışlardan borc pul istəməsini xahiş etmiş, yeni ev tikildikdən sonra yaşadıqları evi sataraq borcu qaytaracaqlarını bildirmişdir. Ata qızı ilə razılaşmış, birlikdə iddia ərizəsində qeyd edilən şəxslərin yanına gedərək borc pul almışlar. Cavabdeh1 atasının borc aldığı Nizami adlı şəxsi şəxsən tanımadığını, şəxsən onun yanına gedib borca pul istəmədiyini, onun üçün borc məbləğini atasının ondan aldığını qeyd edir. X15, yeznələri Mehman Əliyev və qardaşı Mirzə Mürsəlovdan isə atası ilə birgə gedərək borc aldığını təsdiq edir. Cavabdeh1 qaynanasından borc istəsə də, qaynanası nə ona, nə də oğlu Cavabdeh2 hər hansı bir məbləğdə borc verməyəcəyini qeyd etmişdir. Daha sonra qaynanası iddiaçıya zəng etmiş, onun zamin duracağı təqdirdə borc verəcəyini bildirmişdir. İddiaçı da pulun qaytarılmasına zamin durduqdan sonra qaynanası Cavabdeh1 3.000 ABŞ dolları məbləğində borc pul vermişdir. Yeni evə köçdükdən sonra yaşadıqları evi satıb iddiaçıya olan borcu qaytarmaq istədikdə qızlarına elçi gəlmiş, oğlanlarını evləndirmək üçün gəlin almışlar. Cehiz və qızılzinət əşyaları almaq və toy mərasimlərini etmək üçün pula ehtiyac olmuşdur. Cavabdeh2 evin satışından əldə edilən pulu qeyd edilən xərcləri qarşılamağa yönəltmiş, iddiaçıya olan borclarını sonra ödəyəcəyini bildirmişdir. Lakin daha sonra da iddiaçıdan alınmış borc geri qaytarılmamışdır. Borcu qaytarmaq istəməyən Cavabdeh2 Cavabdeh1, oğlunu və gəlinini evdən qovmuş və artıq evdə tək yaşayacağını bildirmişdir. Cavabdeh1 da atasının yanında xəcalətli olduğuna görə valideynlərinin yanına qayıda bilməmiş, kirayə mənzil tutmuş, oğlu və gəlini ilə həmin mənzildə yaşayır. O, təmsil etdiyi şəxsin sadəcə borcu olduğunu qeyd etmişdir. Göstərilənlərə əsasən yekun qərar çıxarılarkən işin faktiki hallarının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, hazırki iddianın məqsədi İddiaçı öz qızı Cavabdeh1 pul tələb etmək deyildir. İddia cavabdehlərin birgə nikah dövründə əldə etdikləri əmlakdan Cavabdeh2 məhrum edilməsi məqsədi daşıyır. Təmsil etdiyi şəxs ona tərəflər arasında hazırki borc məsələsinin olmadığını, sözügedən torpaq sahəsi və üzərində yerləşən evin ər-arvadın birgə nikah dövründə şəxsi vəsaiti hesabına əldə etdiyi əmlak olduğunu bildirmişdir. Cavabdeh2 torpaq sahəsi almaq və orda ev tikmək üçün borc almağa ehtiyacı olmamışdır. Çünki o, şəxsi vəsait hesabına torpaq sahəsi almış və üzərində ev tikmişdir. Özü avtobus sürücüsü olmuş, öz zəhməti ilə vəsait qazanmışdır. Daşınmaz əmlakları digər cavabdehin adına alınmasına səbəb ər-arvad arasındakı etibarlı ailə münasibətləri ilə bağlı olmuşdur. Digər tərəfdən birgə nikah dövründə əmlakın qadının və ya kişinin adına alınması hər hansı birinə əlavə hüquq qazandırmır və ya tərəflərdən hər hansı biri həmin əmlak üzərində olan pay hüququndan məhrum olmur. Hazırki iddia ərizəsi məhkəməyə Cavabdeh2 Gülbəniz Qafarova ilə birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərinə əmlakda payın müəyyən edilməsi barədə mediasiya təşkilatına müraciət etdikdən sonra 16 noyabr 2023-cü il tarixdə verilmişdir. Göründüyü kimi, Cavabdeh2 öz hüquqlarını realizə etmək istədikdən sonra iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi şübhə doğurur. İddiaçı tərəfdən iddia ərizəsindəki yazılanlardan, nümayəndəsi və vəkilin izahatından, Cavabdeh1 nümayəndəsi və vəkilinin izahatından, şahidlər - iddiaçının tabeliyində işləmiş Esmira Mirəliyevanın, oğlu Mirzə Mürsəlovun və kürəkəni Mehman Əliyevin ifadələrindən başqa iddia tələbi ilə bağlı hər hansı mötəbər sübut iş materiallarına əlavə edilməmişdir. Şahidlərin ifadələri - iddiaçının tabeliyində işləmiş Esmira Mirəliyevanın, kürəkəni Mehman Əliyevin və oğlu Mirzə Mürsəlovun ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Bundan başqa iddiaçı iddia ərizəsində X10 alınmış 15.000 manat pul vəsaitini 28 iyul 2020-ci il tarixdə, X6 alınmış 8.700 manat pul vəsaitini 25 iyun 2020-ci il tarixdə, X2 alınmış 31.900 manat pul vəsaitini xx.xx.2020-ci il tarixdə, Nizami Məmmədovdan aldığı 5.000 manat pul vəsaitini 12 iyun 2020-ci il tarixdə geri qaytarıldığını iddia edir. Həmçinin iddiaçı bu şəxslərdən pul vəsaitlərinin alınmasını təsdiq edən sübut kimi ödəniş tapşırıqlarını qeyd edir. Ödəniş tapşırıqlarındakı tarixlər ilə iddia ərizəsində göstərilən pulun qaytarılması ilə bağlı tarixlərin heç biri üst-üstə düşmür. Həmçinin ödəniş tapşırıqlarının heç birində ödənişin təyinatı kimi borc məbləğlərini qaytarmaq yazılmamışdır. İddiaçının nümayəndəsi və vəkili qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ləğv edildiyindən əməliyyatların aparılması qadağan edilmişdir. Bununla bağlı qeyd edir ki, Esmira Mirəliyevaya və Mirzə Mürsəlova 12 fevral 2020-ci il tarixli ödəniş tapşırıqlarına əsasən məbləğlər köçürülmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyəti isə X28 Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Əgər götürsələr ki, əməliyyatların aparılması qeyd olunan dövrlərdə qadağan idi, onda pul məbləğlərinin köçürülməsi barədə ödəniş tapşırıqlarının həmin dövrdə necə verildiyi sual doğurur. İddiaçı tərəf ödəniş tapşırığındakı təyinatının borc məbləğinin qaytarılması ilə bağlı olmasını hər hansı sübutla təsdiq edə bilməmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, götürülmüş borcun qaytarılmasına görə zamin durmuşdur. Bununla bağlı MM-nin 739.2-ci maddəsinə əsasən borc məbləğinin predmeti 3.000 manatdan çoxdursa, borc müqaviləsi yazılı formada olmalıdır. Göründüyü kimi 3.000 manatdan çox olan borc məbləğinin etibarlı olmasını şərti onun yazılı formada bağlanması ilə bağlıdır. İddianın həqiqi olmaması bununla da təsdiqini tapır. Göründüyü kimi tələb edilən borc məbləğlərinin hər biri 3.000 manatdan çoxdur. İddiaçının tələbi o halda əsaslı olardı ki, yazılı şəkildə borc müqaviləsinə əsaslanılardı. İddiaçı zaminlik öhdəliyindən irəli gələrək alınmış borcları ödədiyini iddia edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Həmçinin eyni maddədə qeyd edilir ki, bu formaya əməl edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. İddiaçının zamin olmasına dair heç bir müqavilə bağlanmayıb və bu barədə hər hansısa bir müqavilə mövcud deyildir. Bu bir daha iddiaçının izahatının və təqdim etdiyi şahidlərin ifadələrinin həqiqəti əks etdirmədiyini təsdiq edir. Bundan başqa MM-nin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia tərəfi aralarında şifahi müqavilə olmasına əsaslanır. 2020-ci il tarixdə olan münasibətlər olduğunu götürsələr, burdan görünür ki, iddia müddəti keçmişdir. Eyni zamanda iddiaçı əmlakların qızının adına olmasına əsasən əmlakların ona məxsus olmasını iddia edir. Əgər bu belə idisə, onda iddiaçı əmlakı niyə öz adına rəsmiləşdirmirdi. Göründüyü kimi iddiaçının və digər cavabdehin məqsədi birgə nikah dövründə əldə edilmiş əmlakdan Cavabdeh2 məhrum etməkdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X16 ifadəsində verilmiş suallara cavabında bildirmişdir ki, İddiaçı ilə bir yerdə işləmişlər. Belə ki, iddiaçı direktor, o isə baş mühasib işləmişdir. O, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının ailə üzvləri kimi tanıyır. İddiaçı ona evi zəbt ediləndə evin boşaldılmasına kömək etmişdir. Təxminən 2019-cu ilin noyabr ayında iddiaçı ona zəng edərək nəvəsinə toy etmək istədiyini, lakin cavabdehlərin yaşadıqları finski evə gəlin gətirməyin mümkün olmadığını, bunun üçün yeni torpaq sahəsi alıb orda ev tikmək üçün pul lazım olduğunu, qızı Cavabdeh1 ilə birlikdə onun yanına gəlmək istədiyini bildirmişdir. O da etiraz etməmişdir. Bu telefon zənginin səhəri günü iddiaçı qızı Cavabdeh1 ilə birlikdə ona məxsus evə gəlmişlər. O da özünə məxsus ABŞ dolları və milli valyutada olan ümumilikdə 31.900 manat pulu Cavabdeh1 vermişdir. Pulu cavabdehə verəndə iddiaçı ləğv edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətində pulunun olduğunu, pulu bankdan çıxaran kimi qaytaracağını bildirmişdir. O da iddiaçı ilə razılaşmışdır. 2019-cu ilin dekabr ayında, daha sonra isə 2020-ci ilin yanvar ayında birlikdə banka getsələrdə, bankdan pulu çıxara bilməmişlər. Bundan sonra iddiaçı ona bankdakı vəsaiti onun adına keçirməyi təklif etmişdir. O da iddiaçının təklifi ilə razılaşmışdır. 15 iyul 2020-ci il tarixdə hesaba pul köçürüldükdən sonra bankdan iddiaçının onun adına keçirtdiyi 17.500 ABŞ dollarını çıxarmışdır. Qalan 1.000 manatdan yuxarı olan fərqi isə iddiaçı öz vəsaiti hesabına həmin gün ona vermişdir. Cavabdeh1 əvvəllərdə ondan borc pul istəmişdir. Belə ki, bir dəfə Cavabdeh1 onun yanına gələrək həyat yoldaşı Cavabdeh2 raf maşınının xarab olduğunu, düzəltmək üçün 1 (bir) ay müddətinə qaytarmaq şərti ilə borc pul lazım olduğunu bildirmişdir. O da istənilən məbləği borc olaraq vermişdir. 1 (bir) il keçsə də, borc məbləği geri qaytarılmamışdır. İkinci dəfə Cavabdeh1 31.900 manat borc məbləğini iddiaçı qızına pulu qaytarmağa görə zamin durduğundan vermişdir. Çünki etdiyi yaxşılıqlara görə iddiaçıya yox deyə bilməzdi. Lakin Cavabdeh1 qeyd olunan borc məbləğini özü ondan istəsə idi, o, bundan imtina edərdi. Həmçinin Cavabdeh1 həyat yoldaşı yaxşı adam olmadığına görə Cavabdeh1 özünə istədiyi məbləği verməzdi. Bundan əvvəl cavabdehlərin satdığı finski ev də iddiaçıya məxsus olmuşdur. İddiaçı həmin finski evi sökdürərək Mehdiabad qəsəbəsinə göndərmiş, həmin qəsəbədə cavabdehlərin yaşaması üçün quraşdırılmışdır. 31.900 manat pulu şəxsən Cavabdeh1 vermişdir. Pulu verəndə və daha sonralar telefonda Cavabdeh1 ilə aralarında pulun nə vaxt qaytarılması barədə söhbətlər olmuşdur. İddiaçıya şəxsən bu günə kimi borc pul verməmişdir. Çünki iddiaçının borc pul götürməyə ehtiyacı olmamışdır. Sadəcə iddiaçıya məxsus pul vəsaiti ləğv edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətində olduğuna və pulu çıxarmaq mümkün olmadığına görə borc götürmək məcburiyyətində qalmışdır. İddiaçı zamin durduğuna görə o, borc pul vermişdir. Dekabr və ya yanvar aylarında pulun bankdan çıxarılaraq ona qaytarılması nəzərdə tutulsa da, gecikmələr olmuşdur. Bu səbəbdən də iddiaçı bankdan götürəcəyi 17.500 ABŞ dolları vəsaiti onun adına keçirmişdir. Əmanətlərin Sığortalanması Fondu pulu qaytaracağından o, iddiaçının qaytarılacaq pulu onun hesabına vurulması təklifi ilə razılaşmışdır. İddiaçı zamin durduğuna görə Cavabdeh1 borc pul verərkən ondan qəbz almamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X21 ifadəsində verilmiş suallara cavabında qeyd etmişdir ki, İddiaçı qaynatası, Cavabdeh1 baldızıdır. Cavabdehlər torpaq sahəsi alıb ev tikmək istəmişlər. Cavabdeh1 bu məqsədlə atası olan iddiaçıdan borc pul istəmişdir. İddiaçının pul vəsaiti isə ləğv edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətində olmuşdur. Maddi çətinlik yarandığına görə iddiaçı ondan Cavabdeh1 ev tikmək üçün borc pul verməsini istəmişdir. O, Cavabdeh1 və onun həyat yoldaşı olan digər Cavabdeh2 borc pul verməzdi. İddiaçının istəyinə görə Cavabdeh1 borc pul vermişdir. Borc pul verəndə iddiaçı ləğv edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan pulu ona qaytarılan kimi borcu qaytaracağını ona bildirmişdir. Alınmış borc məbləği 4-5 ay sonra bank vasitəsi ilə ona qaytarılmışdır. O, Cavabdeh1 borc məbləğini verəndə Cavabdeh2 orda olmamışdır. Cavabdeh1 ondan borc pul istəməmişdir. İddiaçı olan qaynatası ondan Cavabdeh1 üçün borc pul istəmiş, o da istənilən borc məbləğini vermişdir. İddiaçı borc pul istəyəndə Cavabdeh1 da orda olmuşdur. Cavabdeh2 ilə münasibətləri yaxşı deyildir. Bu səbəbdən də cavabdehlərə borca pul verməzdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X19 ifadəsində qeyd etmişdir ki, İddiaçı atası, Cavabdeh1 bacısı, digər Cavabdeh2 ilə keçmiş yeznələridir. Həmçinin Cavabdeh2la qohumluq münasibətləri də vardır. O, bacısı Cavabdeh1 7.000 manat və 1.000 ABŞ dolları məbləğində borc pul vermişdir. Həmin borc pulu atası ona qaytarmışdır. Atasına məxsus finski evi Badamdar qəsəbəsindən sökərək Mehdiabad qəsəbəsində bacısı Cavabdeh1 yaşaması üçün quraşdırmışlar. Daha sonra Mehdiabad qəsəbəsində qonşularla problemləri olduğuna görə bacısı və həyat yoldaşı Cavabdeh2 yaşadıqları evi dəyişmək istəmişlər. Bacısının ailəsində həmişə problemlər mövcud olmuşdur. O, borc məbləğini cavabdehlərin qaytara bilməyəcəyini bilirdi. Borc məbləğini bacısına atasının xahişinə görə vermişdir. Cavabdeh2la aralarında yaxşı münasibət olmamışdır. Mehdiabad qəsəbəsindəki finski ev əvvəlcə əmisi oğlunun adına olmuşdur. Bacısının ailəsini maddi cəhətdən atası saxlamışdır. Cavabdeh1 onunla eyni yerdə işləyir və hər ay 400 manat əmək haqqı alır. Cavabdeh2 isə arada şofer kimi fəaliyyət göstərmiş, lakin nə qədər qazanc əldə etmişdirsi, avtomobilinin təmirinə xərcləmişdir. Pulu şəxsən bacısı Cavabdeh1 vermişdir. Pul verən zaman atası orda olmamışdır. Lakin atası ona həmin pulun qaytarılmasına görə narahat olmamasını, özü həmin pulu qaytaracağını bildirmişdir. Atası ləğv edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan pulunun bir qismini onun hesabına vuraraq ona olan borc məbləğini qaytarmışdır. Həmin ləğv edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətində onun və yeznələri Mehman Əliyevin də pul vəsaiti olmuşdur. Həmçinin həmin dövrdə Əmanətlərin Sığortalanması Fondu atasına məxsus pulu bütöv şəkildə onun adına qaytarmamışdır. Bu səbəbdən də atasına məxsus pul məbləğlərini hissəli şəkildə öz adlarına hesab açmaqla götürmüşlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X17 ifadəsində verilmiş suallara cavabında qeyd etmişdir ki, İddiaçı anasının dayısı oğludur. İddiaçı ondan 3.000 ABŞ dolları məbləğində pul almamışdır. Xutor qəsəbəsində yerləşən ev 2 otaqlı olmuşdur. Həmin evi oğlu Cavabdeh2 atası vermişdir. Oğlu Xutor qəsəbəsindəki evi satıb Mehdiabad qəsəbəsinə köçmüşdür. Xutordakı evin oğlu tərəfindən hansı qiymətə satıldığını bilmir. Həmin pul onlara verilməmişdir. Həmin pulla Mehdiabad qəsəbəsində 0.06 ha torpaq sahəsi alınmışdır. Lakin torpaq sahəsinin hansı qiymətə alındığını bilmir. Mehdiabad qəsəbəsindəki evi 65.000 manata İsa müəllim adlı şəxsə satılmışdır. İlkin olaraq 43.000 manat ödənilmiş, 22.000 manatı isə torpaq sahəsinin sənədlərində səhvlik olduğu və həmin sənəd düzəldiləndən sonra veriləcəyi bildirilmişdir. Lakin 2 ay sonra qalan məbləğ ödənilmişdir. Mehdiabad qəsəbəsində 0.03 ha torpaq sahəsinin hansı qiymətə alındığını və orda evin hansı qiymətə tikildiyini bilmir. Gülbəniz Qafarova ondan 3.000 ABŞ dolları borca pul almamış, həmin məbləğdə ona borc qaytarmamışdır. Məhkəmə iş üzrə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: 4Ə-386 reyestr nömrəli, 26 noyabr 2019-cu il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X11 özünə məxsus ünvan 5 ünvanında yerləşən 0.094 ha olan torpaq sahəsinin 0.03 ha hissəsini alıcı X5 27.000 manata satmış, alıcı da həmin qiymətə almışdır. xx.xx.2020-ci il tarixli, ********* №-li ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı tərəfindən əmanətə görə X8 17.500 ABŞ dolları ödənilmişdir. xx.xx.2020-ci il tarixli, ********* №-li ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı tərəfindən hesabdan hesaba bank daxili köçürməyə görə X18 13.000 manat ödənilmişdir. xx.xx.2020-ci il tarixli, ********* №-li ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı tərəfindən hesabdan hesaba bank daxili köçürməyə görə X18 5.200 ABŞ dolları ödənilmişdir. Ləğv prosesində olan "xxxx" ASC tərəfindən Yasa Vəkil Bürosuna ünvanlanmış 17 yanvar 2024-cü il tarixli, **********057 №-li məktubun surətindən görünür ki, ləğv prosesində olan "xxxx" ASC-də İddiaçı məxsus 30.507 manat kompensasiya məbləği xx.xx.2020-ci il tarixində "xxxx" ASC vasitəsilə ödənilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Xırdalan şəhər Vəkil Bürosuna ünvanlanmış xx.xx.2023-cü il tarixli, 321332/2-11877 nömrəli məktubun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X4 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə **********54-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 21 sentyabr 2023cü il tarixdə verilmiş AZ-İ seriyalı 459947 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 və X12 arasında olan nikah ər-arvadın birgə ərizəsi əsasında pozulmuşdur və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 21 sentyabr 2023-cü il tarixdə 318 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Qafarov, qadına Mürsəlova soyadı verilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh Mürsəlova (Qafarova) Gülbəniz Namaz qızına qarşı əmlakda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Mürsəlova (Qafarova) Gülbəniz Namaz qızı ilə nikah dövründə əldə edilmiş mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə **********54-10301 reyestr nömrəsi ilə onun adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində onun payının ½ (ikidə bir) müəyyən edilməklə payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-1290/2024 saylı qərardadının surətindən görünür ki, iddiaçı X7 cavabdeh X5 qarşı ər-arvad arasında əmlak mübahisələri tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilməsi qərara alınmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, İddiaçı iddia ərizəsində qızı Cavabdeh1 tərəfindən Aberon rayonu, Mehdiabad qəsəbəsi ərazisində 0.03 ha torpaq sahəsinin alınması və həmin torpaq sahəsində fərdi yaşayış evi tikintisi üçün onun tanışı X2 götürülmüş 31.900 manat məbləğində, oğlu X6 götürülmüş 8.700 manat məbləğində, qohumu X9 götürülmüş 5.000 manat məbləğində, kürəkəni X10 götürülmüş 15.000 manat məbləğində borc pula görə zamin durduğunu, qızı Cavabdeh1 və keçmiş kürəkəni Cavabdeh2 alınmış borcları qaytarmadığına görə zamin kimi həmin borc məbləğlərini qaytardığını iddia etsə də, bununla bağlı hər hansı sübut mövcud deyildir. Yalnız iddiaçı tərəfin sübut kimi məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli ödəniş tapşırıqlarına münasibətdə məhkəmə qeyd edir ki, ödəniş tapşırıqlarında ödənişin təyinatı alınmış borc məbləğlərinin qaytarılması kimi göstərilmədiyindən, nəticə etibarı ilə həmin ödəniş tapşırıqları İddiaçı qızı Cavabdeh1 götürdüyü borc məbləğlərini qaytarmasını təsdiq etmədiyindən iddianı təsdiq edəcək sübut kimi qəbul edilə bilməz. Bundan əlavə şahid qismində dindirilmiş Esmira Mirəliyevanın, Mehman Əliyevin və Mirzə Mürsəlovun ifadələri işdə olan digər sübutlarla öz təsdiqi tapmadığından hazırki iddianın təmin edilməsi üçün əsas ola bilməz. Həmçinin məhkəmə baxışında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 Cavabdeh1 tərəfindən iddia ərizəsində qeyd olunan şəxslərdən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində 0.03 ha torpaq sahəsinin alınması və həmin torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikintisi üçün atası İddiaçı zaminliyi ilə 65.700 manat borc məbləğinin alınması barədə izahatına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci və 471-ci maddələrinə əsasən 3.000 manatdan yuxarı olan borc müqaviləsi və zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, məhkəmə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 izahatına şərh olunanlara əsasən tənqidi yanaşaraq hesab edir ki, həmin izahat da iddianı təsdiq edəcək sübut kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və X13 qarşı pul məbləğinin reqres qaydasında tutulması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X13 qarşı pul məbləğinin reqres qaydasında tutulması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №e-2(012)-753/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-753/2024
18.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver